Proqnoz tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmişdir

 

2008-ci il ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngin olub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu, o deməkdir ki, 2003-cü ildən başlanan sürətli inkişaf tempi yaxın illərdə də davam etdiriləcək, ölkəmizdə islahatlar davamlı olaraq həyata keçiriləcəkdir. Ötən ilin uğurlu nəticələrindən danışarkən əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilmiş tədbirləri, onların uğurlu nəticələrini xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında cənab İlham Əliyev demişdir: “Biz sosial siyasətimizi bundan sonra da davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artmışdır və indi Azərbaycanda orta əməkhaqqı 335 dollar, orta pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Söz yox ki, Dövlət Sosial Müdafiə Fondu da ötən il ölkəmizin qazandığı bu nailiyyətlərdə öz payı vardır.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun icrası ilə bağlı fond tərəfindən İri Sığortaedənlərlə İş üzrə Departament (İSİD) qarşısında 2008-ci il üçün qoyulmuş plan-proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilmişdir. Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq edilməsi ilə bağlı yaradılan proqram təminatının ilkin test sınaqları da İri Sığortaedənlərlə İş üzrə Departamentdə uğurla həyata keçirilmişdir.

İSİD- məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi kimi hal-hazırda 1301 sığortaedən qeydiyyatdadır. Sığortaedənlərdən 145-i büdcə, 1156- isə qeyri-büdcə təşkilatdır. Mövcud sığortaedənlərdən 57-si fəaliyyət göstərmir. Departamentdə qeydiyyatda olan sığortaedənlərdə işləyən sığortaolunanların ştat üzrə sayı 362.896 nəfər, faktiki sayı 354.773 nəfər təşkil edir.

Ötən il 28 sığortaedən tərəfindən 1-DSMF hesabatları vaxtında təqdim olunmayıb. Onlara hesabatlar vaxtında təqdim edilmədiyinə görə 76.615,6 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Sığortaedənlərdə hesablanmış əməkhaqqı fondu ötən il 1,83 milyard manat, ödənilmiş əməkhaqqının məbləği isə 1,73 milyard manat təşkil etmişdir. İl ərzində ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği 455,8 milyon manat olmuşdur. Hesablanmış 2.728,9 min manat penya məbləğindən cəmi 701.514,58 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Departament tərəfindən 2008-ci il ərzində 457.892 min manat proqnoza qarşı 457.139,1 min manat vəsaitin yığılması həyata keçirilmişdir.

2008-ci ildə aparılmış kameral yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, sığortaedənlər tərəfindən köçürülmüş 4.048,8 manat vəsait departamentin hesabına daxil olmamışdır. Sonradan həmin vəsaitlər departamentin hesabına qaytarılmışdır.

Sosial sığorta haqqındaAzərbaycan Respublikası Qanununa Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına uyğun olaraq 2008-ci il ərzində departamentinAuditsektoru tərəfindən məcburi dövlət sosial sığorta haqlarının hesablanması, uçotu xərclənməsinin düzgünlüyünü araşdırmaq məqsədilə aparılmış yoxlamalar nəticəsində 5.153,9 min manat məbləğində əlavə vəsait aşkar olunmuşdur. Aşkar olunmuş əlavə vəsaitə görə 2.603,3 min manat maliyyə sanksiyası 37 sığortaedənin məsul şəxsinə qarşı 1.554,00 manat inzibati cərimə tətbiq edilmişdir.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006- il büdcəsi haqqındaAzərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 24 noyabr tarixli 324 nömrəli fərmanının 3-cü bəndinə əsasən dövlət müəssisə təşkilatlarının məcburi dövlət sosial sığorta haqları üzrə debitor borclarının 2006-2008-ci illər ərzində mərhələlərlə qaytarılmasını təmin etmək məqsədi ilə İSİD ilə sığortaedənlər arasında ümumilikdə 94 (ümumi borc məbləği 41.440,6 min manat olan) müqavilə bağlanmışdır. Bağlanılmış müqavilələrə əsasən 2008-ci il ərzində ödənilməsi razılaşdırılmış 18.041,0 min manata qarşı 4.426,2 min manat vəsait yığılmışdır.

Məcburi dövlət sosial sığorta haqları üzrə debitor borcu olan 20 qeyri dövlət müəssisəsi Departament arasında borcun hissə-hissə ödənilməsi barəsində müqavilə imzalanmışdır. Bu müqavilələrə əsasən 2008-ci ildə 1.005,4 min manat vəsait ödənilmişdir. Bağlanılmış bütün müqavilələrdən DSMF- ümumilikdə 5.431,7 min manat vəsait daxil olmuşdur.

2008-ci ildə 22 sığortaedənə qarşı ümumilikdə 7.794.4 min manat məbləğində borcun alınmasına dair məhkəmələrdə iddia qaldırılmışdır ki, bundan — 3.697,5 min manat məbləğin departamentin xeyrinə tutulması qət edilmişdir. 1.940,6 min manat məbləğində iddia tələbi üzrə 2 hal-hazırda yuxarı instansiya məhkəmələrində icraatdadır. Ümumi borc məbləği 126,8 min manat olan 1 iddia ərizəsi borcun hissə-hissə ödənilməsinə dair razılaşma protokolu imzalandığına görə icraata xitam verilmişdir.

2008-ci il ərzində təmin olunmuş iddialar üzrə Fondun hesabına 329,0 min manat məbləğində vəsait daxil olmuşdur. Təmin olunmamış iddialar üzrə yuxarı instansiya məhkəmələrində işlər davam etdirilir.

Bizə təqdim olunmuş 1-DSMF hesabatlarına əsasən 1 yanvar 2009-cu il tarixə departamentdə qeydiyyatda olan 1301 sığortaedəndə 354.773 nəfər sığortaolunan əmək fəaliyyəti ilə məşğul olduğu bildirilmişdir. Sığortaedənlər tərəfindən onlarda işləyən 346.287 nəfər sığortaolunanAzərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanında sığortaolunanın qeydiyyatına dair ərizə” — Q3 forması departamentə təqdim edilmişdir. Təqdim olunmuş Q3 formalarının əsasında hazırlanmış 317.600 ədəd sosial sığorta şəhadətnaməsindən 316.000 ədədi departament tərəfindən sığortaedənlərə təqdim edilmişdir. Bununla yanaşı sığortaedənlərdə işləyən sığortaolunanların fərdi məlumatlarının alınması proqrama işlənilməsi məqsədilə fərdi uçot sisteminin tətbiqi ilə bağlı yeni yaradılan B3 proqramını elektron informasiya daşıyıcıları vasitəsi ilə Departamentdə qeydiyyatda olan sığortaedənlərə təqdim olunur eyni zamanda sənəd formalarının doldurulması, zəruri məlumatların təqdim edilməsi qaydaları izah edilir. Ümumiyyətlə işçilərimiz tərəfindən fərdi uçot sisteminin yaradılması ilə bağlı gündəlik olaraq sığortaedənlərə lazımi izahatlar verilir, təlimatlandırırlar.

2008-ci ildə departamentin yığım hesabına 455,8 milyon manat vəsait daxil olmuşdur ki, bundan 445.7 milyon məcburi dövlət sosial haqları, 826.660,64 manatı penya maliyyə sanksiya 1.288.047,00 manatı isə səhvən daxil olmuş vəsaitdir. Departament tərəfindən fondun hesabına il ərzində 447,6 milyon manat vəsait köçürülmüşdür ki, bundan 247.998,19 manatı penya maliyyə sanksiyası, inzibati cərimələrdən daxil olmuş vəsaitdir.

Məlum olduğu kimi müvafiq qanunvericilik aktlarında edilmiş dəyişikliklərlə əlaqədar 1 yanvar 2006- il tarixdən etibarən sosial sığorta ödəmələrinin xəstəlik vərəqlərinə görə ödənişlərin verilməsi DSMF orqanları tərəfindən həyata keçirilir. İl ərzində müavinətlərin verilməsi ilə bağlı departamentə daxil olmuş 8.208 ədəd sifariş araşdırılaraq mühasibatlığın işçiləri tərəfindən kompyuterin məlumatlar bazasına işlənilməsi vəsaitlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilmişdir.

2008-ci il ərzində Departamentə müxtəlif xarakterli 9.910 ədəd müraciət daxil olmuşdur. Bundan 3 min ədədi vətəndaşlara pensiya təyinatı üçün əməkhaqları barəsində arayışların veilməsi barədə müraciətlər olmuşdur ki, həmin sənədlərin yerində araşdırılıb rəsmiləşdirilməsi İSİD tərəfindən təmin edilmişdir. MDB dövlətlərindən daxil olmuş 308 məktubdan 302-si icra olunaraq göndərilmişdir. 2008-ci il ərzində departamentdə sənəd dövriyyəsi 30 min ədəddən çox olmuşdur.

Bununla yanaşı, sosial sığorta sahəsində qanunvericilik aktlarında edilmiş əlavə dəyişikliklər barədə departament tərəfindən sığortaedənlərin məlumatlandırılması, həmçinin məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi hesabatların tərtibi, təqdim olunması ilə bağlı məlumat xarakterli məktubların göndərilməsi mütəmadi olaraq təmin edilir.

Departamentdə yaradılmış əlverişli şəraiti, onun maddi-texniki bazası sosial müdafiə sahəsində mövcud qanunvericilik aktlarından, o cümlədən əhalinin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqəsinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanlardan irəli gələn məsələlərin cari hesabat ili üçün məcburi dövlət sosial sığorta haqları üzrə qarşıya qoyulan proqnoz tapşırıqlarının layiqincə yerinə yetirilməsinə imkanlar yaradır.

 

 

Mirnemət MƏMMƏDOV,

Dövlət Sosial Müdafiə

Fondunun İri

Sığortaedənlərlə İş üzrə

 Departamentinin direktoru 

 

Xalq qəzeti.-2009.-26 fevral.-S.9.