Xocalı faciəsi - vəhşiliyin, qəddarlığın son həddi

 

17 il bundan əvvəl yer üzərindən bir şəhər silinmişdir. Hər il xalqımız Xocalı faciəsini anma mərasimi keçirir. Şəhid olmuş soydaşlarımızın xatirələri yad edilir və düşmənə qarşı nifrət hissi aşılanır. Respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Texniki Universitetində də “Xocalı soyqırımı”nın 17-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları, əvvəlcə AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış “Ana” abidəsinin önünə əklil və gül-çiçək dəstələri qoydular.

Giriş sözü ilə tədbiri universitetin rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rektor Azərbaycan tarixinin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşiliklərdən ürək ağrısı ilə danışdı, bu qanlı faciəyə öz münasibətini bildirdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları sovet ordusuun Xankəndindəki 366- motoatıcı alayının tabor bölmələrinin hərbi yardımı, 100-ə yaxın zirehli texnikasının şəxsi heyətlərinin bilavasitə iştirakı ilə Əskəran Xankəndi arasında mühüm yaşayış məntəqələrindən biri olan Xocalı şəhəriniqədim türk yurdunu mədəniyyət mərkəzini yerlə-yeksan etdilər Bu soyqırım nəticəsində 613 nəfər Xocalı sakini öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfərədək adam girov götürülmüşdür. Ölənlər arasında 63 uşaq (onlardan 33 nəfəri 2-5 yaş arasında olmuşdur), 106 qadın, 70 nəfər qoca var idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə 1 valideynini itirmişdir. 150 nəfərin taleyi bu gün məlum deyil.

Köməksiz qalan xocalılar faciə ilə üzləşsələr öz qəhrəmanlıqlarını göstərdilər. Öldülər, ancaq əyilmədilər. Neçə-neçə erməni məhv etdilər. Əlif Hacıyev, Aqil Quluyev, Tofiq Hüseynov, Hikmət Nəzərli İnqilab İsmayılov Xocalının müdafiəsində göstərdilkəri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər.

Xocalı aeroportunun müdafiəsində həlak olanlardan Milli Qəhrəman Hikmət Nəzərli Elçin Quluyev universitetimizin məzunlarıdır.

Xocalı soyqırımının xronologiyasına nəzər saldıqda, istər-istəməz respublikanın o vaxtkı ictimai-siyasi durumu yada düşür. Düşmənin dəyirmanına su tökməyə adət etmiş kölələrin, manqurtların rəhbərlik etdiyi məmləkətdə ərazi bütövlüyü, vətəndaş təhlükəsizliyinin təminatı arxa plana keçmişdi. Xocalı faciəsi bir gecədən doğan müsibət deyildi. Bu faciədən danışarkən 1990-1992-ci illərdə Azərbaycana rəhbərlik edən bacarıqsız, səriştəsiz maymaq dövlət rəhbərlərinin xalqa rəhbərliyə iddialı olan siyasi qüvvələrin, milli mənliyi olmayanliderlərinin siyasi mənəvi mənsubiyyətini ayrıca qeyd etmək lazımdır. Belə ki, həmin dövrdə öz vəzifə borcuna görə asayişi təhlükəsizliyi qorumalı olan dövlət orqanları Xocalının etibarlı müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhərin sakinlərini taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirə şəraitində vuruşan Xocalı şəhərinin müdafiəçilərinə heç bir hərbi, maddi mənəvi köməklik göstərilməmişdir.

Acınacaqlı haldır ki, həmin dövrdə respublika rəhbərliyi xalqımıza qarşı baş vermiş ağır cinayət soyqırım hadisəsinin miqyası ağırlığı barədə dünya dövlətlərinə beynəlxalq ictimaiyyətə ətraflı məlumat vermək, həqiqəti dünyaya car çəkmək əvəzinə, tam fəaliyyətsizlik xalqın taleyinə qarşı biganəlik nümayiş etdirmiş, Xocalı soyqırımının mahiyyətini açmaq, onun təşkilatçılarını iştirakçılarını ifşa etmək üçün heç bir görməmişlər.

Əksinə, belə bir vaxtda Ayaz Mütəllibov iqtidarı faciənin miqyasını xalqdan gizlətməklə öz hakimiyyətinin ömrünü uzatmağa çalışmışdır. AXC isə bu faciədən məharətlə istifadə edərək Mütəllibovun istefasına nail olmuş hakimiyyəti zorla ələ keçirmişdir. Lakin Mütəllibov kimi AXC-Müsavat hakimiyyəti Xocalı soyqırımına heç bir siyasi qiymət verməmişdir.

Natiq daha sonra bildirdi ki, Xocalı faciəsinin siyasi qiyməti ancaq xalqımızın dahi oğlu, xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyun ayının 15- hakimiyyətə qayıdışından sonra verildi. Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə hər il fevral ayının 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

İnanırıq ki, o faciəli gecədə düşmən tanklarının, PDM-lərin tırtılları altında qalaraq xıncım-xıncım olan əlacsız qocaların, erməni süngüsünə keçirilən südəmər körpələrin, əsirlikdə döyülən, söyülən, təhqir olunan azərbaycanlıların fəryadı cavabsız qalmayacaqdır. Müqəddəs Azərbaycan torpaqları tezliklə düşməndən təmizlənəcəkdir.

Xalqımızdakı bu inamın kökü dövlətimizin günbəgün artan hərbi, siyasi, iqtisadi qüdrəti Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətindədir.

Sonra tədbirdə iştirak edən AzTU-nun professoru, Milli Məclisin deputatı Astan Şahverdiyev, AzTU-nun tarix kafedrasının müdiri Şikar Qasımov, AzTU-nunNəqliyyatfakültəsinin 198a-1 qrup tələbəsi, əslən Şuşadan olan Orxan Məhərrəmli çıxış etdilər, qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti aparmasını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını bildirdilər.

Tədbiri AzTU-nun rektoru, professor Havar Məmmədov yekunlaşdırdı. Erməni terrorizminin bəşəriyyət üçün təhlükəli bəla olduğunu qeyd edən rektor fevralın 26-da AzTU-da bütün fakültələrdə ilk dərslərin Xocalı soyqırımına həsr edildiyini nəzərə çatdırdı. Sonra tədbir iştirakçıları AzTU-nun foyesində təşkil olunmuş fotosərgiyə Xocalı faciəsini əks etdirən sənədli filmə tamaşa etdilər.

 

* * *

Fevralın 26-da AzTU-nun muzeyində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş daha bir tədbir keçirildi. Tədbiri giriş sözü ilə AzTU-nun təlim-tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov açdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni cəlladlarının törətdikləri qanlı hadisələrdən bəhs edən natiq, nəzərə çatdırdı ki, riyakar ermənilər bu informasiyaları dünya ictimaiyyətinə tərsinə - öz xeyirləri naminə çatdırırlar. Hətta utanmadan həmin vəhşilikləri əks etdirən şəkilləri yayır həmin şəxslərin erməni olduqlarını bildirirlər. Elə buna görə AzTU Gənclər TəşkilatınınAzəri Yurdutəşkilatı ilə birgə keçirdikləri bugünkü elektron aksiyanı təqdirəlayiq hesab etmək olar.

Sonra AzTU Gənclər Təşkilatının sədri Xaqani Fərəcov Azəri YurduGənclər Təşkilatının sədri Rizvan Mehdizadə çıxış etdilər, Xocalı qırğınının qan yaddaşımıza əbədi həkk olunduğunu, tökülən günahsız qanların yerdə qalmayacağını bildirdilər. Onlar qeyd etdilər ki, Xocalı soyqrımı ilə bağlı həqiqətlər bu gün 3 dildəAzərbaycan, rus ingilis dillərində 10.000 elektron poçtuna - xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinə, xarici şirkətlərin ofislərinə, eləcə xarici ölkələrin saytlarına göndəriləcək.

Sonra AzTU Azad Tələbə Həmkarlar Komitəsinin sədri Samirə Quliyeva tədbirin təşkilatçılarına təşəkkür etdi, onlara işlərində uğurlar arzuladı.

Tədbir Xocalı soyqırımında həlak olanların xatirələrinə Xətai rayonu ərazisində ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoymaları ilə sona çatdı.

 

 

Mehdi MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-27 fevral.-S.6.