Öz böyük yurdunda didərginlik
dərdi
Tarix
boyunca xalqımız dəhşətli qırğınlar,
qaçqınlıq, soyqırımı, mənəvi genosidlər
yaşayıb
20 iyun Beynəlxalq
Qaçqınlar günüdür. Qaçqın,
köçkün, didərgin... 20 ildən çoxdur ki, bu
sözü gecə-gündüz eşidirik. Ancaq o demək
deyil ki, ötən yüzilin əvvəllərində
"qaçqın", "didərgin" kimi sözlər
yox idi və millətimiz bu aqibəti yaşamırdı?
Yaşayırdı və dəhşətlisi bu idi ki, millətimiz
öz böyük yurdunda didərgin olmuşdu. Sovet dönəmində
- 40-cı illərin axırlarında, 50-ci illərin əvvəllərində
də öz tarixi torpaqlarımızdan, soylarımızın
faktiki yaşadıqları məskənlərdən deportasiya
olunduq. Dərd birdirmi, ikidirmi? Dünya isə sadəcə,
statistika aparmaqdadır. Dünyanın
canıyananlığı uzaqbaşı qaçqınlara ərzaq
paylamaqdan o yana getmir. Haqqın-ədalətin bərpası,
xüsusən də tarixi dədə-baba torpaqlarından didərgin
düşmüş türk soylarının öz məskənlərinə
qayıdışı məsələsi isə beynəlxalq
jestdən, yalançı, siyasi yolla könül almaqdan
başqa bir şey deyil...
Bu gün gecə-gündüz
dünyada insanlıq qaydasından, humanizmdən
danışılsa da, əslində dünyanın halı
türk xarakterinə qarşıdır. Türk xarakteri birsifətlidir,
dönməzdir, mərdliyə əsaslanır. Amma siyasi
dünyaya belə cəhətlərin mövcudluğu qətiyyən
sərf etmir. Ona görə də dünya erməni
ikiüzlüyündən tarixən məharətlə bəhrələndiyi
kimi, indi də bu şakərində daha səylidir. Erməni
dünyanın halına daha uyğundur. Bu gün siyasi
dünyanın ikili standartları ilk növbədə türk
əhvalına, yerişinə ziyan verir, erməni kimi
balacaların üstümüzə gəlməsinə əsas
verir. Bu həşirli, faydaçı dünyada bir millət
olaraq özümlüyümüzü necə qoruyub saxlayaq,
sözün əsil mənasında var olaq? Başımıza
gələn, gətirilən faciələrdən günlərlə
danışsaq, qurtarmaz. Bu yandan da bizi hər mənada gözləyən
təhlükələr artmaqdadır; əgər erməni əvvəllər
daha çox həm də arxadan vurduğu qılınca əl
atırdısa, indi o, elmi-texniki tərəqqinin bütün
imkanlarından daha səylə bəhrələnir. Gedişat
onu göstərir ki, hələ bir müddət erməni bu
sayaq gedişlərində üstün görünəcək,
bilinəcək. Çünki fürsətcil ermənilər
zamanında işlərini möhkəm tutublar. Azərbaycan isə
sovet dönəmində daha çox mənəvi basqılara
məruz qaldı. İmperiya türkün özünəməxsusluğunu
ləğv etmək üçün bacardığını
etdi. Amma ermənilər xüsusən 60-cı illərdən
başlayaraq "erməni genosidi" mövzusunu daha çox
qabartdılar, İrəvanın küçələrində
nümayişlər, mitinqlər təşkil etdilər.
Bu gün ermənilər
"qara məni basınca mən qaranı basım" deyə
daha da həyasızcasına "erməni
soyqırımı" cəfəngiyyatını
qabardırlar. Erməni tülkü kimi bicdir: gözəl
duyur ki, özünün soyqırıma məruz qalan
obrazını yaratmaqla bir neçə tərəfli udacaq.
Azərbaycan Türklərinə
qarşı törədilən soyqırımlar xüsusilə
XX yüzilin əvvəllərindən başlayaraq artmağa
başlayıb. Ermənilərin dəhşətli qətllər
törətdikləri tarixi türk məskənlərindən
biri də hazırda "Ermənistan" adlandırılan ərazidir.
Bu ərazilərdə ermənilər dəfələrlə
soydaşlarımıza qarşı soyqırımlar törədiblər.
Ermənilər ötən yüzillər ərzində
yalançı arxivlər yaradaraq guya əzaba məruz
qalmış xalq obrazını formalaşdırmağa
çalışıblar. Hər halda XIX yüzil və ondan əvvəlki
dövrlərdə başımıza gələn müsibətlər,
soyqırımlar barədə kifayət qədər dəqiq
faktlar bu gün əlimizdə olmasa da, XX yüzilin əvvəllərindən
başlayaraq, xüsusilə də Azərbaycan Demokratik
Cümhuriyyəti dövründə yaradılmış
Xüsusi Təhqiqat Komissiyasının
araşdırmalarına əsasən toplanılan faktlar əsasında
o dövrdə soydaşlarımızın başına gətirilən
müsibətlərlə bağlı kifayət qədər
bilgi almaq olur.
XIX yüzilliyin
axırı və XX yüzillik qərbi azərbaycanlıların
həyatında ən dəhşətli işgəncələr,
qırğınlar, qaçqınlıq, soyqırımı,
mənəvi genosid dövrü olub. İndiki Ermənistanda
XIX yüzilin axırlarında kifayət qədər Azərbaycan
türkünün yaşaması haqqında əlimizdə
faktlar mövcuddur. Belə ki, 1889-cu ildə Zəngəzur qəzasının
azərbaycanlı əhalisi ermənilərdən çox
olub. 1897-ci ildə Zəngəzurun əhalisi 142 min nəfər
olub ki, onlardan 71,2 mini (50,1 faiz) Azərbaycan türkü, 63,6
min nəfəri isə (44,4 faiz) erməni olub. İrəvan
quberniyasının 1920-ci ilə qədər Azərbaycanın
tərkibində olan qəzalarında, xüsusilə İrəvanda
azərbaycanlı əhalinin sayı xeyli çox olub. Tarixən
başımıza gələnləri
kitablaşdırmamışıq, sabaha
saxlamamışıq. Millət başına gələn fəlakətlərdən
dərs almayanda, ayılmayanda bu, yeni-yeni faciələr baş
verir, bizi sevməyənlər unutqanlığımızdan məharətlə
bəhrələnir. Ötən yüzilin əvvəllərində
millətimizin başına gətirilən faciələr o
dövrdə yaşayan, mübarizə aparan
aydınlarımızın yazılarında ifadəsini
tapıb. Bu, artıq millətimizin haradasa ayılma
dövrü idi; lakin sonrakı dönəmlərdə
gördüyümüz faciələr hələ də bizi
gözləyən fəlakətləri yenmək gücündə
olmadığımızı göstərdi.
Ermənilər hələ
1905-ci ildə Bakıda dəhşətli qırğınlar
törətmişdilər.
19-cu yüzilin
sonlarında yaradılan "Daşnaksütyun"
partiyası ermənlərin vəhşi istəklərinin gerçəkləşməsi
üçün bir rupor rolunu oynayırdı. Məhz bu
dövrdən başlayaraq erməni qatilliyi daha təkmil və
planlı şəkildə gerçəkləşməyə
başladı. Ermənilərin məqsədi bütün
türkləri, o cümlədən Tiflis, Borçalı,
Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən
ibarət Ermənistan yaratmaq idi. Azərbaycan türklərinin
soyqırımı 1918-ci ilin martında daha dəhşətli
şəkildə həyata keçirilmişdi. Soyqırım
Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran,
Göyçay, eləcə də Güney Azərbaycanın
Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də
törədilmişdi. Ermənilər Azərbaycanın
Güneyində də - Urmiyada, Xoyda, Təbrizdə, Səlmasda
və başqa şəhərlərdə
soydaşlarımıza qarşı soyqırımı törətdilər.
150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk
öldürüldü. Osmanlı ordusu gələnə kimi
artıq öldürülənlərin sayı 10 min nəfəri
ötdü. Urmiyadakı hadisələr digər Azərbaycan
şəhərlərinin ermənilərə qarşı
ayıq-sayıq tərpənməsinə səbəb oldu. Bu
səbəbdən də ermənilər digər şəhərlərdə
bu miqyasda qətliamlar törədə bilmədilər. Erməni
fitri qatil ruhlu millətdir. Əgər belə olmasaydı, o
zaman bu millətin qələm adamları özlərinin
törətdikləri vəhşiliklər barədə
döşlərinə döyərək
danışmazdılar. 1918-ci ilin yazında ermənilərin
törətdikləri qaniçənlikdən ən çox zərər
çəkən şəhərlərdən biri
Şamaxı və onun kəndləri olub. 1918-ci il martın
18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə
soxulan ermənilər qışqırırmışlar:
"Biz bu günü 12 ildir ki, gözləmişik. Bu,
Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə
heç kim kömək edə bilməyəcək. Köməyə
siz özünüzün müqəddəs Həzrət
Abbasınızı çağırın". Ermənilərin
Şamaxı şəhərindəki vəhşilikləri
bir neçə gün davam edir. 1918-ci il martın 31-də
Bakıda 10 mindən artıq soydaşımız
soyqırıma məruz qalmış, qətl olunmuşdu. Digər
tərəfdən də həm bu tarixdən çox-çox
əvvəl, həm də sonralar türkün başına
çoxlu faciələr gətirildi. 1918-20-ci illərdə cəmi
23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə ermənilər olmazın müsibətlər,
qətllər, soyqırımlar törətdilər. Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından sonra xalqın ağlından
və ürəyindən milli duyğu, heysiyyət adına nə
varsa, çıxarmağa çalışdılar, əksər
hallarda buna nail oldular. 30-cu illərdə başlanan repressiyalar
az sonra zirvə həddinə çatdı.
Nüvədi qədim
türk məskənlərindən biri olmaqla həmçinin əhalisi
Ermənistanı sonuncu tərk edən kənddir. Kəndin
ötən yüzilin əvəllərində erməni
hücumuna məruz qalması, didərgin düşməsi,
yenidən öz doğma yurd-yuvasına qayıtması tam 2 il
çəkib. Nüvədi ikinci dəfə erməni
hücumuna 80-ci illərin sonlarında məruz qalır.
1993-cü ilin yayında nüvədililər böyük məhrumiyyətlər,
erməni basqısı altında qaldıqlarından doğma
yurd-yuvalarını tərk etməyə məcbur olurlar.
Azərbaycan artıq 20
ildən çoxdur ki, yeni tarix dövrünün hər səhərini
Qarabağ problemi ilə açır. Günlər keçir,
aylar illərə çevrilir, amma bu düyün
açılmaq əvəzinə daha da bərkiyir. Hər
halda bütün hallarda faktiki olaraq problemin
çözümü yolları görünmür. Qarabağ
probleminin kütlənin şüurunda necə assosiasiya
doğurduğunu izləmək indi elə də çətin
deyil. Gedişatın "donub qalması" hardasa azərbaycanlıların
ruhunda müəyyən əhvallar yaradır. Problem olduqca dərin,
mürəkkəbdir. Dünyanın iri sayılan dövlətləri
neçə illərdir ki, Qarabağ probleminə beynəlxalq
nəzarəti ələ keçiriblər. İllərdir ki,
bir beynəlxalq təşkilat gedir, o biri gəlir. Bu get-gəllər
həşirində çox zaman problemin həlli bu və ya
digər şəkildə münaqişə edən tərəflərin
ümidinə buraxılır. Son 20-21 il müddətində Qərbi
Azərbaycandan və Qarabağdan qaçqın düşən
soydaşlarımıza isə bu dönəmi yalnız xatirələrlə
yaşamaq qalır.
Ermənilərin Azərbaycan
torpaqlarının xeyli hissəsini işğal etmələri
türkə qarşı bəşəri səviyyədə
cinayətdir, soyqırımdır. Əslində Qarabağ məsələsi
bütün türk dünyasının ümdə problemidir.
Həmçinin Türk Dünyasının Güney Azərbaycan
məsələsində donuqluq, biganəlik nümayiş
etdirməsi türk xalqlarının sabahı
üçün gözlənilən təhlükələrin
miqyasını daha da artıra bilər. Ermənilər
türklərə qarşı soyqırımlar törətdikləri
dərəcədə də elə o vaxtdan bəri daim xislətlərinə
uyğun olaraq bic hərəkət ediblər. Yəni guya
Türkiyədə və Azərbaycanda konkret olaraq son bir əsrdə
ermənilərə qarşı çoxlu soyqırımlar
törədilib, "məzlum" erməni xalqının
nümayəndələri də özlərini "müdafiə"
etməyə məcbur olublar. Ermənilər çox hallarda
dediklərini bir-birinin əksini təşkil edən "sənədlərlə"
uydurublar, "erməni soyqırımı"nı "təsdiq
edən" kitablar yazıblar, ya da başqalarına
yazdırıblar.
Tacir Səmimi folklor,
tarix, etnoqrafiya məsələləri ilə məşğul
olur. O, indi "Ermənistan" adlandırılan əzəli
türk məskənində anadan olub, orada boya-başa
çatıb. Deyir ki, erməninin xisləti nəticəsində
yavaş-yavaş o yerlərdəki toponimlərimiz dəyişdi:
"Ermənilər çox zaman gəldikləri yerlərə
qayıtmaq istəyirdilər, amma onlara imkan vermirdilər.
Onları köçürənlər erməniləri
aldadırdılar ki, getdiyiniz yerdə hər cür şəraitiniz
olacaq. Məqsəd bu və ya digər bölgədə Azərbaycan
türklərini sıxışdırıb çıxarmaq
hesabına ermənilərin çoxluğunu yaratmaq idi.
Zaman-zaman başımıza gələnlərdən dərs
almadıq. Orada Azərbaycan türkü ara sakitləşən
kimi həmişə başını aşağı
salıb öz gündəlik güzəran
qayğıları ilə məşğul olub. Amma daha fikirləşməyib
ki, erməni ona yeni-yeni fitnələr hazırlayır. Erməni
heç vaxt dinc durmayıb, indi daha da
azğınlaşıb. O zaman Ermənistanda ayrı-ayrı
azərbaycanlı rayonlarına başçılıq edən
soydaşlarımız bir-birləri arasında əlaqə
yarada bilmədilər. Halbuki onlar əhalinin ermənilərə
qarşı müqaviimətini yarada bilərdilər. Təəssüf
ki, çoxu qabağa düşüb gedir, yeri gələndə
əhalini aldadırdılar. Bizimkilər orada sovet
dövrünün qayda-qanunlarına uyğun hərəkət
edir, ondan kənara çıxmırdılar, mümkün qədər
vəzifələrini qorumağa
çalışırdılar".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 20-22 iyun.- S.14.