Elmi işçilər
və müəllimlər
ipoteka ilə ev ala bilməz
Bu sıraya həkimlər və jurnalistlər də daxildir
Məlum olduğu kimi,
İpoteka Fondu güzəştli ipoteka kreditlərinin verilməsini
bərpa edib. Sözügedən məsələyə
münasibətini öyrəndiyimiz
iqtisadçı-ekspert
Vüsal Qasımlı
hesab edir ki, postsovet məkanında
faiz dərəcəsi
və müddəti nöqteyi-nəzərindən
Azərbaycanda sosial ipoteka kreditlərinin əlverişli şərtlərlə
verilməsi müsbət
bir haldır. Eyni zamanda Vüsal Qasımlı ipoteka kreditləşməsinə əlçatarlığın
artırılması, habelə
səmərəlilik və
şəffaflığın gücləndirilməsi məqsədilə
təkliflər paketilə
çıxış edib.
Ekspertin sözlərinə görə,
sosial ipoteka proqramı üçün
dövlət büdcəsindən
ayrılacaq 14 milyon manat vəsaitə indiki bazar qiymətlərilə
cəmi 200-250 mənzil
almaq mümkündür
ki, bu da
ümumi tələbatın
cüzi bir hissəsini təşkil edir: "Mən
təklif edirəm ki, həm büdcə,
həm də digər mənbələr
hesabına ipoteka kreditləri portfelini artırmağa ehtiyac var. İpoteka krediti üçün tələb olunan sərt girov şərtlərinin yumşaldlması
üçün mən
"mənzil sertifikatı"
buraxıla bilər.
Mənzil sertifikatı
tikinti şirkətləri
tərəfindən buraxılan
qiymətli kağızlardır.
Sertifikat öz sahiblərinə tikilən
binaların onların
mülkiyyətinə verilməsi
hüququnu təsbit edir. Əgər mənzil sertifikatları buraxılsa, bu yolla ipoteka kreditləşməsində
girov mexanizmi sadələşəcək".
Bundan
başqa, iqtisadçı vurğuladı ki, ilkin ödəniş
üçün kifayət qədər yığımı
olmayan və ipoteka krediti götürmək istəyən
şəxslərin vəziyyətini yüngülləşdirmək
üçün yaşayış-tikinti əmanətlərinin
tətbiqi vacibdir: "Əvvəlcə borcalan bankda olan
hesabına ayba-ay depozit qoyur, müəyyən məbləğ
yığıldıqdan sonra isə bank həmin müştəriyə
ev almaq üçün kredit verir. Bu yolla əhalinin
yığımı səmərəli surətdə
investisiyaya çevrilir".
İqtisadçı
ekspertin fikrincə, ipoteka kreditinin alınması, ipotekanın
rəsmiləşdirilməsi zamanı və sonra tələb
olunan, habelə borcalan fərdi sahibkar və ya güzəştli
kateqoriyaya aid olduqda əlavə təqdim olunmalı sənədlərin
sayı üst-üstə 18-ə çatır. Hansı ki,
bu sənədlərin sayının azalması ipoteka
prosedurlarının sadələşməsi və insan
amilinin minimuma enməsinə gətirib çıxara bilər:
"İpoteka kreditlərinin rəsmiləşdirilməsi
üçün rüsumlar, sığorta və ipoteka
predmetinin qiymətləndirilməsi xərcləri, habelə
ipoteka kreditləri üçün tələb olunan sənədləri
toplamaq üçün vəsait cəmi 600 manata
çatır. Bu isə ipoteka krediti götürmək istəyən
aztəminatlı insanlar üçün çətinlik
yarada bilər.
Xatırladaq
ki, güzəştli ipoteka krediti götürmək
üçün bir ailənin rəsmi gəliri ən azı
500 manat olmalıdır. İpoteka Fondunun rəsmi saytında
ipetoka kalkulyatorunun gəlir hissəsinə 300 manat yazsaq
görərik ki, 350 manatdan aşağı rəsmi gəlirlə
güzəştli kredit götürmək
mümkünsüzdür. O məqam da nəzərə
alınmalıdır ki, 350 manat gəlirə uyğun
verilmiş kreditlə hazırki bazar şərtləri ilə
ev yiyəsi olmaq mümkün deyil. Hələ onu demirik ki,
götürülən məbləğin 15 faizi əvvəlcədən
ödənməli, bir qismi isə sığorta
üçün xərclənməlidir. Başqa bir
maraqlı məqam da var. İlk baxışdan belə
görünür ki, güzəştli ipoteka kreditindən
müəllimlər və həkimlər də faydalana bilər.
Hər halda elmlər namizədi və yaxud doktoru olan müəllimlərin,
həkimlərin sayı az deyil. Lakin məsələ
ondadır ki, müəllimlərin və həkimlərin rəsmi
maaşı ilə güzəştli kreditin
götürülməsi yalnız ilk baxışdan mümkün
kimi görünür, əslində isə
mümkünsüzdür. Hazırda elmlər namizədinin
maaşı 150-200 manatı aşmır. Elmlər doktorunun rəsmi
maaşı isə 300 manata çatmır. Deməli elmlər
namizədi və yaxud doktorunun güzəştli ipoteka krediti
ala biləcəklər siyahısına salınması sadəcə
görüntü xarakteri daşıyır. Hökumət rəsmiləri
yeri gəldi-gəlmədi müəllimlərə, həkimlərə
göstərdikləri sevgidən, məhəbbətdən
söz açırlar, real nəticə isə göz
önündədir. Evsiz-eşiksiz müəllim və həkim
hələ Allah bilir neçə il kirayələrdə
ömrünü çürütməlidir. Dünyanın əksər
ölkələrində hər hansı bir məsələylə
bağlı güzəştli şərtlər ilk növbədə
müəllim və həkimlərə aid edilir. Bir çox
ölkələrdə isə güzəşt edilən təbəqələr
evin ümumi dəyərinin 30 faizini ödəməklə mənzil
sahibi ola bilir. Göründüyü kimi, hər şey tərsinədir.
Elə şərait yaradılır ki, elmi işçi,
jurnalist, şair və yazıçı, müəllim və
həkim ümumiyyətlə güzəşt barədə
düşünməsin, əvvəlcədən
ağıllı və savadlı insan kimi hər şeyi
öz beynində avtomatik olaraq hesablayıb, öz-özünə
desin: "yox, güzəştli ipoteka ilə ev almaq mənlik
deyil".
Ülviyyə
Səlcuq
Xalq Cəbhəsi.- 2009.- 20 iyun.-
S.11.