Xalqa sədaqətlə
xidmət edən generallar
Səməd
bəy Mehmandarov və Əliağa Şıxlinskinin hərb sənəti dövlətçilik
tariximizdə özünəməxsus
yer tutur
1918-ci
ilin iyununda əsası qoyulan milli ordu quruculuğu Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət olaraq müəyyən
dövr ərzində varlığının qorunmasında
mühüm rol oynadı. Vaxtilə çar Rusiyasının
ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində,
ağlında daşıyan hərbçi
soydaşlarımız milli dövlətimiz qurulan kimi Vətənə
qayıtdılar, Azərbaycanın hərbi imkanlarının
yaranmasında və güclənməsində xüsusi rol
oynadılar. Hərbi sahədə ən tanınmış
imzalar - Səmədağa Mehmandarov və Əliağa
Şıxlinskidən savayı neçə-neçə Azərbaycan
generalı gənc dövlətin varlığının
yaşarı olması üçün misilsiz rəşadətlər
göstərmişlər. Ancaq cümhuriyyətin süqutundan
sonra bu şəxslərin başlarına gələnlər
tariximizin acı, kədərli səhifələrindəndir.
Məşhur
Azərbaycan generalları, Azərbaycan Xalq Cümhuriyyətinin
hərbi cəhətdən qurulmasında fövqəladə rəşadətlər
göstərmiş Səməd bəy Mehmandarov və Əliağa
Şıxlinskinin taleləri bu mənada fəlakətlə
sonuclananlardandır. Xalq Cümhuriyyətinin qurulduğu
dövrdə bu və başqa generallarımızın
olması sübut etdi ki, xalqımız döyüşkənlik
ruhunu qətiyyən itirməyib.
Yazıçı,
tanınmış araşdırmaçı-jurnalist Şəmistan
Nəzirlinin qənaəti belədir ki, fitri istedada malik,
anadangəlmə hərbçi olan artilleriya generalı Əliağa
Şıxlinski bütün varlığı ilə
xalqımıza ömrünün sonunadək sədaqətlə
xidmət edib. Təkcə general kimi vəzifəsini bitmiş
hesab etməyən bu məşhur sərkərdə həm də
hərb elminin görkəmli alimi idi: "Hələ ötən
yüzilin əvvəllərində hərbi mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilən
"Şıxlinski üçbucağı"ndan təkcə
Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və
başqa ölkələrin artilleriya məktəblərində
dərslik kimi istifadə olunub.
Əliağa Şıxlinski yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri "Legion" ordeni və zabitlərə verilən "Legion xaçı" ilə təltif edilib. Bir sözlə, o, generallar arasında ən yaxşı artilleriya generalı, məşhur hərb alimi olub".
Əliağa Şıxlinski dörd müharibənin şahidi, üçünün iştirakçısı olub. 1904-1905-ci illərdə Port-Artur, 1914-1918-ci illərdə I Cahan Savaşında, 1918-20-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb: "Onun məşhur "Xatirələrim" kitabı bu gün də hərbi memuarın ən qiymətli nümunələrindən biri hesab edilir. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, qiymətli bir mənbə kimi ondan istifadə etməsin. Ə.Şıxlinski 1917-ci il noyabrın 15-də Qafqaza qayıdıb. İlk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, milli Azərbaycan ordusunun təməl daşını qoyub. Tale Əliağa Şıxlinskiyə övlad nəsib etməmişdi. Sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonra demək olar, yaşamaq onun üçün artıq mənasızlaşmışdı. 1931-ci ildə vəfat etmiş Nigar xanımdan sonra o, 13 il yaşadı. General 1943-cü il avqustun 18-də Bakıda vəfat edib".
Səməd bəy Mehmandarovun hərb sənəti də dövlətçilik tariximizdə özünəməxsus yerə malikdir. Mehmandarov Səməd bəy Sadıq bəy oğlu (1855-1931) artilleriya məktəbini bitirib (Peterburq, 1875). 1898-ci ildən - Zabaykalyedə artilleriya divizionu komandiri olub, Çində bokser üsyanının yatırılmasında iştirak edib (1901), ordenlərlə, qızıl silahla təltif edilib, rus-yapon müharibəsində (1904-1905) Port-Arturu müdafiə edib. 3-cü Sibir ordusunun artilleriya rəisi (1901), polkovnik (1904), general-mayor (1908), general-leytenant(1915), artilleriya generalı olub. Varşava müdafiə əməliyyatında fərqlənib (1914-15). 1917-ci ilin aprelində istefaya çıxıb. 1918-ci ilin oktyabrından Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirliyində xidmət edib. 15 dekabr 1918-ci ildən 1920-ci ilin aprelinədək hərbi nazir vəzifəsində çalışıb. Sonralar Moskvada xidmət edib. 1924-27-ci illərdə hərbi məktəblərdə dərs deyib. 1928-ci ildən istefaya çıxıb.
Ş.Nəzirlinin fikrincə, hərbi xadim kimi Səməd bəy Mehmandarovun xidmətləri də əvəzsizdir: "Onun artilleriya sahəsindəki böyük nüfuzundan, qorxmazlığından, istedadından rus hərb tarixçiləri iftixarla yazıblar. Nə qədər təəssüflü səslənsə də, deməliyəm ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki məşhur general olub.
Sovet dövründə görkəmli sərkərdələrimizi unutmuşuq. Onları az tədqiq etmişik. Halbuki yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, I Dünya savaşında isə almanlara qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə "Artilleriyanın Allahı" fəxri adı, digərinə isə "Müqəddəs Georgi" ordeninin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalı arasında onların öz yeri olub".
S.Mehmandarov ilk təhsilini 1875-ci ildə Peterburqdakı Konstantin Yunkerlər məktəbində alıb. Hərbi sahəyə olan güclü marağı və fitri istedadı sayəsində az vaxtda podporuçik rütbəsiylə təltif olunub. 1898-ci ildə artıq o, podpolkovnik idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 1920-ci ilin 28 aprelindən sonrakı həyatı barədə oğlu Pir belə danışırdı:
"Atam aprelin
27-də parlamentin iclasından
evə qayıdıb özümüzlə aparmaq
üçün anamın
hazırladığı çemodanları
gördükdə dedi:
"Bunları boşalt,
çünki biz heç
yerə gedəsi deyilik". Anam təəccüblə soruşdu:
"Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?"
Atam anama cavab verdi
ki, parlamentin son iclası qurtaranda "Hümmət" fraksiyasının
lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin
etdi ki, Səməd bəy, başınızdan bir tük belə əskik olmayacaq. Bizimlə qalıb işləməyinizi
təklif edirəm.
Anam yenə də etiraz edərək dedi: "Bəs oğlunun taleyi, gələcəyi? Axı
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 26 iyun.-
S.14.