"Folklorun xalqın taleyində rolu misilsizdir"

 

Professor Hüseyn İsmayılov: "Azərbaycan zəgin folkloru ilə daim fəxr edə bilər"

 

Xalqların qədim mədəniyyət soraqlarının sistemli məcmusu folklorda təsdiqini tapır. Folklor xalqın ilkin mədəniyyəti, ilkin düşüncə tərzi, dünyaya, həyata sistemli dünyabaxışıdır. Bu gün dünyada kompüter texnologiyalarının yüksək səviyyədə intişar tapdığı bir zamanda belə qədim ənənələrə maraq var. AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov folklorun xalqımızın bugünkü həyat tərzində əvəzsiz rolundan danışaraq bildirir ki, Azərbaycan müstəqillik qazanandan sonra bu yöndə soraqların toplanılması daha geniş xüsusi miqyaslı xarakter alıb. Hər il Folklor İnstitutunda sözügedən mövzularda onlarla kitab nəşr olunur: "Bunlar adi kitablar deyil. Sanki bu soraqlarda fəhmən ifadə edilən məqamlar xalqın gələcək ülvi arzuları ilə vəhdət təşkil edir. Folklorun xalqın taleyində rolu mislisizdir. Azərbaycan zəgin folkloru ilə daim fəxr edə bilər. Hər hansı xalqın folkloru zəngindirsə, deməli o, qədim mədəniyyətə, keçmişə, hünərli tarixə malikdir. Bu gün folklor dəyərlərinin daha ciddi-cəhdlə toplanılmasına yenidən sistemli şəkildə xalqımıza dünyaya təqdiminə ehtiyac böyükdür".

İnstitutda folklor materiallarının çapının 100 cildlik yox, külliyyatla olması nəzərdə tutulub. Bu, hər şeydən əvvəl onu sübut edir ki, Azərbaycan folklorunu yüzlərlə cildlərə belə sığışdırmaq mümkün deyil. H.İsmayılov Bilgə Kağanın "Ey türk, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan!" kimi məşhur fikrini xatırladır: "Qədimliyimiz zənginliyimizdir. Babalarımız bizdən ruhlu, bədii zövq sarıdan hədsiz zəngin idilər. Bu səbəbdən folklorumuzun orta məktəblərimizdə daha geniş ardıcıl səviyyədə tədrisinə ehtiyac var. Elə etməliyik ki, yenə əvvəlki kimi analar yeni doğulan körpələrini şirin layla üstə böyütsünlər. Bunsuz millətimizin gələcəyinin sözün əsl mənasında yaranması mümkün olmayacaq".

Neçə ildir ki, institutda ənənəvi olaraq "Respublika Dədə Qorqud günü" qeyd edilir, elmi sessiya səviyyəsində tədbir keçirilir. Qeyd edək ki, növbəti belə tədbir gələn ayın 9-da keçiriləcək. Bədii hissədə "Kitabi-Dədə Qorqud"dan nümunələr səsləndiriləcək, institutun nəzdində fəaliyyət göstərən "İrs" ansamblının çıxışı olacaq: "Xalqımızın müdriklik, ləyaqət mücəssəməsi, özünəməxsus, bənzərsiz dəyərlərinin ifadə olunduğu "Kitabi-Dədə Qorqud"dakı ilahi, insani cəhətlərin daim ömrümüzdə yaşadılması qloballaşan indiki zamanda çox gərəklidir. İldə 4 dəfə "Dədə Qorqud" adlı elmi jurnal işıq üzü görür. Bu nəşr Türk Dünyasında daim böyük rəğbətlə qarşılanır. Bütün bu işləri Dədə Qorqud ruhuna inamla gerçəkləşdiririk. Türk xalqları arasında mənəvi bağlılığın daha da inkişaf etdirilməsi üçün hər bir ziyalı əlindən gələni etməlidir. Niyə soydaşlarımız qədim türk abidələrini bu sərvətlərə yiyə duracaq səviyyədə öyrənməsinlər, bilməsinlər, ümumiyyətlə, türk olmaları ilə qürur duymasınlar? Əslində bu qürurun, vüqarın işığında türkün sabahı daha güclü olacaq".

Folklor İnstitutunda hər il yazda ənənəvi keçirilən tədbirlərdən biri Aşıq Ələsgərə həsr olunmuş elmi-nəzəri sessiyadır. Aşıq Ələsgər mövzusunda tədbirin keçirilməsini yüksək dəyərləndirən H.İsmayılov deyir: "Artıq ənənəyə çevrilmiş bu tədbir adətən iki gün çəkir. Elmi-nəzəri sessiyadan sonra səhəri gün saz-söz aşıqlarının iştirakı ilə mahiyyətcə sessiyanın davamı kimi tədbir düzənlənir. Aşıq Ələsgər aşıq sənətinin incəliklərinə dərindən bələd idi. Bu səbəbdən o, özündən sonra sözün hər mənasında məktəb qoyub gedə bildi. Ələsgərin meydana çıxması təsadüfi hadisə deyildi. O, haqq aşığı ənənəsinin qeyri-adi, bənzərsiz ifadəçilərindən biri idi. Bu səbəbdən Aşıq Ələsgər adi aşıq deyildi. Onun sirli-sehirli dünyasına hələ bundan sonra daha ciddi şəkildə baş vurulacaq. Ümumən isə Ələsgər ruhuna həmişə müqəddəs münasibət bəslənilməlidir. Onun aşıq poeziyasında varlığı bizim üçün daim qürur mənbəyidir."

Türk Dünyasının mənəvi birliyinin, dünyada ermənilərin məntiqsiz, ruhsuz iddialarına qarşı inamlı, idraklı müqavimətinin yaradılmasında mühüm rol oynadığını deyən H.İsmayılov bundan sonra sözügedən sahədə türk aydınlarının daha ardıcıl, birgə çıxış etməsinin gərəkliyini vurğulayır: "Hər bir xalqın mədəniyyət tarixində onun milli kimliyini yaşadan, milli varlığın bütün özünəməxsus əlamətlərini poetik reallığa çevirən obrazlar var. Azərbaycan folklorunda Ağrı dağı obrazı da belə milli əhəmiyyət kəsb edən, özünün ideya-bədii mahiyyətinə görə milli dəyərlərin simvolu sayılan etnik kimlik işarəsidir. Bu həqiqətə baxmayaraq heç bir mənəvi dəyərlər sisteminə sığmayan erməni saxtakarlığı Ağrı dağını da özünün fitnə obyektinə çevirib, Azərbaycan Türkiyə türkləri üçün müqəddəs dəyəri erməni çirkabına bulaşdırıb. Ağrı dağı bir ad-işarə kimi özündə son dərəcə ulu əski tarixi həqiqətləri gizlədir. Bu həqiqətlərin mahiyyətinə varmadan, əslində, erməni fitnəsini üzə çıxarmaq, onun antibəşəri mahiyyətini ifşa etmək çətindir. Ağrı dağının türk milli kimliyinin işarəsi olması ilk növbədə bu obrazın türklərin sakral-mifoloji görüşləri ilə əlaqədar olmasında üzə çıxır. "Ağrı" sözü qədim türk dillərindədir öz leksik quruluşuna görə bütün hallarda "Ağrı" sözü ilə bağlı olan "Ararat" sözü Ağrı dağının adının son dərəcə kasıb fonetik-qrammatik struktura malik olan erməni dilindəki deyilişindən başqa bir şey deyil. Bütün hallarda Ağrıdağ (Ararat) tarixən Türk dağı olub bu gün olaraq qalır. Heç şübhəsiz, bu dağın adlarından hər hansı biri (xüsusilə Ararat) türkcə olmasaydı, ermənilər onun adını dəyişib "Masis" qoymazdılar. Ağrı dağı qədim türk mifoloji dünyagörüşündə müqəddəs dəyərdir. Erməni ədəbiyyatının görkəmli tədqiqatçısı, akademik Manuk Abeqyan 1975-ci ildə İrəvan şəhərində nəşr olunmuş "Erməni ədəbiyyatı tarixi" kitabında yazır: "Erməni xalqının əsli nədir, necə vaxt, haradan hansı yollarla o, buraya gəlib, erməni olmazdan əvvəl sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın dəqiq dəlillər yoxdur". Milliyyətcə erməni olan digər akademik Kerop Patkanyan isə yazır: "Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq, həmişə güclü qonşularına məharətlə qulluq ediblər" s. Əslində bu, həmişə belə olub".

"Ermənilər dərililər arasında ən pis qullardır" - Adam Metsin bu fikri təsadüfən deyilməyib".

H.İsmayılov bu qənaətdədir ki, dünyada heç bir xalqın türk xalqları qədər zəngin folklor örnəkləri yoxdur: " heç bir xalqın folklor örnəkləri başqa xalqların folklorunun tarixinin yaradılmasında türk xalqlarının folkloru qədər yaxından iştirak etməyib."

Hər il olduğu kimi bu il institutda Novruz bayramına həsr olunmuş elmi-nəzəri sessiya keçiriləcək, bədii hissədə Novruzla bağlı səhnəciklər olacaq, bayram ruhlu mahnılar səslənəcək. Onu da qeyd edək ki, artıq bir ilə yaxındır Folklor İnstitutunun saytı fəaliyyət göstərir. Saytda institutun yaradılmasının əhəmiyyəti, indiyədək görülmüş işlər, institutun strukturu, şöbələr, institut əməkdaşlarının çoxsaylı elmi araşdırmaları, institutun elmi nəşrləri ("Dədə Qorqud", "Elmi axtarışlar", "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər"), habelə "Azərbaycan Folkloru Antologiyası"nın, "Azərbaycan Folkloru Külliyyatı"nın elektron variantları yerləşdirilib. Azərbaycan Folklorunun zəngin soraqlarının dünyaya bu cür sistemli təqdimi ("Göyçə folkloru", "Ağbaba folkloru", "Qaraqoyunlu folkloru", "Dərələyəz folkloru", "Qarabağ Folkloru" s.) ermənilərin iddia qəsb etdikləri türk torpaqlarına ruh yaddaşı tarixilik baxımından qətiyyən dəxli olmadığını əsaslandıran qiymətli mənbələrdir.

 

 

 Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi .-2009.- 5 mart .- S.14.