İncəsənətdə sirli-sehrli
qadın dünyası
Qadınla gülün
incə, həm də biri-birini tamamlayan vəhdəti var
Yüzillərdir ki, incəsənətin
müxtəlif sahələri sirli-sehrli qadın
dünyasının əsrarəngizliyi, özünəməxsusluğu
barədə yazır, amma mövzu bitmək bilmir ki, bilmir. Maraqlısı
və qəribəsi budur ki, qadınlar da çox hallarda
özlərindən yazırlar; incəsənət onlara
özlərini ifadə etmək üçün geniş
imkanlar verir. Qadınlar özlərinin ilahi imkanlarını
gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar
haqqında yüzillər ərzində formalaşmış qənaətləri
ilahiliklə yanaşı həm də təzadlı xarakter
daşıyıb. Əslində cəmiyyətdə
qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların
səbəbkarı əksər hallarda kişilər olub. Qadın
həmişə fitrətən kişi idrakına, ruhuna
ehtiyac hiss etdiyi kimi, kişi də həmişə qadın zərifliyini
idealizə edib. Türk ailəçiliyində qadına ilahi
münasibət son dərəcə heyrətamizdir. "Dədə
Qorqud dastanları"nda qadın kişinin
"başının baxtı, evinin taxtı" hesab
olunurdu.
İndiyə kimi
sırf qadınların yaradıcılıq işlərindən
ibarət sərgilərdə çox olmuşam. Təbiətən
zərif olan qadınların bu tirli işlərində də
yerə-göyə sığmayan zəriflik göz
oxşayır. Azərbaycan qadınının rəngkarlıq,
qrafika, heykəltəraşlıq, tətbiqi sənət
(xalçaçılıq, qobelen, batika, keramika, zərgərlik)
nümunələri bölüm-bölüm göz
oxşayır, mövzu rəngarəngliyi sarıdan diqqəti
cəlb edir. Həmişə bizdə daha çox hesab edirlər
ki, əsər böyük olduqca onun dəyəri, ifadə edəcəyi
məzmun da güclü olur. Əslində əsərin
böyük-balacalığından asılı olmayaraq onun nə
dərəcədə mahiyyəti özündə
daşıması əsasdır. Belədə həmin əsərin
bənzərsizliyi təqdimatsız belə görünür,
bilinir. Ötən ilki sərgilərdən birindən mərhum
xalçaçı rəssam Lətif Kərimovdan dərs
almış Lətifə Qarayevanın xalçası zərifliyi,
əlvan, biçimli naxışları ilə yadımda
qalıb. Balaca həcmli əsərdə bahar mövzusunda
çoxlu düşündürücü elementlər
vardı. Xalidə Nəsirovanın "Qurama"sında
müxtəlif rənglərin ilğımı, vəhdəti,
çələngi vardı. Digər "Qurama"sı isə
sanki bunun davamı idi, uşaq obrazları ilə zəngin, gözəl
idi. Könül Yaqub qızının "Balalı buta" əsəri
sarlarla işlənmişdi. Gözəl bir qız surəti təsvir
olunmuşdu, çiynində kuzə, əlində isə badə
vardı.
Aktrisa Suğra
Bağırzadənin quramaları, müxtəlif əsərləri
pərəstişkarlarına yaxşı tanışdır. Onun
bir aktrisa olaraq xüsusən Azərbaycan kinosunda
yaratdığı obrazlar tamaşaçıların
yaddaşındadır. Amma bir rəssam olaraq floristikada da sözünü deməyə
nail olub. İxtisasca kimyaçı olan Suğra xanım rənglərin dilinə, xasiyyətinə fitrətən
bələddir. Təbiidir
ki, fitri rəssamlıq keyfiyyəti
heç də müəyyən sahədə
mütəxəssis olmaqla
şərtlənmir. Amma
hər halda müəyyən keyfiyyətlərin
bir şəxsdə yaradıcı şəkildə
birləşməsi sənətdə
özünəməxsusluğa gətirib çıxarır.
Suğra xanımın
əsərlərində gül
obrazı təbii olaraq aparıcıdır.
O, fitrətən təbiətin
ən gözəl varlıqları olan qadınla gülün incə, həm də biri-birini tamamlayan vəhdətini verməyə nail olub. Təəssüf ki, ana təbiətin özü belə elə hey çəkdiyi alınmayan rəssama oxşayır. Rəssam istədiyi alınmayanda əsərini cırıb
atır. Təbiət
isə əksər hallarda gözəl, bənzərsiz rəssamdır:
bu əsərlərdə
biz kliplərdəki, filmlərdəki,
rəssamlıqda, nəsrdə,
roeziyadakı təsvirlərdən
artıq olan qeyri-adi gerçəkliyin,
əslində mənanın
ifadələrini - nişanələrini
görürük. Di gəl
ki, təbiət yaratdığı gülə
qarşı amansızdır.
Həmçinin də
cəmiyyətin tarixən
qadına qarşı
amansızlığı acı
gerçəklikdir.
Suğra xanımın tablolarında
yaradılanı yaşatmaq
ehtirası zərif güllərin timsalında,
qadın xəyalında
obrazlı və gerçək vəhdət
təşkil edir. O, zahirən eyni mövzularda çoxsaylı
əsərlər yaratsa
da, bunlardakı biçim müxtəlifliyi
əslində məna
zənginliyinə dəlalət
edir. Rəssamın fanatcasına bu sənətə bağlılığı
bütün əsərlərində,
yazılarında hiss olunur.
Əslində o, bu yazıları ilə həyata, dünyaya, yaşamağa olan sonsuz sevgilərini ifadə etmək istəyib və haradasa nail olub.
S.Bağırzadənin əsərlərindəki
özünəməxsusluq onların təbii, canlı güllərdən
yaradılmasıdır. Sanki müxtəlif biçimli,
ideyalı, kompozisiyalı
güllər tabloların
üzərində sadəcə,
donub qalıb. Lakin donuq halda
belə güllər özlərinin qısa, amma qanadlı, aşiqanə hekayətlərini
danışırlar. Rəssamın
əsərlərini adlandırmasına
gəlincə, bunlarda
bir şərtilik var.
Çox zaman adlar biri-birinə bənzəyir, bəlkə
də eyni məzmun ifadə edir. Lakin hər
bir əsər digərindən təkcə
məzmunca deyil, həm də biçimcə xüsusi şəkildə fərqlənir.
Rənglərin məharətli
ahəngdarlığının tarılması, tablonun ümumi halının güllərin rəngi ilə birliyi gözəl alınıb.
"Günəbaxanlar" əsərində təbii
rəng tabloya hopub: sarı rəngin işığı
xəyallı arzular selinə qarışır.
"Məhəbbət çələngi"
tablosunda rəssam adi həyatda heç kəsin fərqinə varmadığı,
maraqlanmadığı tərəvəzlərdən
gözəl bir əsər yaradıb: iri lobyalar, həmçinin
buğda və dənələri, torrağa
bulaşmış buğdalar
açıq və boz fonda təsvir
edilib. Suğra xanımın "Solmaz çiçəklər"i güllərin
zərif timsalında insana dözüm, iradə hekayətini danışır. Təbiət
gülə qarşı
amansız olsa, daim onu tez
soldurmağa cəhd etsə belə, həyat həmişə ümidlə, güllük
əhvalı ilə doludur. İnsan ruhunun dərin qatlarına endikcə, könül dünyasının
solmaz çiçəklərini
dərdikcə fərəhi
yerə-göyə sığmır.
Onun "Bətndə
həyat"ı da maraqlıdır: sanki canlı çiçəklər
güldanda donub qalıb. O, canlı çiçəklərdən tablo yarada bilib.
Güldanın ortasında
yarımçıq bir
şam var.
Törə Ağabəyovanın
"Portret"ində müasir
düşüncəli qız
obrazı canlandırılıb.
O, görəsən, nə
düşünür? Hiss edilən
budur ki, qız təkcə gül iyləmir; indi onun həyatının
ən duyğulu çağıdır. Rəssam
qızın sifətindəki
yaşamaq eşqinin çalarlarını verməyə
nail olub. İradə Afşarovanın "Meyvələr"
adlı natürmortunda
canlılıq var. Rənglərin
biri-birilə qarışması
fonda onların xəyali təəssüratını
yaradır. Azərbaycanın
qadın rəssamlarının
neçə onillər
ərzində yaratdıqları
gözəl əsərlər
hamıya məlumdur.
Mərhum yazıçı
Əzizə Cəfərzadə ilə söhbətlərimizi xatırlayıram.
Elə söhbətimiz
olmazdı ki, ailə-qadın mövzusuna
toxunmasın: "Əsas
qayğım ana, ailə məsələsidir.
O, qadınlar ki, ərləri işsizdir və axşam evə əli ətəyindən uzun gəlir, çörək
pulu gətirə bilmir, ata hüququnu
elə bil itirməyə başlayıb.
Uşaqlar küçələrdə
maşınları silir,
başqa işlər görür, pul qazanır, analar isə ailəni saxlayırlar. Səhərdən
gedib qatarın qabağından ucuz qiymətə aldıqları
meyvə-tərəvəzi gətirib tinlərdə satırlar: gün başlarını deşir,
yağış isladır,
külək qurudur. O balaca uşaqlar da məktəbdən yayınır - deyirik. Üayınmırlar, onlar
çörək pulu
qazanaraq analarına az da olsa
kömək edirlər.
Təbiət ananın
çiyninə böyük
bir vəzifə qoyub. Ananın ən böyük funksiyası elə ana olması, cəmiyyətin gələcəyini
davam etdirməsidir. Adətən qadınların
zərif varlıq olduğunu deyirlər. Qadının uşaq dünyaya gətirməsindən
tutmuş mətbəx
işlərinədək fəaliyyətinə
diqqətlə baxsaq, görərik ki, qadın olduqca güclüdür - fiziki cəhətdən. Bu gücü
ona Allah verib".
Şairə Qiymət
Məhərrəmli günümüzün
indiki çağında
qadının şeir
yazması, bu və ya digər
dərəcədə mənəvi
ağrıları yaşaması
ilə bağlı duyğularını bizimlə
bölüşür: "Təbii ki, qadının şeir yazması çətindir.
Onsuz da bir qadının, xüsusən də ananın ev, ailə işləri bəs deyincədir. O da ola ki,
bütün bu qayğıları yaşaya-yaşaya
Tanrı pıçıltılarını
ipə-sapa düzməyə
imkan tapasan. Hesab edirəm ki, şairlik bir taledir. Nə
qədər çətin
olsa da, hər halda şeir yazandan sonra daxilən rahatlanırsan, ürəyin
boşalır, halını
ifadə edirsən. Ən çətin anda dəftər-qələm
köməyə gəlir.
Qadın şairlərin
kişi şairlərdən
fərqi odur ki, qadınların qayğısı həddən
artıq çoxdur. Şairliyindən, işləməyindən
asılı olmayaraq
ilk növbədə sən
anasan..."
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2009.-7 mart.- S.14.