Sabah xanımların
günüdür
Cənnət anaların
ayağı altındadır
Nə qədər bərabərlikdən
danışsaq da, kişilər bu qaydaları bəzən
pozur. Xüsusilə də Şərq ölkələrində.
Günümüzdə
hələ də qadınlar təcavüzə məruz
qalır, intihara məcbur edilir, döyülür, ən dəhşətlisi
kiçik yaşlı qız uşaqlarının
başına gəlir. Laqeyd qalınan hər günün əvəzini
bir qadın həyatı ilə ödəyir.
Yoxsulluq gedərək
"qadınlaşır". Dünyada yoxsulluqla yaşayan
1,5 milyard insanın 70 faizini qadınlar təşkil edir. 85
milyon qız uşağının təhsili yoxdur. 700 milyon
qadın yetərincə yeməyə və suya sahib deyil.
İslam dünyasında vahid prototip yoxdur
Təsadüfi deyil ki, Qərbdən
fərqli olaraq İslam coğrafiyasında vahid müsəlman
qadın prototipi yoxdur. Coğrafi, mədəni, məzhəb fərqləri,
İslamda dəyişən yanaşmalar qadına
baxışda da fərqlilikləri ortaya çıxarıb.
Müsəlman dünyasında qadınlara münasibətdə
formalaşmış birmənalı streotiplər var. Biz də
çox zaman gerçəklikləri əks etdirməyən
streotipləri paylaşırıq. Ancaq bütün bunlara
baxmayaraq, Qərbin özündə Şərqə
baxışda vahid müsəlman qadın tipi var. Həmin
qadın kölə, təzyiq altında yaşayan və
hüquqlarını anlamayan birisidir.
Şərq ölkələri
sıralamasında qadınların ən çox zərər
çəkdiyi ölkə Yəməndir. Bu ölkədə
bir qadın millətvəkili və bir nazir var.
Uzun illər müstəqillik
mübarizəsi aparmış Əlcəzairdə heç bir
sahədə qadınlara mane olmasa da, təhlükəsizlik
problemi qadınların azadlığını məhdudlaşdırır.
İranda
qadınların iş həyatında, siyasətdə, idmanda
iştirak etmələrin qarşı çıxılmasa da,
"dinin qadın lehinə yenidən şərh olunması
lazımdır" deyənlər çoxdur.
Fələstinli
qadınlarsa yaşadıqları zərbələr
qarşısında ayaq üstə durmaq üçün
mübarizə aparırlar.
Oxuma-yazma bilməyənlərin 67-faizi
qadınlardır
Qadınlara qarşı
zorakılığa görə ilk sırada Konqo gəlir. Birləşmiş
Millətlər Təşkilatının məlumatına
görə, təxminən 113-lə-200 milyon arasında
qadın demoqrofik baxımdan itkin sayılır. Ya dünyaya gəlir-gəlməz
öldürülüblər (tək günahı oğlan
olmaması), ya da oğlan qardaşları və ataları ilə
bərabər qida və tibbi avadanlıqlara məhrum
olduqlarına görə.
Dünyada hər 3
qadından biri şiddətə məruz qalır, hər 5
qadından biri təcavüzə uğrayır, ya da təcavüzdən
son anda qurtulur. Mühacirlərin 80 faizini qadınlar təşkil
edir. 280 milyonluq Ərəb dünyasında hər 2
qadından biri oxuma-yazma bilmir. Ümumilikdə dünyada
oxuma-yazma bilməyənlərin 67-faizi qadınlardır. Hələ
də 5 qadından biri, yəni 5 milyon 732 min qadın oxuma-yazma
bilmir. Kiçik yaşlı qızların böyük əksəriyyəti
məktəbin yolunu tanımır belə.
Avropa ölkələrində
işləyən qadınların da vəziyyəti
yaxşı deyil. Orada kişilərlə müqayisədə
qadınlar 17,4 faiz az qazanırlar. Avropa Birliyinin son
statistikalarına görə, Avropa Birliyinə daxil olan 27
ölkədə qadınlar daha az qazanclı və mövqecə
aşağı işlərdə çalışır.
Üstəlik, bu qadınlar əksərən günün
yarısı çalışa bilərlər, ailəvi səbəblərə
görə kariyera fikirləşmirlər, ən əsası
yüksək maaşlı işlərə sahib ola bilmirlər.
Məlumatlara görə, qadınla kişi arasındakı ən
böyük maaş fərqi 30 faizlə Estoniyada, ən az fərq
İtaliyadadır.
Məsum" kişilərin zorakılıqlarının
səbəbləri
Türkiyədə
qadınların durumu daha vahiməlidir. İstanbul və bir
neçə böyük şəhərləri ilə pərdələri
bağlamağa çalışan Türkiyənin ətraf əyalətlərində
10 qadından 4-ü zorakılığa, 2-si təcavüzə
məruz qalır. Qadınların 60 faizi həyat
yoldaşından, 20 faizi boşandığı ərindən,
10 faizi nikahsız- birlikdə yaşadığı insan tərəfindən
şiddətə və təcavüzə uğrayır.
Zorakılıqla üzləşən qadınlar 12-40 yaş
arsındadır. Ancaq 2-2,5 faiz 50-61 yaşında da
döyülən qadına rast gəlmək olar.
Bu günlərdə Şanlıurfa vilayətində Qadın
Platoformunun üzvləri "Qadınlar şiddət görməsin",
"Kişi və qadın bərabərliyi"
şüarları ilə yürüşə
çıxıblar.
Hindistanda ailə içi şiddət ciddi bir problemə çevrilib.
"Lancet"
jurnalının bu yaxınlarda yayımladığı
məlumata görə,
Hindistanda ildə 100 mindən çox 15-34 yaş arası gənc qadın yandırılaraq öldürülür. Araşdırmada bu ölümlərin çoxunun ailə daxilində zorakılıq
zamanı baş verdiyi ortaya çıxıb. Qəribədir ki, bu qadınların
çoxu həyat yoldaşları ilə anlaşmazlıqlar üzündən
üzərilərinə qaz
yağı tökülüb
yandırılır. Sonra "Mətbəx
qəzası" deyilib,
üstü örtülür.
Araşdıramalara
görə, ümumiyyətlə qadınların 39 faizi
"yeməyi yandırma", "ərinə
qarşılıq verməmək","pulu çox xərcləmək",
"uşaqlara düzgün baxmamaq" və s kimi "məsum
kişilərin" bildirdiyi səbəblərindən
döyülür.
Bir şiddətin iki üzü
Zorakılığı
qəbuletmə vəziyyətinə gəlincə,
qadının təhsilli olması bəzi fərqləri ortaya
qoyur. Yəni təhsili olmayan, ya da heç məktəbə
getməmiş qadınların 62 faizi, təkcə orta məktəb
təhsil olan qadınlarınsa 8,8 faizi döyülmə səbəblərini
haqlı sayıblar. Təhsilli qadınlarsa ev və iş həyatını
uzlaşdıra bilmədiklərindən şiddət
görürlər.
Döyülən
qadınların yarısı bu vəziyyətdən heç
kimə danışa bilmədiklərini deyirlər.
Qadınların 89,4 faizi şiddətin haqlı sayılacaq tərəfinin
olmadığını düşünürlər.
Məsələn, bu
yaxınlarda İstanbulun göbəyində 5 aylıq hamilə
olan bir qadın burnu qırılmış halda xəstəxanaya
yerləşdirilib. Ancaq qorxusundan ərinin
döydüyünü etiraf edə bilmir. "İki
uşağım var, gedəcək yerim də yoxdur", -
deyib ərindən şikayətçi olmayıb.
Ölkələrində
təcavüzə məruz qalıb başqa ölkələrə
üz tutan qadınların da bəxti gətirmir. İngiltərədə
mühacirlərə yardım qurumu sayılan Mühacir
Konseyinin hesabatına görə, son iki ildə Şri-Lanka,
Somali, Eritrə və Demokrotik Konqo Cümhuriyyəti və digər
müharibə bölgələrindən Londona 150 qadın gəlib.
18 yaşından kiçikləri öz ölkələrindəki
zorakılıq və təcavüzün əlindən
qaçdıqlarını bildiriblər. Bu səbəblə
həmin qadınların 20-si hamilə qalıb, bəziləri
isə çarəsiz də olsa, uşağını
dünyaya gətirmək məcburiyyətində qalıb.
Konseyin məlumatına görə, bu qadınlar, xüsusilə
də müraciətləri rədd edilənlər İngiltərədə
də zorakılıqla üzləşməkdə davam edirlər.
Amerikada hər altı
qadından biri ərinin yumruqlarına məruz qalır.
Ayrıca müharibə bölgələrində qadınlar və
uşaqlar arada qalır.
Onu da deyək ki, istər
şiddət görən, istər görməyən,
qadınların 92 faizi məhkəmələrin
zorakılığa əl atan kişilərə cəza verilməsini
istəyir.
8 martın tarixi
8 Mart 1857-ci ildə
ABŞ-ın Nyu-York ştatında 40 min qadının işlədiyi
fabrikdə polisin hücumu nəticəsində onlar
bağlı qapılar arasında qalıb. Ardınca baş
verən yanğın zamanı işçilərdən 120-si
həyatını itirib. O zaman həlak olan işçilərin
dəfnində 100 mindən çox kişi iştirak edib.
Bu məsələ
1910-cu ildən 1921-ci ilə qədər Danimarkanın
Kopenhagen şəhərində hər il keçirilən Beynəlxalq
Qadınlar toplantısında müzakirə edilib. 1857-ci ildə
8 Mart gününü ölən işçi
qadınların şərəfinə Dünya Qadınlar
Günü kimi qeyd olunmasını irəli sürüblər.
I və II Dünya Müharibələri zamanı bəzi
ölkələrdə bu bayram qadağan olunub. Anacaq
1960-cı ilin sonlarında ABŞ-da qeyd olunması ilə
bütün dünyaya yayılıb. 1977-ci ildə Birləşmiş
Millətlər Təşkilatı rəsmi olaraq 8 Martı qəbul
edib.
Birləşmiş Millətlər
Təşkilatına üzv 191 ölkənin sadəcə
12-nin lideri qadındır.
Qərar alma
mexanizmasına gəlincə, qadın idarəçilər
Türkiyədə 9 faizdirsə, bu göstərici ABŞ-da
47 faiz, Rusiyada 39 faiz, Almaniyada 36 faiz, İngiltərədə
33 faiz, İtaliyada 29 faiz, Yunanıstanda 26 faizdir. Parlamentdə
də qadınların durumuna gəlincə, Türkiyədə
9 faizdir. Məclisdəki qadınların 4,4-ü
qadındır. Türkiyədə ildə 2 min 500 qadın ana
olmaq istəyərkən həyatını itirir.
İsveçdə 47 faiz, İspaniyada 36 faiz, Almaniyada 32,
İngiltərədə 20, ABŞ-da 16 faiz, Yunanıstanda isə
14 faiz qadın deputatlar təşkil edir.
Bizim reallıq
Azərbaycana 1990-cı
ildə deputatların 4,3 faizini qadınlar təşkil edirdisə,
indi bu göstərici 11,2 faizdir. Dövlət Qulluğunda
çalışanlar arasında qadınların payı 29
faiz, sahibkarlar arasında 15 faiz təşkil edir. Hazırda
ölkənin hər 5 təsərrüfatının birinə
qadınlar başçılıq edir.
Başqa ölkələrlə
müqayisədə bizdə təhsil məcburi olduğundan təhsilsiz
qızlara az rast gəlinir. Ən azı erkən ailə
qursalar belə, orta təhsilli olurlar. Dövlət Statistika
Komitəsinin məlumatına görə, ölkədə 15
yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və
tam orta təhsillidir. Ümumtəhsil məktəbləri
şagirdlərinin 47 faizi, orta ixtisas məktəblərinin 69
faizi, ali məktəb tələbələrinin təxminən
yarısı qızlardan ibarətdir. Hazırda aspirantların
və doktorların 33 faizini, bütün elmi işçilərin
50 faizini qadınlar təşkil edir.
Qadınlar ölkə
iqtisadiyyatının demək olar ki, bütün sahələrində
çalışır və onların çəkisi məşğul
əhalinin ümumi sayında 49,5 faizdir.
Ancaq ürək açmayan bir problemimiz var. İnsan alverinə görə ən çox qadın bizim ölkədə həbs olunur. BMT-nin narkotiklərlə və cinayətkarlaıqla
məbarizə idarəsinin
hesablamasına görə,
Azərbaycanda insan alveri ilə məşğul olanların
86 faizi qadınlardır.
155 ölkəni əhatə
edən bu hesabata görə, insan alverinin qurbanları- əsasən
qadınlar və qızların 79 faizi başqa ölkələrə
cinsi istismar üçün aparılır. İnsan alverinə
görə məhkum olunanlar arasında qadınların
kişilərə nisbətən payı Gürcüstan və
Azərbaycanda 86 faiz, Ermənistanda 69 faiz, Latviyada 53 faiz,
Nigeriyada 50 faiz, Fransada 32, Rusiyada 14, Moldovada isə 10 faizdir.
Patronlar da çoxdur
Yuxarıda göstərilənlər,
o demək deyil ki, qadınlar bütün günü şiddətə
məruz qalır. Yaddan çıxarmayaq ki, Qadınlar həm
də Anadır. Cənnət də Anaların ayağı
altındadır.
Həm də XX və
XXI əsrdə xanımların arasında prezident, baş
nazir, nazir postunu tutanlara tez-tez rast gəlinməkdədir.
Böyük Britaniyanın "dəmir ledisi" Marqarit
Tecceri, Türkiyənin baş naziri olmuş Tansu Çilləri,
ABŞ-ın sabiq dövlət katibi olmuş Madlen Olbrayt, az əvvəl
dövlət katibi postuyla vidalaşmış Kondaliza Rays,
ölümündən sonra prezidenti belə ölkədə
yaranmış titrəyiş sonucunda postundan istefa vermək məcburiyyətində
qalmış Pakistanın sabiq baş naziri, partiya lideri Bənəzir
Brutto, hazırda Almaniyanın baş naziri postunu tutan Angela
Merkel, Ukraynanı silkələyən baş nazir Yuliya
Timoşenko... Bu siyahını hələ çox uzatmaq olar.
Hər bir xanıma
patron olmağın mutluluğunu yaşamaq arzusuyla...
Nuranə Tofiqli
Xalq Cəbhəsi.- 2009.- 7 mart.- S.11.