31
mart Azərbaycanlıların
Soyqırımı Günüdür
Ermənilər Azərbaycanın
Güneyində də
soydaşlarımıza qarşı
soyqırımı törətmişdilər
Azərbaycan türklərinə
qarşı törədilən soyqırımlar xüsusilə
XX yüzilin əvvəllərindən başlayaraq artmağa
başlayıb. Ermənilərin dəhşətli qətllər
törətdikləri tarixi türk məskənlərindən
biri də hazırda "Ermənistan" adlandırılan ərazidir.
Bu ərazilərdə ermənilər dəfələrlə
soydaşlarımıza qarşı soyqırımlar törədiblər.
Ermənilər ötən yüzillər ərzində
yalançı arxivlər yaradaraq guya əzaba məruz
qalmış xalq obrazını formalaşdırmağa
çalışıblar. Hər halda XIX yüzil və ondan əvvəlki
dövrlərdə başımıza gələn müsibətlər,
soyqırımlar barədə kifayət qədər dəqiq
faktlar bu gün əlimizdə olmasa da, XX yüzilin əvvəllərindən
başlayaraq, xüsusilə də Azərbaycan Demokratik
Cümhuriyyəti dövründə yaradılmış
Xüsusi Təhqiqat Komissiyasının
araşdırmalarına əsasən toplanılan faktlar əsasında
o dövrdə soydaşlarımızın başına gətirilən
müsibitlərlə bağlı kifayət qədər bilgi
almaq olur.
Tanınmış
tarixçi-alim İsrafil Məmmədov əzəli türk məskəni
olan, hazırda "Ermənistan" adlandırılan ərazilərdən
sonuncu çıxanlardandır. Uzun müddət "Sovet Ermənistanı"
qəzetində çalışmış İ.Məmmədov
bu müddət ərzində Ermənistanda
soydaşlarımızın başına gətirilən
müsibətlərin şahidi olub, bu mövzuda ardıcıl
olaraq faktlar toplayıb, bir neçə kitab yazıb. Onun bu
mövzuda araşdırmaları ciddi əhəmiyyətə
malikdir. Belə ki, xüsusilə Ermənistanda sovet hakimiyyəti
qurulduqdan sonra ermənilər müxtəlif mərhələlərdə
Azərbaycan türklərinin yaşadığı tarixi ərazilərin
- kəndlərin, qəsəbələrin, dağların,
göllərin və s. adını tamamilə erməniləşdirib,
hətta türkə aid olan bütün tarixi abidələrin
ermənilərə məxsus olmasını iddia ediblər. İ.Məmmədov
bildirir ki, XIX yüzilliyin axırı və XX yüzillik Qərbi
azərbaycanlıların həyatında ən dəhşətli
işgəncələr, qırğınlar,
qaçqınlıq, soyqırımı, mənəvi genosid
dövrü olub. İndiki Ermənistanda XIX yüzilin
axırlarında kifayət qədər Azərbaycan
türkünün yaşaması haqqında əlimizdə
faktlar mövcuddur. Belə ki, 1889-cu ildə Zəngəzur qəzasının
azərbaycanlı əhalisi ermənilərdən çox
olub. 1897-ci ildə Zəngəzurun əhalisi 142 min nəfər
olub ki, onlardan 71,2 mini (50,1 faiz) Azərbaycan türkü, 63,6
min nəfəri isə (44,4 faiz) erməni idi. İrəvan
quberniyasının 1920-ci ilə qədər Azərbaycanın
tərkibində olan qəzalarında, xüsusilə İrəvan
qəzasında azərbaycanlı əhalinin sayı xeyli
çox olub.
Təəssüf ki,
tarixən başımıza gələnləri
kitablaşdırmamışıq, sabaha
saxlamamışıq. Millət başına gələn fəlakətlərdən
dərs almayanda, ayılmayanda bu, yeni-yeni faciələr baş
verir, bizi sevməyənlər unutqanlığımızdan məharətlə
bəhrələnir. Ötən yüzilin əvvəllərində
millətimizin başına gətirilən faciələr o
dövrdə yaşayan, mübarizə aparan
aydınlarımızın yazılarında ifadəsini
tapıb. Bu, artıq millətimizin haradasa ayılma
dövrü idi; lakin sonrakı dönəmlərdə
gördüyümüz faciələr hələ də bizi
gözləyən fəlakətləri yenmək gücündə
olmadığımızı göstərdi. Zaman-zaman türkə
qarşı birləşən qüvvələr bu gün də
hər vəchlə bizi faciələrə tuş etmək istəklərindən
əl çəkmirlər.
Tanınmış
tarixçi-alim Tofiq Vəliyev deyir ki, "Sovet dövründə
ümumiyyətlə, soyqırım mövzusunda
danışmaq, yazmaq yasaq edilmişdi. Düzdür, ümumi
şəkildə 1905-ci il hadisələrindən
yazırdıq, amma Azərbaycan Demokratik Cümhuriyyəti
dövründən yazmaq olmazdı. Təbiidir ki, Milli
Hökuməti sovet dövləti qəbul edə bilməzdi,
tarixi ədəbiyyatda cümhuriyyət "burjua-mülkədar
hökuməti" kimi qələmə verilirdi, sosializmlə
burjuaziya da bir araya sığa bilməzdi. Amma Azərbaycan
ötən yüzilin sonlarında yenidən müstəqillik
qazandıqdan sonra bu mövzuya qoyulan qadağa aradan
götürüldü. Kitablar, çoxsaylı mətbuat
yazıları meydana gəldi: Atamoğlan Məmmədlinin
"Ermənilər", Anar İsgəndərovun
"Türk-müsəlman soyqırımı" və
başqa kitablar bu qəbildəndir. 1998-ci ildən
başlayaraq Azərbaycanda 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu müddətdə
Azərbaycan Türklərinin soyqırımı ilə
bağlı xeyli kitablar işıq üzü görüb. Sani
Hacıyev "Erməni və PKK terroru" adlı doktorluq
dissertasiyası müdafiə edib, həm də eyniadlı
monoqrafiyası çapdan çıxıb. Soyadını
unutmuşam, Samuel adlı bir amerikalı tarixçi ermənilər
haqqında həqiqətləri bir araya gətirəcək
ikicildlik kitab çap etməyi
planlaşdırmışdı. Ermənilər onu
öldürdülər, amma tədqiqatçı
ölümündən qabaq birinci kitabını çap etdirə
bildi. Həmin kitab ingiliscədən ana dilimizə tərcümə
edilib".
Dövlət Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru Maarif Teymur arxivdə
ötən yüzilin əvvəllərində ulusumuza
qarşı törədilmiş soyqırımlarla
bağlı tanınmış qələm sahiblərinə
aid soraqların saxlanıldığını bildirir:
"Ötən yüzilin əvvəllərində
soydaşlarımıza qarşı törədilmiş
qırğınlar tarixin müxtəlif dönəmlərində
özünü göstərdi. Bu mənada
yaradıcılarımız soyqırım mövzusuna dəfələrlə
müraciət etmişlər. Düzdür, sovet
dövründə məlumdur ki, bu mövzuda danışmaq yasaq
idi. Əziz Şərifin şəxsi fondunda
soyqırımlarla bağlı müəyyən məqamlar
var. Əziz Şərif sovet dövründə bu mövzuda
danışmağa təbii olaraq ehtiyatlanırdı.
Amma hərdən
qeyri-ixtiyari bu barədə danışırdı".
Maarif Teymur daha sonra qeyd
edir ki, sovet dövrünün bütün qadağalarına
baxmayaraq bu mövzunu xalqa unutdurmaq olmadı: "1918-1920-ci illərdə
mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti
dövründə soyqırımlar barədə həmin
dövrdə isti-isti danışılmışdı. O
dövrdə çıxmış "Azərbaycan" qəzetinin
səhifələrində bu barədə xeyli sayda
tükürpədici, ermənilərin xalqımıza
qarşı törətdiyi soyqırımın təsvirləri
detallarınadək var. Bütün bunlar bizim əlimizdə
tutarlı faktlardır, bunlardan istifadə etməliyik. Bu
faktlardan bir daha tamamilə aydın görünür ki,
soyqırımı tarixin bütün çağlarında
ermənilər törədib, amma bu gün özlərini
dünyaya yazıq, məzlum, soyqırıma məruz
qalmış xalq kimi təqdim edirlər.
M.Ə.Rəsulzadə həmin
dövrdə mart soyqırımının canlı şahidi
olan M.Kulqedən sitat gətirir: "Kulqenin, digər əcnəbilərin
o günlərin xatirəsi olmaq üzrə almış
olduqları və bu gün əllərdə mövcud olan
fotolar çox faciəli mənzərələri əks
etdirir. Bir yığım qızlı-erkəkli cocuq
ölüləri üzərində qocaman çoban köpəkləri
bu məşum yavruları gəmirir... Çılpaq bir
qadın yerə sərilmiş, ölmüş... bu
ölü vücudun qurumuş məməsini canlı bir yavru
əmməkdədir..." M.Ə.Rəsulzadənin
redaktorluğu ilə Münhen şəhərində nəşr
olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli
31-ci sayı demək olar, bütünlüklə 1918-ci ilin
martındakı Bakı qırğınlarının 15
illiyinə həsr edilib. Azərbaycan Xalq Cümhuriyyəti
Hökuməti həm 1919-cu, həm də 1920-ci il martın
31-ni Milli Matəm günü kimi qeyd edib.
Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli
qırğınlar törətmişdilər. 19-cu yüzilin
sonlarında yaradılan "Daşnaksütyun"
partiyası ermənlərin vəhşi istəklərinin
gerçəkləşməsi üçün bir rupor rolunu
oynayırdı. Məhz bu dövrdən
başlayaraq erməni
qatilliyi daha təkmil və planlı şəkildə
gerçəkləşməyə başladı. Ermənilərin
məqsədi bütün
türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən ibarət
Ermənistan yaratmaq idi.
Ermənilər Azərbaycanın
Güneyində də - Urmiyada, Xoyda, Təbrizdə, Səlmasda
və başqa şəhərlərdə
soydaşlarımıza qarşı soyqırımı törətdilər.
150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk
öldürüldü. Osmanlı ordusu gələnə kimi
artıq öldürülənlərin sayı 10 min nəfəri
ötdü. Urmiyadakı hadisələr digər Azərbaycan
şəhərlərinin ermənilərə qarşı
ayıq-sayıq tərpənməsinə səbəb oldu. Bu
səbəbdən də ermənilər digər şəhərlərdə
bu miqyasda qətliamlar törədə bilmədilər.
Erməni fitri qatil ruhlu
millətdir. Əgər belə olmasaydı,
o zaman bu millətin qələm adamları özlərinin
törətdikləri vəhşiliklər
barədə döşlərinə
döyərək danışmazdılar.
Ötən il
Zori Balayanın Xocalı soyqırımı
gecəsi 13 yaşlı
Azırbaycan Türkünü
necə vəhşiliklə
öldürməsi barədə
etirafları Azərbaycan
mətbuatında dərc
olundu. Həyasızlığa bax ki, Balayan bu barədə
kitab yazıb, erməniləri bir daha qisasçılığa
səsləyir. Guya bununla
o, milli borcunu yerinə yetirib. Milliliyin mayası insanilikdir. Burada iynənin ucu boyda da olsun,
insanlıq, bəşəri
əhval yoxdur. Erməni tarixçisi A.Lalayan isə ötən yüzilin əvvəllərində ermənilərin
vəhşiliklərini belə
etiraf edir: "Daşnak dəstələri
türk qadınlarının
və uşaqlarının,
qocaların və xəstələrin qarşısında
maksimum cəsarət nümayiş etdirirdilər.
Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan təmizlənib,
eybəcər hala salınmış qurbanları
ilə birlikdə xarabalığa çevrilib".
Daşnak Vahram öz "qoçaqlığı"
haqqında belə danışır: "Mən
Basarkeçərdə heç
nəyi nəzərə
almadan türk əhalisini qırdım. Lakin bəzən gülləyə
heyfim gəlirdi.
Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən
sonra salamat qalanların hamısını
su quyusuna doldurub üstünə ağır daşlar tökəsən. Belə
də etdim: bütün kişiləri,
qadınları, uşaqları
quyuya doldurub üstünə ağır
daşlar tökdüm".
A.Lalayan etiraf edir ki, Ermənistanda
daşnak hökuməti
özünün 30 aylıq
hakimiyyəti dövründə
(may 1918 - noyabr 1920) azərbaycanlı
əhalinin 60 faizini qırıb. 1917-ci ilin dekabrından 1918-ci ilin avqustuna qədər təkcə Sisyan rayonunun 15 kəndində 625 nəfər
qətlə yetirilib.
Bayazid, Eçmiədzin,
İrəvan qəzalarında
qarət olunmuş, doğma yurdunu tərk etmiş soydaşlarımızın sayı
200 min nəfərə yaxın
idi. Zəngəzur qəzasında 115 müsəlman
kəndi dağıdılmış,
həmin kəndlərdə
yaşayan 3257 kişi,
2276 qadın, 2196 uşaq
öldürülmüşdü. İrəvan quberniyasında
1918-ci ilin martınadək
199 kənd dağıdılmış,
135 min nəfərlik əhalinin
bir qismi qılıncdan keçirilmiş,
bir qismi isə çətinliklə
qaçaraq canını
qurtara bilmişdi. 1919-cu ilin 9 ayı
ərzində Eçmiədzin
və Sürməli qəzalarında 96 kənd,
İrəvan qəzasında
isə bütün kəndlər yerlə yeksan edilmişdi.
Tariximizin bu faciəli səhifələrinin daim
oxunması, gərəkli
ibrət dərslərinin
götürülməsi vacibdir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 31 mart.- S.11.