Azərbaycanda erməni terrorunun xronologiyası

 

 22 fevral 1992-ci il: daşnak terrorçuları tərəfindən Xocalı şəhəri atəşə tutulub. Üç nəfər həlak olub, doqquz nəfər yaralanıb;

 22 fevral 1992-ci il: daşnak terrorçuları Şuşanın Cəmilli kəndinə basqın ediblər. İki milis əməkdaşı həlak olub, dörd nəfər yaralanıb;

 22 fevral 1992-ci il: daşnak terrorçuları Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə hücum edib, səkkiz nəfəri qətlə yetiriblər;

 

17-ci yazı

 

 ƏSRİN FACİƏSİ-XOCALI

 

26 fevral 1992-ci il: daşnak terror qruplaşmaları Rusiyanın Xankəndindəki 366 saylı xüsusi təyinatlı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum ediblər. Bununla erməni-daşnak faşistləri daşnak düşüncəsinin qanlı tacı hesab olunan Xocalı soyqırımına imza atıblar, yeddi min türk əhalisi olan Xocalı şəhəri yerlə yeksan edilib. 1153 nəfər dinc sakin (83 uşaq, 186 qadın və 70 qoca) vəhşicəsinə doğranıb, güllələnib, yandırılıb, xüsusi qəddarlıqla qətlə yetirilib. Soyulmuş baş dərilərindən, kəsilmiş qulaq seyvanlarından kolleksiyalar düzəldiblər. Şəhər əhalisindən 910 nəfər əsir götürülüb, şikəst edilib (487 nəfər), onlarla ailə soyqırıma məruz qalıb. Şəhər bir gecədə canlı aləmdən tam təcrid edilib. Beynəlxalq aləmdə ad çıxarmış "ASALA" terrorçusu Vazgen Sislyan öz milli mənliyini ikigünlük körpəni öldürməklə bəyan və nümayiş etdirib;

 26 fevral 1992-ci il: daşnak terror qrupları Tərtər rayonunun Qapanlı, Qaradağlı, Əskipara, Seydimli kəndlərinə həmlə ediblər. Nəticədə dörd nəfər həlak olub, doqquz nəfər yaralanıb;

 01 mart 1992-ci il: daşnak terrorçuları Xocalıdan əsir götürdükləri Azərbaycan türklərindən 120 nəfərini martın 1-nə keçən gecə güllələyiblər;

 04 mart 1992-ci il: daşnak terror qrupu Ağdərənin Sırxavənd kəndinə basqın edib. Yeddi nəfər həlak olub, on nəfər yaralanıb, iki nəfər itkin düşüb;

 08 mart 1992-ci il: daşnak terror qrupu Ağdam ərazisindəki Qaraqaya adlı hərbi hissə postuna basqın edib. İki nəfər həlak olub. Postdakıların əksəriyyəti güllə yarası alıb;

 12 mart 1992-ci il: daşnak terrorçuları səhər saat 4-dan Şuşa şəhərini artilleriya atəşinə tutublar. 11 nəfər dinc şəhər sakini həlak olub, 30 nəfərdən çoxu isə yaralanıb. Qadın və uşaqlar şəhərdən çıxarılıb;

 13 mart 1992-ci il: daşnak terrorçuları Füzuli şəhərini artilleriya atəşinə tutublar. Dinc şəhər sakinlərindən 10 nəfər həlak olub. Xeyli şəhər sakini yaralanıb;

 14 mart 1992-ci il: Qazax rayonunun Məzəm kəndinə gedən iki avtobus daşnak terrorçularının basqınına məruz qalıb. Sərnişinlər yerlərini tərk etdikdən sonra avtobuslardan biri partlayıb;

 14 mart 1992-ci il: daşnak terror qrupu Şuşa şəhərini artilleriya atəşinə tutub. İyirmiyə yaxın ev dağılıb, 15 ev tamamilə yanıb;

 14 mart 1992-ci il: daşnak terror qrupu Ağdərənin Baş Güneypəyə kəndinə basqın edib. 10 nəfər kənd sakini həlak olub;

 18 mart 1992-ci il: daşnak terrorçuları Tərtər rayonunun Qapanlı və Qaradağlı kəndlərini artilleriya atəşinə tutublar. Üç nəfər kənd sakini həlak olub;

 16 mart 1992-ci il: daşnak terror qrupu Füzuli şəhərini raket atəşinə tutub. Hərbi komissarlıq binasının, kolxoz bazarının ətrafında dağıntılar törədiblər. Ölən və yaralananlar qeydə alınıb.

 21 mart 1992-ci il: daşnak terrorçuları Qazax rayonunun Aşağı Əskipara, Məzəm, Sofulu, Cəfərli, Quşçu Ayrım kəndlərinə basqınlar ediblər. Dörd nəfər həlak olub, altı nəfər yaralanıb;

 22 mart 1992-ci il: daşnak terror qrupu Qazax rayonu ərazisində avtomaşın partladıb. Üç nəfər həlak olub, iki nəfər yaralanıb;

 26 mart 1992-ci il: daşnak terrorçuları Ağstafanın Köhnə Qışlaq kəndi yaxınlığındakı Qəpənçə meşəsində tarla işləri apararkən altı nəfər girov götürülüb;

 29 mart 1992-ci il: daşnak terrorçuları Şuşanın Kosalar və Qaybalı kəndlərinə basqın ediblər. Qaybalıda dörd dinc sakin yaralanıb;

 30 mart 1992-ci il: daşnak terror qrupu Füzuli rayonunun Noğa kəndinə basqın edib. Evini tərk etməyənlər qətlə yetirilib. Sağ qalan əhali yurd-yuvasından didərgin salınıb;

 31 mart 1992-ci il: daşnak terrorçular Şuşanın Kosalar və Qaybalı kəndlərinə təkrar həmlə ediblər. Bir nəfər həlak oluğ, yeddi nəfər yaralanıb;

 31 mart 1992-ci il: daşnak terrorçuları Gədəbəyin Mutudərə kəndinə basqın ediblər. Bir nəfər yaralanıb;

 31 mart 1992-ci il: daşnak terrorçuları Goranboy rayonunun Tapqaraqoyunlu kəndini top atəşinə tutublar, dörd uşaq qəlpə yarası alıb;

 04 aprel 1992-ci il: daşnak terrorçuları Tovuz rayonunun Əlibəyli kəndinə həmlə ediblər. Bir nəfər kənd sakini ağır güllə yarası alıb;

 07-08 aprel 1992-ci il: daşnak terror qrupları Kəlbəcərin Ağdaban kəndinə şiddətli hücuma keçiblər. 38 nəfər dinc sakin (əksəriyyəti qadın və uşaq) qətlə yetirilib, iki nəfər evində yanıb kül olub. 19 nəfər yaralanır, yeddi nəfər girov götürülür. 50-dən çox adam itkin düşür. Kolxozun 1000 baş mal-qarası, 4000 baş qoyunu, camaatın minlərlə baş mal-qarası və davarı aparılıb, əmlakı qarət olunub. Kənd başdan-başa oda qalanıb;

 11 aprel 1992-ci il: daşnak terrorçuları Şuşanın Cəmilli, Füzuli rayonunun Qacar kəndlərinə həmlə ediblər. Cəmillidə 2 nəfər, Qacarda 4 nəfər həlak olub;

 12 aprel 1992-ci il: daşnak terrorçuları Füzuli rayonunun Divanallar kəndinə hücum edib. Bir dinc kənd sakini yaralanıb;

 13 aprel 1992-ci il: daşnak terrorçuları Füzuli rayonunun Govşadlı, Qaradağlı, Arış, Çimən kəndlərinə həmlə ediblər. Çiməndən iki nəfər girov götürülüb;

 13 aprel 1992-ci il: daşnak terrorçuları Qazax rayonunun, Məzəm, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərinə həmlə ediblər. Bir nəfər həlak olub, doqquz nəfər yaralanıb;

 14 aprel 1992-ci il: daşnak terrorçuları Ağdam rayonunun Papravənd, Şelli, Qalayçılar kəndlərinə həmlə ediblər. İki nəfər həlak olub;

 14 aprel 1992-ci il: daşnak terrorçuları Şuşa şəhərini artilleriya atəşinə tutublar, səkkiz nəfər yaralanıb;

 15 aprel 1992-ci il: daşnak terror qrupu Xocavəndin Muğanlı kəndinə həmlə ediblər. İki nəfər yaralanıb;

 22 aprel 1992-ci il: daşnak terrorçuları Zəngilanın Kollu, Günqışlaq, Seyidlər, Pirveyisli, Rəzdərə kəndlərinə həmlə ediblər. Nəticədə Rəzdərə kənd sakini, kiçik yaşlı Süleymanov Sadıq Baloğlan oğlu qəlpə yarasından həlak olub;

 24 aprel 1992-ci il: daşnak terror qrupu Ağdamın Şelli, Abdal-Gülablı və Papravənd kəndlərinə həmlə ediblər. İki nəfər həlak olub, on nəfər yaralanıb;

 24 aprel 1992-ci il: daşnak terrorçuları Goranboyun Sarısu kəndinə həmlə ediblər. Bir nəfər yaralanıb;

 28 aprel 1992-ci il: daşnak terrorçuları Ağdərənin Narışdar kəndinə həmlə ediblər. Altı nəfər həlak olub, iki nəfər yaralanıb;

 29 aprel 1992-ci il: daşnak terrorçuları Şuşanın Kosalar kəndinə həmlə ediblər. Dörd nəfər həlak olur, on beş nəfər yaralanıb;

 29 aprel 1992-ci il: daşnak terrorçuları Füzuli şəhərinə və ətraf kəndlərə həmlələr edirlər. Bir nəfər həlak olur, bir nəfər yaralanır;

 30 aprel 1992-ci il: daşnak terrorçuları Ağdərə rayonunun Narışdar kəndinə təkrar həmlələr edirlər. Beş nəfər həlak olub;

 30 aprel 1992-ci il: daşnak terrorçuları Şuşanın Hacı talası deyilən strateji mövqeyinə həmlə edidlər. Dörd nəfər həlak olub, on iki nəfər yaralanıb;

 02 may 1992-ci il: daşnak terrorçuları Goranboyun Todan və Şəfəq kəndlərinə basqın ediblər. Bir nəfər həlak olub, bir nəfər yaralanıb;

 02 may 1992-ci il: daşnak terrorçuları Tovuzun Əlibəyli, Ağbulaq, Ağdam, Koxa-Nəbi, Muncuqlu kəndlərinə həmlə ediblər. Əlibəyli kəndinin iki sakini yaralanır, 5 ev dağıdılıb;

 03 may 1992-ci il: daşnak terrorçuları Qazax rayonunun Quşçu Ayrım kəndinə həmlə ediblər. Doqquz nəfər yaralanıb;

 03 may 1992-ci il: daşnak terror qrupu Şərur rayonunun Sədərək qəsəbəsinə basqın ediblər. 2 milis əməkdaşı qətlə yetirilib, 11 nəfər isə yaralanıb;

 05 may 1992-ci il: daşnak terrorçuları Ağdamın Çuxurməhlə kəndinə basqın ediblər, iki nəfər qətlə yetirilib;

 06 may 1992-ci il: Füzuli rayonunun Qacar, Divanallar kəndləri daşnak terrorçularının həmləsinə məruz qalıb. İki nəfər həlak olub, beş nəfər dinc sakin yaralanıb;

 06 may 1992-ci il: Naxçıvanın Sədərək qəsəbəsi və Havış, Günnüt kəndləri daşnak terrorçularının həmləsinə məruz qalır. Üç nəfər həlak olur, 45 nəfər güllə yarası alır;

 07 may 1992-ci il: daşnak terrorçuları Xocavənd rayonunun Kuropatkin kəndinə basqın edir. 10 nəfər dinc sakin güllə yarası alır;

 07 may 1992-ci il: Füzuli rayonunun Noğa kəndi daşnak terrorçularının həmləsinə məruz qalır, 6 nəfər qətlə yetirilir, çoxsaylı güllə yarası alanlar olur;

 

 ŞUŞANIN İŞĞALI

 

08 may 1992-ci il: daşnak terror birləşmələri həddi-hüdudu olmayan xəyanətlərdən bəhrələnərək üç istiqamətdən Şuşa şəhərinə hücumlar edirlər. 155 nəfər həlak olur, 167 nəfər isə yaralanır. Şuşa şəhəri işğala məruz qalır;

eyd: Bununla da Şuşa şəhərində və onun 30 ətraf kəndlərində yaşayan 24165 nəfər Azərbaycan türkü erməni-daşnak faşistlərinin etnik təmizləmə siyasətinin qurbanlarına çevrilir. Şuşa bölgəsi bu savaşda 193 şəhid verir.

08 may 1992-ci il: daşnak terrorçuları Tovuz rayonunun Əsrik-Çırdaxan kəndlərinə həmlə edirlər. Dörd nəfər yaralanıb.

 09 may 1992-ci il: daşnak terror qruplaşması Kosalar kəndinə basqın edib. 18 nəfər dinc sakin qətlə yetirilib, kənd əhalisi ev-eşiyindən didərgin salınıb. Kənd bütövlükdə qarət edilib, evlər yerlə yeksan olunub;

 10 may 1992-ci il: daşnak terrorçuları Qazaxın Böyük Cəfərli, Musagöy kəndlərinə həmlə ediblər. Beş nəfər yaralanıb;

 15 may 1992-ci il: Cəbrayıl RPŞ-nin bölmə rəisi Əbdürrəhim Heydərov xidməti maşında daşnak terrorçularının Dolanlar kəndi ərazisində basdırdıqları minaya düşüb. Partlayış nəticəsində polis kapitanı Əbdürrəhim Heydərov həlak olub;

 

 LAÇININ İŞĞALI

 

17 may 1992-ci il: daşnak terror birləşmələri iki istiqamətdən Laçın rayonuna həmlə ediblər. Laçın şəhəri və onun 125 kəndi işğal olunub. Rayonun 71 min əhalisi yurd-yuvasından didərgin salınıb. 328 nəfər şəhid olub, 36 nəfər girov götürülüb, 100 nəfər itkin düşüb;

 18 may 1992-ci il: daşnak terror birləşmələri Şərur rayonunun Sədərək qəsəbəsinə həmlə edib. 10 nəfər qətlə yetirilib, 50 nəfər dinc sakin yaralanıb;

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009. - 3 noyabr.- S.13.