Milli Kitab Mükafatı təsis olundu

 

 Ötən gün təqdimat mərasimi keçirildi

 

Ötən gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Milli Kitab Mükafatının təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəz Qarayev bildirdi ki, Milli Kitab Mükafatının təsisi böyük marağa səbəb olacaq, ədəbi prosesi möhkəmləndirməklə, yeni əsərlərin meydana gəlməsini stimullaşdıracaq: "Son illər Azərbaycanda kitab mühitində canlanma müşahidə olunur. Buna səbəb isə Azərbaycanda çox sayda müstəqil poliqrafiyə nəşriyyətların fəaliyyət göstərməsidir. Bu il Bakı - İslam Mədəniyyətinin Paytaxtı layihəsi çərçivəsində Azərbaycanda kitab sərgisi keçirilib. Mən cəmiyyətin bu cür təşəbbüslərini yüksək qiymətləndirirəm. Düşünürəm ki, əbədi sahəni inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsi olduqca vacibdir".

Daha sonra çıxış edən Milli Kitab Mükafatının təsisçisi, "Əli Nino" kitab evinin sahibəsi Nigar Köçərli layihənin məqsəd vəzifələri haqda tədbir iştirakçılarına ətraflı məlumat verdi: "Layihənin əsas məqsədləri ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməklə, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq ədəbiyyatımızı zənginləşdirəcək əsərləri dərc etməkdir. İlin ən böyük hadisəsinə çevrilmək iddiasında olan Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Müsabiqəyə hekayə, povest, roman digər ədəbi üsullarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Müsabiqəyə Azərbaycan dilində yazılmış bütün əsərlər əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim oluna bilər. Namizəd əsərlər minimum 4000 çap işarəsi həcmində olmalıdır. Müsabiqəyə yalnız mükafatın təqdimat günündən 10 il əvvəlki müddət ərzində yazılmış əsərlər verilə bilər. Namizəd əsərlər dekabrın 31-dək qəbul olunacaq. Yanvarın 26-da müsabiqəyə təqdim olunmuş 20 əsər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Fevralın 10-da isə 10 əsərin daxil olduğu kiçik siyahı Milli Kitab Mükafatının rəsmi internet (www.mkm.az) səhifəsində yerləşdiriləcək arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq. Mayın 1- isə üç qalibin adı bəlli olacaq. Birinci yerin qalibinə 3 min, ikinci yerin qalibinə 2 min, üçüncü yerin qalibinə isə min manat məbləğində mükafatın verilməsi nəzərdə tutulub. Onu da əlavə edim ki, Gənclər İdman Nazirliyi gənclər arasında ədəbiyyata marağı artırmaq gənc yazarları dəstəkləmək məqsədi ilə 1000 manat dəyərində öz mükafatını təsis edib. Mükafatın təşkilatçılarından olan "Qarant sığorta" şirkəti sıorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat mənzilin 100 min manat dəyərində sığortasını hədiyyə kimi təsis edib".

"Azərcell" Telekom Korporativ Ünsiyyət Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə qeyd etdi ki, vətəndaşlarımızın mədəniyyətə marağını artırmaq, bu sahəyə yatırım qoymaq "Azərcell" üçün böyük bir zövqdür: "Biz artıq 13 ildir bu kimi layihələri dəstəkləməkdən məmnunluq hissi duyuruq. Ümumiyyətlə, Azərcell milli dəyərləri əhatə edən layihələri hər zaman dəstəkləyib. Bu gənc yazarlar üçün açılan yeni qapı, şansdır. Bu fürsətdən mütləq yararlanmaq lazımdır".

Millət vəkili Rəbiyyət Aslanova isə öz çıxışında bildirdi ki, bu sahə qədər inkişaf etsə, Azərbaycan dünyada bir o qədərdə çox tanınar: "Bizim ayrı-ayrı müəlliflərin kitablarını dünya ölkələrinin kitabxanalarında görəndə insanın ürəyi fərəhlə dolur. Bəzən başqa dillərdə yazan müəlliflərə irad tutub, tənqid edirlər. Əslində bununla fəxr etməkliyik. Çünki yazarlarımız qədər çox başqa dillərdə yazsa, bizim əsərlərimiz dünya ictimaiyyəti arasında daha çox tanınar. Bu gün cəmiyyətdə kitablara olan münasibət mütləq dəyişməlidir. Yalnız yeniliklər etməklə bu sahədə hər hansı bir irəliləyişə, inkişafa nail olmaq olar. Dünyada Azərbaycanın varlığının təsdiqi üçün görən insanlara eşq olsun".

Tədbirdə QHT, KİV şirkətlərin nümayəndələri iştirak edirdilər

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 4 noyabr.- S.13.