Azərbaycanda beynəlxalq İKT sərgisi açılıb

 

 Tədbirin baş sponsoru "Azercell Telekom"dur

 

Dünən Bakıda Azərbaycan Beynəlxalq Telekommunikasiya İnformasiya Texnologiyaları Sərgi Konfransı ("Bakutel-2009") açılıb. Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən bu yubiley sərgi noyabrın 7-dək davam edəcək. Sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edir. İKT sahəsində inkişafa aparan layihələri daim dəstəkləyən "Azercell Telekom" MMC bu dəfə ənənəsinə sadiq qalıb. Şirkət "BakuTel"in 15-ci yubiley tədbirinə baş sponsorluq etməklə yanaşı, mobil rabitə sahəsində mövcud olan ən son yenilikləri nümayiş etdirir.

Sərgi çərçivəsində "Azercell"in təqdim edəcəyi ən son xidmət yeniliklər sırasında həm 3G texnologiyası xidmətləri (Mobil TV, video zəng s.), həm artıq 4G texnologiyasına aid olan LTE xidmətinin nümayişi olacaq. Hər il olduğu kimi bu dəfə "Azercell" sərgi iştirakçılarına ən yeni layihəsini təqdim edir. Bu il "Azercell" texnoloji inkişafın göstəricisi, ən yüksək peşəkarlıqla hazırlanan məhsullarından biri olan Formula-1 maşınını sərgi ziyarətçilərinin ixtiyarına verir. "Azercell" öz stendi ətrafına toplaşanlar üçün hədiyyələr hazırlayıb. Şirkətin təqdim etdiyi yeniliklərlə tanış olan ziyarətçilər həm müsabiqə oyunlarda iştirak edib şirkətdən dəyərli hədiyyələr qazanmaq imkanına malikdirlər.

Sərginin ikinci günü "BakuTel" çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək. Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə mobil rabitə sektorları, həmçinin ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlər müzakirə ediləcək. Tədbirdə "Azercell Telekom" MMC-nin nümayəndələri ilə yanaşı, aparıcı beynəlxalq yerli telekommunikasiya şirkətlərinin mütəxəssisləri məruzə ilə çıxış edəcəklər. Ənənəvi olaraq, sərgiyə işgüzar proqram çərçivəsində təşkil olunacaq seminarlar, dairəvi masalar internet-forumlar da aid edilir. "BakuTel" beynəlxalq sərgi-konfransı artıq bu sahənin peşəkarlarının görüş yerinə çevrilib. İndiyə qədər dünyanın 26 ölkəsinin 800-dən artıq şirkəti bu tədbirlərdə iştirak edib .

 

 

Ülviyyə Şamilqızı

 

Xalq Cəbhəsi.- 2009.- 5 noyabr.- S.13.