Azərbaycanda erməni terrorunun
xronologiyası
20 may 1992-ci il: daşnak terror qrupu tərəfindən
Zəngilan rayonunun Qazançı kəndi
yaxınlığında avtomaşın partladılıb.
İki nəfər həlak olub, iki nəfər yaralanıb;
28 iyun 1992-ci il: daşnak
terrorçuları Cəbrayıl şəhərini atəşə
tutublar. Tanınmış ziyalı Əliyev Məhəmməd
Hüseyn oğlu, evdar qadın Əhmədova Qızbəst
Topuş qızı və yay tətilində xalası Səmayəgilə
qonaq gəlmiş Sumqayıt şəhərindəki 22
saylı məktəbin 10-cu sinif şagirdi Xanəliyev
Pünhan Bəyiş oğlu həlak olub. Xeyli dinc sakin qəlpə
yarası alıb;
18-ci yazı
06 avqust 1992-ci il: daşnak
terrorçuları Gədəbəy rayonunun sərhəd kəndlərinə
həmlə edərək 5 nəfər dinc kənd sakinini qətlə
yetiriblər;
22 avqust 1992-ci il: daşnak terror qrupu
qəflətən Zəngilan rayonunun Şayıflı kəndinə
basqın edib. Şayıflı dəmiryol stansiyasının
rəisi Məhəmməd Qasımovu və oğlu
Baloğlan Qasımovu iş yerlərində ələ
keçirərək hər ikisini qəddarcasına
doğrayıblar;
30 avqust 1992-ci il: daşnak
terrorçuları Cəbrayıl şəhərini və
Süleymanlı kəndini atəşə tutublar. Dinc şəhər
sakinləri - kommunal təsərrüfatı şöbəsinin
su maşınının sürücüsü Süleymanov
Tofiq Mustafa oğlu, evdar qadın Kərimova Səmayə Qiyas
qızı, şəhərə iş dalınca gəlmiş
Çərəkən kənd sakini Həsənov Ramiz Surxay
oğlu və Süleymanlı kənd sakini Kazımova Rəfiqə
İsa qızı həlak olub. Nüzgar kənd sakini Fərgüzarov
Qafqaz Əli oğlu daxil olmaqla şəhərin onlarla dinc
sakini yaralanıb;
25 sentyabr 1992-ci il: daşnak
terrorçuları Qazax rayonunun Fərəhli kəndinə həmlə
ediblər. Nəticədə kənd sakini Sayad Allahverdiyev qətlə
yetirilib;
29 sentyabr 1992-ci il:
daşnak terror qrupu Laçın rayonunun Səfyan kəndinə
basqın edib. Nəticədə 10 nəfər qətlə
yetirilib, 16 nəfər isə ağır güllə
yarası alıb;
30 sentyabr 1992-ci il: daşnak
terrorçuları Zəngilan rayonunun Kolluqışlaq kəndinə
həmlə ediblər. Həyət bağlarında təsərrüfatla
məşğul olan Quliyeva Anuş Mikayıl
qızını və oğlu Quliyev Elşad Kamil oğlunu
yerlərindəcə avtomat silahdan açılan atəşlə
qətlə yetiriblər;
01 oktyabr 1992-ci il: Daşnak
terrorçuları Zəngilan rayonunun Saralı Xəştab kəndinə
basqın ediblər. Dinc kənd sakinləri Vüqar Abasquliyev
və Vüqar Babayev odlu silahdan açılan atəşlə
qətlə yetiriliblər;
05 noyabr 1992-ci il: daşnak
terrorçuları Zəngilan rayonunun Qaragöl kəndinə
həmlə ediblər. Əliyalın dinc kənd sakinləri
Qərib və Pərviz Nəcəfovlar amansızcasına qətlə
yetiriliblər;
10 dekabr 1992-ci il: daşnak terror birləşmələri
Zəngilan rayonunun "Dardan yuxarı" adlanan
Şayıflı və Şərikan kənd sovetliklərinin
əhatə etdiyi ərazilərə basqınlar ediblər. Şayıflı
kənd sakini Həsən İsmayılovu palaza büküb
diri-diri yandırıblar. Şayıflı kənd sakini
Müseyib Ələkbərovu, Aşağı Gögəli kənd
sakinləri Vəli Abbasovu, Nabat Nəsirovanı, Telman Abbasovu,
Nüsrət Şirinovu, Şərikan kənd sakinləri
İsmayıl İsmayılovu, Töhfə Məmmədovanı,
Musa Məmmədovu, Səkinə Qədimquliyevanı,
Bürünlü kənd sakini Zülfüqar Məmmədovu,
Canbar kənd sakini Ağa Səfiyarovu qəddarcasına
döyərək öldürüblər. Qətlə yetirilənlər
əliyalın və dinc sakinlər olmaqla 60-80 yaş həddində
olublar; Həmin ərazidə olmuş Zəngilan kənd
sovetliyinin sakini Əsgərov Seymur Əsgər oğlunun əl-ayağını
bağlayıb xüsusi amansızlıqla, üstündə
siqaret kötükləri yandırıb-söndürməklə,
əzab verə-verə faciəli şəkildə qətlə
yetiriblər;
11 dekabr 1992-ci il: Zəngilan rayonunun Qaçaq
Müslan kənd sakini, 9-cu sinif şagirdi Hüseynova
Könül İmanqulu qızı məktəbdən
çıxıb evə gedərkən daşnak
terrorçularının atdığı qrad mərmisinin hədəfinə
çevrilib;
28 fevral 1993-cü il: daşnak terror
qrupu tərəfindən Kislovodsk-Bakı istiqamətində hərəkət
edən sərnişin qatarı Qudermes (Çeçenistan)
dayanacağı yaxınlığında partladılıb. 11
nəfər həlak olub, 18 nəfər yaralanıb;
24 mart 1993-cü il: daşnak
terrorçuları Zəngilan şəhərini qrad atəşinə
tutublar. Nəticədə Zəngilan şəbəkə
rayonunun rəisi Dadaş Zeynalov, şəhər sakini Elman
Quliyev qəlpə yarasından yerlərindəcə həlak
olublar. Elektrik şəbəkəsinin sürücüsü
Yaqubun sağ qolunu qəlpə aparıb;
27 mart 1993-cü il: Daşnak terror
qruplaşmaları ikinci dəfə Kəlbəcər rayonunun
Ağdaban kəndinə basqın ediblər. 49 nəfər
(ötən illərlə birlikdə 87 nəfər) dinc kənd
sakini qətlə yetirilib. Evlər yerlə yeksan edilib. Sağ
qalan əhali yurd-yuvasından didərgin salınıb;
01 aprel 1993-cü il: daşnak terror
qruplaşmaları Kəlbəcərin İstisu qəsəbəsinə
həmlə ediblər. Şəhər tipli qəsəbə
işğal altında qalıb. Əhalisi erməni-daşnak
faşizminin etnik təmizləmə siyasətinin
qurbanlarına çevrilib;
02 aprel 1993-cü il: daşnak terror
qruplaşmaları Füzuli rayonunun Qacar, Aşağı
Divanallar, Govşad kəndlərinə basqın ediblər;
02 aprel 1993-cü il: daşnak terror
qruplaşması Kəlbəcər rayonunun cənub hissəsini
şimal əraziləri ilə birləşdirən tunel
ağzında pusqu qururlar. Əsasən Başlıbel,
Taxtabaşı, Əsrik kəndlərinin canlarını təhlükədən
qurtarmaq istəyən dinc əhalisinin
yığışdığı üç yük
maşını tunel ağzında gülləbaran edilir. Taxtabaşı
kənd sakinləri - Qəzənfər, Sərxan, Habil, Mehman,
Qafar, Yusif və başqalarının daxil olduğu yüzə
yaxın kişi, qadın gülləbaran edilib, cəsədləri
yandırılıb. 8 qadın, 15 kişi isə girov
götürülüb;
02 aprel 1993-cü il: daşnak terror
birləşmələri Ermənistandakı rus ordusunun
köməyi ilə Kəlbəcər rayonuna həmlə
ediblər. Kəlbəcər şəhəri və rayonun 122
yaşayış məntəqəsi işğal olunub. 511 nəfər
dinc sakin şəhid düşür. 321 nəfər girov
götürülür. Girovların böyük bir qismi sonradan
qətlə yetirilib, 74 minlik rayon əhalisi yurd-yuvasından
didərgin salınıb;
05 aprel 1993-cü il: daşnak terror
qrupu Füzuli rayonunun Üçbulaq kəndinə həmlə
edir. Şəhid düşənlər olub. Kənd yerlə
yeksan edilib;
04 may 1993-cü il: Cəbrayıl
şəhər sakini buldozerçi Məmmədov Musa Maqsud
oğlu Xocavənd rayonunun Mülkədərə kəndinin
yolunda təmir işi apararkən daşnak
terrorçularının basdırdıqları minaya
düşüb. Buldozer tam sıradan çıxıb, özü
isə həlak olub;
02 iyun 1993-cü il: daşnak muzdlusu,
Rusiya vətəndaşı İqor Anatoliyeviç Xatkov tərəfindən
Bakı dəmiryol vağzalında ehtiyat yolda dayanan sərnişin
qatarında partlayış törədilib. Daşnak muzdlusu həbs
olunub. İstintaq zamanı məlum olub ki, o, Ermənistan
MTN-nin əks-kəşfiyyat idarəsinin rəisi, polkovnik Can
Ohanesyan tərəfindən məxfi əməkdaşlığa
cəlb edilib. Azərbaycan MTN və
Rusiya Federasiyası Əks-kəşfiyyat xidmətinin birgə keçirdiyi əməliyyat
nəticəsində 1994-cü il mayın 13-də Can Ohanesyan,
onun müavini mayor Aşot Qalayan, Rusiya əks-kəşfiyyat xidmətinin əməkdaşı
mayor Boris Simonyan və V.S.Petrosyan tutulublar. İstintaq sübut edib ki, həmin
daşnak terror qrupu tərəfindən 1991-1994-cü illərdə
Rusiya ərazisindən
Bakıya gələn
sərnişin qatarlarında
partlayışlar törədilib.
Nəticədə 47 günahsız
insan həlak olub, 83 nəfər yaralanıb.
06 iyun 1993-cü il: daşnak terror
qrupları Cəbrayıl rayonunun güney kəndlərinə
həmlə ediblər. İmişlidən qohumlarını
yoluxmağa gəlmiş Cəfərov Nail Fehruz oğlu
Süleymanlı kəndində odlu silahla qətlə yetirilib;
15 iyun 1993-cü il: daşnak terrorçularının
təlim mərkəzində hazırlanmış
sadvalçıların terror qrupu Qusar rayonunun Zuxul kəndindəki
sərhəd məntəqəsinə basqın edib. Nəticədə
bir polis zabiti qətlə yetirilib, iki nəfər hərbçi
güllə yarası alıb. Qrup üzvləri həbsə
alınıb, istintaq zamanı cinayətkarların erməni
daşnak faşistləri ilə əlaqələri tam
sübuta yetirilib;
02 iyul 1993-cü il: daşnak terror
qruplaşmaları Füzuli rayonunun Gorazıllı, Yuxarı
Güzdək, Qaradağlı kəndlərinə basqın
ediblər. Gorazıllı kəndində toyxanaya soxulan
daşnak terrorçuları qadınlı-kişili ondan
artıq şənlik iştirakçısını girov
götürüblər;
22 iyul 1993-cü il: daşnak terror
qrupları Tərtər və Qazax rayonlarında
partlayışlar törədiblər. Nəticədə 11 nəfər
dinc sakin həlak olub, 28 nəfəri isə yaralanıb.
02 iyul 1993-cü il: daşnak terror
qruplaşmaları Füzuli rayonunun Gorazıllı, Yuxarı
Güzdək, Qaradağlı kəndlərinə basqın
ediblər. Gorazıllı kəndində toyxanaya soxulan
daşnak terrorçuları qadınlı-kişili ondan
artıq şənlik iştirakçısını girov
götürüblər;
22 iyul 1993-cü il: daşnak terror
qrupları Tərtər və Qazax rayonlarında
partlayışlar törədiblər. Nəticədə 11 nəfər
dinc sakin həlak olub, 28 nəfəri isə yaralanıb;
AĞDAMIN
İŞĞALI
23 iyul 1993-cü il:
daşnak terror qruplaşmaları tərəfindən Ağdam
şəhəri zəbt olunub. Həmin günədək 6000-ə
qədər övladını şəhid verən 132493 nəfər
əhali həm də erməni-daşnak faşizminin etnik təmizləmə
siyasətinin qurbanlarına çevrilib. 80 yaşayış məntəqəsi
yerlə yeksan edilib;
15 avqust 1993-cü il: daşnak terror
qrupları Cəbrayıl rayonunun Qaracallı və Balyand kəndlərinə
həmlə ediblər. Balyand kənd sakinləri Vəliyeva Səkinə
Heydər qızı, Hüseynov İsa Surxay oğlu və kənd
orta məktəbinin müəllimi Babaşov Oruc Həmzə
oğlunu qətlə yetiriblər. Qaracallı kənd sakini
Alışov Nizami Cümşüd oğlunu girov
götürüblər;
15 avqust 1993-cü il: daşnak terror
qrupları Cəbrayıl şəhərini və Xocavənd
rayonunun Hərəkül kəndini atəşə tutublar. Hərəkül
kəndi ərazisində Hovuslu kənd sakinləri Həsrətov
Səxavət Möhübbət oğlu, Həsrətov Məhəmmədəli
Səməd oğlu, Sofulu kənd sakini Mirimov Qərib Mehdi
oğlu qətlə yetirilib. Cəbrayılda isə şəhər
sakini Əliyev Nizami Fili oğlu həlak olub. Xeyli şəhər
sakini yaralanıb;
15 avqust 1993-cü il: daşnak terror
qrupu Xocavənd rayonunun Daşbaşı kəndində yerləşən
hərbi hissə postuna qəflətən basqın edib. Milli
ordu əsgərləri Əliyev Etibar, Ağayev Ramiz, Fətullayev
Nurəddin və başqaları da daxil olmaqla 17 nəfər əsgəri
xüsusi qəddarlıqla, əksəriyyətinin
başını kəsməklə qətlə yetiriblər;
16 avqust 1993-cü il: daşnak terror
qrupu Cəbrayıl rayonunun Süleymanlı kəndinə həmlə
edib. Dinc kənd sakinləri Cəbrayılov Saday Misirxan
oğlu, Xudiyev Əyyub Şərif oğlu və kənd icra
nümayəndəsi Əsgərov Müzəffər Qəzənfər
oğlu qətlə yetirilib. Şükür Yaşar oğlu,
Camal Soltan oğlu və Azər Zabit oğlunu girov
götürüblər;
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 6 noyabr.- S.13.