Qəşəm Nəcəfzadə 50 illik yubileyini qeyd etdi

 

Noyabr ayının 5-də Azərbaycan Yazıçılar Birliyində şair Qəşəm Nəcəfzadənin 50 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə ədəbiyyatımızın bir çox önəmli şəxsləri, müsiqi sahəsinin nümayəndələri, eyni zamanda şairin yaxın dostları tələbələr iştirak etdilər.

Tədbiri Qəşəm Nəcəfzadə açaraq, ilk öncə qonaqları salamladı. O, dəvətlilərə geridə qoyduğu 50 illik ömrü haqqında qısa məlumat verdi. Daha sonra şair bildirdi ki, ənənəvi tədbirlərdən fərqli olaraq yubiley tədbirini özüm açmaq istədim: "Bu gün mən 50 illik yubileyimi qeyd edirəm. Ədəbiyyat dünyamızın eləcə musiqi sahəsinin böyük sənətkarlarını bu gün burada görmək mənim üçün çox xoş bir haldır. Buraya toplaşan bütün dostlarıma öz təşəkkürümü bildirirəm."

Yubiley tədbirində Qəşəm Nəcəfzadəni ilk təbrik edən şairin yaxın dostu həmkarı Səlim Babullaoğlu oldu: "Qəşəm Nəcəfzadə bir şair kimi ədəbiyyatda yeni bir səhnə açıb. Onun şeirləri çox geniş poetik mənaya malikdir. Buna görədir ki, bu şeirlər həyatımızın hər sahəsinə toxuna bilir. Preativ potensiala malik olan Qəşəm Nəcəfzadə çağdaş dünya ilə ayaqlaşa bilir. Bir çox dünya ədəbiyyatçıları ilə internet vasitəsilə əlaqə saxlayır, tez-tez məktublaşır. Dostuma ailəsi ilə birlikdə can sağlığı bundan sonra da gözəl şeirlər yazmağı arzulayıram."

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət İskəndəroğlu Qəşəm Nəcəfzadənin xarakteri haqqında danışaraq, onun narahat adam olduğunu bildirdi: "Bu naraşatçılığının səbəbi şairin ədəbiyyat saşəsində önəmli yer tutmasıdır. Qarşısına şər cür vəziyyət çıxa bilər, onun bu cür ehtiyatlı davranması əslində müsbət bir xüsusiyyətdir. Qəşəm Nəcəfzadə ədəbiyyatda önəmli yer tutur. İstedadlı şair, yaxşı ailə başçısı, yaxşı dost olduğuna görə ona böyük dəyər vermək gərəkdir".

Yazıçı Gülhüseyn Hüseynoğlu isə öz çıxışını təbrik sözləri ilə başladı: "50 yaş çox yüksək yaşdır. Arzum budur ki, 100 yaş yoluna qürurla qədəm qoyasan. Bugünə qədər oxucuların, dostların səni sevdilər, bundan sonra da bu sevgini görməyini diləyirəm."

"Yeni poeziyanın üstün cəhəti sərbəst tez yayılmasıdır. Qəşəm Nəcəfzadə şeirləri öz oxucularına dərin, poetik hisslər bəxş edir", - deyən şair İlyas Tapdıq Qəşəm Nəcəfzadəni təbrik edənlər arasında idi.

Şair Fikrət Sadıq isə Qəşəm Nəcəfzadənin ədəbiyyata yeni ifadələr gətirmək təşəbbüsündən danışdı 50 yaşın yubiley yaşlarının ən şirini olduğunu vurğuladı: "50 yaş ömrün ikinci hissəsinin qapısıdır, yaşa, yarat! Biz bu həyatdan gedəndə şeirin ölmədiyinə əmin olaq. Bunun üçün sənə əzablı şair ömrü arzulayıram."

Xalq artisti Flora Kərimova şairə ürək sözlərini bildirdi: "Musiqi yarama məlhəm olmayanda, şeirə müraciət edirəm. O şeirlər sizin yazdıtınız şeirlərdir. Sizin döyünən ürəyinizin, övladlarınızın, dostlarınızın olması ən böyük xoşbəxtliyinizdir. Bugünə qədər yaşadığınız kədərli günlərin əvəzinə bundan sonrakı həyatınızda sevinc yaşayasınız. Sizə şərəfli bir həyat arzulayıram".

Daha sonra Qəşəm Nəcəfzadənin 50 illiyinə həsr olunan yubiley tədbiri ədəbiyyat aləminin görkəmli nümayəndələri gənc şairlərin təbrik çıxışları ilə davam etdi..    Əhmədinejad ABŞ-da gizli görüş keçirib

 Mehdi Kərrubinin iddiasına görə, danışıqlarda ABŞ-ın 50 nəfərlik nümayəndə heyəti iştirak edib müzakirələr iki saat çəkib

Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi İran prezidenti Mahmud Əhmədinejadı ABŞ rəsmilərilə gizli görüşərək danışıqlar apardığını bildirib. O, internetdə yerləşdirilmiş videomüraciətində rəsmi Tehranı ikili siyasət yürütməkdə xalqı aldatmaqda günahlandırıb.

 

 

Gülsüm Cəlilsoy  

 

Xalq Cəbhəsi.- 2009.- 7 noyabr.- S.15.