"İslamda mədəniyyət gözəllik amili" adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək

 

Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "Bakı – İslam mədəniyyətinin paytaxtı 2009" ili çərçivəsində "İslamda mədəniyyət və gözəllik amili" adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, konfrans 9-10 noyabr tarixində baş tutacaq. Tədbirin rəsmi açılış mərasimi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunacaqdır. Tədbirdə doqquz ölkənin 15 elmi-tədqiqat və müvafiq ali təhsil müəssisələrinin iştirakı gözlənilir. Təmsil olunacaq ölkələr və müəssisələr sırasında Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstanı, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qahirə Universiteti, İstanbul Universiteti, Mərmərə Universiteti, Ali-Beyt Universiteti kimi ali məktəbləri göstərmək olar. Konfransın əsas istiqamətverici mövzuları bunlardır: "İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu", "İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir", "İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu", "Azərbaycan folkloru İslam kontekstində", "İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi", "Müasir gəncliyin tərbiyəsində İslamın rolu" və s.

 

 

Xalq Cəbhəsi.- 2009.- 10 noyabr.- S.15.