Azərbaycanda erməni terrorunun xronologiyası

 

 17 avqust 1993-cü il: daşnak terror birləşməsi Füzuli rayonunun Qacar kəndinə basqın edir. Ev-eşiyini tərk etmək istəməyən 25 dinc sakin güllələnir. Əhalinin əmlakını qarət və talan edirlər. Kənd dağıdılır;

18 avqust 1993-cü il: daşnak terror qrupu Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinə basqın edir. Ümumiyyətlə, Əbdürrəhmanlı kəndində 25 nəfər dinc, təhlükəsiz sakin qətlə yetirilir;

 

19-cu yazı

 

18 avqust 1993-cü il: daşnak terror qrupları Cəbrayıl rayonunun Yuxarı Məzrə və Daşkəsən kəndlərinə həmlə edirlər. Yuxarı Məzrə kənd sakini, 1928-ci il təvəllüdlü Təhməzova Qönçə Səfəralı qızı həyətyanı sahədə işləyərkən güllələnir. Qışlaq kənd sakini, kolxoz mühasibi İbişov Baxış Zeynal oğlu mərmi atəşiylə qətlə yetirilir. Daşkəsən kənd sakini Bəbirova Manya Məmmədalı qızı itkin düşür;

20 avqust 1993-cü il: daşnak terror qrupu Cəbrayıl rayonunun Çərəkən və Papı kəndlərinə həmlə edir. Papı kənd sakini Həsənov Xəlil Balaca oğlu mərmi atəşi ilə qətlə yetirilir. Çərəkən kənd sakinləri Musayev Eldar Musa oğlu, Şükürov Seyilxan Salman oğlu itkin düşür;

22 avqust 1993-cü il: Zərdab rayonunun xalq hakimi Məmmədov Məhərrəm Fehruz oğlu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində yaşayan anası Məmmədova Səfurə Mirsəlim qızının, yaxın qohumları İbrahimov Rəsul Bəyqulu oğlunun və Hüseynova Aminə Ədil qızının olduğu şəxsi minik maşınında Beyləqan istiqamətində hərəkət edərkən Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində, "Gültəpə" adlanan yerdə daşnak terror qrupunun raket atəşinə tuş gəlir. Hər dörd sərnişin bir anın içində od alan maşında yanıb külə dönürlər;

 

FÜZULİNİN İŞĞALI

 

22 avqust 1993-cü il: daşnak terror qrupları Füzuli şəhərini işğal edirlər. Bu terror müharibəsində 733 nəfər qətlə yetirilir, 1209 nəfər şikəst olur, 181 nəfər itkin düşür, 60 yaşayış məntəqəsi dağıdılır. 106543 nəfər yurd-yuvasından didərgin salınır;

 

CƏBRAYILIN İŞĞALI

 

23 avqust 1993-cü il: daşnak terror birləşmələri Cəbrayıl şəhərinə həmlə edirlər. Şəhər sakinlərindən Verdiyev Famil qətlə yetirilir, Hüseynov Maqsud Oruc oğlu itkin düşür. Şəhər Sovetinin sədri İlqar Mehdiyev, tədarükçü Üzeyir Rüstəmov və Beyləqandan qohumlarını yoluxmağa gəlmiş Yusif həkim girov düşür. Şəhər erməni faşistlərinin işğalına məruz qalır. Hazırda Cəbrayıl rayonunun 62519 nəfər sakini məcburi köçkündür. Rayon Qarabağ savaşında 368 şəhid verib, 90 yaşayış məntəqəsi yerlə yeksan edilib;

 25 avqust 1993-cü il: daşnak terror birləşmələri Cəbrayıl rayonunun Dağtumas kəndinə basqın edirlər. Dədə-baba yurdunu tərk etməyən 22 nəfəri, kənd xəstəxanasının baş həkimi Əli Mahmudovu, kənd ağsaqqalı Əli Quliyevi, kəndin baytar həkimi Qüdrət Rüstəmovu, 1916-cı il təvəllüdlü Osmanova Bənövşə İbrahim qızını, 1918-ci il təvəllüdlü Mehrəliyev Əziz Salman oğlunu, 1930-cu il təvəllüdlü Məmmədov Məhəmməd Əvəz oğlunu və oğlu Səxavəti, 1930-cu il təvəllüdlü Hacıyev Məhəmmədəli Ədil oğlunu, onun həyat yoldaşı Nəcəfova Gülarə İsmayıl qızını və başqalarını güllələyirlər. Girov düşən qadınların zinət əşyaları, kişilərin var-dövləti əlindən alınır. Daşınan və daşınmaz əmlakları talan və qarət edilir, evlərə od vurulur. Evsiz-eşiksiz qalmış 3 min əliyalın, dinc kənd əhalisi yurd-yuvasından didərgin salınır;

 25 avqust 1993-cü il: daşnak terror qrupu Cəbrayıl rayonunun Hovuslu kəndinə həmlə edir. İsti ocağını tərk etmədiklərinə görə dinc sakinlər Cavadov Aydın Adışirin oğlu, həyat yoldaşı Məmmədova Şövkət Məmməd qızı, 87 yaşlı Piralıyeva Nənəxanım Məmməd qızı, Məmmədova Narxanım Məmmədqızı və Əmrahova Mahnisə Şıxəli qızı qətlə yetilir;

 25 avqust 1993-cü il: daşnak terrorçuları Cəbrayıl rayonunun Daşveysəlli kəndinə basqın edirlər. Doğma yurd-yuvasını tərk etmədiklərinə görə 1923-cü il təvəllüdlü, Böyük Vətən müharibəsi veteranı, el ağsaqqalı Hüseynov Hüseyn Ataş oğlu, Əliyev Şakir Məhəmməd oğlu və Yunisova Şura Şəmil qızını qətlə yetirirlər;

30 avqust 1993-cü il: Cəbrayıl avtonəqliyyat müəssisəsinə məxsus sərnişin avtobusu Cəbrayıl-Qubadlı sərhədində, "Xanlığın qaşı" adlanan ərazidə daşnak terrorçularının həmləsinə məruz qalır. Mərmi atəşi ilə avtobus partladılır. Dağtumas kənd sakinləri Abbas Rüstəmov, Həsən Məmmədov, İlham Rüstəmov, Pənah Rüstəmov həlak olur, Çaytumas kənd sakini Mövlanverdi İbrahim oğlu ağır qəlpə yarası alır;

30 avqust 1993-cü il: daşnak terror qrupu tərəfindən Xocavənd (Hadrut) rayonu ərazisində "Zil" markalı maşın partladılır. İki nəfər həlak olur. Bir neçə gün sonra isə sərnişin avtobusu partladılır. Dörd nəfər həlak olur, səkkiz nəfər yaralanır;

 

QUBADLININ İŞĞALI

 

31 avqust 1993-cü il: daşnak terror birləşmələri Qubadlı şəhərinə basqın edirlər. 94 yaşayış məntəqəsi dağıdılır. 140 nəfər qətlə yetirilir, 100 nəfər girov götürülür. 32 min nəfərlik rayon əhalisi erməni-daşnak faşistlərinin etnik təmizləmə siyasətinin qurbanı olur;

09 sentyabr 1993-cü il: daşnak terror qrupu Cəbrayıl rayonunun Şahvəlli kəndinə basqın edir. Doğma yurd-yuvalarını tərk etmədiklərinə görə dinc sakinlər - İsmayılov Məhəmməd Yunis oğlunu və oğlu Ramazanı, yeznəsi Qurbanov Mürvət Əmrah oğlunu və həmkəndlisi Maqsudov Əhməd Abbas oğlunu girov götürürlər;

14 sentyabr 1993-cü il: atası ilə birgə Beyləqan istiqamətində mal-qara qovan Cəbrayıl rayonunun Xələfli kənd sakini 11 yaşlı Hüseynov İsa Musa oğlu Füzuli rayonunun Bəhmənli kəndi ərazisində daşnak terrorçularının mərmi atəşinə tuş gəlir, həlak olur;

23 oktyabr 1993-cü il: daşnak terror birləşmələri Füzuli rayonunun Horadiz qəsəbəsinə basqın edirlər. 26 dinc sakin güllələnir, 14 nəfər girov götürülür. Qəsəbə canlı aləmdən təcrid edilir. Habelə azğınlaşmış başqa bir daşnak terror qrupu Füzuli rayonunun Yağlıvənd kəndinin qəbiristanlığına həmlə edir. Dəfn mərasiminin iştirakçılarından 13 nəfər öldürülür, qalanları isə qəlpə yarası alır;

23 oktyabr 1993-cü il: İrəvandan xüsusi məqsədlə təşkil edilib göndərilmiş daşnak terror qruplaşması Füzuli rayonunun "Almalı bağı" adlanan ərazisində pusqu quraraq Qaradiz-Daşburun istiqamətində və əksinə hərəkət edən "Jiquli" markalı minik maşınlarından və digər nəqliyyat vasitələrindən Sabirabad rayonunun Telmankənd sakini Türk Əhmədin həyat yoldaşı, qızı və oğlu da daxil olmaqla 40-a yaxın sərnişini girov götürüblər. Girovları "QAZ-66" markalı tentli hərbi hissə maşınında Füzuli şəhəri istiqamətində aparıblar. Bu günə kimi həmin 40 nəfər girovdan heç birinin səs-sorağı çıxmayıb. Görünür, sağlam və gənc yaşda olan bu insanların müxtəlif əzalarından və daxili orqanlarından transplantasiya məqsədi ilə Qərb bazarlarında istifadə edilməsinə dair gəzən söz-söhbətlər həqiqətə uyğundur. Axı həmin dövrlərdə insan əzalarının satışına görə Ermənistan dünya ölkələri arasında birinci yerdə gedirdi;

23 oktyabr 1993-cü il: daşnak terror birləşmələri Füzuli rayonunun Horadiz qəsəbəsinə basqın ediblər. 26 dinc sakin güllələnib, 14 nəfər girov götürülüb. Qəsəbə canlı aləmdən təcrid edilib. Habelə azğınlaşmış başqa bir daşnak terror qrupu Füzuli rayonunun Yağlıvənd kəndinin qəbiristanlığına həmlə edib. Dəfn mərasiminin iştirakçılarından 13 nəfər öldürülüb, qalanları isə qəlpə yarası alıb;

23 oktyabr 1993-cü il: daşnak terror birləşmələri Cəbrayıl rayonunun Araz boyu kəndlərinə basqınlar edirlər. Doğma od-ocaqlarını tərk etmədiklərinə görə Mahmudlu kənd sakinləri Əhmədov Yurik Bəhlul oğlu, 1912-ci il təvəllüdlü Əliyev Bilal Həsənəli oğlu, 1912-ci il təvəllüdlü Yəhyayev Şamil Səlim oğlu, Aşağı Maralyan kənd sakinləri 1898-ci il təvəllüdlü Məmmədov Məşi Məmmədalı oğlu, 1904-cü il təvəllüdlü Abbasov Cəfər Dadaş oğlu, 1918-ci il təvəllüdlü Səfərov Bəxtiyar Zülfüqar oğlu, Böyük Mərcanlı kənd sakinləri 1920-ci il təvəllüdlü Əzizov Baha Ağamməd oğlu, 1925-ci il təvəllüdlü Quliyev Məhəmməd İbrahim oğlu və 1902-ci il təvəllüdlü Məmmədzamanova Lala Ağahüseyn qızı daşnak terrorçuları tərəfindən qətlə yetiriliblər;

23 oktyabr 1993-cü il: daşnak terror qruplaşmalarının Cəbrayıl rayonunun Arazboyu kəndlərinə basqını zamanı sərhəd kəndlərinə sığınmış Safarşa kənd sakinləri Həsənquliyev Sabir Hüseyn oğlu və həyat yoldaşı Əkbərova Cəmilə Yaqub qızı İrana adlayarkən Arazda boğulublar. Nüzgar kənd sakini, Zəngilan rayonunda fizika-riyaziyyat müəllimi işləyən Məmmədov Məmməd Yunis oğlu isə Mahmudlu kəndində, Horovlu kənd orta məktəbinin müəllimi Quliyev Əkbər Məhəmməd oğlu Füzuli rayonunun Arayatlı kəndi ətrafında daşnak terrorçuları tərəfindən güllələnərək qətlə yetiriliblər;

23 oktyabr 1993-cü il: daşnak terror birləşmələri Füzuli rayonunun Arazboyu kəndlərinə basqın ediblər. Cəbrayıl rayonunun Doşulu kənd sakinləri Şirinov Şirin Bilal oğlu, oğlanları Nazim və Tahir, həmkədliləri Hüseynov Cavanşir Ərşad oğlu və onlarla bir maşında olan Məzrə kənd sakini Əliyeva Nisə Xanlar qızı Qaradiz-Daşburun avtomagistralının Şükürbəyli kəndi ərazisində daşnak terrorçuları tərəfindən girov götürülüblər. Hələ də onların hər hansı birinin öldüsündən və ya qaldısından xəbər-ətər yoxdur;

23 oktyabr 1993-cü il: daşnak terror qrupu Cəbrayıl rayonunun Arazboyu kəndlərindən olan Şıxalıağalıya basqın edir. Dinc kənd sakinlərindən doğma ocağını tərk etməyən Zalova Zabitə Əhməd qızını qətlə yetirirlər, oğlunu - İsgəndərov Təbriz Novruz oğlunu isə girov götürürlər. Sağ qalan əhali yurd-yuvasından didərgin salınır;

23 oktyabr 1993-cü il: daşnak terror qrupu Sarıcallı kəndinə həmlə edir. Kəndin dinc sakinlərindən Əliyev Pili Dilavər oğlu həyətində qətlə yetirilir, Hacıyev Ramiz Əyyub oğlu isə girov götürülür. O, da terrorçular tərəfindən 1994-cü il avqust ayının 8-də Xankəndində güllələnərək qətlə yetirilir;

 23 oktyabr 1993-cü il: daşnak terror qrupu Cəbrayıl rayonunun Mehdili kəndinə basqın edirlər. 16 yaşlı Rəşad Əhliman oğlu girov götürülür. 500 baş qoyun sürüsünü, onlarca nəqliyyat vasitəsini ələ keçirirlər. Həmin kəndə sığınmış Daşveysəlli kənd sakini Xudiyev Ayaz Vəli oğlu İrana adlayarkən Arazda boğulur;

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 10 noyabr.- S.13.