"Səhər-2" kanalının
zəhərli təbliğatı
İran saytlarında Azərbaycan ərazisi
"İranın şimalı"
kimi təqdim olunur
Bugünlərdə İranın
yenə də müasir Azərbaycan ərazilərinə iddia etməsi ölkə mediasının gündəmindədir.
Məsələ burasındadır ki, Ermənistanın xəritədə olduğu
kimi, hətta üstəgəl Azərbaycan
ərazilərinin hesabına
şişirdilmiş şəkildə
göstərilməsi, Azərbaycan
ərazisinin isə İranın ərazisinə
qatılması, "Şimali
İran" kimi göstərilməsi heç
bir əndazəyə
sığan iş deyil. Professor Yaqub Mahmudlunun bugünlərdə İctimai
televiziyaya verdiyi müsahibə bu sarıdan diqqəti çəkir: "Bütün
təkliflərimizə baxmayaraq
elmi təkliflərimizə
elmi cavab verilmir, ancaq müəyyən siyasi məqsədlə ərazilərimizin
İrana məxsus olmasını əsaslandırmaq
üçün belə
çıxışlar ara
vermir. Bu yaxınlarda İran saytlarında müasir Azərbaycan Respublikasının
ərazisi "İranın
şimalı" kimi,
Xəzər dənizi
"Mazandaran dənizi"
kimi təqdim olunur.
Hətta bu yaxınlarda İranın Azərbaycanda 4-cü özəl
sərgisi ilə bağlı reklam lövhəsində Xəzərin
Azərbaycana aid hissəsi İran ərazisi kimi göstərilib".
Güney Azərbaycan üzrə tanınmış araşdırmaçı Əkrəm Rəhimli deyir ki, bu məsələ naşirlərin özbaşınalığı kimi anlaşılmamalıdar: "Ümumiyyətlə, bu, həm Məmmədrza şahın dövründə, həm də mollalar dövründə dövlət siyasəti səviyyəsində olan məsələlərdən biridir ki, 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra İranın o tərəfdə 17 böyük şəhəri qalıb. Beləliklə, bunlar Dərbənddən belə bütün Quzey Azərbaycan ərazisini İranınkı hesab edirlər. Burada Azərbaycan sözü ortaya gəlmir. Guya ki, bu torpaqlar gec-tez İrana birləşdirilməlidir. Bu, İrandakı kitablarda gedir, tarixçilər bu məsələyə toxunurlar. Dəfələrlə bu məsələyə yazılı cavab vermişik. Hətta xəritələr çəkirlər, o xəritələrdə əksər vaxtı Azərbaycanın əraziləri "İran ərazisinin bir hissəsi kimi" göstərilir. Hətta iş o yerə gəlib çatdı ki, neçə ildir İranda "Şimali İran" adlı jurnal buraxılır. Onlar "Şimali İran" deyəndə Quzey Azərbaycanı nəzərdə tuturlar. Məsələn, Azərbaycan Respublikasından xəbər verəndə yazırlar: "Şimali İranın Bərdə şəhərindən verilən xəbərə görə... Şimali İranın Goranboy bölgəsindən verilən xəbərə görə..." İranın rəsmi "Səhər-2" televiziyası bu işdə daha fəaldır. Bu televiziya Azərbaycan Respublikasının güney bölgəsinə daha çox müdaxilə edir. Məsələn, bu yaxınlarda biri reportaj verir, guya ki, buradakı talışların "vəziyyətinin ağırlığından", "haqlarının tapdalanmasından" ağızdolusu danışır. Ancaq demir ki, Azərbaycan Respublikasındakı talışların mədəniyyətinin qorunmasına dövlət səviyyəsində köməklik edilir. Talışlar ana dillərində kitablar buraxırlar, onlara heç bir ayrı-seçkilik qoyulmur və s. Arazın o tayında talışların sayı 1 milyona yaxındır. Bəs farslar o talışların acınacaqlı yaşayışından niyə danışmırlar? "Səhər-2" kanalı bu zəhərli təbliğatını ona görə yayır ki, Azərbaycandakı sabitliyi pozsun, burada millət davası salsın. Ancaq bu, baş tutan iş deyil. Görəsən, qarşı tərəfin bu yersiz hücumlarına nə vaxta kimi müdafiədə duracağıq.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 12 noyabr.- S.14.