"Kamal" jurnalının
3-cü sayı
Azərbaycanda sovet dövründən fərqli
olaraq son 10-15 ildə sırf elmi-kütləvi jurnallar az
qala köşklərdə
gözə dəymir.
Görünür, ölkədə
kitab mağazalarının
tamam azaldığı
bir dönəmdə elmi-kütləvi jurnallar da oxucu
sarıdan qıtlıq
keçirir deyə, bunların çapı naşirlərə sərf
etmir. Sovet dövründə böyük tirajla çıxan "Elm və həyat" jurnalının hər kənddə belə neçə-neçə
oxucuları vardı. Adamlar jurnalı oxuyub biri-birlərinə
ötürürdülər. İndi isə köşklərdə məzmunsuz
"sarı mətbuat"la bağlı jurnalların üstündəki
adətkərdə yarıçılpaq
şəkillər adamları
özünə çağırmaq
üçün biri-biriylə yarışa giriblər.
Ancaq ən çətin zamanda belə xalqın elmdən əl çəkməsi mümkün
deyil. Artıq 3-cü
sayı işıq üzü görən
"Kamal" adlı
jurnal bu baxımdan yaxşı bir ənənə başlayıb. "Milli maarifləndirici, elmi-texniki
jurnal" devizi altında çıxan jurnal maraqlı elmi yazıları ilə yanaşı dizaynı, habelə keyfiyyətli çap kağızı ilə də diqqəti cəlb edir. Əlbəttə, belə
jurnalları hamı oxumaq istəməz. Lap ona bəlkə
də havayı versən. Di gəl ki, məzmunsuz
jurnalları hamı oxumaq istər. Çünki onları oxumaq çox asandır.
Jurnalda maraqlı yazılar yer alıb: "Ştrix kod nədir?", "Qazmaçı robotlar Ayı insanları gəlişinə hazırlayırlar",
"Özünü müalicə
edən elastik beton yaradılıb",
"Fossiliyalar necə
meydana çıxır?",
"Gənc Yerin
tarixi", "Yerdə
həyat həmişə
varmış", "Su
həyatdır", "Zanbaq-şəhərlər bəşəriyyəti
ümumdünya tufanından
qoruyacaq", "Hollandiyalı
Praqanı təpəsi
üstə fırladır",
"Səhraya baxan ölüm ulduzu",
"Əsaslı təmizlik
işləri", "Genlər
dəyişilməzdirmi?", "Mürgülə ki, yaddaşın möhkəm olsun",
"Uzaq keçmişin
izləri" və s. yazılar oxucunu canlı mənbə-ənənəvi
oxu qaydası olan kitab-jurnalla üz-üzə qoyur. İndi internetdən məlumat almaq daha çox
dəbdə olsa da, mütaliə, ünsiyyətin kitab forması daha etibarlı və daha ciddi yöndür.
Çünki kitab-jurnal
tipli oxuda oxucu dönə-dönə mövzu, materialla üz-üzə qala bilir.
Jurnalın yaradıcı
heyətinə uğurlar
diləyirik
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 12 noyabr.- S.14.