Şirvan xalq poeziyası

 

 Tariyel Qəni: ""Şirvan mədəni mühiti məzmunu baxımından geniş əhatəlidir"

 

Araşdırmaçı Tariyel Qəni 19-cu yüzilin sonu, 20-ci yüzilin 1-ci yarısında Şirvan xalq poeziyasının inkişaf təmayüllərini araşdırıb. Şirvan el şairləri aşıqlarının zəngin yaradıcılığa malik olduğunu deyən T.Qəninin qənaəti budur ki, bu poeziyanın forma məzmun zənginliyi, o cümlədən, özünəməxsus xüsusiyyətləri bir çox alimlərin araşdırmalarında öz təsdiqini tapıb: "Şirvan el şairlərinin yaradıcılığı zamanının siyasi, ictimai, iqtisadi, mədəni ovqatı ilı sıx bağlı olub göstərilən dövr Şirvan xalq poeziyasının inkişaf təmayülləri dövrünün siyasi, ictimai, mədəni, etnopsixoloji durumunu bədii şəkildə ifadə edib.

Şirvan el şairlərinin yaradıcılığı Azərbaycan xalq poeziyasının üzvi tərkib hissəsi olmaqla ümumtürk şeirinin zəngin qədim inkişaf tarixinə söykənib. Regional-tarixi şəraiti etibarilə Şirvan folklor mühitində bu yaradıcılıq prosesi bütün tarixi-mədəni özünəməxsusluğu etibarilə ümümtürk poetik düşüncəsinin milli təzahür ocaqlarından biri kimi çıxış edib. Şirvan folklor mühitində gerçəkləşmiş xalq poeziyası, o cümlədən, göstərilən dövrdə el şairlərinin yaratdıqları poeziya bədii quruluşunda ümumtürk poetikasının genetik özünəməxsusluğunu qorumaqla yanaşı, Şirvan mühitinin tarixi, siyasi, itimai, coğrafi, etnik, ekoloji, iqtisadi, mədəni s. amillərinin təsiri altında olub. Bütün bunlar bölgədə reallaşmış xalq poeziyasının poetik sistemində ifadə olunub. XIX yüzilin sonu - XX yüzilin I yarısı Şirvan xalq poeziyasının özünəməxsusluğunu, daxili inkişaf təmayüllərini, bədii üslubunu şərtləndirən əsas amillərdən biri ədəbi dil prosesləri olub, Şirvan el şairləri Azərbaycan ədəbi dilinin təşəkkülünün yekunlaşmasında, xəlqiləşmə, milliləşmə proseslərində yaxından birbaşa iştirak ediblər. Şirvan xalq poeziyasının özünəməxsusluğunu şərtləndirən başlıca amillərdən biri sənətkar fərdiliyi, ədəbi şəxsiyyət, yaxud yaradıcı subyekt adları altında müəyyənləşən amili olub. Eləcə bütöv Şirvan xalq poeziyasının tarixində çox istedadlı qüdrətli el şairləri yaşayıb-yaradıblar. Onlar çox hallarda elmi diqqətdən kənarda qaldığı üçün bu gün az tanınsalar da, yaradıcı şəxsiyyət kimi Azərbaycan xalq poeziyasının inkişafında, o cümlədən, Şirvan xalq poeziyasının inkişaf təmayüllərinin yaranması istiqamətlənməsində böyük rol oynayıblar.

Şirvan folklor mühitinin tarixi-mədəni özünəməxsusluğunu şərtləndirən amillər Şirvan el şairlərinin simasında xalq poeziyasının inkişaf təmayüllərini, bədii-üslubi fərdiliyini müəyyənləşdirib, bölgə mədəniyyətinin ümumazərbaycan mədəniyyəti çevrəsində əvəzsizliyini təsdiq edib. Şirvan mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla onun əsas ocaqlarından birini təşkil edib. Şirvan mədəni mühiti məzmunu baxımından geniş əhatəlidir. Burada milli mədəniyyətimizin bütün mənalı elementləri bir-birinə qovuşub. Ancaq Azərbaycan mədəniyyətinin Şirvan ocağında mədəniyyət üçün xarakterik əlamətlərin bir-birilə sadəcə sintezi baş verməyib. Şirvanda milli mədəniyyətin bütün sahələri paralel şəkildə inkişaf edib biri digərinin inkişafına təkan verib. Mühitdaxili mədəni proseslər elə inkişaf edib ki, mühitə məxsus hər bir mədəniyyət fenomeni inkişafı üçün digər mədəniyyət fenomenlərinin simasında inkişaf qaynağı əldə edib. Şirvan mədəniyyətinin fenomenallığnın sirri bundadır".

Şirvan mədəniyyətinin daxili polifoniyasının araşdırılması göstərir ki, mühitdə həm klassik muğam sənəti, həm aşıq sənəti biri digərinə heç vaxt mane olmayıb, əksinə, biri o birinin inkişafına təkan verib: "Ona görə Şirvan aşıq sənəti başqa aşıq mühitlərindən fərqli olaraq klassik ənənələri davam etdirməklə inkişaf edib digər aşıq mühitlərində olmayan, yaxud az müşahidə olunan bir çox yeni xüsusiyyətlər kəsb edib. Azərbaycan mədəniyyət mühitlərinin hər birində müşahidə olunmayan sənət yaradıcılıq özəlliklərinə bu aşıq mühitinin yaradıcılığında rast gəlmək mümkündür. Şirvanda mədəniyyətin incəsənətin hər bir sahəsinin tarixən coşğun sürəkli inkişafı bu sahələrin bir-birinə qarşılıqlı təsirini şərtləndirib nəticədə hər sahənin öxünəməxsus unikal keyfiyyəti yaranıb. Şirvanda aşıq yaradıcılığının klassik yazılı ədəbiyyatla təsirləşməsi, qarşılıqlı təması el şairlərinin yaradıcılığında özünü parlaq şəkildə göstərib. Aşıqlar birbaşa xalq sənəti yaradıcılığının daşıyıcılarıdır. Klassik yazılı ədəbiyyat isə əsasən əruz üzərində formalaşmış divan ədəbiyyatıdır. Şirvanda bu iki sənət yaradıcılıq qolunun paralelləşdiyi, biri-birinə nüfuz etdiyi sahə el şairlərini yaradıcılığıdır. El şairləri heca-xalq şeiri ənənəsinə söykənməklə aşıq yaradıcılığı ilə bağlı olub".

T.Qəni bu qənaətdədir ki, Şirvan xalq poeziyasının istər XIX yüzilin sonu - XX yüzilin I yarısında, istərsə bütün inkişaf dövrü ərzində özünəməxsusluğu ilk növbədə tarixi-mədəni şəraitlə müəyyənləşib. Göstərilən dövr isə elə siyasi-ictimai hadisələrlə zəngin olub ki, təkcə Şirvan xalq poeziyası deyil, eləcə bütöv Azərbaycan mədəniyyəti tarixi bu hadisələrdən kənarda qala bilməyib. Dalbadal baş vermiş siyasi inqilablar təkcə keçmiş Rusiya imperiyasının yox, həm dünyanın siyasi, ictimai, mədəni mənzərə ovqatını tamamilə dəyişdi. Bir tərəfilə folklora, digər tərəfi ilə yazılı ədəbiyyata bağlı olan Şirvan el-aşıq poeziyası dövrünün bu nəhəng siyasi, ictimai, mədəni hadisələrindən qıraqda qala bilməzdi yüzillərin qovşağında bu poeziyada baş vermiş inkişaf təmayülləri məhz dövrünün hadisələrilə müəyyənləşir. Qlobal əsr dəyişməsi xalq poeziyasının poetik strukturunun müxtəlif qatlarında (məzmun, forma, obraz, bədii dil s.) dəyişmələrə səbəb olub. Yüzillərin qovşağında baş verən siyasi-ictimai hadisələr Şirvan folklor mühitində xalq poeziyasının inkişafına ciddi şəkildə təsir edib, bu poeziyada soial motivi gücləndirib. Sosial motivin qabarıqlığı gerçəkçi təsvirlərin güclənməsilə müşayiət olunub. Buna baxmayaraq göstərilən dövrün xalq aşıq el şairlərinin yaradıcılığında xalq poeziyasının klassik ənənələri yaşamaqda davam edib".

Şirvanda xalq poeziyasının - aşıqlar el şairlərinin yaradıcılıq tarixi çox zəngindir: "Təkcə el şairlərinə münasibətdə bu tarix XIII yüzildə Molla Qasım Şirvanidən başlanmaqla müasir dövrümüzə qədər Şirvanlı Tağı, Çürük İslam, Kolanı Məşədi, Kargər Əhməd, Kolanı Məşədi Mustafa, Udulu Musa, Musa Əhməd oğlu, Keşəl Piri, Allahverdi Rəfi oğlu, Məşədi Əmrah, Huşiyar Xınıslı, Məmməd Abdulla oğlu, Qasım Həsən oğlu, İman Xudaverdioğlu, Gəray Musa oğlu, Mirzə Aslan oğlu, Mina oğlu Məhəmməd, Abduləziz Şıxlar, Məşədi Abbas Şirvani, Qoçağa Mustafa oğlu, Tağı Mehdi oğlu, Molla Nisə, Mövlud Bağı oğlu, Şüşəxanım Şərbətalı qızı, Yarməmməd Ağaməmməd oğlu bu kimi onlarla sənətkarların adlarını yaradıcılıqlarını əhatə edir. Bu sənətkarların əksəriyyəti XIX-XX yüzillərdə yaşayıb yaradıblar. Bu da XIX yüzilin el şairləri aşıqlarının yaradıcılığının vüsətlə inkişaf etdiyini göstərməklə yanaşı həmin dövrün xalq poeziyasının bütün tarixi inişafı ərzində müstəsna yeri olduğunu da təsdiqləyib. Göstərilən dövrdə Şirvanın qadın el şairlərinin yaradıcılığı məzmunu etibarilə xüsusi hadisə olub. Qadın azadlığı, qadının simasında insana bəslənmiş qeyri-humanist münasibətə etiraz bu poeziyada özünü ardıcılı şəkildə göstərən sosial-lirik motiv idi. Əksəriyyəti sevdikləri insanlardan zorla ayrı salınıb istəmədikləri adamlara ərə verilmiş bu qadın şairlər sevgilərinə bütün ömrü boyu sadiq qalmış, cəmiyyətdəki mənəvi zorakılıqlara şeirlərilə etiraz etmişlər. Onların yaradıcılığındakı sevən aşiq obrazının əsas cizgilərini vəfa, sədaqət, ilqar, əhdə sadiqlik s. yüksək mənəvi-psixoloji sifətlər təşkil edib".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 14 noyabr.- S.14.