Tarix erməni terrorçuluğunu ifşa edir
Qeyri-türk müəlliflərinin
yazılarında Azərbaycana yönəlik planlı, məkrli
siyasət aydın görünür
1-ci yazı
Ermənistanın Azərbaycana
qarşı terror və işğalçılıq siyasətinin
kökü neçə yüzillər əvvələ gedib
çıxır. O yüzillərə ki, 20-ci
yüzilin əvvəlindəki qondarma Ermənistan ümumiyyətlə,
yox idi, ancaq ermənilərin əbədi havadarları
vardı və onlar nə yolla olur-olsun, daim alət omağa
hazır erməniləri türkə qarşı qoymaqla,
onları əzəli türk torpaqlarında yerləşdirməklə
əslində özlərinin siyasi meydanlarını
genişləndirmək istəyirdilər.
Sözügedən məkrli siyasət
bu gün daha təkmil şəkildə davam etdirilir. Yazıçı-publisist Əlisahib Əroğul
araşdırmalarında ermənilərin iç
üzünü açan qeyri-türk müəlliflərinin
fikirlərini təqdim edir, ermənilərin Türk
Dünyasına, konkret Azərbaycan Türkünə yönəlik
planlı, məkrli gedişlərini ifşa edir: "Erməni
millətçilərinin canına, qanına hopmuş və
xarakterinə xas olan satqınçılıq, xəyanətkarlıq,
ikiüzlülük, arsızlıq, məkr və hiylə bu
gün erməni millətinin milli mentalitetinin göstəricilərinə
çevrilib. Qoy bu xəstəliyə
yoluxmuş erməni təəssübkeşləri, daha
doğrusu, erməni diasporunun yalanına çənə
söykəmiş baronessa Koks, Qalina Starovoytova, Andrey Nuykin,
senator Robert Doul kimi adamcıqlar ermənilərin bu imiclərini
ittiham edən qeyri-türk müəlliflərinin əsərlərini
nəzər-diqqətlərindən
qaçırmasınlar, haqqa, ədalətə söykənsinlər.
Erməni məkr və hiyləsinin,
ikiüzlülüyünün nə demək olduğunu, nədən
qaynaqlandığını, qidalandığını dərk
etsinlər. Heç olmazsa Aleksandr Dümanın "Qafqaz səfəri",
11-ci yüzil fars müəllifi Unsur-əl-Məali ibn İsgəndərin
(1021-1098) 1082-ci ildə qələmə aldığı
"Qabusnamə" kitablarını oxusunlar. Erməni xəstəliyinə
yoluxmadan erməni təəssübkeşliyindən xilas olmaq,
qərəzdən qurtulmaq istəklərini öz
vicdanlarının (əgər varsa) ixtiyarına
buraxsınlar. Bu gün Azərbaycan Türkü
üçün qəti düşmənə çevrilən
erməni-daşnak faşistlərinin vandalizmindən xəbər
tutsunlar. Axı erməni-daşnak faşizminin bütün
fitnə-fəsadları göz qabağındadır. Bu
gün Ermənistan adlanan Qərbi Azərbaycanda və 20%-i
işğal olunmuş Mərkəzi Azərbaycan
torpağında, Qarabağda bir nəfər də olsun
aborigen, köklü türk əhalisi yaşamır. Türklər ana yurdlarından didərgin
salınaraq erməni-daşnak faşizminin etnik təmizləmə
siyasətinin günahsız qurbanlarına çevriliblər,
erməni-daşnak faşizminin törətdiyi türk
soyqırımının dəhşətinə məruz
qalıblar. İkiyüzillik bir müddətdə üzdə,
sözdə dost, əməldə
düşmənçilik siyasəti yeridən ermənilərin
qonşu haqqını tapdalamaları, ədalətsiz ərazi
iddiaları, zorla torpaq mənimsəmək üçün təcavüzləri,
qonşu malına hərislik və cinayətkar hərəkətləri
səngimək bilməyib. Zaman-zaman arzuolunmaz qonaq kimi Azərbaycan
torpağına ayaq basmış, bu torpaqda yuva qurmuş erməni-daşnak
faşistləri Azərbaycan varlığına qənim kəsiliblər.
Heç bir vəhşilikdən, rəzillikdən,
alçaqlıqdan, şər və böhtandan çəkinməyərək
bir qarış tarixi torpağı olmayan bir ərazidə
maddi və mənəvi terrorlarını yeritmək və pərdələmək
üçün ardı-arası kəsilməyən
qırğınlar törədib və riyakar yazılar
çap etdiriblər. Dünya ictimaiyyətinin
gözü qarşısında Azərbaycan Türkünü
zorla iğtişaşlara çəkib, qanlı
toqquşmalara sürükləyiblər.
İkiüzlülük, riyakarlıq, məqsədə
çatmaq üçün hər cür alçaq vasitə
və yollardan istifadə edən ermənilərin bu kimi xəyanətkar
xislətləri, çirkin niyyətləri,
təbii ki, dünyanın ayrı-ayrı işıqlı
insanlarının, habelə, tarixi faktları təhrif etməyən,
siyasiləşmədən uzaq, həqiqətpərəst
tarixçilərin, ürfan sahiblərinin nəzər-diqqətlərindən
kənarda qala bilməzdi. Erməni xislətinə bələd
olan bu sayaq müdrik insanların, millət sərraflarının
ermənilər haqqında dedikləri, yazdıqları haqqa
söykənən təməl sənədlərdir. Mayası şərdən tutulmuş, xəmiri fitnə-fəsaddan
yoğrulmuş, kündəsi yalandan intişar tapmış,
xisləti böhtan və iftiradan möhürbənd olmuş
ermənilər və erməni milləti barəsində
öz fikir və düşüncələrini, mülahizə
və qənaətlərini qələmə alıblar.
Bu gün bu müəllifləri biz ancaq dərin minnətdarlıq
hissləri ilə xatırlayır, yad edir, həqiqəti vəsf
edən səslərini haqq səsimizə qatırıq".
Qədim Roma tarixindən bir səhifə:
"İmperator Avqustin dövründə Ermənistanın
işğalına həsr olunmuş metal manatlarda 2-ci Tiqran
alleqorik tərzdə - məğlub olmuş öküz və
ya gənc hökmdar timsalında, əl-ayağı
bağlı, imdad diləyən əsir erməni
döyüşçüsü şəklində təsvir
olunur. 115-117-ci ilin metal manatlarında isə Ermənistan
dövləti Roma imperatorunun ayaqları altında oturmuş
qadın şəklində təsvir edilir.
Rus
tarixçisi S.M.Solovyov "Rusiya tarixi üzrə mühazirə
və hekayələr" kitabında yazır: "1701-ci ildə
İzrail Ori adlı erməni keşişi boyar Qolovnikin
yanına gəlir. O, çara məktub yazaraq İran
şahını məğlubetmə yollarını, ermənilərin
bu işdə ona kömək edəcəyini, Rus dövlətinin
Qafqaza yiyələnəcəyini inandırıcı faktlarla
göstərir. Minas Vartapet 1718-ci ildə ermənilərin xilas
olması, daha doğrusu, rusların himayəsinə keçməsi
barədə ayrıca bir məktub hazırlayıb çara
göndərir. Erməni yepiskopu isə yazıb bildirir ki, 100
min erməni silahlısı imperatorun yolunu gözləyir";
Yenə orada (səh.719) - "Bu xəritədən aydın
olur ki, bütün dövlət ərazisində İrəvan
qalasından başqa qala yoxdur. Allah özü bütün
qoşunlarımıza onu tutmağa kömək eləsin";
19-cu yüzil rus tarixçisi
P.Q.Butkov yazır: "1-ci Pyotr ölümündən qabaq, 10
noyabr 1724-cü ildə üç ermənini katolikos
İsayya ilə birlikdə qəbul edir. "Ermənilərə
əl tutmaq və Xəzəryanı əyalətlərdə
yerləşdirmək" barədə onların xahişini
dinləyir. Elə o gün 1-ci Pyotr erməni xalqının
orada yerləşdirilməsi haqqında general-leytenant
Matuşkinin və briqadir Levaşovun adına buyruq verir";
Moskvada nəşr edilən tarix
kitablarından: "İşğalçılıq siyasətində
ermənilərdən bir alət kimi istifadə etməyi
qarşıya məqsəd qoyan 1-ci Pyotr 1724-cü il noyabr
ayının 10-da üç erməni katolikosunu qəbul edir.
Onların Xəzəryanı əyalətlərdə yerləşdirilmək
barədəki xahişlərini dinləyir və fərman
verir: "Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd
və başqa ərazilərdə yerləşdirilməsinə
çalışın, bu bölgələrdəki yerli əhalini
isə imkan düşdükcə sıxışdırıb
oradan çıxarın";
Knyaz V.Dolqorukin 7 may 1727-ci ildə
yazırdı: "Saqanas toplumundan olan ermənilər onun
hüzuruna vəkillərini göndərib xahiş edirlər
ki, onların hamısı imperatriça həzrətlərinin
təbəəliyində olsun və ona məxsus olan əyalətlərdə
yerləşmək üçün (onlara) torpaq verilsin; bu torpaqlar onlara göstərilmiş və ermənilər
oranı gördükdən sonra bəyənib razı
qalıblar";
Rusiya imperatriçası 2-ci
Yekaterina 1783-cü il aprel ayının 6-da göstəriş
verir: "İbrahim xanı devirməli və Qarabağda
müstəqil erməni əyaləti təsis etməli";
19 may 1783-cü ildə knyaz
Q.A.Potyomkin 2-ci Yekaterinaya yazırdı: "Fürsət
düşən kimi Qarabağda hakimiyyəti ermənilərə
verəcək və bunlar vasitəsi ilə Asiyada xristian
dövləti yaradacağımız barədə erməni məliklərinə
göstərişlər vermişəm";
Qraf V.Zubov tabeliyində olan bütün yüksək
rütbəli zabitləri xəbərdar edərək (2-ci
Yekaterinanın Türkiyə ilə sərhəd
yaşayış məntəqələrinin
xristianlaşdırılması tapşırığı ilə
bağlı) bildirirdi: "İrəvan
xanlığının xristianlaşdırılması məsələsi
çox gizli saxlanılmalıdır. Ona görə
ki, bütün gələcək planlarımızın məqsədinin
açıqlanması və bu barədə hər hansı
bir xəbərin müsəlmanlara (türklərə-red.) əvvəlcədən
çatması onları oyadar və təlatümə gətirər";
Çar 1-ci Aleksandr 1802-ci il
sentyabrın 26-da Azərbaycan xalqının cəlladı,
gürcü mənşəli çar generalı P.D.Sisianova
yazırdı: "Nəyin bahasına olursa-olsun Azərbaycanın
bu və ya digər xanlıqlarına hücumda ermənilərdən
geniş istifadə etmək lazımdır. Xüsusilə,
bu adam Rusiyaya sədaqətli şəxs, erməni
keşişi Danil ola bilər";
Gəncəni
3 yanvar 1804-cü ildə al qanına boyayan P.D.Sisianov erməni
arxiyepiskopu Ohana yazırdı: "Çoxlu boş
qalmış evlər var, onlar (Azərbaycan Türkləri -
red.) buranı tərk edib getmişlər. Sizdən İrəvan
ermənilərinin təcili buraya köçürülməsini
xahiş edirəm. Mən hər bir ailəyə
ev, bağ və həyət verilməsini əmr edəcəyəm.
Üç il müddətində ermənilərdən
tövcü güzəştlə yığılacaq və
onlar heç bir mükəlləfiyyət
daşımayacaqlar";
P.D.Sisianov 1805-ci il 22 may tarixli, 19
saylı raportunda yazırdı: "Qarabağı
özünün coğrafi mövqeyinə görə Azərbaycanın,
eləcə də İranın qapısı hesab etmək olar
və buna görə buranın əldə
saxlanılmasına və bizim üçün möhkəmləndirilməsinə
daha çox səy göstərilməlidir";
Sisianovun xələfi, erməni fitnəsinə
uymuş İ.V.Qudoviç mərkəzə müraciətində
yazırdı: "Rusiyada yaşayan ermənilərin
siyahısı tərtib olunmalı, onların harada
yaşamasından asılı olmayaraq Azərbaycana gəlməsinə
imkan yaratmaq lazımdır. Burada erməni dövləti
yaratmaq üçün ermənilərin sayı kifayət qədər
olmalıdır. Xristianlıq naminə biz bu işi sürətləndirməliyik";
Rus
yazıçısı Valtin Pikur özünün
"Fovarit" kitabında qraf Q.Potyomkinlə imperatriçə
2-ci Yekaterina arasında belə bir dialoqu qələmə
alıb: "Potyomkin:
- Nə, bir də ermənilərdən
Lazarev və Arqutinski, iş bacaran ermənilər artıq
özlərinə paytaxt gözaltı etmişlər - İrəvan
şəhərini.
- Paytaxtdan nə çıxar, əgər
hələ ölkə yoxdursa?
- İndi yoxdur, bizdən sonra
bulunacaq - deyə Potyomkin cavab verdi";
Rus
generalı Zubovun özünə köməkçi
seçdiyi erməni keşişi İosif Stepanoviç
Davudyan 1796-cı il mayın 2-də rus ordusunun Dərbəndə
girməsi münasibəti ilə soydaşlarına bəyan
etdi: "Ali baş komandanı Allah özü göndərib.
Biz onun vasitəsilə, ona sədaqətimizlə Qafqazı azərbaycanlılardan
(Türklərdən-red.) təmizləyə bilərik";
Rus tarixçisi Potto yazır:
"Lazarev (Qarabağın Tuğ kəndində anadan
olmuş, Azərbaycan Türklərinin qanını içməyə
hazır olan erməni mənşəli beş çar
generalından biri; bu məlun vergi toplamaq adı
altında azərbaycanlıları istismar etməklə
yurdlarını tərk etməyə vadar edir, yerlərinə
erməniləri köçürürdü - red.) ermənilərin
dağınıq olmasından narahat idi. O bilirdi ki, ermənilər
bir yerdə olmalıdılar ki, dənizdən-dənizə
keçmək üçün onlara imkan yaransın. Buna
görə də "Böyük Ermənistan" yaratmaq
arzusu ilə bütün imkanlardan istifadə edirdi";
Rusiyada yaşayan ermənilərin baş arxiyepiskopu İosif Arqutinski 1795-ci il noyabrın 27-də Gürcüstan çarı 2-ci İrakliyə göndərdiyi məktubda yazırdı: "Ruslarla din qardaşlarıyıq. Onlar Qafqazda yaşayan xristianları darda qoymazlar. Bizim də borcumuz odur ki, Qafqazda rusların kök salmasına imkan yaradaq".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 14 noyabr.- S.13.