Dərələyəzdə erməni vəhşilikləri
Mənfur düşmənlərimiz
bu tarixi yurdumuzda da abidələrimizi erməniləşdirməyə
cəhd göstəriblər
Ermənilərin Azərbaycan
torpaqlarına iştahlanmasının tarixi uzundur. Bu gün
"Ermənistan" adlanan ərazinin başdan-başa qədim
türk torpağı olması heç kəsə sirr deyil. Publisist Kamil Dərələyəzli illər ərzində
bu qədim türk elinin tarixini, türk ruhundan yoğrulmuş
mədəniyyətini, tarixi abidələrini
araşdırıb, bu yerlərin "qədim sakinləri"
olduğunu iddia edən ermənilərin bütün gedişlərinin
yalan olduğunu sübut edib. Araşdırmaçı
Dərəlyəz mahalında babalarımızın tikdikləri
tarixi abidələr olan IV yüzilliyin Dəmirov piri, IX
yüzillikdən bəri bu günə qədər tarixi
öyrənilməmiş qalan Sal-Sal qalası (Babək
qalası), orta yüzillərə aid "Əxi Təvəkkül"
zaviyəsinin qalıqları, Arpa
çayı üzərində tikilən və indiyə qədər
əzəmətini itirməyən Dədəli
körpüsü, qədim İpək yolu kənarında XIII
yüzildən yadigar qalan, Səlim və ya Şah Abbas
karvansarası kimi tanınan, Əbu Səid Xan Bahadur tərəfindən
inşa olunmuş 3 karvansara, IX-XIV yüzillərdə
inşa olunmuş bir çox abidələr və
çoxtaqlı körpülər haqqında olan məlumatlar
diqqəti xüsusi cəlb edir.
K.Dərələyəzli
qeyd edir ki, 1905-ci ilin erməni terrorunun dağıdıcı
dalğasının bir hissəsi Naxçıvanı,
Şuşanı adlayaraq Dərələyəz mahalına
çatdı: "1901-ci il noyabrın 11-də Türkiyənin
Muş əyalətində baş qaldıran
"Daşnaksütyun" təşkilatının
başçısı Andronikin quldur dəstəsi Şuşada,
Naxçıvanda, sonra isə Dərələyəz
mahalında peyda oldu. Naxçıvanda böyük itkiyə məruz
qalan quduzlaşmış Andronikçilər
qisaslarını Dərələyəzin ucqar kəndlərindən
birində-Horsda aldılar. Gündüzdən
meşədə gizlənən daşnaklar elə bil
quduzlaşmış it kimi gecənin düşməsini
gözləyirmiş. Şirin yuxuda olan horsluları
alışıb-yanan evlərdən mal-heyvanın
tükürpədən böyürtüsü, zəncirlərdə
qalan itlərin ulaşması, tüstüdən boğularaq
oyanan körpə uşaqların,
qocaların, qadınların səsi oyatdı. Yanan evlərdən,
odun-alovun içindən qaçmağa, həyatlarını
ölümün pəncəsindən xilas etməyə can
atan insanlar gizlənmiş quldurların güllələrinə
tuş olaraq yerlərindəcə al-qana qərq olaraq
qalırdılar. Hors kəndi 1905-ci ildə Andronikin
quldur dəstəsi tərəfindən tamamilə
yandırıldı. Təxminən 500 nəfərdən
çox əhalisi olan bu kənddən cəmi 95 nəfər
xilas olaraq canını qurtara bilmişdi".
5 dekabr 1971-ci ildə
"Azdaq şapatoryaq" ("Azad həftə") qəzetinin
2-ci sayında yazılmış bir məqalədə deyilir:
"1920-ci ildə "Daşnaksütyun"
partiyasının qabaqcıl liderlərindən biri gizli olaraq
yazmışdı ki, bu gün biz öz
azadlığımızı ələ edə bilməsək,
tezliklə Ermənistanda yaşayan 1 milyon erməni "öz"
torpaqlarından uzaqlaşdırılacaq, Qafqaz ərazisinin
hüdudlarından kənara çıxarılacaq. O, həm də
qeyd edirdi ki, 1903-1904-cü illərdə 40 min, 1915-ci ildə
isə 300 min erməni əhalisi rusların köməkliyilə
indiki Ermənistanda məskunlaşdırılıb. N.Şavrov "Novaya uqroza russkomu delu v Zakafkazye" əsərində
yazır: "1826-1828-ci illər müharibəsindən
sonrakı iki ildə - 1828-ci ildən 1830-cu ilədək
İrandan Zaqafqaziyaya 40 min erməni
köçürüldüyü halda yalnız İrəvan
və Yelizavetpol quberniyalarının ən yaxşı
torpaqlarına 84600 erməni yerləşdirilib. İndi
Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1
milyonundan çoxu yerli əhali deyil, gətirilmələrdir."
Qədim türk ellərində
saylarının artmasından ürəklənən ermənilər
Dərələyəz mahalında da zaman-zaman at oynadıb,
buradakı tarixi abidələri həyasızcasına öz
adlarına çıxıblar. K.Dərələyəzli belə
abidələrdən biri olan Səlim karvansarası haqqında
danışır: "Başqa karvansaralardan fərqli olaraq Səlim
karvansarası öz formasında bugünümüzə qədər
qalmışdı. Qədim dövrdən bu dərənin
adı "Səlimdərə" olduğu üçün
elə karvansara da "Səlim" adını
daşıyıb. Möhkəm yerli bazolt daşdan tikilmiş
bu möhtəşəm bina özünəməxsus gözəlliyi
olan dağ təbiətinin sərt əhatəsində ulu
keçmişimizin yadigarı kimi qalıb. Karvansaranın
birinci girəcək qapısının üst hissəsində
uzunluğu 2 metr, yarımdairə şəkildə orta
hündürlüyü 1 metr olan sal bir daşın üzərində
ərəb əlifbası ilə binanın pasportu
yazılıb. Vaxtilə Dərələyəz
mahalında ictimaiyyətə "Şah Abbas karvansarası"
kimi məlum olan abidənin birdən-birə erməni ədəbiyyatında
"Səlim karvansarası" kimi adlanması məni
çox təəccübləndirdi. Əldə olunan sənəd
M.Harutyunyanın "Micnadaryan Hayasdani karavanadnerç u
kamuçneri" (Erevan, 1960) kitabındandır. Kitabda rast gəldiyim karvansaranın şəkli və
həmin şəkildə olan kitabədəki ərəb əlifbası
ilə yazılan mətn məni maraqlandırdı,
karvansaranın kimə məxsusluğunu bildirmək
üçün Azərbaycan Milli Elmlər Akademiyasında və
Bakıda İran, İraq, Türkiyə səfirliklərinin
nümayəndələri "yeni" ərəb-fars əlifbası
ilə yazılmış kitabənin üstündəki
Harutyunyan tərəfindən hazırlanmış bu
cızma-qaranı oxuya bilmədilər.
Köməyimə
xalqımızın qədim daş dilinin, bədii
daşyonmanın, memarlığın, qəbir
daşlarının, sənduqələrin, xəttatlığın,
kaşı sənətinin bilicisi, AMEA-nın müxbir
üzvü Məşədixanım Nemət çatdı. O,
1961-ci ildə Göyçədən Zəngəzura səfər etdiyi zaman Səlim
keçidində yüzillərdən yadigar qalan karvansara diqqətindən
yayınmır, ermənilərin təkidinə baxmayaraq
karvansaranın və bu gün bizə-tariximizə,
xalqımıza hava-su kimi gərək olan, ermənilərin
iç üzünü açıb göstərən sənduqənin
şəklini çəkir. Əldə olunan materiala (rəsmə)
əsaslanaraq karvansaranın kimə məxsusluğu tam
aydınlaşır, həqiqət öz yerini tutur, erməni
və ermənipərəst tarixçilərin iç
üzü, saxtakarlıqları tam ifşa olunur".
Araşdırmaçı erməni
tarixçilərinin tarixi Azərbaycan ərazilərindəki
müxtəlif abidələri utanmadan öz adlarına
çıxmalarını faktlarla ifşa edib: "M.Harutunyan
"Orta yüzillərdə Ermənistanda karvansaralar və
körpülər" kitabında Səlim karvansarası kimi
hallanmasına baxmayaraq utanmadan qeyd edir: "1935-ci ildə
S.Barxudyanın "Ermənistanın mədəniyyət abidələri"
kitabında bildirilir ki, karvansaranın sənduqələrindəki
yazı heç bir əhəmiyyət kəsb etmir,
yalnız karvansara ümumittifaq əhəmiyyət kəsb
etdiyi üçün Şərq xalqlarına burada dincəlmək
və istirahət etmə imkanı vermək nöqteyi-nəzərindən
yazılıb. Abidə Orbelyanlar nəslindən hökmdarlar
hökmdarı Sumbatın və ya Liparid hökmdarı şərəfinə
781(1332)-ci ildə inşa olunub".
N.Zeydliçin 5 cildlik "Qafqaz
haqqında məlumatlar toplusu" kitabında 1873-cü ildə
Şərur-Dərələyəz mahalında əhalinin
siyahıya alınması bölməsində
açıq-aşkar yazır: "Arpa çayının
sağ qolu olan Səlim çayının yuxarı
axarında yerləşən Ağ kənddən yuxarı, Səlim
keçidindəki karvan evi 1333-cü ildə knyaz Çesar
Orbelyanın şərəfinə inşa edilib. Karvan evindən şimal-qərbdə yerləşən
Qara göl ərazisində türk qəbiləsinə məxsus
qəbristanlıqda aparılan qazıntı zamanı
aşkarlanan müxtəlif zinət əşyaları ilə
yanaşı təsbehlər, kiçik qoyun, xoruz, öküz
və başqa heyvan fiqurları da olub".
K.Dərələyəzli
araşdırmalarında daha sonra qeyd edir ki, M.Harutunyanın
"Səlim", S.Barxudyanın "Sumbat" və ya
"Liparid", dərələyəzlilərin "Şah
Abbas" karvansarasını N.Zeydliç kölgədə
qoyaraq karvansaranın "Çesar Orbelyan"a məxsus
olduğunu "məharətlə" izah edib: "N.Zeydliç
öz kitabında Dərələyəz mahalında olan
bütün abidələri "yan"laşdırmaq, yəni
erməniləşdirmək, bütün bu ərazilərdəki
yer, kənd, çay, dağ adlarının "türkcəsinə"
olduğunu yazmaqla özü-özünü inkar edir, habelə
ərazinin ermənilərə məxsus olduğunu isbat
etməyə can atıb. Ancaq əsl həqiqət
aşkarlandı. Məşədixanım Nemət kitabəni
oxuyub tərcümə etdi. Karvansara Elxanilər sülaləsinin
(1316-1336-cı il) hökmranlığı dövründə Əbu
Səid xan Bahadur tərəfindən inşa edilib. Karvansaranın qapısı üzərindəki sənduqədə
yazılıb: "Əbu Səid xan Bahadur; Dünyanın
sultanı, insanların hökmdarı, Ərəb və Əcəmin
padşahı, kütlələrin boynunun (başının)
sahibi - Allah onun hökmranlığını əbədiləşdirsin
və hökmranlığını daim etsin. Xeyrat sahibi (karvansaranın tikilmə xərcini ödəyən)
Çuşkab ibn Layavənd ibn: tarixi 726 hicri, 1325-26-cı
il." Son illər erməni tarixçiləri tarixi
faktları, epiqrafik dəlil-sübutları
saxtalaşdırmaq yolu ilə öz tarixlərini qədimləşdirmək,
"böyük Ermənistanı" bərpa etmək,
başqa abidələri
xaçlaşdırmaqla, işarələr əlavə etməklə
"özününküləşdirdiyi" kimi, erməni ədəbiyyatında
1325-26-cı illərdə türklərə məxsus Əbu
Səid xan Bahadur karvansarasında olan sənduqədəki
yazını cızma-qara şəklinə salmaqla dünya
ictimaiyyətini inandırmağa çalışırlar ki,
Azərbaycan türklərinə məxsus olan abidələr
və bu ərazilər guya ermənilərindir".
Bu tarixi türk yurdunda olan
çoxsaylı abidələrdən biri də Ağkənd
karvansarasıdır. Araşdırmaçı qeyd edir ki,
M.Harutunyan bu ərazidəki hər 3 karvansaranın quruluş
və memarlıq yaxınlığı ilə bir-birinə
oxşar olduğunu etiraf edir, ancaq karvansaranın tikilmə
tarixi və mənsubiyyəti haqda heç bir məlumat
olmadığını deyir. Dərələyəz
körpüləri haqqında da araşdırma aparan K.Dərələyəzlinin
araşdırmalarından bir daha bəlli olur ki, bu abidələrin
yiyəsi türk babalarımızdır: "Belə abidələrdən
biri olan Dədəli körpüsü Dərələyəz
(Yeqenadzor) qəsəbəsilə Əyar kəndinə gedən
yolu iki hissəyə ayıran Arpa çayının üzərində
tikilib. M.Harutunyan qeyd olunan əsərinin 108-ci səhifəsində
yazır ki, "Aqaracor" (Dədəli) körpüsü
orta yüzil körpülərinin kompozisiyası formasında
tikilib. Onun inşa vaxtı müəyyən olmasa da, çox
güman ki, orta yüzillərdən çox-çox əvvəllərə
aiddir. Körpünün tarixi sağ sahildə divarın
ortasındakı daşların birində fars əlifbası
ilə yazılıb. Əfsuslar olsun ki, yazını oxumaq
mümkün olmayıb.
Heç kəs ayranına
turş deməz. Fars əlifbası ilə yazılan
"pasport" yanlara gərək olmadığı
üçün oxunması mümkün olmayıb. Ancaq
körpü də, mahal da, çay da, torpaq da həmin ərazidə
yaşamış Azərbaycan türklərinə məxsusdur".
K.Dərələyəzli deyir
xalq arasında Dədəli körpüsünün
salınması ilə bağlı rəvayət də var. Araşdırmaçı vaxtilə Babək (Salsal)
qalası ilə bağlı Əhməd kişinin dediklərini
qələmə alıb. Ələyəz kənd sakini Əhməd
kişi danışırmış ki, 1961-ci ilin
sentyabrında Horsdan gəlirmiş. Sıldırım dağa
baxır ki, bir nəfər dağın başında, qala
divarının özülündə işləyir, əlində
çəkic və zubil daşların üzərində nə
isə yazır. Axşam olcaq erməni gedir: "Saqqalı
30-35 yaşlı erməni gedəndən sonra həmin yerə
yaxınlaşdım. Kəndirin bir ucunun qala divarının
dibində yoğun bir dəmir parçasına
bağlandığını və həmin dəmirin divara
çalındığını gördüm. Kəndirin
ucunu belimə bağlayıb qala divarının çöl
üzünə düşdüm. Qala divarının
özül daşlarında yeni xaçlar, erməni
yazıları həkk olunurdu. Bu yazılar ərəb
əlifbası ilə yazılmış daşların üzərində
yenidən yazılırdı. Böyük bir daş
baltası ilə erməninin işlədiyi daşın
üstündəki bütün yazıları baltaladım, alətləri
götürüb yuxarı qalxdım, ipi açıb evə gətirdim".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 18 noyabr.- S.13.