Azərbaycanda Dövlət Bayrağı günü təsis olundu

 

 Yeganə Mehdibəyli: "Milli bayrağımıza belə dəyər verilməsi sevindiricidir"

 

Billur Hümbətov: "Bütövlükdə cümhuriyyət tarixinə münasibət dəyişməlidir"

 

Ötən əsrin 80-ci illərində Azərbaycan Milli-Azadlıq hərəkatının əsas təkanverici mərhələsi sayılan SSRİ-nin süqutunu xeyli sürətləndirmiş Meydan epopeyasının 21-ci ildönümü prezident İlham Əliyevin imzaladığı sərəncamla daha da əlamətdar oldu. Dövlət başçısının sərəncamına əsasən, bundan sonra noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq qeyri-iş günlərinin siyahısına daxil ediləcək. Bu bayram gününün qeyd olunması üçün məhz 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş ilk Cümhuriyyətin varisliyini göstərən növbəti addımdır. Xatırladaq ki, Azərbaycanın mövcud üçrəngli, aypara səkkiz guşə ulduzlu dövlət bayrağı ilk dəfə 1918-ci ildə Cümhuriyyət parlamentində təsdiqlənib. 1920-ci ilin aprelində baş vermiş bolşevik işğalından sonra kommunist rejimi Azərbaycan istiqlalının əsas rəmzlərindən biri olan üçrəngli bayrağımızın unutdurulmasına yönəlik ən kəskin tədbirlər görsə , bunu bacarmadı. Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək, istiqlalın dadını duymuş millət əsrlərdən sonra yenidən qurduğu dövlətinin bu simvolunun yaddaşlardan silinməsinə imkan vermədi. Azərbaycan istiqlal mücadiləsinin bütün ağırlığını çiyinlərində daşıyan millətin fədakar oğul qızları təsəvvürə gəlməz əziyyətlər hesabına Cümhuriyyət bağlarının qırılmasının qarşısını aldılar. Azərbaycan övladları sovet hakimiyyətinin kükrəyən dönəmlərində milli bayrağımızı nümayişkaranə surətdə yüksəkliklərə qaldırmaqdan çəkinmədilər. Bununla bağlı ən parlaq nümunələrdən birini 1956- il mayın 28- üçrəngli, ay-ulduzlu bayrağımızı Qız Qalasına sancmaq risqinin altına girmiş Cahid Hilaloğlu göstərib. Bu hərəkətinə görə sovet repressiya maşınının məngənəsinə salınan Hilaloğlu özünü odlara salsa da, adını istiqlal tarixinə qızıl hərflərlə yazdırdı. Üçrəngli bayrağımız daha geniş miqyasda məhz 1988-ci ilin Meydan hərəkatı zamanı qaldırıldı kommunist rəhbərliyin, "KQB"-nin təzyiqlərinə baxmayaraq, meydandan çıxarılmadı. Bununla da, böyük Rəsulzadənin ümid inamla söylədiyi "Bir kərə yüksələn bayraq, bir daha enməz!" xəbərdarlığı öz yerini aldı. Azərbaycanın keçmiş kommunist hakimiyyəti 1991-ci ilin fevralında (SSRİ-nin rəsmi süqutundan cəmi on ay əvvəl) üçrəngli bayrağımıza rəsmi status versə , ortadakı ideoloji uyğunsuzluq bu faktın dəyərini heçə endirirdi. Bununla belə, "şər imperiyası"nın çöküşündən sonra Azərbaycan istiqlalının bərpa olunmasıyla üçrəngli bayrağımız real dövlət rəmzinə çevrildi bu gün əzəmətlə dalğalanır.

Xatırladaq ki, milli bayrağımızın ilk dəfə təsdiqlənməsinin bu il qeyd olunan 91-ci ildönümü ərəfəsində ölkədə Dövlət Bayrağı Gününün təsis edilməsi haqda təkliflər səsləndi. Eyni zamanda, bu məsələnin dövlət səviyyəsində həlli istiqamətində müzakirələr aparıldığını göstərən məlumatlar da yayıldı. Bu günlərdə Milli Məclisin komitə sədri Hadı Rəcəblinin verdiyi açıqlamadan sonra təqvimdə yeni bayram gününün əks olunacağına şübhə qalmadı. Hadı Rəcəbli bildirmişdi ki, 9 noyabrın Dövlət Bayrağı Günü kimi təsdiqlənməsi gözləntisi ilə əlaqədar Əmək Məcəlləsinə uyğun dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yəni 9 noyabrın qeyri-iş günü hesab olunmasının rəsmiləşdirilməsi planlaşdırılır. Dövlət başçısının məlum sərəncamı isə bu çərçivədə bütün suallara aydınlıq gətirdi.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli ölkədə belə bir bayram təsis olunmasını böyük hadisə kimi qiymətləndirir: "Azərbaycanda Dövlət Bayrağı gününün təsis olunması haqda xəbər məni olduqca sevindirdi. Həqiqətən , dövlət müstəqilliyinin əsas atributlarından biri olan milli bayrağımıza belə dəyər verilməsi çox sevindiricidir. Bayraq anlayışının tarixi çox qədim dövrlərdən, ilk dövlətlərin qurulması formalaşmasından başlayır. Millətlər qurduqları dövlət onun bayrağıyla tanınırlar. Hansısa məsələdə nəyin hansı dövlətə məxsusluğuna dair suallara da məhz bayrağa əsaslanıb cavab tapmaq mümkündür. Açığı, bu, o qədər əlamətdar hadisədir ki, onun əhəmiyyətini göstərmək üçün ifadə seçimi çətinləşir. Təəssüflə deməliyəm ki, Azərbaycanda dövlət bayrağına münasibət birmənalı olmayıb. Yəni üçrəngli bayrağımız uğrunda canından keçməyə hazır olanlarla yanaşı, bu müqəddəs rəmzə sayğısızlıq göstərənlər az deyil. Çox ümid edirəm ki, bundan sonra belə bir günün dövlət səviyyəsində bayram edilməsi milli bayrağımıza münasibətə müsbət təsir göstərəcək".

Vətəndaş İnkişaf Partiyası (VİP) sədrinin müavini Billur Hümbətov da belə bir bayramın təsis edilməsilə milli bayrağa münasibətin dəyişəcəyi qənaətindədir: "Təbii ki, dövlət atributlarından birinin qəbul olunduğu günə dövlət bayramı statusunun verilməsi müsbət haldır. Amma belə bir qərar verən hakimiyyətin cümhuriyyət tarixinə ümumi münasibəti heç ürəkaçan deyil. Bugünkü Respublika 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, dövlət gerbi bayrağı da doxsan bir il əvvəl qəbul olunmuş rəmzlərdir. Çox arzuolunandır ki, Azərbaycan cəmiyyətində milli dövlət rəmzlərinə münasibət yüksək səviyyəyə çatdırılsın, bu istiqamətdə işlər görülsün. Bəzən dövlət bayrağı gerbinin yanlış təsvirlərilə rastlaşırıq, buna çox təssüflənirik. Bu münasibət bütövlükdə millətə qarşı təhqirdir belə hallara yol verilməməlidir. Amma ümid edək ki, Dövlət Bayrağı gününün təsis olunmasıyla vurğulanan problemlər aradan qalxacaq".   

 

 

Rahid Cəfərli

 

Xalq Cəbhəsi.- 2009.- 19 noyabr.- S.6.