Tarix erməni terrorçuluğunu ifşa edir

 

"Erməni xalqını heç bir şey xilas edə bilməyəcək"

 

İbrahimxəlil xanın qaynı, Qarabağ xanlığının təsərrüfat işlərinə baxan Məlik Cümşüd nankorluq edərək rus imperatriçası 2-ci Yekaterinaya xəyanətkarcasına yazırdı: "Qarabağ gözəl diyardır. Sərvətli ölkədir. Buranın xristianların hakimiyyətində olması çox vacibdir";

 

II yazı

 

Erməni müəllifi B.İşxanyan "Qafqaz xalqları" (S.Peterburq, 1916, səh.18) kitabında yazır: "Antiq dövrdə ermənilərin əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan kənarda yerləşirdi";

Yenə orada - "Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olub";

 İngilis jurnalisti Skotlan Liddel özünün "Müsəlmanlarla müharibə, ermənilər yenə hücum edir" (Tiflis, 30 yanvar 1919-cu il) məqaləsində yazır: "Ermənilər həmişə özləri savaş axtarır və nə vaxt ki onu tapdılar, onlar öz təbliğatlarında bunu "sıxışdırma" adlandırırlar. Əslində isə bu, onların özlərinin qazandıqları növbəti cəzadır";

Yenə orada - "Bu terror təşkilatı (daşnaklar - red.) uzun illərdən bəridir ki, erməniləri qəsdən müsəlmanların üstünə qaldırır, onların üzərinə basqınlar törətməyə təhrik edir";

Yenə orada - "Daşnaklar üçün öldürülmüş erməni çox qiymətlidir. Əgər bu hadisədən necə lazımsa istifadə edə bilsələr, onda o, təbliğat üçün çoxlu xeyir gətirə bilər";

Yenə orada - "Ermənilər nəinki haqsızdılar, həm də azlıq təşkil edirlər. Bir gün gələcək ki, bütün müsəlmanlar birləşəcək, bir nəfər kimi onları sıxışdıranlara qarşı qalxdığı zaman erməni xalqını heç bir şey xilas edə bilməyəcək";

 Rus tarixçisi V.L.Veliçko "Qafqaz, rus mənafeyi və xalqlararası problemlər" (Tiflis, 1904) kitabında yazır: ""Bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi yox, xeyli miqdarda Türkiyə və İrandan qaçanlar kimi XIX yüzilliyin birinci yarısında yaşamağa başlamışlar";

 ABŞ-ın məşhur sovetşünası, Azərbaycan tarixi üzrə mütəxəssis Tadens Svyatoxovski "Rusiya Azərbaycanı 1905-1920-ci illər" kitabında yazır: "Şaumyanın dilində Azərbaycan kəlməsi məsxərə ilə səslənirdi";

T.Svyatoxovskinin 1989-cu ilin fevralında erməni mərkəzinin Kolumbiya universitetində təşkil etdiyi Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan-erməni millətlərarası münaqişənin ildönümünə həsr olunmuş konfransdakı çıxışından: "Azərbaycanda yaşayan ermənilər də daxil olmaqla Zaqafqaziyada yaşayan bütün ermənilər köklü xalq deyil, gəlmədirlər. Onların böyük hissəsi XIX yüzildə İran və Türkiyədən köçürülüblər: fikrimcə, ermənilərin tələbləri ədalətsiz tələbdir. Buradakı yerli ermənilər də Qarabağ və Gəncə xanlıqlarının tərkibində yaşamışlar. Gəncə kimi Qarabağ da, şübhəsiz ki, Azərbaycan torpağıdır";

T.Svyatoxovski Azərbaycana səfəri zamanı Bakıda nəşr olunan "Kommunist" qəzetinin 3 avqust 1989-cu il tarixli sayında dərc olunmuş müsahibəsində deyir: "Dağlıq Qarabağın erməni əhalisi buraya mühacirət etmiş ermənilərin nəvə və nəticələridir";

Yenə orada - "Zaqafqaziya siyasətinin müəyyənləşdirilməsində Şaumyan görkəmli daşnak liderləri ilə əlbir fəaliyyət göstərirdi. Zaqafqaziyanın başqa yerlərinə nisbətən Bakıda daşnak-bolşevik qarşılıqlı anlaşması işgüzar xarakter daşıyırdı";

 Daşnakların 1918-ci ildə törətdikləri Mart qırğınından sonra Bakı şəhərindəki vəziyyətin təsviri ilə bağlı rus jurnalistləri "Naş qolos" qəzetində dərc etdirdikləri icmalda yazırlar: "Hər yerdə meyitlər eybəcər hala salınıb, yandırılıb. Bəzi yerlərdə qalaq-qalaq, bəzi yerlərdə isə tək-tək kişi, qadın və uşaq meyitləri görünür. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid top atəşindən zərər çəkib. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları daha çox həyəcanlandırır. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək";

 Bakı şəhər sakini, rus millətindən olan A.N.Kvasnik 1918-ci il mart qırğınları ilə bağlı şahid ifadəsində yazır (ARDA, f.1061, s.1, iş 95, v.2): "Bu il martın 30-31-də Bakıda baş vermiş hadisələri əsla vicdan əzabı çəkmədən belə şərh etmək olar: müsəlman (Azərbaycan-Türk-red.) əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə ətrafda cismən məhv edilməsi, onların hamısının qarət olunması, bütün mal-dövlətlərinin və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi məqsədi ilə ermənilərin müsəlmanlara (Azərbaycan Türklərinə-red.) qarşı təşkil etdikləri qanlı qəsd idi";

Yenə orada - "Bu dəhşətli günlərdə təqribən 30 minə yaxın azərbaycanlı qətlə yetirildi, şəhərin bütün məhəllələri dağıdılıb yandırıldı";

 Azərbaycan Xalq Cümhuriyyəti FTK-nın üzvü, rus millətindən olan A.Y.Kulqe "Bakı şəhərinin müsəlman əhalisinə qarşı zorakılıqlara dair" məruzəsində yazır: "Yaxşı silahlanmış, təlim görmüş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içinə atır, 3-4 günlük çağaları süngülərin ucunda oynadır, qətlə yetirdikləri valideynlərin südəmər körpələrinə belə rəhm etmir, hamısını öldürürdülər";

 AXC FTK-nin üzvü, rus millətindən olan N.Mixaylov 1918-19-cu illərdə Qarabağ bölgəsində erməni vəhşiliklərinə dair hazırladığı məruzəsində yazır (ARDA, f.100, s.2, iş 791, v.94): "Hər yerdə olduğu kimi Şuşa qəzasında da ermənilər öz taktikalarına həmişəki kimi sadiqdirlər. O yerdə ki onlar çoxluq təşkil edirlər, onda onlar özgə xalqlara qarşı zülm etmək və güc işlətməkdə amansızdılar. O vaxt ki onlar azlıq təşkil edirlər, kimə istəsəniz və necə istəsəniz qulluq etməyə həmişə hazırdılar";

 Daşnak qulduru Amazaspın Qubada törətdiyi cinayətlərə görə şikayətə gəlmiş şəhər rəisini qəbul edən S.Şaumyan sifətində sevinc ifadəsi alaraq onu dinləyir və deyir (ARDA, f.1061, s.1, iş 96, v.38): "Müsəlmanlar və türklər yüz minlərlə ermənini öldürüblər, indi nə olub ki, Qubada ermənilər iki müsəlmanı öldürən kimi müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar";

Erməni şairi Hovanes Tumanyan "Kavkazskoye slovo" qəzetinin 28 mart 1918-ci il tarixli sayında yazırdı: "Bir vaxt vardı düşünürdüm ki, yalnız tatarlar belə vəhşiliyə qadirdilər. Lakin yazıqlar olsun ki, həm zaman, həm də hadisələr təkzibedilməz şəkildə isbatladı ki, biz bu anlamda onlardan geri qalmırıq";

İrəvan qalasının işğalı ilə bağlı isə yazır: "İrəvan ermənilər üçün cəhənnəm qalası idi. Qalanın süqutu ilə erməni xalqı cəhənnəm əzabından xilas oldu. Ermənilər öz arzularına çatdılar. Onların həyatında və tarixində yeni mərhələ başladı" (H.Tumanyan. Seçilmiş əsərləri, II c., İrəvan, 1959, səh.178);

Yenə orada - "Məgər biz rus adamının sadə və xeyirxahlığını, gürcünün açıqürəkliliyini, türkün comərdliyini bilmirik? Bütün bu xüsusiyyətləri başqa xalqlarda müşahidə etməklə onlara açıq, təmiz ürəklə yanaşmaq lazımdır. Əgər biz bax belə, yanlış fikir olmadan xalqın ən sadə nümayəndəsinə yanaşmış olsaq, onda mütləq o kəsdə daha böyük hörmət və sədaqət cizgiləri aşkar etmiş olarıq. Bütün xeyirxahlıqları hər hansı bir şəkildə meydan oxumaqla deyil, ancaq mehriban münasibətlər göstərilən hallarda aşkar etmək mümkündür" (Seçilmiş əsərləri, İrəvan, 1977, səh.187);

Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzetinin 11 aprel 1923-cü il tarixli sayında yazılır: "Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlayıb, dövlət siyasəti səviyyəsinə qaldırılıb, Azərbaycanın hüdudlarından kənara çıxıb. Onda təəccüblənməyə dəyərmi ki, may 1918-noyabr 1920-ci illərdə mövcud olduğu dövrdə-30 aylıq hakimiyyəti ərzində Ermənistan daşnak hökuməti Ermənistandakı azərbaycanlı əhalisinin 60%-ni qırıb";

Daşnaksutyun partiyası MK-nın öz orqanı "Droşak" qəzetində dərc etdirdiyi və yerli təşkilatlara göndərdiyi və verdiyi ilk əmri: "Türkü, kürdü hər yerdə, hər cür şəraitdə vur. Mürtəceləri, dinindən dönənləri, erməni xəfiyyələrini, xainləri öldür. İntiqam al";

Erməni müəllifi A.Lalayan özünün 1936-cı ildə Moskvada nəşr etdirdiyi "Əks-inqilabçı "Daşnaksutyun" və 1914-1918-ci illərin imperiya müharibəsi" kitabında yazır: "Könüllülər hərəkatı qana həris xmbabetlər (Andronik, Hamazasp və başqaları) başda olmaqla daşnak dəstələrinin türk qadın və uşaqlarının, qoca və xəstələrin məhv edilməsində maksimum "şücaət" göstərmələri ilə xarakterizə olunur. Daşnak dəstələrinin tutduqları türk kəndləri canlı insanlardan "azad olunur" və eybəcər hala salınmış meyitlərlə doldurulmuş xarabalıqlara çevrilirdilər";

Yenə orada - "1918-ci ildə Göyçə qətliamında cəllad Andronikin quldur dəstəsində iştirak etmiş Aşağı Bəyaziddən olan Bəhram adlı daşnak 1920-ci ildə öz "igidliyini" belə təsvir edir: "Mən Basarkeçərdə türk əhalisini fərq qoymadan məhv edirdim. Ancaq bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı vasitə odur ki, döyüşdən sonra salamat qalanların hamısını yığıb su quyularına doldurasan və üstlərinə də ağır daşlar tökəsən ki, daha yer üzündə qalmayalar. Mən elə də edirdim. Bütün kişiləri, qadınları və uşaqları quyulara doldurub daşqalaqla məhv edirdim";

Yenə orada - "Digər "qəhrəman" (daşnak terrorçusu - red.) arvadları, anaları, bacıları tam soyunmağa və əvvəlcədən hazırlanmış gölməçəyə salıb bütün camaatın qarşısında ördək kimi üzməyə məcbur edib. Bu alçaq çılpaq qadınları döyüb və saatlarla orada qalmağa məcbur edib. Sonra əmr etmişdi ki, qadınlar həbs olunsun, gecə cavan qadınları və qızları yanına çağırıb təhqir etmiş, onları keşikçilərə paylamışdı";

1895-1896-cı illərdə Rusiya xarici işlər naziri işləmiş Lobanov-Rostovski demişdi: "Rusiya hüdudlarında ermənisiz Ermənistan yaratmağına dəyər";

İstanbuldakı Amerika kollecinin müdiri Qurus Hamlin 1893-cü ildə Bostonda nəşr olunan "Konqresçilər" jurnalına göndərdiyi məktubda yazır: "Çox mədəni və ingilis dilində erməni dili qədər sürətli və düzgün danışan bir erməni, rusların Anadoluya girərək oranı işğal etmələri üçün şərait hazırladıqlarını dedi. Buna çox böyük ümidləri olduğuna məni inandırdı. Bunun necə olacağını sorduğum zaman, bütün Türkiyə imperatorluğunda təşkil edilmiş dəstələrin (silahlı erməni quldur dəstələri-red.) türkləri və kürdləri öldürmək üçün fürsət gəzdiklərini bildirdi. Onlar kəndləri yandıracaq, sonra dağlara çıxacaqlar. O zaman müsəlmanlar müdafiəsiz ermənilərə hücum edəcəklər. Rusiya insanlıq və xristianlıq mədəniyyətini müdafiə etmək üçün Türkiyəyə girəcək və Anadolunu işğal edəcək. Bu hərəkətin erməni adını dünyaya nifrətlə xatırladacağını ona anlatmağa çalışdım. Cavab olaraq "bunu mütləq edəcəyik"-dedi";

 

 

Elçin Qaliboğlu   

 

Xalq Cəbhəsi.- 2009.- 20 noyabr.- S.13.