Tarix erməni terrorçuluğunu ifşa edir

 

Fransız alimi Baron de-Bay yazır: "Bu kilsə (Üçmüəzzin) bir müddət saxta pul düzəldənlərin yuvası olub. Bütün minnətdarlıqlarıma baxmayaraq mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı oyadır";

 

III yazı

 

Rus diplomatı, general Mayevski "Ermənilərin törətdiyi kütləvi qırğınlar" adlı kitabında yazır: "Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını xalqa çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir";

Amerika generalı Harburt Amerika senatına verdiyi 16 oktyabr 1919-cu il tarixli məlumatında yazır: "Qara dənizdən İrana qədər ərazini gəzdik. Lakin erməni məlumatlarını təsdiq edəcək heç bir şey tapmadıq";

Daşnaksutyun partiyasının rus çarı II Nikolaya müraciətindən: "...Qoy rus bayrağı Bosforda və Dardaneldə azad dalğalansın. Böyük hökmdar, qoy sizin iradənizlə Türkiyənin köləliyi altında qalan xalqlar azadlıq əldə etsinlər";

Fransanın İstanbuldakı səfiri Müsyö Kambonun 1897-ci ildə Fransanın xarici işlər naziri Qanota yazdığı məktubdan: "Bağımsız Ermənistan haqqında düşünməyinə dəyməz. Əgər ağlagəlməz şərtlər daxilində Avropanın təklif etdiyi Ermənistan qurulsa, bu yeni dövlətin sərhədlərini cızmaq belə mümkün olmayacaq";

Yenə orada - "Ermənilər bolqarlar və yunanlar kimi təbii sərhədləri olan bir dövlət yarada bilməzlər";

 İngilis müəllifləri S.C.Şou və E.K.Şou "Osmanlı imperiyasının tarixi və müasir Türkiyə" (London, 1979, 2 c.) kitabında yazırlar: "Rusiyanın Qafqaz ordusu hücuma keçəndə tərkibinə çox miqdarda erməni könüllüləri daxil edildi. Onlar 14 mayda Vanı ələ keçirdilər və son iki gün ərzində şəhərin yerli müsəlman əhalisini kütləvi şəkildə qırıb-çatdılar. Rusların himayəsi altında Vanda erməni dövləti qurdular. Bölgəni bütünlüklə müsəlman əhalisindən təmizləyən ermənilər şəhərin qapılarını rus ordusunun üzünə açdılar. 18 may 1915-ci il tarixdə II Nikolay sadiqlik nümayiş etdirdiklərinə görə Vanın erməni əhalisinə öz təşəkkürünü bildirdi. Aram Manukyan Vanın rus qubernatoru təyin edildi";

Yenə orada - "Erməni inqilabçılarının erməni muxtar vilayəti qurmaq cəhdləri boşa çıxsa da, müsəlman əhalisini məhv etmək yolu ilə erməni azlığını əksəriyyətə çevirmək istəkləri baş tutdu. Onlar rusların köməyi ilə əl-qol açır, hər dəfə bu üsulla öz istəklərinə nail olurdular: Ruslar Ərzurumu götürdükləri zaman bütün müharibə ərzində ən dəhşətli qırğın hadisəsi baş verdi. Milyondan çox müsəlman - dinc əhali qırğınla üz-üzə qalaraq məcburi köçkünlüyə düçar oldular. Onlardan minlərlə insan Ərzincana çəkilən Osmanlı ordusunun ardınca qaçmağa can atarkən tikə-tikə doğrandı";

 Almaniyanın tanınmış tarixçi-şərqşünası Erix Fayqlın "Soyqırım xurafatı" kitabından: "Erməni fanatikləri çalışırlar ki, bağımsız Ermənistan barəsindəki utopik və tamamilə təhrif edilmiş ambisiyalarını cəmiyyətə əxz etdirsinlər. Bu ambisiyalar artıq iflasa uğramış, həyata keçirilməsi əsla mümkün olmayandır, ona görə ki, Osmanlı imperiyasının heç bir yerində və heç bir zaman ermənilər əksəriyyət təşkil etməyiblər. Ekstremistlər həya bilmədən, müsəlmana, erməniyə fərq qoymadan terrora başladılar. I Dünya müharibəsinin başlanması ilə yanaşı onlar açıq şəkildə vətəndaş müharibəsinə ayaq verdilər";

 Professorlar (ABŞ) C.Makkarti, K.Makkarti "Genosid olmuşdurmu?" kitabında yazırlar: "Ermənilər geri çəkilən rusların arxasınca gəlib rus idarəsi altındakı İrəvan quberniyasına yerləşdilər və beləliklə, əvvəllər türk əyaləti olan bu yeri ermənilərin məskunlaşdığı bir vilayətə çevirdilər";

Yenə orada - "Lakin biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülüb. İki milyon müsəlman (Azərbaycan türkü- red.) isə Rusiyadan gedib";

Yenə orada - "Maraqlıdır ki, müsəlmanları (Türkləri-red.) genosid təşəbbüsçüsü kimi görmək istəyənlər heç vəchlə onların özlərinin genosid qurbanları olduğunu etiraf etmək istəmirlər";

Yenə orada - "İnsan bədbəxtlikləri haqqında həqiqətin yerini hansısa bir əfsanə tutub: zalım türk və xeyirxah erməni haqqında əfsanə! Əfsanədə erməni əzabları haqqında hekayətlər əbədiləşdirilib, ancaq onlar bir dəfə də türklərin daha böyük əzabları barədə söz açmırlar. Erməni olmayan millətlər də bu əfsanəyə inanıblar, çünki o, "vəhşi türk" haqqında qədim əfsanə ilə səsləşir. Beş yüz il ərzində türk görəndə tük tökən avropalı üçün bu erməni əfsanəsi haradasa öz ünvanına düşür";

 a) A.S.Qriboyedov "Ermənilərin İrandan Azərbaycan ərazisinə köçürülməsinə dair qeydlər" əsərində (Seçilmiş əsərləri, II cild, səh.341. Moskva, 1971) yazır: "Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib olacaqlarından müsəlmanlar arasında yaranan qorxunu aradan qaldırmaq və (sonuncuların) düşdükləri ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik"; Yenə orada - "Müsəlmanlar etiraz etməsin deyə onlara belə bir fikir təlqin edilməlidir ki, ermənilər bu bölgələrdə müvəqqəti yerləşdirilirlər"; Yenə orada - "Ermənilər əsasən müsəlman mülkədarlarının torpaqlarında yerləşiblər";

b) A.S.Qriboyedov Rusiya çarına göndərdiyi məktubda yazır: "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına izn verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır";

c) A.Qriboyedov 1828-ci ilin dekabrındakı məktublarının birində yazır: "Mən indi köçürülən ermənilərin bütün işləri üzrə bir baxıcı məmur olmuşam, onların evləri, bağları, dəyirmanları üçün ora-bura getməliyəm. Çox işləri mən artıq görüb başa çatdıra bilmişəm";

 S.Qlinka "İran ermənilərinin Şimali Azərbaycana köçürülməsinin təsviri" (1831-ci il, Moskva) əsərində yazır: "Təzəcə işğal olunmuş əyalətlərə ermənilərin gözlənilməz axını oralarda çörək qıtlığına səbəb oldu. Bu zaman Lazarev göstəriş verdi ki, köçkünlərin yolunu Naxçıvan və İrəvan xanlıqları əvəzinə bol ehtiyatlı zənn edilən Qarabağ xanlığına yönəltməyə çalışın: Üç ay yarım ərzində 8000-dən çox ailə (40000 nəfər) Arazı adlamışdı. Ərazidə yerləşdirilmiş xristianlar Rusiya ilə həmsərhəd torpaqların sakinlərinin, xüsusi ilə türklərin, iranlıların, dağlıların bədxah əməllərinin qarşısında etibarlı dayaq ola bilərlər";

Yenə orada - "Ermənistan obrazı Rusiyada çoxdan formalaşdırılmışdı"; Yenə orada - "Maddi yardım və qabaqcadan nəzərdə tutulmayan xərclər üçün onlara (Arazı keçən 8000 erməni ailəsi nəzərdə tutulur - red.) 14000 qızıl pul və 400000 manat gümüş pul verildi";

 İ.Şopen "Erməni vilayətinin (Qərbi Azərbaycanın- red.) Rusiya imperiyasına birləşdirilməsi dövrünü əks etdirən tarixi abidə" (S.Peterburq, 1852) əsərində məlumat verir: "Erməni vilayətində 1111 yaşayış məntəqəsi olub ki, bunlardan cəmi 62 kənddə erməni məskunlaşıb, bunun da ancaq 14-ü erməni mənşəlidir. Həmin müharibədə 359 azərbaycanlı kəndi xaraba qoyulub. 1828-ci ildə İrəvanı Erivanla, Gümrünü Aleksandropolla (1840), Kəvəri Nor Bəyazidlə (1837) əvəz ediblər";

 1804-cü il iyul ayının 2-də İrəvana ilk yürüş edən çar generalı Partnyaginin etirafı: ""İrəvanda ermənilər yaşayır" - deyə ermənilər bizi aldadıblar. Burada ancaq türklər yaşayır ki";

 1827-ci ildə qaniçən çar generalı Paskeviç xəbər verirdi: "İrəvan xanlığında on min azərbaycanlı ailəsinin müqabilində cəmi üç min erməni ailəsi var"; General Paskeviç 1828-ci il martın 3-də qraf Dibiçə göndərdiyi raportunda yazırdı: "Hər cür imkanlar yaratmaq lazımdır ki, boşaldılmış kəndlərdə və müsəlmanlara məxsus olan torpaqlarda xristianlar, Rus imperiyasına sadiq olan ermənilər məskunlaşsınlar";

1828-ci il mayın 23-də göndərdiyi raportunda yazırdı: "Köçürülmə uğurla davam etdirilir. 279 ailə Qarabağa, 948 ailə İrəvan vilayətinə köçürülüb. Polkovnik Lazarev əmin edib deyir ki, tezliklə köçkün ailələrin sayı 5000-ə çatacaq";

 Gürcü müəllifi İ.Çavçavadze 1902-ci ildə nəşr etdirdiyi "Erməni alimləri və fəryad edən daşlar" kitabında XX yüzilin ilk günlərindən baş qaldırıb Gürcüstanı qədim Ermənistan torpağı elan edən saxtakar erməni tarixçilərinə üz tutur: "Torpaqlarımız azdırsa da, çoxdursa da biz sizə sığınacaq verdik, sizi öz qanadımız altına aldıq, qardaş olduq. Abrınız olsun, bizim öz evimizdə özünüzü düşmən kimi aparmayın!";

Yenə orada - "Yazıları silmək, oğurlamaq ermənilərin peşəsidir, sənətidir";

Yenə orada - "Öz fikir və araşdırmalarını onlar qızıldan qiymətli, başqalarınınkını isə əgər onların xeyrinə deyilsə, heç nə sayırlar";

Yenə orada - "Erməni tarixçilərinin tarixi saxtalaşdırmaq hesabına heç vaxt yaşamadıqları yerlərə ermənilərin necə "köçdükləri" barədə inandırıcı misalları az deyil. Aydın deyilmi ki, onlar öz səthi alimlikləri ilə dünyanı inandırmağa çalışırlar ki, guya onların bu yerləri tutmaq üçün tarixi hüquqları var";

 1914-cü ilin avqust ayında erməni katolikosu Gevorqun çara təqdim olunan müraciəti: "Əlahəzrət! Bu il (1914) yanvar ayının 26-da ermənilərə müstəqillik verilməsinə dair dövlətinizin Türkiyəyə təqdim etdiyi islahat layihəsinə Türkiyə hökuməti heç bir əhəmiyyət verməyib. Oradakı ermənilər əvvəl olduğu kimi yenə də aclıq, səfalət, yoxsulluq içindədilər. Əlahəzrət! Bizim istəyimizə yalnız siz son qoya bilərsiniz. Biz ermənilər yalnız bu ümid və arzuyla yaşayırıq".

Çarın qısa cavabı: "Hörmətli müqəddəs ata! Camaatınıza xəbər verin ki, erməniləri parlaq gələcək gözləyir";

 5 avqust 1914-cü il tarixdə Üçmüəzzin katolikosu Qafqazın general-qubernatoru Vorontsov-Daşkova yazırdı: "Bizim arzumuz Anadolunun ermənilər yaşayan vilayətlərini Osmanlı dövlətindən ayırıb Rusiyanın təyin edəcəyi xristian məmurunun rəhbərliyi altında yaşamasına nail olmaqdır. Buna görə də lütfən ermənilərə hakimlik etməsinə dair bizim bu arzumuzu əlahəzrət Rusiya imperatoruna bildirməyi sizdən təmənna ilə xahiş edirik";

Daşnaksutyunun şüarı: "Qan tökmək lazımdır və ermənilər bütün istəklərinə nail ola biləcəklər";.

 

 

Qaliboğlu Elçin

 

Xalq Cəbhəsi.- 2009.- 21 noyabr.- S.13.