"Samirin vəsiyyəti"
Milli Qəhrəman Samir Xasıyevin döyüş yolu barədə çəkilmiş
sənədli film belə
adlanır
Ötən həftənin
şənbə günü
Hökumət Evində
şəhid, Milli Qəhrəman Samir Xasıyevin həyat və döyüş yoluna həsr olunmuş, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü
və yaxından dəstəyi ilə hazırlanmış "Samirin
vəsiyyəti" adlı
sənədli filmin təqdimat mərasimi keçirilib. Mərasimdə
Milli Qəhrəmanın
ailə üzvləri,
yaxın qohumları, döyüş yoldaşları,
tanınmış ziyalılar,
millət vəkilləri
iştirak ediblər.
Tədbirin aparıcısı
tanınmış tele-jurnalist
İlhamiyyə Rzayevanın
bildirdiyinə görə,
qəhrəmanlar yalnız
o zaman ölürlər
ki, unudulurlar: "Tez-tez belə bir məşhur deyimi dilə gətiririk ki, qəhrəmanlar ölmürlər,
unudulmurlar. Bu deyimin özü kifayət qədər mübahisəlidir. Qəhrəmanlar
düşmən gülləsindən
ölmürlər, onlar
yalnız unudulanda ölürlər. Bu baxımdan
onu xüsusilə vurğulamaq istərdim ki, indi məhz
bu cür tədbirlərin keçirilməsi,
filmlərin çəkilməsi,
nümayiş etdirilməsi
dünyadan köçmüş
qəhrəmanlarımıza yeni həyat vermək, onların ömrünün uzadılması
deməkdir".
Millət vəkili Qənirə Paşayevanın
sözlərinə görə,
bu film, əslində, ona görə hazırlanıb
araya-ərsəyə
gətirilməyib ki, haqqında söz açılan şəhid
onun yaxın qohumu, sirdaşıdır:
"Bu filmin hazırlanması zərurəti
ondan irəli gəlib ki, Samir Azərbaycanın Milli Qəhrəmanı, vətən yolunda canını qurban vermiş şəhidlərdən
biridir. Eyni zamanda, bu film
ona görə hazırlanmayıb ki, o, Samirin özünə
lazımdır. Samir onsuz da vətəni,
xalqı üçün
canını əsirgəməyib.
Dünyada insan üçün ən qiymətli və ən əziz olan canını torpağı, dövləti,
vətəni üçün
verib. O, öz qanı, öz canı ilə adını vətən torpaqlarına, tarixinə yazıb, həkk edib. Bu film
müəyyən mənada
Samirin valideynləri üçün də böyük önəm daşımır. Çünki
onlar elə bir övlad yetişdiriblər ki, bu, heç də hər bir ata-anaya qismət
olan məsələ deyil. Bununla yanaşı, hər ana, hər ata
övladını da vətən yolunda qurban verə bilmir. Bu, böyüklükdür
ki, məhz onlar öz övladlarını
vətən yolunda qurban veriblər. O vaxt bir çoxları
- xüsusilə imkanlı
şəxslər- övladlarını
müharibəyə, ön
cəbhəyə göndərməməkdən
ötrü müxtəlif
vasitələrə əl
atırdılar. Müxtəlif
yollarla övladlarını
müharibədən yayındırmağa
çalışırdılar. Bunu Samirin də
valideynləri edə bilərdi. Onların imkanları heç də digərlərindən
az deyildi, ancaq onlar bunu
etmədilər. Onlar övladlarının müharibəyə,
ön cəbhəyə
getmək qərarına
hörmətlə, sayğıyla
yanaşdılar, bu işə xeyir-dua verdilər. Yəni bu, ata-ana kimi
onların vətəndaşlığını,
böyüklüyünü göstərir. Bu film, sadəcə, ona görə araya-ərsəyə gətirilib ki, o, bizim bugünümüzə
və gələcəyimizə
lazımdır. Bu film bizim bugünükü
və gələcək
nəsillərimizə gərəkdir.
Bizim gənclərimiz
görməli, bilməlidirlər
ki, insan hansı dəyərlərlə
yaşamalıdır. Gənclərimiz
onlara örnək olacaq vətən övladlarını, şəhidlərimizi,
milli qəhrəmanlarımızı
tanımalı, onlardan
nümunə götürməli,
onlar kimi vətənin, torpağın
keşiyini çəkməyə
cani-dildən hazır olmalıdırlar.
Bax, bu film
məhz bu zərurətdən irəli
gəlib, bu məqsədlə hazırlanıb,
araya-ərsəyə
gətirilib". Qənirə
Paşayevanın çıxışından
sonra sözügedən
sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Samir Xasıyev
1973-cü il aprelin 23-də Bakı şəhərində, ziyalı
ailəsində anadan olub. Məktəbi bitirdikdən sonra
BDU-nun tarix fakültəsinə qəbul
olunan Samir Xasıyev həmin vaxt hərbi borcunu yerinə yetirmək üçün
könüllü ordu
sıralarına gedib,
öz ərizəsi ilə cəbhə bölgəsinə göndərilib.
1994-cü ilin əvvəllərindən
döyüş yolu başlayan Samir Xasıyev Ağdam, Ağdərə,
Tərtər istiqamətlərində
gedən ağır döyüşlərdə iştirak
edib, çoxlu qəhrəmanlıq nümunələri
göstərib. Döyüşlərdə
bir neçə dəfə yaralanmasına
baxmayaraq, o, sağaldıqdan sonra yenidən döyüş
bölgəsinə qayıdıb.
Samir Xasıyev göstərdiyi
qəhrəmanlıqlara görə
dəfələrlə medallar,
mükafatlar və fəxri fərmanlarla təltif olunub. İki aylıq zabit kursunu əla
qiymətlərlə bitirkdikdən
sonra artıq leytenant rütbəsində
döyüş bölgəsinə
qayıdan Samir Xasıyev yenidən torpaqlarımızın
düşmən işğalından
xilas olunmasında iştirak edib. 1994-cü ildə Samir Gəncəyə ezam olunub. Burada xidmət etdiyi
zaman, o, dövlət çevrilişi
cəhdinin qarşısının
alınmasında göstərdiyi
igidliyə görə
medalla təltif olunub. 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə
cəhdin qarşısının
alınmasında iştirak
edən Samir Xasıyev Azərbaycan dövlətçiliyinin qorunması məqsədilə
aparılan hərbi əməliyyatlar zamanı
həlak olub. Ölümündən cəmi
bir neçə gün sonra vətən və dövlət qarşısındakı
xidmətləri yüksək
qiymətləndirilən Samir
Xasıyev prezidentin fərmanıyla "Azərbaycanın
Milli Qəhrəmanı" adına
layiq görülüb.
Sonra tədbirdə
millət vəkilləri
Aqil Abbas, Aynur Quliyeva, Həvva Məmmədova, İlham Məmmədov, ombudsman Elmira Süleymanova və digər şəxslər
çıxış ediblər.
Səlcuq
Xalq Cəbhəsi.- 2009.- 24 noyabr.- S.9.