Farsların və ermənilərin mənəvi
terroru
Onlar uzun illər təəssürat yaratmağa
çalışdılar ki,
Nizami Gəncəvi Azərbaycan şairi deyil
Azərbaycanın
qeyri-adi şəxsiyyətləri, həmçinin zəngin
maddi və maddi sərvətləri həmişə
türkü sevməyənləri qıcıqlandırıb.
Onlar əllərindən gələni ediblər ki, bu sərvətlərin
türkə aid olmadığını sübuta yetirsinlər.
Farsçılıq Nizami Gəncəvinin fars şairi
olması ideyasını ortaya atmaqla Azərbaycanın belə
bir mənəvi sərvəti yetirmək qüdrətində
olmadığı təəssüratını yaratmağa
çalışıb, indi də mənasız iddiasından əl
çəkmir. Səbəbini də belə əsaslandırır
ki, Nizami əsərlərini farsca yazıbsa, deməli, o,
"farsdır". Məsələni belə asanca həll
etmək yalnız farssayağı ola bilər. Habelə ermənilər
də uzun illər ərzində Nizaminin Azərbaycan-türk
şairi olmaması cəfəngiyyatını aləmə car
çəkərək bununla da bizə yeni-yeni mənəvi zərbələr
vurmaq istəyiblər. Dövlət Elm və Texnika Sənədləri
Arxivinin direktoru Şahsuvar Haşımov böyük Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin
Bakıda abidəsinin qoyulması prosesində ermənilərin
törətdikləri əngəllərlə bağlı
arxivdə xeyli faktların olduğunu bildirir: "1941-ci il
fevralın 17-də Moskvada Nizaminin abidəsinin
hazırlanması ilə bağlı layihə sənədlərinə
baxılır. Memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynov,
Xalıq Əbdürrəhmanov və başqalarını
Moskvaya dəvət etmişdilər. Nizaminin dəqiq surətinin
tapılaraq abidədə ifadə edilməsi məsələsi
son dərəcə ciddi məsələ kimi qarşıda
dururdu. Bu işin ruhumuza uyğun səviyyədə həllinin
istər-istəməz böyük anlaşılmazlıqlara səbəb
olacağını təxmin etmək olurdu. Farslar Nizamini fars
şairi hesab edirdilər. Göründüyü kimi, məsələ
siyasi məna kəsb etməyə başlayırdı. Vaxtilə
Məhəmməd Əmin Rəsulzadə yazırdı ki,
"farspərəstlər və ermənilər Nizamini bizdən
qopartmaq istəyirdilər"".
Moskvada keçirilən
müzakirələrdə ermənilər də iştirak
edirdilər. Bakıda Nizaminin heykəlinin necə qurulması
ilə bağlı kəskin mübahisələr
yaranırdı. Türkü sevməyənlər israrla
deyirdilər ki, əgər Nizaminin mniatür rəsmi belə
yoxdursa, o zaman onun Azərbaycan türkü olduğunu təsdiq
edən heykəli də müəmmalı olacaq: "Ermənilər
deyirdilər, nə ilə sübut edə bilərsiniz ki, təqdim
edilən şəkil variantları həqiqətən
Nizaminindir? Tələb olunurdu ki, bu variantlar geri
qaytarılsın. Ermənilər mümkün qədər bu
ideyanın əngəllənməsini istəyirdilər.
Onların məntiqinə qarşı cavab üçün
memar Sadıq Dadaşov məruzə ilə
çıxış edir. Onun məharətli arqumentləri
erməniləri çıxılmaz vəziyyətə
salır, vəziyyətin xeyrimizə həll olunmasına səbəb
olur. S.Dadaşov deyir ki, illərlə Azərbaycanın
müstəmləkə altında yaşaması ona səbəb
olub ki, farslar bundan yararlanaraq Azərbaycanın bir çox mənəvi
sərvətlərini öz adlarına çıxıblar. Səbəbi
də belə gətiriblər ki, konkret olaraq Nizami farsca
yazıb.
Ancaq Nizami bütün
ruhuyla Azərbaycan şairidir. Farslar həmişə əsaslandırmaq
istəyiblər ki, feodal-patriarxal bir ölkə olaraq Azərbaycan
Nizami kimi böyük bir şairi yetirə bilməzdi".
Məhz o zaman
SSRİ-nin bir imperiya olaraq maraqları tələb edirdi ki, Azərbaycanın
paytaxtı Bakıda Nizaminin heykəlinin qoyulmasına
razılıq versin, həmçinin onun Azərbaycan şairi
olması həqiqətinin arxasında dursun. Hər halda bu,
mahiyyətcə Moskvanın üstünlüyü
sayılacaqdı: "Stalin bu qənaətə gəlir ki,
hökmən Bakıda Nizaminin heykəli qoyulmalıdır. Təsadüfi
deyil ki, 1941-ci ildə Leninqrad dəhşətli mühasirədə
olduğu zaman Nizaminin 800 illik yubileyi təntənə ilə
qeyd edildi. Ermənilər hər zaman Nizaminin
farslaşdırılması fikrini yeritmək istəsələr
də, bir şey alınmayıb".
Ermənilərin
Matenadarandakı arxivində vaxtilə olduğunu deyən
Ş.Haşımov onların daim buranı "tarixi sənədlərilə"
zəngiləşdirdiklərini bildirir: "Onlar gələn
qonaqlarını ilk növbədə ora aparır, "qədim
erməni tarixinin", "mədəniyyətinin"
soraqlarından danışırdılar. Ermənilər
sübut etməyə çalışırdılar ki, guya onların
eradan əvvəl 1-ci yüzildə yazılmış tarix
kitabı var, burada ermənilərin "tarixi" əks
olunub. Sonra da qonaqlara sual verirdilər ki, həmin dövrə
aid hansı xalqın tarixi yazılıb, amma ermənilərinki
var. Moskvadan, Leninqraddan gələn alimlər də
gülüşürdülər ki, nə oldu, belə
çıxır ki, dünyanı yaradan elə ermənilərdir?"
Ermənilər həmişə
uydurduqları cəfəngiyyatı son dərəcə səliqəli
şəkildə saxlayıblar: "Söhbət zamanı
onlar mənə ermənilərin vaxtilə Yaponiyada
buraxdıqları jurnalın nüsxələrini göstərdilər.
Dedilər ki, bu jurnalın bir nüsxəsini Yaponiyadan 50
dollara alıb gətirmişik. Çünki sabah bizim əlimizdə
sübut olacaq ki, Yaponiyada filan vaxtı da ermənilər
yaşayıblar, bu da onların jurnallarıdır".
Ermənilərin İrəvandakı
Mərkəzi Dövlət Arxivində də olduğunu deyən
Şahsuvar müəllim bildirir ki, ermənilər hələ
sovet dövrünün ən təhlükəli vaxtlarında
belə Moskvanın əhəmiyyətli sənədlərinə
məsuliyyətsiz yanaşır, amma öz adlarına olan sənədləri
göz-bəbəkləri kimi qoruyurdular. Onlar 1920-ci ilədək
olan arxivlərini çox səliqəli şəkildə
saxlamışdılar, çünki bu, birbaşa özlərilə
bağlı idi. Dövrü mətbuat arxivi
yaratmışdılar ki, xaricdə çıxan bütün
erməni nəşrlərini bura yığsınlar. Deyirdilər,
qoy bilinsin ki, ermənilərin yeganə mərkəzi İrəvandır
və dünyadakı ermənilər bura toplansınlar".
Bu gün Azərbaycanın
orta məktəblərində ermənilərin əsl xislətinin
şagirdlərə hər mənada tanıdılması
üçün müəllimlərimiz ciddi
çalışmalıdırlar. Tanınmış uşaq
yazıçısı, professor Zahid Xəlil hesab edir ki, ermənilərin
fitnə-fəsadla, hər cür murdarlıq çeşidlərilə
istəklərinə çatması bütün dünyaya məlumdur:
"Uşaqlarımızı, gəncləri daim ermənilərin
vəhşilikləri barədə xəbərdar etməliyik.
Biz tarix boyunca erməni məsələsində səhv
etmişik, arxayınlaşmışıq. Onlara qonşu,
qardaş demişik, başımıza
çıxarmışıq, süfrəmizin
qırağında oturtmuşuq. Erməni də ilan kimidir,
fürsət düşən kimi çalır, o,
tülküdür, aldadır. Uşaqlara daim ermənilərin
törətdikləri vəhşiliklərdən
danışmalıyıq. 1988-ci ildən bəri tariximizin yeni
dövründə ermənilərin Qarabağda törətdikləri
vəhşiliklər hazırda hər bir
qarabağlının yaxşı yadındadır. Malıbəyli
faciəsi törədilən zaman belə bir dəhşətli
məqam yaşanıb:
Qarqar çayını
keçərkən uşaqların rastlaşdıqları
müsibətlər şagirdlərimizə
çatdırılmalıdır. Müəllimlər,
ziyalılar bu işdə fəal iştirak etməlidirlər.
Xocalı qaçqınlarından bir qardaşla bacı ilə
tanışam. Bir neçə dəfə onları televiziyaya
çıxartmışam. Onlar danışırdılar ki, həmin
faciə baş verən günün səhərisi
Xocalıdan Ağdama qaçırlar. Yolda qəfildən ermənilərlə
rastlaşırlar. O dəhşətli səhnəni
uşaqlar danışanda özünü saxlaya bilmədim,
ağladım. Uşaqların atası balalarını
altına alır ki, onlara güllə dəyməsin. Bədəni
güllələrdən deşik-deşik olan ata ölür,
amma balaları sağ qalır. Hazırda bu uşaqlar jurnalist
ixtisasına yiyələniblər. Şübhəsiz ki, onlar
daim bu qəmli tarixçəni uşaqlara,
soydaşlarımıza çatdıracaqlar. Bir millət olaraq
mental xüsusiyyətimizdə belə bir xarakterik cəhət
var: heç zaman heç bir millətə qarşı
düşmənçilik etməmişik".
Z.Xəlil hesab edir ki,
unutqanlığımız var: "Artıq əvvəlki səhvlərimizdən
qurtulmağımızın vaxtı çoxdan çatıb.
Uşaqlarımıza tarixi həqiqətləri
çatdırmalıyıq. Şəxsən mən
düşmənçiliyin əleyhinəyəm. Ermənilər
həmişə kitablarında türkə qarşı
düşmənçilik təbliğ ediblər, indi bu məsələdə
daha aqressivdirlər. Uşaqlarımızı daim insan kimi
formalaşdırmalıyıq, onların ağıllarında
yüksək bəşəri duyğuların təşəkkül
tapmasına, insaniliyə doğru yol almasına
çalışmalıyıq. Düzdür, hazırda
rastlaşdığımız real kədərli hadisələr
göz qabağındadır. Əslində ermənilərin
törətdikləri vəhşiliklər bəşəriyyətin
cılız üzüqaralığıdır. Bu, bəşərin
dərdli bir səhifəsidir". Z.Xəlil Azərbaycan
uşaq ədəbiyyatının inkişaf yönündə
uşaqlarda daim vətənə, millətə sevgi ruhunun
aşılanmasını vacib sayır. O, zaman
uşaqlarımızın layiqli vətəndaş kimi
böyüməsi, yetişməsi mümkün olacaq.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 3 oktyabr.- S.14.