Azərbaycanda erməni terrorunun xronologiyası
Əlisahib Əroğul:
"Erməni terrorçularının
fərdi terror aktları
1892-ci ildən başlayaraq
siyasi məna kəsb edən bir hərəkata çevrilib"
1-ci yazı
Onillərdir
ki, ermənilər dünyanın göz-qulağını
yağır edirlər. Çox acınacaqlıdır:
dünya ikili standartlar burulğanında fırlanır, gecə-gündüz
insan haqlarından, milli haqların qorunmasından, dövlətlərin
ərazi toxunulmazlığından danışdığı
dərəcədə daim erməni kimi məkrli,
ikiüzlü bir milləti aşkar, ya gizli şəkildə
himayə edir, onun mənasız, cəfəng
iddialarını qulaqardına vurur. Yazıçı-publisist
Əlisahib Əroğulun fikrincə, Azərbaycanda erməni
terrorunun tarixi, demək olar, ermənilərin və ya erməni
elementlərinin bu torpağa qədəm qoyduqları, ayaq
basdıqları günlərdən başlayır: "Bununla
onlar ilk iri terror aktlarını qəsbkarlıq zəminində
xristianlığı qəbul etmiş alban türklərinə
qarşı yönəltmişlər. Xilafətə quyruq
bulayan erməni qriqorian kilsəsi böyük Alban
hökmdarı Cavanşirin 681-ci ildə zəhərlənməsində,
onun son varisi Şeruya və ona yaxın adamların şərə-böhtana
salınaraq qətlə yetirilmələrində, daha
doğrusu, ərəb sərkərdəsi Məhəmməd
ibn Mərvan tərəfindən Xilafətin paytaxtı Şam
şəhərinə aparılaraq orada 705-ci ildə edam edilmələrində
xüsusi fəallıq göstərmişlər. 9-cu
yüzilin azadlıq mücahidi, Azərbaycanın xalq qəhrəmanı
Babək Xürrəmd və qardaşı Abdulla erməni xislətli
Səhl ibn Sumbat və oğlu Müaviyə tərəfindən
xəyanət yolu ilə tutularaq ərəblərə təhvil
verilmişlər. Ermənilər bu xəyanətdən bəhrələnmiş,
Babəki ərəblərə sataraq çoxlu pul
qazanmışlar. 838-ci il martın 14-də xəlifə
Mötəsimin hökmü ilə Babək Samirə şəhərində,
qardaşı Abdulla isə eyni işgəncə ilə
Bağdad şəhərində qətlə yetirilmişdi.
Əlbəttə,
dünya arenasında ermənilər və erməni-daşnak
terrorçuları müxtəlif adlar altında terror
aktları törətmiş, həm də kifayət qədər
ifşa olunmuşlar. O da aydındır ki, erməni
terrorçularının fərdi terror aktları 1892-ci ildən
başlayaraq siyasi məna kəsb edən bir hərəkata
çevrilmişdi. Bu isə Daşnaksutyun partiyasının
adıyla bağlıdır. Daşnaksutyun partiyasının ən
kəsərli silahı məhz bir ərazidə
yaşadıqları qonşu xalqlara qarşı törədilən
terror aktlarından faydalanmaq siyasətidir. Təkcə bir
faktı göstərmək kifayətdir ki, erməni daşnak
terrorçuları 1970-1980-ci illərdə türk səfirliklərinə
və türklərə qarşı 220-dən çox terror
aktı törətmişlər. 50-dən çox insan, o
cümlədən 41 türk diplomatı qətlə
yetirilmişdi. Onların ailə üzvləri də zərərçəkən
insanlardan olmuşlar. Biz burada XIX-XX yüzillərdə erməni
terrorçularının Türkiyə ərazisində və
ya türk səfirliklərinə qarşı törədilən
və həyata keçirilən terror aktları barədə
məlumat verməyi qarşıya məqsəd
qoymamışıq. Çünki Anadoluda və
dünyanın bir sıra aparıcı ölkələrində
erməni-daşnak faşistləri tərəfindən törədilən
bu terror aktları barədə kifayət qədər deyilib və
yazılıb. Əfsuslar olsun ki, ermənilərin və erməni-daşnak
faşizminin Azərbaycanın tarixi-coğrafi ərazisində
son iki yüzildə mütəmadi və məqsədyönlü
şəkildə törətdikləri həm fiziki, həm də
mənəvi-ideoloji terror aktları kifayət qədər
araşdırılmayıb, sistemli şəkildə öyrənilməyib.
Deyərdim ki, hətta günü bu gün də terror
aksiyaları tarixi faktlar əsasında izlənməyib, Azərbaycanın
varlığına yönəlmiş qəsdləri
müqabilində yetərincə ifşa olunmayıb. Halbuki
ötən yüzilliklər ərzində ermənilər və
erməni-daşnak faşistləri Azərbaycana və Azərbaycan
türkünə qarşı xəyanət yolu
tutduqlarını dönə-dönə nümayiş
etdirmişlər. Yüz minlərlə Azərbaycan
türkünü aman vermədən qətlə yetirmişlər,
yurd-yuvalarından didərgin salmışlar. Əsas məqsədləri
Azərbaycan türkünü məhv etməklə etnik təmizləmə
siyasətlərini həyata keçirmək olub. Onlar bu istəklərini
terror müharibələrilə yerinə yetirmişlər. Azərbaycan
torpağında öz dövlətlərini qurmağa
çalışmış və son anda buna nail
olmuşdular".
Beləliklə,
oxucularımıza Ə.Əroğulun araşdırmaçılığında
Azərbaycanda erməni terrorunun xronologiyasını
faktların diliylə təqdim edirik.
01. 10
dekabr 1586-cı il: Səfəvi şahı Məhəmməd
Xudabəndənin vəliəhdi Həmzə Mirzə erməni
sui-qəsdi nəticəsində - dəlləyi, erməni
Xudaverdinin əli ilə öldürülmüşdü. Bununla
da şahın fars qızından olan oğlu, Şah Abbas
hakimiyyəti ələ keçirmişdi. Beləliklə, ermənilərin
Quzey Azərbaycan ərazilərinə köçmələrinə,
xüsusi güzəştlər əldə etmələrinə,
zaman-zaman vəzirlik səlahiyyətlərini özlərində
saxlamalarına, ölkə iqtisadiyyatında idarəçiliyi
öz əllərinə keçirmələrinə münbit
şərait yaranmışdı. Bundan başqa Şah Abbas
türk təməlli Səfəvilər dövlətinin fars
mənşəli dövlətə çevrilməsində
mühüm rol oynamışdı.
02.
1721-1734-cü illər: Erməni keşişləri rus
çarlarını Qafqazı işğal etməyə həvəsləndirmək
və tələsdirmək üçün təkcə məktublar
yazmaqla, elçilər göndərməklə, xəyanət
və satqınlıqlar etməklə kifayətlənmirdilər.
Həm də qoşunla da kömək göstərəcəklərini
vəd edirdilər. Onların fitvası və yardımı ilə
Avan koxa adlı erməni ətrafına quldur dəstəsi
yığıb Qarabağda at oynatmağa
başlamışdı. Avan koxa vahimə yaratmaq
üçün xüsusi qəddarlıqlar edirdi. Əlsiz,
ayaqsız türkləri ələ keçirir,
Bağrıqan dağındakı cinayət yuvasına
aparır. Burada dərilərindən
çıxardığı zoğlarla onları ağacdan asaraq
işgəncə verə-verə qətlə yetirirdi. Bu illərdə
çoxsaylı terror aktları həyata keçirilmişdi.
03.
1750-1760-cı illər: Çelaberd və Gülüstan erməniləri
Dəli Mahrasa, Tülü Arzuman, Çalağan
Yüzbaşı öz quldur dəstələri ilə ətraf
kəndlərə həmlələr edir, dinc, əliyalın
Azərbaycan türklərini ələ keçirir və qətlə
yetirirdilər. Bununla onların havadarları Cənubi
Qafqazın işğalı zamanı imperiya ordusuna yaxından
köməklik edəcəklərini bildirir, rus
çarlarının diqqətini özlərinə cəlb
etmək istəyirdilər;
04. 3
yanvar 1804-cü il: Erməni millətindən olan
quldurbaşı Qriqor Manuçaryan özünün 500 nəfərlik
dəstəsi ilə Gəncənin qaniçən çar
generalı Sisianov tərəfindən işğal edilməsində
yaxından iştirak etmiş, yüzlərlə dinc şəhər
sakininin qətlə yetirilməsində öz nankorluqlarını
sübuta yetirmişlər;
05. 2
iyun 1806-cı il: Uzun müddət çar Rusiyasına casusluq
etmiş Məlik Cümşüd Şahnazaryanın xəyanətkar
təhriki və bələdçiliyi ilə rus mayoru
Lisanoviç öz dəstəsi ilə Xanbağında
istirahət edən Qarabağ xanı İbrahimxəlil
xanı ailə üzvləri və əyanları ilə
birlikdə (cəmi 17 nəfər) yataqlarında ikən qətlə
yetirmişdi. Bunun müqabilində parabeyin kimi tanınan mayor
Lisanoviç sonralar general rütbəsinədək yüksəldilmişdi.
Məlik Cümşüd Şahnazaryan hələ 1796-cı
ildə Gürcüstana səfər etmiş, orada çara
xidmət edəcəyi barədə müqaviləyə imza
atmışdı. Rusiyanın xeyrinə etdiyi xəyanətkar
xidmətlərinə görə isə sonralar çar Pavel tərəfindən
ona polkovnik rütbəsi verilmiş, Tiflis şəhərində
mənzillə və 1400 manat məbləğində
ömürlük dövlət təqaüdü ilə təmin
edilmişdi;
06.
1819-cu il: Çar Rusiyası tərəfindən işğal
edilmiş ərazidə - müsəlman əyalətinin həmin
dövrdə hərbi rəisi işləyən, türk qəddarı
kimi ad çıxarmış erməni mənşəli
çar generalı V.Mədətov tərəfindən Şəki
xanı İsmayıl xan zəhərlənərək qətlə
yetirilmişdi. Ümumiyyətlə, 2 may 1796-cı ildən 10
fevral 1828-ci ilədək çar Rusiyasının Azərbaycanda
apardığı işğalçılıq müharibəsi
əsasən ermənilərin - erməni keşiş və
tacirlərinin, erməni mənşəli çar general və
zabitlərinin satqınlıqları və xəyanətkarlıqları,
bələdçilikləri və yol göstərənlərinin
müşayiəti altında aparılmışdı. Azərbaycan
türklərinin olmazın müsibət və bəlalara
düçar olmasında, aborigen millətin dədə-baba
yurdlarını tərk etmələrində, kütləvi
qırğınlarının təşkilində nankor erməni
muzdluları müstəsna rol oynamışlar. Erməni əlindən
su içən, ermənipərəst rus generalları Sisianov,
Bulqakov, Qudoviç, Yermolov, Paskeviç, Kotlyarovski və
onlarca başqaları türk-müsəlman əhaliyə
qarşı güzəştin nə olduğunu bilməmişlər.
Yeraltı, yerüstü sərvətlərlə bol olan Azərbaycan
torpağını qanlı müharibələr meydanına
çevirmişlər. Sisianovun Gəncədə, Bulqakovun
Bakıda, Yermolovun Şəkidə, Paskeviçin İrəvanda,
Kotlyarovskinin ən qədim türk qalası olan
Mığrıda törətdiyi kütləvi
qırğınların miqyası hələ də
yaddaşlardan silinməyib. Onları məhz bu
qırğınları törətməyə həvəsləndirən
Nerses, Stefan, Danil, Arqutinski, Yefrem, İonesyan, Sərkis,
Yeqiş, Karapet kimi erməni keşiş və tacirləri
olmuşlar. Azərbaycan türkünün cəlladlarına
çevrilmiş erməni mənşəli çar
generalları Valerian və Mirzəcan Mədətovlar, Behbudov,
Lazarev və Korqanovlar həmin dövrdə fürsət
düşdükcə Azərbaycan xalqından
amansızlıqla qisas almışlar. İkiüzlü siyasətləri,
vəhşi və məkrli hərəkətləri ilə
öz çirkin niyyətlərini həyata keçirmək
üçün neçə-neçə eli, obanı, elatı
qan içində boğmuşlar. Təkcə V.Mədətov
komandir olduğu hərbi hissəsi ilə ağına-bozuna
baxmadan 1826-cı il fevral ayının 2-də Şəmkirdə
2000, sentyabrın 13-də Gəncədə 1500 nəfər
soydaşımızı qətlə yetirmişdir. 1928-ci il
fevralın 6-da özbaşınalıq edərək Təbriz
yaxınlığında talanlar törətmişdir. Öz qəddarlıqları
ilə bir-birindən seçilməyən erməni mənşəli
çar generalları hansı vəzifədə və nə
vaxt işləmələrindən asılı olmayaraq birmənalı
şəkildə əhalini barbarcasına bacardıqca
soyub-talayır, incidir, onları üz-üzə qoyur, onlarda
qiyam əhvali-ruhiyyəsi yaradır, əhalini çar
Rusiyasına qarşı qoyur və onların
işğalçı qüvvələr tərəfindən
məhv edilməsinə nail olurdular.
07. 20
may 1903-cü il: Daşnak terrorçuları Gümrüdə
(Aleksandropolda) dinc türklərə rəğbət göstərdiyinə
görə rus kahini Vasilyevi qətlə yetirmişlər;
08. 17
avqust 1903-cü il: İrəvan dəmiryol stansiyasında cinayətlərə
əl atan, türklərə qarşı vəhşi hərəkətlər
törədən erməniləri qanunlara riayət etməyə
məcbur etdiyinə və çağırdığına
görə daşnak terrorçuları rus millətindən
olan Stepan Damkovu qətlə yetirmişlər;
09. 29
avqust 1903-cü il: Daşnak terrorçuları Gəncədəki
erməni kilsəsinin çağırışı ilə
türklər məhəlləsinə basqın etmiş,
dükanları çapıb-talamış, sayı qeydə
alınmayan dinc sakinləri qətlə yetirmişlər;
10. 5
sentyabr 1903-cü il: Daşnak terrorçuları Qars şəhərində
işləyən rus məmuru, milliyyətcə Azərbaycan
türkü olan Şərif Laçınbəyovu qətlə
yetirmişlər;
11. 13
oktyabr 1903-cü il: milli ədavəti təbliğ etdiyinə
görə Üçmüəzzin kilsəsinin fəaliyyətini
nəzarətə götürmək istəyən
general-adyutant, knyaz Q.S.Qalitsin üç daşnak
terrorçusu tərəfindən izlənərək Tiflis
şəhərində qətlə yetirilmişdi;
(Ardı var)
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 6 oktyabr.-
S.11.