Azərbaycanda erməni terrorunun xronologiyası

 

2-ci yazı (əvvəli ötən sayımızda)

 

12. 6 yanvar 1904-cü il: daşnak terrorçuları erməni təxribatlarının qarşısını almağa cəhd göstərdiklərinə görə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andreyevi və 15 məmurunu qətlə yetiriblər.

13. 15 avqust 1904-cü il: Azərbaycan türklərini yerli xalq saydığına, onların milli adət-ənənələrini öyrəndiyinə, tarixinə dair qeydlər apardığına, onlarla dostluq etdiyinə və xəstələrinə tibbi yardım göstərdiyinə görə İrəvan quberniyasının həkimi Urazov daşnak terrorçuları tərəfindən dəfələrlə hədələnmiş, ancaq öz humanistliyindən əl çəkmədiyinə görə o, terrorçular tərəfindən qətlə yetirilmişdi;

14. 1903-1904-cü illər: tarixi araşdırmalar göstərir ki, daşnak terrorçusu Vazgenin rəhbərlik etdiyi qrup bu illər ərzində Şuşa şəhərində və onun ətraf kəndlərində say hesabı ilə 500 nəfər Azərbaycan türkünü qətlə yetirmişdi;

15. 2 fevral 1905-ci il: daşnak terrorçuları Bakıda milli zəmində ilk terror aktı törətmişlər. Mühafizəçi əsgər cildinə girmiş daşnak tərəfindən dustaq Aşurbəyov məhkəmə zalından çıxarılıb aparılarkən yarı yolda qətlə yetirilib.

16. 6 fevral 1905-ci il: daşnak terrorçuları Bakıda qarşıdurma yaratmaq məqsədi ilə Parapet bağında əliyalın şəhər sakini Ağarza Baba oğlunu və eyni zamanda şəhərin digər məhəllələrində 13 dinc sakini qətlə yetirmişlər;

17. 6-10 fevral 1905-ci il: Daşnak terrorçuları Bakıda kütləvi qırğın törədərək, qadınlar, uşaqlar da daxil olmaqla 1000-dən çox Azərbaycan türkünü qətlə yetirmişlər;

18. 01 may 1905-ci il: Daşnak terrorçuları Sıxmahmudlu yolunda Cəhri kəndindən olan üç Azərbaycan türkünü odlu atəşlə yaralayırlar;

19. 03 may 1905-ci il: Naxçıvan qəzasının Tumbul kəndi daşnak terrorçularının basqınına məruz qalır, bir nəfəri qətlə yetirirlər;

20. 10 may 1905-ci il: Daşnak terrorçuları Naxçıvan şəhərində qırğın törədərək 100 nəfər dinc sakini qətlə yetirmişlər;

21. 11 may 1905-ci il: Daşnak terrorçuları onların qanlı əməllərinə ortaq olmadığına görə soydaşları, Naxçıvan qəzasının Kültəpə kənd sakini Xaçaturu və ailə üzvlərini qətlə yetirərək qanlarını kəndin türk əhalisinin üstünə atırlar;

22. 11 may 1905-ci il: Daşnak Həmzadın başçılıq etdiyi terror qrupu Daşaltı çayının sağ döşündəki dəyirmana basqın edir. Şuşa şəhər sakini dəyirmançı Xaspolatı, həyat yoldaşı Gülayəni qətlə yetirir, qıçlarından yapışaraq altıaylıq körpələri Məhəmmədi iki şaqqaya bölüb valideynlərinin üstünə atırlar.

23. 14 may 1905-ci il: Daşnak terrorçusu Dronun atdığı bombayla Bakı qubernatoru Nakaşidze və sürücüsü qətlə yetirilir. Araşdırmaçı qeyd edir ki, 1905-1906-cı illər ərzində Bakı qubernatoru Nakaşidze, Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andreyev başda olmaqla, qəza rəisləri Bequslovski, Şmerlinq, Naştanski, Pavlov, polismeyster Saxarov, pristav Şumakeviç, sərhəd mühafizəsi polkovniki Bıkov, jandarm rotmistrləri Appel, Burkatski vəzifə borclarını yerinə yetirmək istərkən, daha doğrusu, erməni-müsəlman qırğınının qarşısını almağa cəhd göstərdiklərinə görə daşnak terrorçularının sui-qəsdlərinə məruz qalırlar.

24. 23 may 1905-ci il: Daşnak terror qrupları İrəvanda, Üçmüəzzində, Gümrüdə, Qırxbulaqda, Qazançıda, Kamanda sayı qeydə alınmayan qətliamlar törətmiş, yüzlərlə Azərbaycan türkünü qətlə yetirmişlər.

25. 24 may 1905-ci il: daşnak terrorçuları İrəvanda türk evlərinə basqınlar edirlər. Silahsız beş kişini, dörd qadını və iki körpə uşağı öz ata-baba ocağında vəhşicəsinə qətlə yetirirlər.
26. 9 iyun 1905-ci il: Daşnak terror qrupu Üçmüəzzin qəzasının Təkiyə kəndinə hücum etmiş, kənd canlı aləmdən təcrid edilib, məscidə sığınan əhali gülləbaran olunub. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn oğlu Qazızadənin böyük imarətinə od vurub yandırmışlar. Qazı idarəsinə məxsus kitab və sənədlər məhv edilib. Bunun ardınca Üçmüəzzin qəzasının 9 məşhur azərbaycanlılar yaşayan kəndlərində qətliamlar törətmişlər.

27. 10 iyun 1905-ci il: Daşnak terror birləşməsi Üçmüəzzin qəzasının Toros kəndinə basqın edir. 53 nəfəri qətlə yetirir, cəsədlərini yandırırlar. 255 ev və kəndin bütün ot tayalarına, taxıl zəmilərinə od vururlar.

28. 13 iyun 1905-ci il: Daşnak terror qrupu Cəbrayıl qəzasının Divanəli kəndini yandırır və dağıdır. Sayı qeydə alınmayan qətllər törədirlər.

29. 1 iyul 1905-ci il: Daşnak terrorçuları İrəvan şəhərinin türk əhalisi arasında sayı qeydə alınmayan qətliamlar törədirlər.

30. 1-3 iyul 1905-ci il: Daşnak terror qrupları Naxçıvan qəzasının 12 kəndində (Güllücə, Təzəkənd, Tutya, Kötüklü, Kamallı və s.) sayı qeydə alınmayan qətliamlar törətmiş, həmin yaşayış məntəqələrini yerlə yeksan etmişlər.

31. 5 iyul 1905-ci il: Daşnak terror qrupu Cəbrayıl qəzasının Məzrə kəndinə basqın edir. Camaat yaylağa köçdüyündən qışlaqda qalmış doqquz nəfərdən altısını qətlə yetirir, bir nəfəri isə girov götürürlər. İki nəfər qaçıb aradan çıxa bilir.

32. 8 avqust 1905-ci il: Daşnak terrorçuları Cənubi Azərbaycandan gəlib Şuşa şəhərində binagüzarlıq edən, əliyalın 17 türk fəhləsini qətlə yetirirlər.

33. 8 avqust 1905-ci il: Daşnak terrorçuları Şuşada Abbas bəyin evinə basqın edirlər. Abbas bəyi, qardaşını və üç qulluqçusunu qətlə yetirirlər.

34. 8 avqust 1905-ci il: Benk kəndində yuva qurmuş daşnak terrorçuları Şuşadan Gəncəyə gedən atlı araba karvanına basqın edirlər. Karvanı talayır, çalvadarları öldürür, sayı qeydə alınmayan çoxlu sayda Azərbaycan türkünü qətlə yetirirlər.

35. 16-21 avqust 1905-ci il: Daşnak terrorçuları tərəfindən Şuşa şəhərində 60 nəfər Azərbaycan türkü qətlə yetirilir;

36. 20 avqust 1905-ci il: Daşnak terror dəstələri Bakıda və ətraf yaşayış məntəqələrində qırğınlar törədirlər. Çoxlu sayda Azərbaycan türkünü qətlə yetirirlər. Kişilərin başlarını kəsir, qadınların qarınlarını yarır, qocalara, uşaqlara aman vermirlər. Cəsədlərin çoxunu dənizə atırlar;

37. 21-26 avqust 1905-ci il: Daşnak terrorçuları Şuşa qəzasında ikinci dəfə türk qətliamına başlayırlar. Dörd kənd yerlə yeksan edilir. Dinc, əliyalın əhalidən 100 nəfəri qətlə yetirirlər;

38. 22 avqust 1905-ci il: hərbi buraxıb vəkilliklə məşğul olan, İrəvan quberniyasında müsəlman əhalisinin hüquqlarını müdafiəyə qalxan Məmmədqulu bəy Kələntərli daşnakları ifşa etmək məqsədi ilə Fransaya getmək qərarına gəlir. O, yola düşərkən Batum şəhərinin dəniz vağzalında daşnak terrorçusu tərəfindən arxadan güllələnir.

39. 25 avqust 1905-ci il: Qondarma daşnak generalı Hamazasp və əlaltısı A.Mikoyanın rəhbəri olduqları terror qruplaşması Cavanşir qəzasının Çıraxlı, Kəmərli, Hacıqərvənd və Pirxud kəndlərinə basqın edirlər. Yüz nəfər Azərbaycan türkü qətlə yetirilir. Kəndlərin əhalisi yurd-yuvalarından didərgin salınır;

40. 3 oktyabr 1905-ci il: Daşnak terrorbaşı Hamazasp və Mikoyan öz quldur dəstəsi ilə Cavanşir qəzasının Sırxavənd kəndinə basqın etmiş, əliyalın, dinc əhalini qılıncdan keçirmişdir. Sayı qeydə alınmayan dəhşətli türk qətliamı törətmişdilər. Bu "qəhrəmanlığına" görə qaniçən türk cəlladına - Hamazaspa Daşnaksutyun partiyası general rütbəsi vermişdi;

41. 01-23 noyabr 1905-ci il: Daşnak terrorçuları Armen, Kara Bağdasaryan, Tiqran Stepanyan və Durbaxın rəhbərlik etdiyi qaniçən terror qrupları Tiflisdə, Borçalıda sayı qeydə alınmayan dinc, əliyalın əhalini qətlə yetirir, Azərbaycan türklərinə qarşı qətliamlar törədirlər.

42. 18 noyabr 1905-ci il: Daşnak terrorçuları Gəncə şəhərinin 2-ci sahəsində Toğana kənd sakinləri Məşədi Məmmədəli oğlunu və Mehralı Zeynal oğlunu qətlə yetirirlər.

43. 20 noyabr 1905-ci il: Daşnak terrorçuları Gəncənin 2-ci sahəsində yaşayan Tağı bəy Hacı Məlikovu və Mikayıl Hacı Məlikovu, Hadi Tat Mustafa oğlunu, Mollacəlilli kənd sakinləri Güllü Aşır qızını və Əli Nağı oğlunu qətlə yetirirlər;

44. 21 noyabr 1905-ci il: Daşnak terror qrupları Tiflis şəhərində sayı qeydə alınmayan qətllər törədirlər. Yalnız bir meyitxanada 10 nəfər müsəlman cəsədi tapılır. Ayrı-ayrı məscidlərə onlarca qətlə yetirilən müsəlman meyitləri daşınır;

45. 26 noyabr 1905-ci il: Daşnak terrorçuları Naxçıvan qəzasının Cəhri kəndində dörd türk ailəsini bütövlükdə məhv etmişlər;

46. 26 noyabr 1905-ci il: Erməni-daşnak terror qrupları kazakların köməyindən istifadə edərək Naxçıvan şəhərinin mərkəzi bazarına basqın edirlər. Bazar tamamilə qarət olunub yandırılır. 85 dükan, 75 anbar və başqa tikililər məhv edilir;

47. 26 dekabr 1905-ci il: Daşnak Abram koxanın rəhbərlik etdiyi daşnak terrorçuları Cavanşir qəzasının Umudlu kənd camaatını hiylə işlədərək mühasirəyə almışlar. Umudlu adıyla tarixə düşən qətliam törətmişlər. Uşaqlı, qadınlı 300 nəfəri qətlə yetirərək meyitlərini yandırmışlar;

48. 29 dekabr 1905-ci il: Daşnak quldur dəstələri Dərələyəzin Hors kəndinə basqın edirlər. Kənd camaatının tən yarısını qətlə yetirirlər. Sağ qalan qismi isə Şərura qaçır;

49. 11 fevral 1906-cı il: Daşnak terror qrupları İrəvan mahalının 25 kəndinə basqın edirlər. Sayı qeydə alınmayan qətliamlar törədirlər. Həmin 25 kənd canlı aləmdən təcrid edilir;

50. 12 iyul 1906-cı il: Daşnak terrorçuları Şuşada kazaklar yerləşən məhəllədə Məşədi Zeynalın evinə basqın etmişlər. Onun 20 nəfərlik ailə üzvlərini doğram-doğram etmişlər. Hətta bələkdəki körpə nəvəsinə belə aman verməyib, süngüyə keçirmişlər. Həmin gün daşnak terrorçuları Şuşada və onun ətraf kəndlərində qırğın törətmiş, yüzlərlə qocanı, qadını, uşağı vəhşicəsinə qətlə yetirmişlər;

51. 29 iyul 1906-cı il: Daşnak terror qrupları Zəngəzur qəzasının Xələc, Saldaş, İnçəvar, Daşnov kəndlərinə həmlə etmişlər. Sayı qeydə alınmayan qətliamlar törətmişlər. Sağ qalan əhali yurd-yuvasını tərk edərək Qatar kəndinə pənah aparıb.

 29 iyul 1906-cı il: Daşnak terrorçuları Qafanın Karxana kəndinə basqın etmişlər. Kənd canlı aləmdən təcrid edilib. Qaçıb kənd ətrafındakı dağda gizlənən 30 qadın və uşaq da ələ keçirilərək tikə-tikə doğranmışlar;

 1 avqust 1906-cı il: Daşnak terror qrupu Zəngəzurun Qatar kəndinə həmlə edir. 750 evdən və 3500 nəfərdən ibarət əhalisi olan kənd yerlə yeksan edilir. Sayı qeydə alınmayan qətllər törədirlər. Sağ qalan əhali yurd-yuvasından didərgin düşür;

 13 avqust 1906-cı il: Daşnak terror qrupları Oxçu-Şabadin, Aralıq, Pirdavud, Atqız kəndlərinə basqın edirlər. Saqqarsu dağına çəkilmiş əliyalın kənd əhalisi mühasirəyə düşmüş, daşnaklar tərəfindən sayı qeydə alınmayan qətliam törədilmişdi. Təkcə iki qaya parçası arasından 62 qadın, bir palaz arasında kəsilmiş 15 uşaq başı tapılmışdı. Bu qadın və uşaqlara imdad istəyən 90 yaşlı, el ağsaqqalı Həsən Əfəndi isə terrorçular tərəfindən tikə-tikə doğranmışdı;

 

 

(Ardı var)         

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 7 oktyabr.- S.11.