Azərbaycanda erməni terrorunun xronologiyası
21 dekabr 1919-cu il:
Daşnak terror qrupu Zəngibasarın Qarğabazar kəndinə
basqın edirlər. Kənd tamamilə
dağıdılır, evlər yerlə yeksan edilir. Sayı
qeydə alınmayan qətllər törədirlər;
22 dekabr 1919-cu il: Daşnak
terror qrupları Uluxanlı kəndini top atəşinə
tuturlar. Əhalinin bir qismi kənddə həlak olur.
Qaçqın düşənlərin bir qismi yolda
terrorçular tərəfindən gülləbaran edilərək
qətlə yetirilir. Bir qismi isə Arazda boğulur. Bununla, erməni
daşnak hökuməti tərəfindən Zəngibasar
mahalında Azərbaycan türklərinin etnik təmizləmə
əməliyyatına kütləvi şəkildə
başlanılır;
25 dekabr 1919-cu il:
Daşnak terror qrupları Üçmüəzzin
mahalının Əkərək kəndinə basqın edirlər.
Səkkiz nəfər qətlə yetirilir. Beş nəfər
güllə yarası alır. Kəndin əhalisi
bütünlüklə yurd-yuvasından didərgin
salınır;
6-cı yazı
(əvvəli ötən sayımızda)
01 yanvar 1920-ci il: Daşnak terror qrupu
Üçmüəzzin mahalının Əxis kəndinə
basqın edir. Sayı qeydə alınmayan qətllər
törədirlər. Kənd əhli yurd-yuvasından didərgin
düşür;
03 yanvar 1920-ci il: Daşnak
terrorçuları Zəngəzurun Saldaş kəndinə həmlə
edirlər. Bir nəfər Azərbaycan türkünü qətlə
yetirirlər;
06 yanvar 1920-ci il: Daşnak terror
qruplaşması Dərələyəzin Bilək kəndinə
basqın edib, 50 kişi, 50 qadın və 25 uşaq qətlə
yetirilib. Kənd tamamilə dağıdılıb;
06 yanvar 1920-ci il: Daşnak terror qrupu
Şörəyel mahalının Düzkəndinə
basqın edir. 86 nəfər dinc sakin qətlə yetirilir;
16 yanvar 1920-ci il: Daşnak terror birləşməsi
Dərələyəzin Civə kəndini bombalamışlar.
Kəndin 4 dinc sakini həlak olub;
18 yanvar 1920-ci il: Daşnak
terrorçuları Böyük Vedi-Dəvəli yolunu tuturlar.
Sayı qeydə alınmayan qətllər törədirlər;
20 yanvar 1920-ci il: Daşnak terror birləşmələri
Zəngəzur qəzasının Qaladərəsi - Xocahan arasında
yerləşən azərbaycanlılar yaşayan kəndlərə
kütləvi həmlələr təşkil edirlər. Evləri
yandırır, soyğunçuluqla məşğul olurlar.
Sayı qeydə alınmayan qətl hadisələri törədirlər.
3-cü sahənin bütün kəndlərini
dağıdırlar;
22 yanvar 1920-ci il: Daşnak terror qrupu
Böyük Vediyə taxıl almağa gəlmiş Ordubad
sakinlərinə basqın edirlər. Üç nəfəri
qətlə yetirir, taxıl yüklü bir at və 21
uzunqulağı qənimət kimi ələ keçirirlər;
23 yanvar 1920-ci il: Daşnak terror qrupu
Dərələyəz mahalının Ərkəz kəndinə
hücum edir, beş nəfəri qətlə yetirir,
üç qadını girov götürürlər. 600
baş qoyunu qənimət kimi sürüb aparırlar;
* 23 yanvar 1920-ci il:
Daşnak terrorçuları Şərur mahalının Kərimqulubəyməzə
kəndinə həmlə ediblər. İki nəfər qətlə
yetirilib, üç nəfər isə güllə yarası
alıb;
24 yanvar 1920-ci il: Daşnak terror qrupu
Əştərək bölgəsinin Savan kəndini top atəşinə
tutub. Həlak olanların sayı qeydə alınmayıb. Kənd
əhalisi yurd-yuvalarından didərgin düşüb;
30 yanvar 1920-ci il: Daşnak
terrorçuları Uluxanlı dəmiryol stansiyasında azərbaycanlı
qaçqınları daşıyan qatara hücum edirlər.
Bir nəfər qətlə yetirilib, 12 nəfər girov
götürülüb, 85 nəfər isə qarət olunub;
01 fevral 1920-ci il: Daşnak terror
qrupları Sörəyelin Carcur kəndinə basqın edirlər.
2150 nəfər dinc sakin qətlə yetirilir. Əsl qətliam
törədilir;
06 fevral 1920-ci il: Daşnak terror
qrupları Gümrü şəhərində terror aktları
törədirlər. 500 nəfər Azərbaycan
türkünü qətlə yetirirlər;
06-07 fevral 1920-ci il: Daşnak
terrorçuları qəflətən Cəbrayıl qəzasının
Qarğabazar kəndinə basqın edir, 26 uşaq, 34
qadın, 13 kişi olmaqla 73 Azərbaycan türkünü qətlə
yetirirlər. 38 kişi, 15 qadın olmaqla 53 nəfəri girov
götürürlər;
10 fevral 1920-ci il: Daşnak terror birləşmələri
Gəncə qəzasının 9-cu sahəsinə daxil olan
Şişqaya Sadarağac və Hacı Qəriblər kəndlərinə
basqın ediblər. Kəndlərdə əhalinin çox
hissəsi qətlə yetirilib, sağ qalanlar isə
ev-eşiyindən didərgin düşüblər. Qaçqınlardan
30 nəfəri isə donvurmadan ölüb;
24 fevral 1920-ci il: Zaruşat tərəfdən
hücuma keçən daşnak terror qruplaşmaları
Düzkəndin Şurakəni kəndini tamamilə
dağıdırlar. Bütün kişiləri
qılıncdan keçirirlər;
22 mart 1920-ci il: Daşnak terror
qrupları dəfələrlə Şörəyel
mahalının kəndlərinə basqınlar təşkil
edirlər. 2000 Azərbaycan türkünü qətlə
yetirirlər;
22 mart 1920-ci il: Novruz bayramı ərəfəsində
200 nəfərlik daşnak terror qruplaşması Şuşa
şəhərinə yeridilir. Şuşada yaşayan ermənilər
də onlara qoşulurlar. Həmin gün şəhərin azərbaycanlılar
yaşayan hissəsinə basqın edirlər. Bayrama
başı qarışan əhali xeyli itki verir;
23 mart 1920-ci il: Daşnak
terrorçuları qəflətən Xankəndindəki Azərbaycan
ordu hissələrinə hücum edib şəxsi heyətdən
üç nəfəri qətlə yetirirlər;
05-06 aprel 1920-ci il: Daşnak
generalı Bağdasarovun rəhbərliyi altında daşnak
terror birləşməsi Qazax mahalının Yaradulla,
Qaraçan, Çaxmanlı kəndlərinə basqın
edib. Hər üç kənddə qətliam törədiblər.
Əhalinin çox hissəsini qırıblar;
06 aprel 1920-ci il: Daşnak
terrorçuları Gümrü şəhərində qətliam
törədirlər. 500 Azərbaycan türkünü qətlə
yetirirlər;
27 aprel 1920-ci il: Gecə AXC-nin
hökumət başçısı olmuş Nəsibbəy
Yusifbəyli daşnak terror muzdlusu tərəfindən qətlə
yetirilib, cəsədi naməlum şəraitdə yox edilib;
May 1920-ci il: Daşnak terror
qruplaşmaları 28-ci atıcı diviziyasının əsgərlərinə
qoşularaq Gəncədə sovet quruluşuna qarşı
üsyan edən əhalini kütləvi şəkildə qətlə
yetirirlər. 12 min insanın qanı Gəncənin
küçələrini al rəngə boyayır. Bu dəhşətli
hadisədən qeyzə gələn əhali bu gün də
may ayında toy şənliyi keçirmir;
May-iyun 1920-ci il: Daşnak terror
qruplaşmaları Vedibasar mahalının Qaraxac, Heyranlı,
Ağasıbəyli kəndlərində sayı qeydə
alınmayan kütləvi terror aktları törədir, əhalini
türk soyqırımına məruz qoyurlar.
Qeyd: Ümumiyyətlə,
fevral 1917 - noyabr 1920-ci illər ərzində Tayqulaq Andronik,
Dro, Nijde kimi türkə qənim kəsilmiş
daşnakların qaniçən generallarının
başçılığı altında terror qrup və birləşmələri
tərəfindən
1) İrəvan,
Çuxur-səd mahalının 199 kəndi
dağıdılıb, 132 min qətlə yetirilib;
2) Üçmüəzzin
qəzasının 60 kəndi dağıdılıb, 35784 nəfər
qətlə yetirilib;
3) Yeni Bəyazid qəzasının
84 kəndi dağıdılıb, 75000 nəfər (15 min ailə)
qətlə yetirilib;
4) Göyçə
mahalının 22 kəndi yerlə yeksan edilib, 22 min nəfər
qətlə yetirilib;
5) Sürməli
mahalında 96 kənd dağıdılıb, 57254 Azərbaycan
türkü qətlə yetirilib.
Beləliklə, İrəvan
quberniyasındakı 1301 Azərbaycan kəndindən 959-u
dağıdılıb, 322038 Azərbaycan türkü məhv
edilib;
12 may 1920-ci il: Erməni şahidlərinin
uydurma ifadələri əsasında bolşevik cildinə
girmiş daşnak müstəntiqi M.Safixanyanın saxta
ittihamları və təhriki ilə Gəncənin
general-qubernatoru Xudadat bəy Rəfibəyli güllələnib,
cəsədi dənizə atılıb;
15 may 1920-ci il: Gümrü
(Aleksandropol) şəhərində vilayətin qeyri-erməni əhalisini,
xüsusilə rusları daşnak terror qruplarının qətliamlarından
qorumaq üçün Rusiya hökumətinə müraciət
etdiyinə görə rus milli şurasının sədri
Rossler daşnak terrorçusu tərəfindən qətlə
yetirilib;
29 may 1920-ci il: Bakının sabiq
general-qubernatoru Murad Gəray oğlu ÇK-nin baş müstəntiqi,
bolşevik cildinə girmiş daşnak Adamyan tərəfindən
istintaqa cəlb edilib, günahı sübuta yetirilmədən
həmin gün gecə saat 20-da güllələnib;
19 iyun 1920-ci il: AXC-nin baş naziri Fətəli
xan Xoyski Tiflis şəhərinin İrəvan
meydanındakı teatr binasının yanında daşnak
terrorçuları Aram Yerkayan və Musaq Qriqoryan tərəfindən
qətlə yetirilib;
2 iyul 1920-ci il: Daşnak terror
qrupları Zəngibasarda kütləvi terror aktları törədiblər.
1500 nəfər dinc, əliyalın Azərbaycan
türkünü qətlə yetirirlər;
19 iyul 1920-ci il: AXC-nin qurucularından
biri Həsənbəy Ağayev Tiflis şəhərində
daşnak terrorçusu tərəfindən qətlə
yetirilib;
02 sentyabr 1920-ci il: Daşnak terror
birləşmələrinin İrəvanda, Şərur-Dərələyəzdə
törətdikləri terror aktlarından, qətliamlardan can
qurtarıb Türkiyəyə qaçmaq istəyən bu
bölgələrin 1500 nəfərədək qaçqın
dəstəsi Arazın qolu sayılan gur axınlı Olta
çayını keçmək istərkən
sıralarından 650 nəfər çayda boğularaq tələf
olub;
03 sentyabr 1920-ci il: Daşnak terror
qruplaşması Şörəyel mahalının Düzkəndinə
təkrar basqın edir. 120 nəfər qətlə yetirilir;
15 noyabr 1920-ci il: Daşnak
terrorçuları İrəvan şəhərində
sayı qeydə alınmayan türk qətllərı törədirlər;
15 dekabr 1920-ci il: Daşnak
terrorçuları Şörəyelin kəndlərində
sayı qeydə alınmayan türk qətliamı törədirlər;
19 dekabr 1920-ci il: Daşnak terror birləşmələri
Zəngəzurun Əliquluuşağı - Fərəcan cəbhə
xətti boyunda Azərbaycan türkləri yaşayan kəndlərə
kütləvi basqınlar edirlər. 26 kənd yerlə yeksan
olur. Erməni-daşnak faşistlərinin vəhşiliklərinin
həddi-hüdudu olmur. Sayı qeydə alınmayan qətl
hadisələri törədirlər, əhali yer-yurdundan didərgin
düşür;
22 dekabr 1920-ci il: Daşnak terror
qrupları İrəvan şəhərində qətliamlar
törədir, 192 nəfər Azərbaycan türkünü qətlə
yetirirlər;
yanvar-dekabr 1920-ci il: Daşnak terror
qrup və birləşmələri il ərzində
Naxçıvan qəzasında kütləvi terror aktları
törədir, 11715 Azərbaycan türkünü qətlə
yetirirlər;
14 fevral 1921-ci il: Konsert vermək
üçün Ağdamdan ermənilər yaşayan Darnavaz kəndinə
gedən altı nəfər aktyor yolda daşnak Ağacan
Azriyanın başçılıq etdiyi terrorçular tərəfindən
qətlə yetirilir;
19 fevral 1921-ci il: Daşnak
terrorçuları Zəngibasarda terror aktları törədirlər.
18 nəfər Azərbaycan türkünü qətlə
yetirirlər;
08 mart 1921-ci il: Hadrut rayonunun Domu kəndindən
olan, qatı türk düşməni, Qaragen Nijdenin ordusunda
xidmət etmiş daşnak Tevon Cavadov (Stepanyan) beynəlmiləlçiliyi
təbliğinə görə soydaşı Şimavon
Davityanı şaqqalayıb qətlə yetirib. Bununla ürəyi
soyumayan qatı daşnak sonra mərhumun anasını onun
parçalanmış meyiti ətrafında əl
çalıb oynamağa məcbur olub.
Yazıçı-publisist
Əlisahib Əroğulun araşdırmaları əsasında
faktları təqdim etdi:
Elçin Qaliboğlu
Xalq cəbhəsi.- 2009.- 13 oktyabr.- S.11.