Azərbaycanda erməni terrorunun xronologiyası
30 noyabr 1988-ci il:
Daşnak terrorçuları malakanlar yaşayan Lermontov kəndində
qaçıb gizlənən, Calaloğlu (Stepanavan) rayonunun
Qarqar kənd sakini Bəsti Mustafayevanın yerini müəyyən
edib, 20 min manat pulunu, qızıl əşyalarını qarət
ediblər. Özünü isə üstünə neft
töküb od vuraraq yandırıblar;
30 noyabr 1988-ci il:
Daşnak terror qruplaşması Quqark (Ermənistan SSR) rayonunun
Gözəldərə kəndinə basqın edib. 21 nəfər,
o cümlədən 6 qadın, 3 körpə qətlə
yetirilib. Kənd ətraf aləmdən təcrid edilib;
30 noyabr 1988-ci il: Daşnak terror qrupu
Allahverdi (Tumanyan) rayonunun Ayrım kəndinə basqın edir. Evlərini
tərk etmədiklərinə görə kənd sakinlərindən
Haqverdiyev Haqverdi və Əliyev Abbası döyərək qətlə
yetiriblər. Kənd əhli məcburi şəkildə
doğma yurdlarından didərgin salınıb;
IX yazı
30 noyabr 1988-ci il:
Daşnak terrorçuları Hamamlı rayonunun Saral kəndindən
Həmzəçimən kəndinə yollanan qaçqın
dəstəsinə basqın ediblər. 18 nəfər qətlə
yetirilib, Balacayev Mövsümün 8 nəfərlik ailəsi
tamamilə məhv edilib. 7 nəfər isə ağır bədən
xəsarəti alıb;
30 noyabr 1988-ci il: Sevan
şəhərində yerləşən Respublika Ruhi xəstəxanasındakı
azərbaycanlı xəstələrə rəhmi gəlməyən
daşnak terrorçuları 22 nəfər Azərbaycan
türkünü su ilə doldurulmuş quyuya ataraq boğub qətlə
yetiriblər;
01 dekabr 1988-ci il:
Daşnak Asatyan Benikin başçılıq etdiyi terror
qruplaşması Quqark rayonunun Vartana kəndindən didərgin
salınmış 240 nəfər uşaq, qadın və
yaşlı adamlardan ibarət dəstəni qarlı
dağlarda pusquya salıblar. 100 nəfərdən çox Azərbaycan
türkünü gülləbaran ediblər. Ələ
keçirdikləri 13 nəfər dinc sakini işgəncələrlə
qətlə yetirib cəsədlərini yandırıblar;
01 dekabr 1988-ci il:
Daşnak terrorçusu ermənilərin fitnəkarlıqlarını,
alçaq hərəkətlərini aşkarlamağa səy
göstərdiyinə görə DQMV-nin baş prokuroru
Vasilenkonun həyatına sui-qəsd edib. Vasilenko təsadüf
nəticəsində ölümdən qurtarıb;
02 dekabr 1988-ci il:
Daşnak terror qrupları Amasiya rayonunun ayrı-ayrı kəndlərinə
basqın ediblər. Evlərini tərk etmək istəmədiklərinə
görə Güllücə kənd sakini Əli Əliyevi vəhşicəsinə
döyüblər. Əzizbəyov kəndində Həsənov
Mühidi işgəncə ilə qətlə yetirir,
Haqverdiyev Babəki asıb, Heydər Seyidovu və Fərman Həsənovu
isə vəhşicəsinə döyüblər. Çaxmaq
kənd sakinləri Elbəyi və Roza Süleymanovları,
Amasiya qəsəbə sakini Musayev Məmmədi işgəncə
verməklə öldürüblər. Güllücə kənd
sakinlərindən Rüstəmov Nəbini maşının təkərləri
altına atıb, Məmmədov Bayraməlini isə vəhşicəsinə
döyməklə qətlə yetiriblər. Daşkörpü
kəndindən Bəhlul Abbasovu, Mağaracıq kəndindən
Dursun Məmmədovla Niftalı Əliyevi, Çaybasar kəndindən
Güləhməd Vəliyevi vəhşicəsinə döyərək
onlara ağır bədən xəsarəti yetiriblər. Qaçqın
düşənlərdən altı nəfər isə
qarlı-çovğunlu havada borana düşüb donvurmadan
tələf olub;
02 dekabr 1988-ci il: Daşnak
terrorçuları Gorus şəhərinin yeganə azərbaycanlı
sakini Cavanşir Rüstəm oğlunu döyməklə qətlə
yetiriblər;
03 dekabr 1988-ci il: Daşnak
terrorçuları Dilcanda Sarıyev Vahidi Azərbaycan
türkü olduğuna görə ağır işgəncələr
verərək öldürüblər;
05 dekabr 1988-ci il: Daşnak terror qrupu
heç bir insani əxlaqa, bəşəri davranışa
sığmayan terror aktı törədib. Hamamlı (Spitak)
şəhərində türk millətinə mənsub
olduqlarına görə 17 azyaşlı uşağı iri
diametrli boruya (uzunluğu 20 m, diametri 1,5 m) dolduraraq
başlarına dəmir lövhələr qaynaq edib
uçurumdan yuvarlayıblar. Məsum körpələri vəhşicəsinə
qətlə yetiriblər. Ümumiyyətlə, bu cür vəhşi
üsulla 87 nəfərədək uşaq
öldürülüb;
10 dekabr 1988-ci il: Daşnak terror qrupu
Türkiyəyə məxsus olduğunu güman edərək
Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana - zəlzələ
rayonuna uçan Yuqoslaviya təyyarəsini "qəzaya"
uğradıb. 6 nəfər ekipaj üzvü həlak olub;
11 dekabr 1988-ci il: Bakıdan Leninakana
zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini
daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən
yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində
sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin
və 9 nəfər ekipaj üzvü bu terror aktının
qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən,
heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv
edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə
sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin
Babayev İrəvan xəstəxanasına aparılsa da,
"ermənilər arasında yaralı türkə yer
yoxdur" deyən daşnak xislətli erməni həkimləri
onu müalicə etməkdən boyun qaçırıblar;
12 yanvar 1989-cu il: Daşnak
terrorçuları Xanlar rayonunun Todan kəndinə basqın
ediblər. 4 nəfər əliyalın, dinc kənd sakinini qətlə
yetiriblər;
15 yanvar 1989-cu il: Daşnak
terrorçuları Xanlar rayonunun Todan kəndinə ikinci dəfə
basqın ediblər. Bu dəfə iki nəfər əliyalın,
dinc kənd sakinini qətlə yetiriblər;
16 yanvar 1989-cu il: Daşnak
terrorçuları Xanlar rayonunun Şəfəq kəndinə
basqın ediblər. Bir nəfər kənd sakini qətlə
yetirilib;
* 20 yanvar 1989-cu il:
Daşnak terror qrupu Naxçıvan MSSR-in Sədərək qəsəbəsinə
basqın edib, 10 nəfər qəsəbə sakini (o cümlədən
üç uşaq) vəhşicəsinə qətlə
yetirilib;
10 may 1989-cu il: Daşnak
terrorçuları Qazax rayonunun Bağanıs- Ayrım, Bərxudarlı
və Naxçıvanın bütün sərhəd kəndlərini
top və minomyotlardan atəşə tutublar. Xeyli
yaşayış evi dağıdılıb, yaralanan və
ölənlər olub;
11 may 1989-cu il: Daşnak
terrorçuları Qubadlı rayonunun sərhəd kəndlərini
atəşə tutublar, bir nəfər ağır güllə
yarası alıb;
19 may 1989-cu il: Daşnak terror qrupunun
Naxçıvan MSSR-in Yaycı kəndinə basqınında
bir nəfər kənd sakini qətlə yetirilib;
* 9 iyun 1989-cu il:
Hamamlıya sığorta pulu almağa getmiş dinc sakin Rəhim
Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyanla
Sergey Mədətyanın hücumuna məruz qalıb, armatur
çubuqla döyülərək qəddarcasına qətlə
yetirilib;
25 iyun 1989-cu il: Bakı şəhər
sakini Nəbiyev Əli Məhəmməd oğlu Kərkicahan
kəndində yaşayan qardaşıgilə gedərkən
yolda onu daşnak terrorçular qətlə yetirib;
7 iyul 1989-cu il: Daşnak terror qrupu Kərkicahan
qəsəbəsinə həmlə edir. Daxili
qoşunların qəsəbədə yerləşən hərbi
hissəsi bu basqının qabağını alıb. Amma kəndin
bir çox evləri yandırılıb;
11 iyul 1989-cu il: V.X.Xaçaturovun
başçılıq etdiyi beş daşnak terrorçusu
Şuşadan evlərinə qayıdan Kərkicahan qəsəbəsinin
dinc sakinləri Əli Nəbiyev, Orduxan Səfərov və
Natiq Salahovun qabağını kəsərək onları
tutmaq istəyiblər. Natiq Salahov güllə yarası alsa da,
qaçıb aradan çıxa bilir. Terrorçular girov
götürdükləri Əli Nəbiyevlə Orduxan Səfərovu
soyunduraraq hər ikisini ağaca sarıyır, sinələrini
ülgücləyərək yara yerlərinə odlu siqaretlər
basıblar. Müxtəlif işgəncələr verdikdən
sonra onları nişangaha qoyublar. Əli Nəbiyevin ürəyindən,
Orduxan Səfərovun isə başından ataraq qətlə
yetiriblər. Bütün bunlarla ürəkləri soyumayan
qansızlar mərhumların gözlərini çıxararaq
cəsədlərini yaxınlıqdakı çamurlu gölməçəyə
atıblar;
11 iyul 1989-cu il: Daşnak terror qrupu Tərtərdən
Kəlbəcərə gedən maşın karvanının
yolunu Ağdərə ərazisində partladaraq
qabağını kəsiblər. Karvan gülləbaran edilib,
8 nəfər qətlə yetirilib, xeyli sərnişin
ağır güllə yarası alıb;
14 iyul 1989-cu il: Kəlbəcər
rayon DİŞ-nin əməkdaşlarının həbs
etdiyi 11 daşnak terrorçusu Moskvanın təzyiqilə geri
qaytarılıb. Ermənilərə satılmış rus hərbçiləri
vertolyotla terrorçuları gətirmək üçün Kəlbəcərə
uçublar. Xəyanətkarlar vertolyotu əvvəlcədən
nəzərdə tutulmuş yerə deyil, qəsdən
uşaqların futbol oynadıqları stadiona endiriblər. Bu
zaman stadionda futbol oynayan uşaqlardan 8-ni vertolyotun pəri
biçir. Qətlə yetirilən uşaqların ən
kiçiyi olan Valehov Anar Qardaşxan oğlu 6 yaşda, ən
böyüyü Xəlilov Bəxtiyar Rəhim oğlu isə
15 yaşda olub. Bu terror aktı ilə bağlı heç bir
istintaq işi aparılmayıb. Əksinə, rus hərbçiləri
daşnak quldurlarını Xankəndinə gətirərək
burada onları azadlığa buraxıblar;
15 iyul 1989-cu il: Daşnak
terrorçuları Xankəndi şəhər sakini Eyvaz
Allahverdiyevin evinə bomba atıblar. Partlayış nəticəsində
itki olmasa da, dörd avtomobil ciddi zədələnib;
24 iyul 1989-cu il: Daşnak
terrorçuları Kərçivan-Mığrı dəmiryolunun
347-ci kilometrliyində xəttə mina qoyublar. 1000 nəfər
sərnişini olan qatar vaxtından 15 dəqiqə gecikdiyinə
görə partlayış terrorçuların gözlədiyi
nəticəni verməyib;
30 iyul 1989-cu il: Meşəli kəndinin
qeyrətli oğlu Miryusif Orucovu daşnak terrorçusu, əyninə
milis forması geymiş Əsgəran rayon DİŞ-nin rəis
müavini Qərib Harutyunyan qətlə yetirib. Şahid və
sübutların olmasına baxmayaraq qatil cəzasız
buraxılıb;
01 avqust 1989-cu il: Ermənistan SSR
Ararat rayonunda yuva qurmuş daşnak terrorçuları Şərur
rayonunun Kərki kəndinə basqın ediblər. Kənd evlərinin
bir çoxu yandırılıb dağıdılıb;
06 avqust 1989-cu il: Daşnak
terrorçuları Əsgəran rayonunun Meşəli kəndində
5 dinc sakini qətlə yetiriblər;
08 avqust 1989-cu il: Bakıdan gələn
yük karvanı Kərçivanda daşnak
terrorçularının basqınına məruz qalıb.
Şərur şəhər sakini Sədi Nəsirov, Qaraxanbəyli
kəndindən Mirkamal Seyidov ağır güllə yarası
alıblar;
11 avqust 1989-cu il: Daşnak
terrorçuları Əsgəran rayonunun Daşbulaq kəndində
azərbaycanlının evinə raket atıblar, bir azərbaycanlı
ailəsi evsiz-eşiksiz qalıb;
12 avqust 1989-cu il: Bərdə
rayonunun Kətərparaq kənd sakini Mehrəliyev Məhi Əşrəf
oğlunu Laçından, qohumları evindən qayıdarkən
Laçın-Bakı yolunun 7-ci km-də Qaladərəsi kəndində
yuva salmış daşnak terrorçuları qətlə
yetirilib;
13 avqust 1989-cu il: Daşnak
terrorçuları Ağdam-Əsgəran dəmiryol
platformasını və Şuşa şəhərinin su kəmərini
partladıb;
17 avqust 1989-cu il:
Şuşa-Ağdam marşrut avtobusu daşnak
terrorçularının basqınına məruz qalıb, 6 nəfər
sərnişin ağır dərəcəli xəsarət
alıb;
18 avqust 1989-cu il: Laçın
rayonunun Cicimli kənd sakini Məmmədov Mehdi Rüstəm
oğlu təsərrüfat işindən qayıdarkən kəndin
1 km-liyində pusquda durmuş daşnak terrorçusu tərəfindən
qətlə yetirilib;
23 avqust 1989-cu il: Ağdərədə
yuva salmış daşnak terrorçuları Soltan Ağayevi
vəhşicəsinə qətlə yetirmiş, "Niva"
markalı minik maşınını isə xurd-xəşil
etmişlər;
28 avqust 1989-cu il: Şuşadan
Ağdam istiqamətində hərəkət edən 9 avtobus və
bir yük maşını daşnak terrorçularının
hücumuna məruz qalıb, 12 nəfər müxtəlif dərəcəli
xəsarət alıb.
Yazıçı-publisist
Əlisahib Əroğulun araşdırmaları əsasında
təqdim etdi:
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 16 oktyabr.- S.11.