"Ədəbiyyat milli-mənəvi fenomendir"
Nazif Ələkbərli:
"Xalqın ruhunu əks etdirməyən ədəbiyyatın
sabahı olmur"
Əsl ədəbiyyat hər zaman
yaşarıdır. Ədəbiyyatın
xislətində gerçəklikdən artıq olana
qarşısılanmaz meyl var. Bu yaxınlarda 60
yaşı tamam olan filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas-alim
Nazif Ələkbərlinin yaradıcılığında ədəbiyyatın
insaniliyə gərəkliyini daim önə çəkmək
məqsəd olub. Çağdaş dönəmdə ədəbiyyatımızın
halına sosial-mədəni problemlərin təsiri, habelə ədəbi
tənqidin qarşısında duran məsələlər onu
həmişə qayğılandırır. Nə
qədər qəribə olsa da, ədəbiyyat haqqında
gündən-günə daha çox
danışıldığı dərəcədə ədəbiyyatın
problemləri həllini tapmır. Ədəbiyyatın
müraciət mövzuları təbii olaraq hər zaman
çoxçeşidlidir. Ədəbiyyatın başlıca
qayəsi məsələsinə toxunan Nazif Ələkbərli
deyir ki, ədəbiyyata sosial fenomen kimi baxmaq prinsipini
çıxdaş etmək mümkün deyil. Ancaq ədəbiyyat
ilk növbədə milli-mənəvi fenomendir: "Milli düşüncəsiz, milli idealsız, mənəviyyatdan,
əxlaqdan məhrum ədəbiyyatın mövcudluğu
mümkün deyil. Ədəbiyyatın xalqla
bağlılığı da bu nöqtədə birləşməlidir.
Əgər ədəbiyyat xalqın ruhunu əks etdirmirsə,
həmin ədəbiyyatın sabahı olmur. Bəzi əsərlərdə
"siçan-pişikdən" də
danışılır, ancaq orada insana yer olmur. Biz
obrazı tanımalıyıq. Əgər obraz bizə yad bir
elementdirsə, qaneedici olmayacaq. Əslində ədəbiyyatın
mahiyyəti insanın mahiyyətidir. Ədəbiyyat insanın
özünü tanımasına, kamilləşməsinə
xidmət etməlidir. Ədəbiyyat həyat haqqında
variantların çoxluğu deməkdir. Həyatda
çoxlu proyeksiyalar (hərəkət, düşüncə,
hiss, yanaşma var). Ədəbiyyat bu proyeksiyaların
çoxluğudur. Ədəbiyyata müxtəlif yönlərdən
yanaşmalar olub. Yadıma gəlir, Çingiz Aytmatovun bir
yazısı vardı, bu qənaətdə idi ki, ədəbiyyat
insanın özünə qayıdıb boylana bilməsi
üçün gərəklidir".
Burada ədəbiyyatın insani
xisləti meydana çıxır: "Bu, ədəbiyyata
maraqlı bir yanaşmadır. Ədəbiyyat bu mənada
güzgüdür, insan həmişə onda özünü
görür, yaxşı-yamanını təhlil edə bilir.
Ədəbiyyata obyektiv aləmin subyektiv inikası kimi sırf
basmaqəlib elmi yanaşma da var. Çox elmlərin ədəbiyyata
dəxli var: onun mahiyyətində çoxlu elmlərin
predmeti gizlənib".
Təbii ki, ədəbiyyatın
"əks etdirmək" funksiyası çox azdır, əslində
böyük ədəbiyyat yalnız əks etmir, həm də
daha çox həyatı, dünyanı özünəməxsus
ifadə edir. N.Ələkbərli bu qənaətdədir ki, əks
etdirmək ədəbiyyatın minimum vəzifəsidir: "Hər
bir ədəbi əsər həyatın kiçik bir
modelidir. O model yazıçı istedadının göstəricisi
kimi meydana çıxır. Əslində əsil ədəbiyyat
doğrudan da həyatdan yüksəkdə olur: burda insan təxəyyülü,
obrazlar, böyük həyəcan, ilham, hətta vəcd də
iştirak edir. Yazıçının həyata necə
yanaşmasından da çox şey asılıdır".
Ədəbi
yaradıcılıqda xəyal məsələsi əhəmiyyətli
rol oynayır. Oxucunu insanilik tələbi üstə kökləyən
əsərlər həmişə az olub. Görəsən,
oxucu daha çox hansı məqamlarda çaşır? Nazif Ələkbərli
düşünür ki, oxucunu çox şey, o cümlədən
obraz, yazıçının mövqeyi, mövzunun
özü də çaşdıra bilər. Oxucunun da
zövqündən çox şey asılıdır: "Elə
oxucu olur ki, səviyyəcə yazıçını
ötür: o, yazıçının səhvlərini
aydınca görə bilir. Halbuki yazıçı burda ideya,
sənətkarlıq baxımından başqa cür hərəkət
etməliydi. Bizdə kütləvi oxucular həmişə
olub. Görürsən ki, bəzi yazıçıları
daha çox oxuyurlar. Məsələn, mərhum Əlibala
Hacızadəni 70-90-cı illərdə çox oxuyurdular. Əlibala
müəllimi yaxından tanıyırdım, istedadlı
yazıçı idi. Yəni o, kütləvi oxucu
üçün yazdı. Habelə sıfr cəmiyyət
haqqında düşünən, tarixi həqiqətləri
mövzuya çevirən yazıçılar, bir sözlə,
gerçəkliyi daxilindən keçirə bilənlər də
var. Sovet dövründə Çingiz Aytmatovdan tez-tez
danışırdıq. Çünki o,
düşündüklərimizi qələmə ala bilirdi. Onun əsərlərində həm cəmiyyət,
sosial, həm də mənəvi problemlərin qoyuluşu
vardı. Yazıçının müəyyən məqamlara
daha düşündürücü yanaşması, onu
psixoloji cəhətdən inandırıcı verməsi
mühüm amildir. Əsl yazıçılıq xüsusi,
fitri bir istedaddır. Savad, sənətkarlıq
sonrakı, həm də gərəkli məsələlərdəndir.
Həyatı, təbiəti, insan xarakterini duyum ən vacib
amildir. Fitrilik istedadın təzahürüdür. Anri
Ekzüperi deyir ki, hər birimizdə bir Motsart
öldürülüb. Yəni hər birimizin daxilində
Motsart olmaq imkanı var".
Görəsən, bugünkü
yazıçıda hansı keyfiyyətlər olmalıdır
ki, o, meydana gözəl əsərlər qoya bilsin?
Yazıçılıq sadəcə, insanı müəyyən
dövrədək valeh etməkdirmi? Əgər belədirsə,
onda niyə əsl ədəbiyyat daim zamanı ötmək
haqqında düşünüb? Deməli, sabaha qalan
yalnız böyük ədəbiyyatdır, zamanın təsirində
qalan ədəbiyyatın isə sabahı olmayıb, olmayacaq.
N.Ələkbərlinin fikrincə,
yazıçı ilk növbədə mütəfəkkir
olmalıdır: "Çünki yazıçı əks
halda hadisələrə yaradıcı münasibət bəsləyə
bilməyəcək. Gərək yazıçı hadisələrə
məhdud miqyasla yanaşmasın, tarixin müxtəlif mərhələlərini
görə, ümumiləşdirə bilsin".
Azərbaycan ədəbiyyatının
çağdaş durumunu dəyərləndirirən Nazif Ələkbərli
bununla bağlı məyus deyil: "Qədim, klassik ədəbiyyatımız
var, habelə tarixin bütün dönəmlərində
böyük yaradıcılarımız olub. Ancaq təəssüf
ki, indiki şərait tamam başqadır. İnsanlarda kitab
oxumaq arxa plana keçib".
Şübhəsiz,
zamanımızın pulçuluq əhvalı
yazıçılarımızın da durumuna pis təsir
edir: "Əgər yazıçı əsəri yazıb,
çapını kitab şəklində görə bilmirsə,
təbii ki, bu, ona pis təsir edir. Başlayır sponsor
axtarmağa, kimdənsə xahiş etməyə ki, ona kömək
etsinlər. Bu da dözülməz və yolverilməzdir.
Ədəbiyyatda mövzu tükənməyib.
Sadəcə istedadlı, əsil mənada zəhmətkeş
yazıçı istəyir ki, hər hansı bir lövhəni
götürsün, təkrar sayılan mövzuya özünəxas
baxsın. Mövzunu alleqoriya şəklində qoymaq olar. Ədəbiyyatın
saysız təsir və idrak yolları var. Burada
yazıçının ədəbiyyata necə
yanaşması əsas məsələdir. Dövrün
güclü ümumiləşdirilməsinə gərək
var. Yeni gözəl, yaddaqalan ədəbiyyat nümunələrinin
yaranması üçün yəqin ki, çox oxumaq
lazımdır. Dünya ədəbiyyatında çox
böyük yazıçılar, onların ədəbi təcrübəsi,
həyata baxışı var. Bizim bəzi
yazıçılarda rus, eləcə də dünya ədəbiyyatının
təcrübəsindən elementlərə rast gəlmək
olur. Bu, sovet dövründə də vardı. Amma
yaxşı olardı ki, biz öz milli düşüncəmizin
çiçəklənməsi məsələsini qoyaq. Milli
ədəbiyyatımızın da kifayət qədər təcrübəsi
var: Mirzə Cəlil, Yusif Vəzir Çəmənzəminli
və başqaları. Bunlar sözün əsil mənasında
böyük yazıçılardır".
Ədəbiyyatımızın Qarabağ, eləcə də itirilən yurd yerlərimizə münasibəti məsələsinə gəlincə, Nazif Ələkbərli deyir ki, bu gün də Qarabağ mövzusunda az əsərlər yazılmır. Sadəcə, o əsərlərin təqdimatı zəifdir: "Bəzən bu mövzuda əsərlərdə bəsitlik özünü göstərir. Hadisələrin içərisində olanlar bir az emosional, bir az da naturalist yazırlar. Ancaq bu mövzuda daha böyük ümumiləşdirmələrlə, estetik yüklə yazmaq olar. Ya hadisələri görənlər onu tam mənasıyla dərk etmirlər, ya da yazanda istədikləri kimi alınmır. Bu da istedad məsələsi ilə bağlıdır. Təəssüf ki, indi adamlarda güclü deqradasiya gedir, adamları demək olar, sabaha heç nə bağlamır. Belə olan vəziyyətdə ədəbiyyatdan çox şey tələb olunur. Xalqın rifahının ədəbiyyatın səviyyəsinə dəxli var. Deyirlər gərək xalq yaxşı olsun ki, böyük əsərlər yaransın. Bu fikirlə razılaşmıram".
Ədəbi tənqidin bugünkü durumu haqda qənaətlərini də bölüşən Nazif Ələkbərli deyir: "Ədəbi tənqidin vəziyyətini birmənalı pisləmək olmaz. Bəzən yazıçılar özləri maraqlı olurlar ki, əsərləri oxuculara ədəbi tənqid vasitəsilə təqdim olunsun. Amma görürəm ki, ədəbi tənqid heç də hamı haqqında söz demir. Belədə ədəbi tənqid ədəbi şəxsiyyətlərin xidmət sahəsinə çevrilir. Ədəbi tənqid bütün əsərlərə reaksiya verməlidir: ədəbi tənqid görkəmli yazıçının əsərinə reaksiya verib, "görkəmsiz" adamın əsərinə reaksiya vermirsə, burda hardasa bir ayrıseçkilik var. Bu gün telehəyat ədəbiyyatı küncə sıxışdırıb. İndi camaat televiziyadan yalnız şoular gözləyir. Teleseriallar xarici mədəniyyətlərin bizə basqısıdır. Ona görə də mədəniyyətimizi daha ciddi-cəhdlə qorumalıyıq. Təəssüf ki, virtual həyatın əsarətindəyik". "Biz hərbi gücümüzü artırırıq"
Prezident İlham Əliyev: "Düzdür, bu, böyük vəsait tələb edir, ancaq bunu etməliyik
Azərbaycan prezidenti İlham Əliyev Hövsan qəsəbəsində ikinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, eyni zamanda minik avtomobillərinin təqdim olunması mərasimində çıxış edərkən bir sıra məsələlərdən danışıb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2009.- 17 oktyabr.- S.14.