Sinəsi qızdırılmış xaçla
damğalanıb...
Ermənistan
əsirlikdə olan Azərbaycan vətəndaşlarına
qarşı münasibətdə beynəlxalq hüquq
normalarını tapdalayır
Ötən
yazılarımızda ermənilərin azərbaycanlı əsir
və girovlara qarşı həyata keçirdiyi terror
mövzusuna toxunmuşduq. Bu yazımızda isə Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının erməni əsirliyində
olan soydaşlarımıza qarşı tətbiq edilən
işgəncə terroruyla bağlı aşkara
çıxardığı faktlara toxunacağıq.
III yazı
Dövlət Komissiyasının
verdiyi məlumata əsasən, Ermənistan əsirlikdə
olan Azərbaycan vətəndaşlarına qarşı
münasibətdə beynəlxalq hüquq normalarını
tapdalayır, o cümlədən "Müharibə
qurbanlarının müdafiəsinə dair" 1949-cu il
tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə
qəsd etmək, hər hansı şəraitdə
öldürmək, şikəst qoymaq, qəddarcasına
davranmaq və ya işgəncə vermək, insan ləyaqətinə
toxunmaq kimi tələblərini kobud surətdə pozur. Ermənistanın
hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi
şəkildə öldürülməsini, Ermənistanda və
Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ ərazisində əsirlikdə
saxlanılmış vətəndaşlarımızn dəhşətli
işgəncələr və mənəvi əzablara məruz
qalmasını, amansız rəftar və ləyaqəti
mütəmadi alçaltmaqla özünüöldürmə
dərəcəsinə çatdırılmasını,
soyuqqanlılıqla qətlə yetirilməsinı, yaxud
verilmiş işgəncələr nəticəsində vəfat
etməsini isbatlayan kifayət qədər dəlillər var.
- Girov götürülərkən
3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin
(24.07.1993) bazu sümüyünü Xankəndində erməni
"həkimləri" çıxarıb, nəticədə
soydaşımız ömürlük şikəst olub.
- Kəlbəcər rayonunun
işğalı zamanı girov götürülən
(31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş
oğlu Arzu Hacıyevə erməni "həkimi" Aida
Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə
Arzu ömürlük şikəst olub.
- Anası Afət Mirzəyevanı
və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə
güllələyərkən Babək İlyasov cəmi yeddi
aylıqmış. Qəlpələr Babəkin sağ
gözünü yaralayıb, lakin buna baxmayaraq ermənilər
onu da Kəlbəcər rayonundan girov
götürülmüş digər həmkəndliləri ilə
birlikdə yalnız 4 aydan sonra və həm də müalicə
etmədən qaytarıblar. Hazırda Babəkin bir
gözü kordur.
- Ermənilər 15 yaşlı
girov Nəzakət Məmmədovanın gözləri
qarşısında atasına dəhşətli işgəncələr
verib, onun qulaqlarını kəsib, anası hədə və
şantajlara dözməyərək dəli olub, qızın
özünü isə 4 milyon rus rubluna ailəsinə
satıblar.
- Zəminə Göyüş
qızı Dadaşovanı ermənilər girov götürərkən
qolundan aldığı güllə yarası
baxımsızlıq ucbatından çirk eləyib və onun
bədənində çürümə prosesi gedib. Hazırda
Zəminənin sol qolu işləmir. Girov götürülən
zaman isə ermənilər onun atası Göyüş
Dadaşovu və yaşlı nənəsi Qönçə
İbadovanı yerindəcə güllələyib.
- Erməni nəzarətçiləri
Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya
dəhşətli işgəncələr verib, mismar kəlbətini
ilə onun 16 dişini çıxarıblar.
- Ağdam rayonunun
işğalı zamanı ermənilərin girov
götürdüyü yaşlı qadın Şərqiyyə
Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətinilə
çəkilib. O, 6 ay davamlı işgəncələrə
məruz qalıb.
- Qubadlı rayonunun
işğalı zamanı 65 yaşlı Biniş Rəsul
qızı Məmmədova və 69 yaşlı Sara Miriş
qızı İsmayılova girov götürülərək
Xankəndi hərbi hissəsində saxlanılıblar. Burada
onları gündüz ağır fiziki əmək tələb
edən işlərdə işlədir, gecələr isə
xüsusi amansızlıqla döyüblər. Onlarla birlikdə
saxlanılan Şahsənəm və Əsli adında
qadınlar bu cür ağır işgəncələrə
dözməyərək girovluqda ölüblər.
- Ağdam rayonunun keçmiş
sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalan Vladimir
İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun
işğalı zamanı 89 yaşlı anası Vera
Davıdovnanı və ahıl yaşlı bacısı
Svetlana İvanovnanı, eləcə də 58 yaşlı xəstə
qardaşı Anatoli İvanoviçi ermənilərin vəhşicəsinə
öldürərək yandırdığını, Ağdam
kanalının yanında saysız-hesabsız qadın və
uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə,
Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam
rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada
saxlanılan 7 ruhi xəstəni, o cümlədən iki xəstə
qadını girov götürüb. Onların biri azad olunub,
biri döyülə-döyülə öldürülüb,
digərlərinin sonrakı taleyindən isə bu günədək
məlumat yoxdur.
- 1930-cu il təvəllüdlü
Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni
girovluğunda mütəmadi olaraq döyülüb, bədəninə
siqaret basılaraq yandırılıb. Aldığı mənəvi
və fiziki işgəncələrdən özünə gələ
bilməyən Əli Abbasov erməni əsirliyindən azad
olunandan bir müddət sonra vəfat edib.
- Erməni hərbçiləri
Füzuli rayonundan girov götürdükləri Mürvət
Fətiş oğlu Ağayevi döyərək
qulağını kəsib, əllərini məftillə
arxadan bağlayaraq ağacdan asıb və ayaqlarının
altında ocaq qalayaraq yandırıblar.
- Hərbi əsirlər - Novruz Məhəmməd
oğlu Daşdəmirov, Namiq Cavanşir oğlu Qarayev mütəmadi
döyülmə, bədənlərinə
qızdırılmış cisimlərlə dağ basılma
və başlarına mismar çalınması nəticəsində
ruhi xəstə həddinə çatdırılıblar.
- Hərbi əsir
Mürşüdov Sədrəddin Aslan oğlu
döyüldükdən sonra şüşə
qırıqlarını udmağa məcbur edilib.
- Yaralı vəziyyətdə əsir
götürülmüş Əbdüləzim Məcnun
oğlu Məmmədov rezin dəyənəklə
döyülüb, damarına benzin yeridilib, yaralarının
qaysağı qopardılaraq ona əzab verilib, üstünə
təlim keçmiş it buraxılıb.
- Mayıl Məhəmmədəli
oğlu Məmmədovun damarına dizel yanacağı
yeridilib, sinəsi qızdırılmış xaçla
damğalanıb.
- Vəhşicəsinə
döyülmə nəticəsində hərbi əsir Cavid
Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları
sınıb. Ermənilər dəmir parçası ilə
Cavidin qoluna damğa basıb və yarasının üzərinə
kimyəvi turşu (kislota) töküblər
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 30 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 51 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib olunub. Dövlət Komissiyasına müraciət etmiş 87 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub. İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunub (2005-ci ildən ötən müddət ərzində 846 nəfər), adları siyahıdan çıxarılıb. Onlardan 57 nəfərin sağ, 45 nəfərinin isə döyüşlərin gedişində həlak olduğu və yaxınlarının tanıyaraq dəfn edildiyi, 60 nəfərin adının siyahıda təkrar keçdiyi müəyyənləşdirilib. Həmçinin araşdırmalar zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar olunub, adları müvafiq siyahıya salınıb. 25 dekabr 2008-ci il tarixinə olan məlumata görə, 4210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 39 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib, bu barədə arayışlar tərtib olunub. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 850 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 1190 nəfərin "şəxsi işi"i yaradılıb.
"Biz hərbi
gücümüzü artırırıq"
Prezident
İlham Əliyev: "Düzdür, bu, böyük vəsait
tələb edir, ancaq bunu etməliyik
Azərbaycan prezidenti İlham Əliyev Hövsan qəsəbəsində ikinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, eyni zamanda minik avtomobillərinin təqdim olunması mərasimində çıxış edərkən bir sıra məsələlərdən danışıb.
Hazırladı: Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2009.- 17 oktyabr.- S.13.