Azərbaycanda erməni terrorunun xronologiyası
10 sentyabr
1989-cu il: Daşnak terrorçusu tərəfindən
Qubadlı rayonunun Seytas kənd sakini Heydərov İbrahim
Xansuvar oğlu təsərrüfat işi görərkən Məzrədüzü
adlanan sahədə vəhşicəsinə qətlə
yetirilib;
15 sentyabr 1989-cu il: Daşnak
terrorçusu Gorus rayonunun Ağbulaq kənd sakini Bərxudar Əsgərovu
öz toy günündə evinə dönərkən qətlə
yetirib;
16 sentyabr 1989-cu il: Daşnak
terrorçusu tərəfindən Tiflis-Bakı marşrutu ilə
hərəkət edən sərnişin avtobusuna saat mexanizmiylə
təciz edilmiş partlayıcı qoyulur. Avtobus yola
salındıqdan 6 saat sonra Yevlax stansiyasında
partlamış, 5 nəfər həlak olub, 27 nəfər
ağır bədən xəsarəti alıb. Həlak olanlar
arasında 2 qadın və 5 yaşlı Azər Musayev
adlı uşaq da olub;
X yazı
18 sentyabr
1989-cu il: Daşnak terror qrupu Ağdam rayonunun Qiyaslı kəndinə
basqın edir. 2 nəfər
dinc kənd sakini qətlə yetirilir, 4 nəfər isə
güllə yarası alır;
05 oktyabr 1989-cu il: Səhər
saat 8 radələrində Kərkicahan qəsəbə sakinləri
11 yaşlı Nadir İbrahimov və 9 yaşlı
qardaşı Nicat həyətdə oynayarkən daşnak
terrorçusunun silahlı basqınına məruz qalıblar.
Hər iki qardaş baş nahiyəsindən güllə
yarası alıb;
07 oktyabr 1989-cu il: Daşnak
terrorçusu Abramyan Artur Artaşoviç Şuşa şəhərini
Ağdam şosse yoluyla birləşdirən Xəlfəliçay
üzərindəki Ağa körpüsünü
partladıb. Terrorçu həbs olunur. Mühakimə edilərək
15 il müddətinə azadlıqdan məhrum edilsə də,
sonralar əsir və girovlarla dəyişdirilib;
10 oktyabr 1989-cu il: Daşnak
terrorçuları Qaladərəsi kəndində bir Azərbaycan
türkünü qətlə yetiriblər;
10 oktyabr 1989-cu il: Daşnak
terrorçuları Turşu kəndinə həmlə ediblər,
14 yaşlı Kamil Axundov qətlə yetirilib;
06 noyabr 1989-cu il: Daşnak
terrorçuları Qarqar çayı üzərindəki
körpünü dağıdıb, Ağdam-Şuşa
yolundakı körpü isə partladılıb. Şuşa
ilə nəqliyyat əlaqəsi tam kəsilib;
08 noyabr 1989-cu il: 1920-ci ildə
ermənilərə neft, çörək, taxıl
çatdıran M.Əliyev, M.Məmmədov və S.Şəkibəyov
kimi kommunarların xatirəsinə ucaldılan, üstünə
"Duz-çörək güllələnmir"
yazılmış "Zaqafqaziya xalqlarının dostluq abidəsi"ni
partladan zaman keşiş Stepan Davutyan, icevanlı Aşot Məlikbekyan
həlak olub, volqoqradlı Andrey Kozlitin qəlpə yarası
alıb;
09 noyabr 1989-cu il: Daşnak
terrorçularının Laçın-Caqazur avtomobil yolunda
qoyduğu bombayla Laçın rayon tikinti idarələrinə
məxsus "Zil-130" markalı maşın
partladılıb, 4 nəfər yaralanıb;
14 noyabr 1989-cu il: Daşnak
terrorçuları tərəfindən Qubadlı rayonunun
Seytas kəndinin nabatçıları gülləbaran edilib.
Babaşov İnqilab Oruc oğlu qətlə yetirilir. Əliyev
Xəyyam isə ağır güllə yarası alıb;
15 noyabr 1989-cu il: Əsgəran
rayon sakini Şirinov Şirin Səməd oğlunu Meşəli
kəndi yaxınlığındakı Meydan deyilən sahədə
daşnak terrorçuları güllələyib,
aldığı ağır güllə yarasından xəstəxanada
keçinib;
17 noyabr 1989-cu il: Daşnak
terrorçuları Tuğ kənd məktəbinin 9-cu sinif
şagirdi Teyyub Süleymanovu qətlə yetirilib;
20 noyabr 1989-cu il: Daşnak
terrorçuları Kərkicahan-Şuşa yolunu iki yerdən
dağıdıblar;
26 noyabr 1989-cu il: Daşnak
terrorçuları Meğri rayonunun Nüvədi kəndinə
həmlə ediblər. 10 nəfər dinc sakin güllə
yarası alıb;
28 noyabr 1989-cu il: Daşnak terrorçuları Qubadlı rayonunun Davudlu və Novlu kəndləri arasındakı körpüdə sovxoz direktorunu gəzdirən maşına həmlə ediblər. Sovxoz direktoru Ələkbərov Qaçay Məcid oğlu və sürücüsü Hümbətəliyev Telman Rüstəm oğlunu qətlə yetiriblər. Novlu kənd Sovetinin sədri Mehdiyev Mehdi Qasım oğlunu isə girov götürüblər. Onun meyiti bir neçə aydan sonra Sisian rayonu ərazisində tapılıb;
07 dekabr 1989-cu il: Daşnak terrorçuları Martuni rayonunun Qaradağlı kənd sakini Tofiq Məmmədovun evini bomba ilə partladıblar, 17 nəfərlik ailə isti ocağından məhrum olub;
20 dekabr 1989-cu il: Daşnak terrorçuları Kərkicahan kəndinə həmlə ediblər. Nəticədə İslam İdris oğlu və Füzuli Rəhim oğlu güllə yarası alıblar;
23 dekabr 1989-cu il: Azadkənd-Hacıkənd (Xanlar rayonu) körpüsünü partlatmaq istərkən 4 daşnak terrorçusundan ikisi həlak olub, ikisi isə ağır qəlpə yarası alıb;
26 dekabr 1989-cu il: Məmməd Vəliyevin idarə etdiyi "UAZ-469" markalı 93-93 AQR dövlət nişanlı maşın Çaykəndində məskən salmış daşnak terrorçularının yolda basdırdıqları minaya düşüb. Partlayış nəticəsində özü ilə yanaşı 4 nəfər - 5 dinc sakin ağır qəlpə yarası və yanıqdan xəsarət alıblar;
03 yanvar 1990-cı il: Daşnak terrorçuları Xankəndində hərbi xidmətdə olan leytenant Əzizovu girov götürüblər;
03 yanvar 1990-cı il: Daşnak terrorçuları Kərəmli kəndinin (Ağdərə) çobanı Əşrəf Cəfərovu girov götürüb, 34 qoyunu aparıblar;
04 yanvar 1990-cı il: Daşnak terrorçusu Sərkisyan Qraçik Qriqoryeviçin başçılıq etdiyi qrup Əsgəran-Ağdam şose yolundakı dəmir-beton körpünü partladıb
05 yanvar 1990-cı il: Daşnak terrorçuları Şuşaya gedən su kəməri təkrar partladıb;
06 yanvar 1990-cı il: Daşnak terrorçusu tərəfindən Ağdam şəhər avtovağzalının binasında partlayış törədilir. İki nəfər həlak olur, iki nəfər isə qəlpə yarası alır;
07 yanvar 1990-cı il: Daşnak terrorçuları tərəfindən Xocalıya gedən dəmiryol xətti təkrar partladılır;
12 yanvar 1990-cı il: Daşnak terrorçularını İrəvandan gətirən üç vertolyot Xanlar rayonunun Quşçular kəndinin yaxınlığında yerə enir. Müasir silahlarla təchiz olunmuş terrorçular vertolyotlarla kəndə soxulublar. Qadınlara, uşaqlara, qocalara fərq qoymadan onlarla dinc kənd sakinlərini gülləbaran ediblər;
14 yanvar 1990-cı il: Daşnak terrorçuları vertolyotla Xanlar rayonunun Aşıqlar kəndinə həmlə ediblər. Bir nəfər qətlə yetirilib, xeyli adam yaralanıb. Toğana kəndindən 7 nəfər girov götürülüb. Rüzgar, Bəxtiyar, Abbasqulu adlı gənclər vəhşicəsinə öldürülüb;
15 yanvar 1990-cı il: Laçın rayonunun Hacılar kənd sakini Abduləzimov Allahverdi Fərman oğlu "Pirin yanı" deyilən sahədə qoyun növbəsində olarkən daşnak terrorçuları tərəfindən qətlə yetirilir. Növbətçi yoldaşı Əhmədov isə həmişəlik əlil qalır. Ermənilər qoyun sürüsünü çəkib aparırlar;
18 yanvar 1990-cı il: Ermənistan SSR-in Ararat rayonunda yuva qurmuş daşnak terror qrupu Naxçıvanın Kərki kəndinə son dəfə basqın edib. Əliyalın, dinc əhali erməni-daşnak faşizminin etnik təmizləmə siyasətinin günahsız qurbanlarına çevriliblər;
19 yanvar 1990-cı il: Daşnak terrorçuları Sədərək kəndini mərmi atəşinə tuturlar. Məhərrəm Seyidov, Etibar Əhmədov, Mirhəşim Seyidov, Məhəmməd Məmmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Nəsirovlar ailəsinin iki körpəsi - 7 yaşlı Elvin və 5 yaşlı Malik qəlpə yarasından həlak olmuşlar;
20 yanvar 1990-cı il: Ermənipərəst Qorbaçovun fərmanı ilə Bakıya tərkibində 600 nəfər erməni əsgər və zabiti olan və 180 daşnak terrorçusu daxil edilən ordu yeridilir. 171 nəfər dinc sakin qətlə yetirilib, 5 nəfər itkin düşüb. 800 nəfər güllə yarası alıb, yüzə yaxın müxtəlif markalı avtomaşın tankların altına salınıb, gülləbaran edilib. Şəhər təsərrüfatına 5 milyard rus rublu dəyərində maddi ziyan vurulub;
23 yanvar 1990-cı il: Daşnak terror qrupu Ağdam-Kəlbəcər elektrik hava xəttini Ağdərə-Mardakert rayonu ərazisində partladılıb. Bununla da Kəlbəcər rayonu elektrik enerjisindən məhrum edilib;
30 yanvar 1990-cı il: Daşnak terror qrupları Gədəbəy rayonunun Şınıx bölgəsinə soxulublar. Bölgənin əliyalın, dinc sakinləri 1936-cı il təvəllüdlü Xələfov Əsgəri, 1938-ci il təvəllüdlü Zeynalov Arifi, 1946-cı il təvəllüdlü Niftalıyev Fərhadı, 1953-cü il təvəllüdlü Hüseynov İbrahimi, 1957-ci il təvəllüdlü Qurbanov Əkbəri, 1961-ci il təvəllüdlü Vəliyev Məhərrəmi vəhşicəsinə qətlə yetiriblər. El ağsaqqalı, Güllü kənd sakini Cəfərov Hüseyni girov götürüblər;
13 fevral 1990-cı il: Daşnak Armen Mixayloviç Avenasyanın başçılıq etdiyi terror qrupu Yevlax-Laçın avtomagistralının 105-ci km-də Şuşa-Bakı istiqamətində hərəkət edən avtobusu partladıb. Nəticədə 2 sərnişin həlak olub, 13 nəfər qəlpə yarası alıb, terrorçular isə cəzasız qalıb;
10 mart 1990-cı il: Daşnak terrorçuları Gürcüstan SSR Marneuli rayonunun Sadaxlı kənd sakinini oğurlayıb. Bu günə qədər soydaşımızdan heç bir məlumat yoxdur;
18 mart 1990-cı il: Daşnak terror qrupu Mığrı ərazisində Bakı-Naxçıvan yük qatarına basqın edib, Zəngilan rayon sakinləri - maşinist Allahverdiyev İsmayıl İbiş oğlunu qəddarcasına döyüb, maşinist köməkçisi Qurbanov Elxan Ağamalı oğlunun isə başını kəsərək qətlə yetiriblər;
22 mart 1990-cı il: Daşnak terrorçuları Qazax rayonunun Aşağı Əskipara kəndinə həmlə ediblər. Məmmədov Məhəmməd ağır güllə yarası alıb;
24 mart 1990-cı il: Daşnak terror qrupu Qazax rayonunun Ermənistan SSR ilə həmsərhəd kəndi Bağanıs- Ayrım kəndinə basqın edib, yüz evlik kənd yerlə yeksan edilib. 1913-cü il təvəllüdlü kənd sakini Əliyev Dadaş Bayram oğlu, həyat yoldaşı, 1921-ci il təvəllüdlü Bəkizar Qulu qızı, qızları - 1956-cı il təvəllüdlü Havvaxanım, 1963-cü il təvəllüdlü Aliyə və ikiaylıq nəvəsi Hafizi ailənin ikimərtəbəli evində diri-diri yandırıblar. Ələ diri keçirdikləri kənd sakini, 1941-ci il təvəllüdlü Məmmədov Alməmməd Gülməmməd oğlunun əl-ayağını sarıyaraq həyətindəki ot tayasında yandırıblar. Qaçıb canını qurtarmağa çalışan Ənvər Əsgərovu və Məcid Əhmədovu yerlərindəcə güllələyiblər. Milis baş leytenantı Zirəddin Əliyev isə yaralanıb;
28 mart 1990-cı il: Daşnak terrorçuları Naxçıvanın Kərməçataq kəndinə həmlə ediblər. 38 yaşlı Vəli Zeynalov həlak olub;
29 mart 1990-cı il: Daşnak terrorçularının atəşi altında qalan Sədərəkdə 12 yaşlı qız uşağı ağır güllə yarası alıb.
Yazıçı-publisist Əlisahib Əroğulun araşdırmaları əsasında təqdim etdi:
"Biz hərbi gücümüzü artırırıq"
Prezident İlham Əliyev: "Düzdür, bu, böyük vəsait tələb edir, ancaq bunu etməliyik
Azərbaycan prezidenti İlham Əliyev Hövsan qəsəbəsində ikinci Dünya Müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, eyni zamanda minik avtomobillərinin təqdim olunması mərasimində çıxış edərkən bir sıra məsələlərdən danışıb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 17 oktyabr.- S.11.