"Türkologiya yenidən yazılmalıdır"

 

 Firidun Ağasıoğlu: "Tanınmış dilçilər Altay nəzəriyyəsinə şübhəylə baxırlar"

 

Bu yaxınlarda guya Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edən (halbuki sevinirdilər) həyasız ermənilər hətta dedilər, "biz bəşər mədəniyyətinə heç nə verməyən türklərlə bir yerdə ola bilmərik". Bu səviyyədə saxtakarlıq yalnız erməniyə xas ola bilər. Deməli, özümüzə, tariximizə yiyəlik duyğumuz ardıcıl olmalıdır ki, erməni kimi balacalar və onların havadarları ruhumuz, ağlımız üzərində at oynada bilməsinlər.

Azərbaycan türklərinin bu torpaqlara gəlmə olması cəfəngiyyatını qabardan düşmənlərimiz unudurlar ki, gəlmə xalq bu dərəcədə hər mənada zənginliyə malik ola bilməzdi.

Bir xalqın böyüklüyü, qeyri-adiliyi onun dilinin qüdrəti ilə ölçülür. Professor Firidun Ağasıoğlu deyir ki, türklərin sözləri zaman-zaman başqa dillərə keçib. Azərbaycan türkləri heç yana getməyiblər, miqrasiya etməyiblər:" Ümumən türklərin böyük bir hissəsi Qafqaz dağlarını aşıb, indiki Dağıstandan şimala qalxıblar. Bir hissəsi isə Azərbaycan, Orta Asiya üzərindən keçərək Altaya qədər gedib çıxıb. Nəzəriyyəni belə quranda hər şey öz yerini tutur. O ki deyirlər, Azərbaycana Ön Asiya türkləri gəlib; əslində onlar gəlmələr deyil, bu, onların qayıtmalarıdır. e.ə. 4-cü minillikdə buradan gedənlər, orada monqollarla, eləcə də digər etnoslarlaə qaynayıb-qarışıblar. Təbiidir ki, gəlmək ayrı, geri qayıtmaq ayrı məsələdir. Ən böyük nöqsan odur ki, türklərin qayıtmalarını ilk gəlmə kimi qələmə veriblər. Bütün bunları çözüb aydınlaşdıranda mənzərə çox aydınlaşır, müəyyən bir dəqiq qənaət hasil olur. Bu mənada Altay nəzəriyyəsini qəti şəkildə rədd etdim. Bu, təkcə mənim fikrim deyil. Tanınmış dilçilərin çoxu artıq Altay nəzəriyyəsinə şübhə ilə baxırlar. Hətta açıq yazırlar ki, bu nəzəriyyə özünü doğrultmadı. Sübut olunmamış bir nəzəriyyə ilə baş alıb getmədim."

Bu, tarixən bizi sevməyənlərin bu gün də uydurduqları "vəhşi türk" cəfəngiyyatına qarşıdır. Əslində türk mahiyyətcə özünün məskənində köç edib. Türk işğalçı olmayıb, o, hara gedibsə, özü ilə mədəniyyət, türk insanlığı aparıb: "Türk etnosu, türk dili Ön Asiyada yaranıb, semit, hind-avropa, qafqazdilli xalqları bura gəlmədilər. Bura ilk gələnlər şumerlər idi. Onlar eradan əvvəl 5-ci minilliyin sonlarında gəlmişdilər. Onlardan sonra akkadlar, assurlar gəlmişdilər. Şimaldan isə Hind-Avropa xalqları gəlmişdilər. İlk gələnlər hetlər idilər".

Quzey Qafqazdan isə türkün qədim yurduna ilk gələnlər hurrilər idi. Firidun Ağasıoğlu bu qənaətdədir: "Onların ardınca bura urartular gəlmişdilər. Gəliblər, burada türk tayfaları ilə ciddi təmasda olublar. Onların dillərində istənilən qədər sözlərimiz, deyimlərimiz qalıb. Buradan Altaya doğru böyük köçlər olub. Bu istiqaməti müəyyənləşdirən arxeoloji bölgələr var. Deyək ki, biri beşinci, biri üçüncü, biri də birinci ilə aiddirsə, qədimlik beşinci il götürülür, o istiqaməti müəyyənləşdirir. Məsələn, Mesopotamiyada olan mədəniyyət 500, 1000 ildən sonra görürsən, Orta Asiyada üzə çıxır. Sonra görürsən, bir az da Şərqə doğru uzaqlaşır. Antropologiya baxımından məsələyə yanaşsaq, bugünkü Azərbaycan türkləri hind-avropa irqinin Aralıq dənizi tipinə aiddir. Araşdırdığım son 7-8 minillik materiallar göstərir ki, o antropoloji tip Azərbaycanda dəyişməyib, əvvəlki kimi qalıb. Amma Şərqə doğru gedən türklərdə dəyişib, çünki onlar gedib monqollarla qaynayıb-qarışıblar, onlarda monqoloid cizgiləri əmələ gəlib".

Orta Asiyada yaşayan türklərdə yarıtürklük, yarımonqolluq xüsusiyyətləri aydın şəkildə sezilir: "Təbiidir, onlar getdiklərinə görə qarışıblar, biz getmədiyimiz üçün qarışmamışıq. Türk xalqlarını köçəri kimi təqdim edən məhz Altay nəzəriyyəsidir. Deyirlər ki, türklər Altayda doğulublar, köçəriliklə gəlib Anadoluya kimi çıxıblar. Ona görə də bizləri köçəri tayfalar sanırlar. Əslində belə deyil. Bu, qədim Atayurdda yaşayanlar oturaq türklərdir.

Həmin türklərin də ən bariz nümunəsi biz Azərbaycan türkləriyik. Bizdə köçərilik yoxdur. Türklərdə bağ-bostan, əkinçilik, heyvandarlıq minillərdir ki, davam edərək gəlir.

Doğuya və quzeyə gedən türklər təbiidir ki, oralarda özlərinə ikinci bir Atayurd qurublar. Bu, yarımköçərilikdir, türklər bu cür həyat tərzini də yaşayıblar. Bunlar isə Azərbaycan türklərinə xüsusi şəkildə aid deyil, şərqə və şimala gedən türklərin həyat tərzidir, onlarda da tam yox, yarımköçəri həyat tərzidir".

Firudin Ağasıoğlu bu qənaətdədir ki, yaylaq-qışlaq köçü köçərilik deyil: "Deyək ki, 3-4 min il qabaq qaşqaylar İranda hansı yaşamı yaşayırdılarsa, bu gün də həmin yaşamda davam edirlər. Bunlar ilin 4 ayını müəyyən marşrutlarla dövrə vururlar. Əsərlərimdə türk xalqları oturaqlara və yarımoturaqlara bölünür. Türk xalqları içərisində təmiz köçərilər olmayıb, yəni qaraçı mənasında; Hindistandan çıxan, farslarla qarışığı olan qaraçılar dünyanın hər tərəfinə yayılıblar, təmiz köçərilər onlardır."

Türkün sırf özünəməxsus cəhətləri çoxdur. Düzdür, irq deyəndə bura bir neçə millət aid edilir, ancaq bir çox xüsusiyyətlərinə görə türkü ayrıca irq saymaq olar. Hər halda türk bugünkü təsniflərə qətiyyən sığmır. Ancaq Firudin Ağasıoğlu bu məsələyə fərqli münasibət bəsləyir: "Çox təəssüf ki, türkü zaman-zaman aparıb monqollara bağlayıblar. Halbuki monqollar dünyada özəl bir irqdir. Bizim Azərbaycan Türklərinin o irqə qətiyyən aidiyyatı yoxdur. Şəxsən mən belə deməzdim ki, türklər ayrıca bir irqdir. Bu cür deyə bilərəm ki, türklər ayrıca bir etnosdur. Zəncilər avropoid irqinə mənsubdur. Avropa xalqlarının hamısı Hind-Avropa irqi sayılır. Ön Asiyada, Aralıq dənizi ətrafında yaşayan qədim insanlar avropoid tipidir. Yəni irqlə milləti qarışdırmamalıyıq. Bir irqdə 8-9 millət ola bilər. Amma bir millətdə bir neçə irqi axtarmaq düz deyil. Türk millətinin aid olduğu irq hind-avropa irqidir. Biz də o böyük toplumun içindəyik, ancaq etnos kimi bu, elə bir etnosdur ki, heç kimə aidiyyatı yoxdur. Dünyanın ən qədim etnoslarından biridir, çünki bunun dili çox qədimdən formalaşmağa başlayıb. Münasibətdə olduğu xalqların dilində çoxlu sözlərimizə rast gəlirik. Türk etnosu ən qədim xalqlardan biridir və dili dünya dilləri içərisində fantastik özəllikləri olan bir dildir. Ancaq tutalım ki, 5 yüz il əvvəlki ərəb dilini ərəblər oxuyub başa düşə bilmirlər. 10 yüz il bundan qabaqkı fars dilini bugünkü farslar oxuyub başa düşə bilmirlər. Erməni dilini də ermənilər. Puşkindən qabaqkı rus dilini bugünkü rus ziyalısı oxuyub başa düşə bilmir. Di gəl ki, türk etnosunun dili çox qədimdən inkişaf edə-edə gəlib, elə bir mərhələyə çatıb ki, artıq bundan sonra dəyişmir, öz konservativliyini saxlayır. Dünya dillərində yeganə dildir ki, bunun dilində başqa dildən alınma bir dənə də olsun fel yoxdur. Bu gün yüzlərlə fakt var ki, türk etnosu digər etnoslardan özəlliklərilə fərqlənir. Bunun əksəriyyəti müsbət cəhətlərdir. Türk ədəbiyyatında, mifologiyasında, dastanlarında, musiqisində, mətbəx mədəniyyətində, heyvandarlıqda, dövlət quruculuğunda və başqa sahələrdəki qeyri-adiliklərini təhlil edəndə görürsən ki, bu xalq həmişə özünəməxsus olub".

Ancaq çox təəssüf ki, bu etnosu həmişə "cavanlaşdırıblar": "Deyiblər ki, sənin uzağı 2-3 min il tarixin var, köçərisən, gəlib buradakı xalqları öldürüb, torpaqlarını qəsb edib dövlətlər qurmusan. Zaman-zaman bizim türkoloqlara bunu aşılayıblar. Bizim türkoloqlar da bu sindromdan çıxa bilməyiblər. Bu və digər səbəblərdən türkü sevməyənlərin türkologiyanı "dalana dirəməsi" çox asanlaşıb. Məhz bu səbəblərdən türkologiya elmi yenidən başlanmalıdır. Bu elm istiqamətini düzgün götürməlidir".

Şumer-türk əlaqələrini qohumluq yox, əlaqə üzərində yaranmış yaxınlıq sayan Firudin Ağasıoğlu deyir ki, ilk növbədə qohumluq antropoloji baxımdan olmalıdır: "Şumerlərin antropologiyası türklərin antropologiyasından fərqlidir. Digər tərəfdən də etnoqrafik oxşarlıq olmalıdır. Halbuki etnoqrafiyada böyük fərqlər var. Məsələn, ölübasdırma adətini götürək. Qədim türklər ölülərini bükülü basdırıblar. Yəni dizi yuxarı, dirsəkdən qatlanmış, əli başının altında. Bu, türkün klassik ölübasdırma adətidir. Hara gedibsə, ölüsünü beləcə basdırıb. Amma şumerlər ölülərini uzanmış halda basdırıblar. Belə misalları çox çəkmək olar. Şumerlərin bura gəlməsini bütün şumeroloqlar istisnasız olaraq deyirlər. Ancaq biz onlardan fərqli olaraq buralara gəlməmişik. Üçüncüsü, mən dilçiyəm və dil faktlarına əsaslanıram. Şumer dilində çoxlu türkizmlər var. Ancaq bu, o demək deyil ki, şumer dili türk dilidir. Şumer dilinin qrammatikası bəllidir, yazıları, mətnləri var. Şumer dilində yazılmış mətnlər yığılsa, böyük bir kitabxana əmələ gələr.

Ancaq şumer dilinin qrammatikası ilə türk dilinin qrammatikası arasında fərqlər var. Şumer dilində bizim çoxlu sözlərimiz var. Erməni dilində də bizim 30 faiz sözlərimiz var. Yaxud da akkad dili. Məlumdur ki, akkad dili sami dilidir, yəni bunlar indiki ərəblərin dilidir. Onların da dilində türkizmlər var. İndi biz durub onlara türk deyə bilmərik ki? Halbuki şumerlərdən sonra akkadlar gəlib, şumerləri öz içərilərində əridiblər".

Professor Elməddin Əlibəyzadə isə deyir: ""Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi" adlı kitabımda "Bibliya" ilə qədim Şumer mifləri və dastanlarının arasında müqayisələr aparmışam. Məlum olur ki, eynilə qədim Şərqdə dini məsələlər "Bibliya"ya köçürülüb, tərcümə olunub. Elə yerlər var, vergülünə də söz yoxdur. Z.Kasidolski müqayisələr apararaq bu qənaətə gəlir. Zərdüşt peyğəmbər dünya miqyasında elə iş görüb ki, ona bərabər heç kəs yoxdur. Ancaq Zərdüştün üzərinə qara pərdə çəkiblər. Heç şübhəsiz ki, Zərdüşt şumer mədəniyyətilə dərindən tanış imiş. Belə fikirlər də var ki, şumerlər tamam başqa bir sivilizasiyanın sorağı olub. Fikrimcə, şumerlər insanlığın yaranışı ilə əlaqədar olan sivilizasiyadır. "Kainatın və insanın yaranması" mifinin tarixi təxminən 45-50 min il göstərilir. Şumerlərin sivilizasiya mədəniyyətinin yüksəlməsi dövrü eramızdan əvvəl V-IV minilliklərə təsadüf edir. Həmin dövrdən 9 poema qalıb ki, onlardan biri "Bilqamıs" dastanıdır. Dünyanın bütün tanınmış alimləri bu qənaətdədir ki, bu, türk mədəniyyətidir. Şumerin mərkəzi şəhərinin adı "Uruq" olub. Bu gün "Uruq" sözü dilimizdə həm şəxs adı, həm də qarğış kimi işlənilir: "Uruq turğun üzülsün". Yəni nəslin-kökün kəsilsin. Eləcə də Bilqamıs adı belə yozulur: "Hər şeyi bilən adamın dastanı". "Bil" türk sözüdür, "bilmək" anlamındandır, "qamu" isə "hamı" sözünün qədim türk formasıdır".    AKP TRT-2-ni öz oyununa qoşub

 Kanal Əbülfəz Elçibəy haqqında qərəzli məlumatlar yayır

Türkiyədə hakimiyyətdə olan AKP yetkililəri Türkiyə-Ermənistan sərhədlərini açmaq məsələsini gündəmə gətirəndə və buna Azərbaycan təpki göstərəndə o zaman mətbuatda erməni politoloq Ruben Safrastyan bir açıqlama səsləndirdi.

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 20 oktyabr.- S.14.