Azərbaycanda erməni terrorunun xronologiyası

 

05 aprel 1990-cı il: Tərtər-Kəlbəcər marşrutu ilə hərəkət edən sərnişin avtobusunu daşnak terrorçuları gülləbaran ediblər. Nəticədə Bağlıpəyə kəndinin sakini Aslan Xıdırov qətlə yetirilib, iki sərnişin isə ağır güllə yarası alıb;

10 aprel 1990-cı il: Daşnak terrorçusu Laçın rayonunun Sadınlar kənd sakini İbrahimov Cavanşir Sarı oğlunu "Meşə başı" deyilən sahədə təsərrüfat işi gördüyü yerdə qətlə yetirilib;

 

XI yazı

 

30 aprel 1990-cı il: Gürcüstanın Qasımlı kəndinin bir sakini və onun Azərbaycandan gəlmiş qonağını daşnak terrorçuları oğurlayıb;

15-16 may 1990-cı il: Daşnak terrorçuları Tuğ kəndini dalbadal atəşə tutub, kənd sakini A.İsmayılov ağır güllə yarası alıb;

24 may 1990-cı il: Daşnak terrorçuları Xankəndi şəhərində keşik çəkən hərbçiləri atəşə tutublar. V.Kirillov adlı hərbçi qətlə yetirilib, 4 hərbçi isə ağır güllə yarası alıb;

26 may 1990-cı il: Daşnak terrorçuları Qazax rayonunun Ermənistanla həmsərhəd Əskipara kəndinin uşaq bağçasını raket atəşiylə dağıdıblar;

26 may 1990-cı il: Kəlbəcərdən Bərdəyə gedən avtomobil karvanı Ağdərə ərazisində daşnak təxribatçıları daşqalaq edib. Nəticədə xeyli adam bədən xəsarəti alıb, maşınlara ciddi zərər vurublar;

27 may 1990-cı il: Daşnak terrorçuları Xanlar rayonunun Oktyabr kənd sakini T.İbrahimovu girov götürüblər;

29 may 1990-cı il: A.Qurbanovun idarə etdiyi maşın Ağdam-Vəng yolunun Ağdərə ərazisində daşnak terrorçularının basdırdığı minaya düşüb;

30 may 1990-cı il: Ağdam-Şuşa xətti ilə hərəkət edən 17 maşın Əsgəran ərazisində daşnak təxribatçıları daşqalaq edib. Xeyli adam bədən xəsarəti alıb;

27-31 may 1990-cı il: Daşnak terrorçuları Şahbuz rayonunun Kərməçataq, Babək və Culfa rayonlarının Ermənistanla həmsərhəd kəndləri atəşə tutulub, ölən və yaralananlar olub;

02 iyun 1990-cı il: Daşnak terrorçuları Əsgəran rayonunun Badara-Daşbulaq kəndləri arasındakı keçidi partladıb;

08 iyun 1990-cı il: Azərbaycan vətəndaşları K.Bayramov və Ç.Mustafayev QAZ-24 avtomobilində Gürcüstana gedərkən Marneuli ərazisində 5 daşnak terrorçusu girov götürülərək Ermənistana aparılıb. Burada onları vəhşicəsinə döydükdən sonra K.Bayramovu buraxıblar. Ç.Mustafayevi qaytarmaq üçün isə 100 min rubl istəyiblər;

08 iyun 1990-cı il: Şuşa-Mingəçevir avtobus marşrutunun sürücüsü F.Salahovu Xankəndi ərazisində daşnak terrorçuları vəhşicəsinə döyüb, Laçın-Şuşa marşrutunun sürücüsü A.Abbasov isə güllə yarası alıb;

09 iyun 1990-cı il: Daşnak terrorçuları Şahbuz rayonundakı C.Cabbarlı adına sovxozun çobanlarına hücum edərək 90 baş davarı, Kəlbəcərin Söyüdlü yaylağında çobanlara hücum edərək 747 baş davarı sürüb aparıblar;

11 iyun 1990-cı il: Daşnak terror qrupu Kəlbəcərin Yellicə kəndinin çobanlarına basqın edib. B.Cəbrayılov və oğlanları Eldar, Ələkbər ağır güllə yarası alıblar. Eldarın həyatını xilas etmək mümkün olmayıb. Terrorçular 600 baş qoyunu və 20 baş mal-qaranı çəkib aparıblar;

13 iyun 1990-cı il: Şuşalı sürücülər N.Muxtarov və A.Quliyevin avtomobillərini Əsgəran və Xankəndi ərazisində daşnak təxribatçıları daşqalaq edib. Hər iki sürücü ağır bədən xəsarəti alıb, maşınları yararsız hala düşüb;

14 iyun 1990-cı il: Daşnak terror qrupu Əsgəran rayonunun Meşəli kəndindən qayıdan maşınlara basqın edib, sıravi əsgər R.Koretski, Xocalı sakinləri V.Ağalarov və M.Həmidov güllə yarası alıblar;

21 iyun 1990-cı il: Daşnak terrorçuları Laçın rayonunun Köhnəkənd sakinləri - ata Səlimov Kamal Bəşir oğlunu və 14 yaşlı oğlu Elçini naxır otardıqları "Seyidlər" adlanan otlaq sahəsində qətlə yetiriblər. Atanın gözləri çıxarılıb, dili kəsilib, oğlunun kəllə nahiyəsi süngüylə deşilib;

21 iyun 1990-cı il: Daşnak terrorçuları Şuşa şəhərində ezamiyyətdə olan E.Əliyevi girov götürüblər. Həyat yoldaşına göndərdikləri məktubda bildiriblər ki, əriniz ancaq aprel ayında həbs olunmuş daşnak terrorçusu V.Musaelyanla dəyişmək yoluyla azad oluna bilər;

23 iyun 1990-cı il: Daşnak terrorçuları Gədəbəyin Hacılar kəndinə hücum edərək 31 baş mal-qaranı sürüb aparıblar;

24 iyun 1990-cı il: Daşnak terror qrupu Kəlbəcərin "Tağıdərəsi" və "Üçtəpə" yaylaqlarına basqın edi,lər. Ağcabədi rayonunun N.Nərimanov adına və Ş.Qurbanov adına kolxozlarına məxsus 2000 baş qoyunu, 13 baş mal-qaranı və dörd atı qənimət kimi aparı,lar;

26 iyun 1990-cı il: Daşnak terrorçuları Gədəbəyin Göyəli kəndinə basqın edi,lər. Dinc sakinlərdən İ.Nuriyev, M.Nağıyev və İ.Orucov qətlə yetirili,. İ.İsmayılov itkin düşür. İ.Muradov ağır güllə yarası alıb;

06 iyul 1990-cı il: Daşnak terrorçuları Hadrut rayonunun Müşfiqabad kənd sakini M.Hacıyevi qətlə yetirib;

11 iyul 1990-cı il: Daşnak terrorçusu Aşot Misaqoviçin başçılıq etdiyi qrup Tərtərdən Kəlbəcərə mülki yük və sərnişin aparan avtomobil karvanına Ağdərə rayonunun Getavan və Çərəkdar kəndləri arasındakı "Otaq qaya" adlanan yerdə basqın edir. Üç nəfər (bir qadın - Çimnaz İsmayılova) qətlə yetirilir; 29 nəfər isə ağır güllə yarası alıb;

12 iyul 1990-cı il: Daşnak terrorçuları Laçın rayonunun Minkəndinin "Quşxana" kövşəninə basqın ediblər. 2060 baş davarı sürüb aparıblar;

15 iyul 1990-cı il: Daşnak terrorçularının dəfələrlə hədələdiyi (milli ədavətin əleyhdarı olduğuna görə) Xankəndi təyyarə limanının rəisi Yevgeniya İşxanyanın evinə bomba atılıb. Qadın qətlə yetirilib, əri isə ağır qəlpə yarası alıb;

15 iyul 1990-cı il: Şahbuz rayonunun Şada kənd sakini R.Rüstəmovu daşnak terrorçuları girov götürülüb;

17 iyul 1990-cı il: Daşnak terror qrupu Laçının Ağanis kəndinə hücum edib. Ş.Xəlilov ayağından güllə yarası alıb;

26 iyul 1990-cı il: Daşnak terrorçuları Vedinin Yeni Həyat kəndinin sakini Süleymanov Şamo Əli oğlunun Əyircə yaylağındakı yurd yerinə basqın ediblər. 74 yaşlı Şamo Süleymanov, həyat yoldaşı 70 yaşlı Seyran Yusifovanı və köməkçiləri 62 yaşlı Gözəl Həsənovanı qətlə yetiriblər. Hər üç cəsədin üstünə benzin töküb odlayıblar. Əmlakını, mal-pulunu qarət ediblər;

31 iyul 1990-cı il: Azərbaycandan Gürcüstana qonaq qismində getmiş iki Şəmkir sakini Şulaverdə daşnak terrorçularının hücumuna məruz qalıb. Onlardan biri qətlə yetirilib, ikincisi isə girov qismində Ermənistana aparılıb;

02 avqust 1990-cı il: Daşnak terror qruplaşması İrəvanda hərbi hissə anbarına basqın ediblər. 165 ədəd reaktiv oqnemyot və onun 102 ədəd başlığını 675 ədəd siqnal raketini ələ keçiriblər;

03 avqust 1990-cı il: Mığrının Kərcivan dəmiryol stansiyasında Bakı-Noraşen sərnişin qatarını daşnak təxribatçıları daşqalaq edib. Sərnişinlərdən A.Ağayeva ağır bədən xəsarəti alıb;

03 avqust 1990-cı il: Gürcüstan SSR Marneuli rayonunun Ahlı kənd sakini daşnak terrorçusu avtomat silahla qətlə yetirilib;

09 avqust 1990-cı il: Daşnak terrorçuları Kəlbəcərin Söyüdlü yaylağına basqın edib, 279 baş mal-qaranı sürüb aparıblar;

10 avqust 1990-cı il: Daşnak terrorçusu Armen Mixayloviç Avanesyanın başçılıq etdiyi terror qrupu Tiflis-Ağdam istiqamətində hərəkət edən sərnişin avtobusunda partlayış törədib, nəticədə 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Terror qrupu ikinci dəfə 1991-ci il iyun ayının 17-də həmin istiqamətdə hərəkət edən avtobusu partlatmaq istərkən cinayət başında yaxalanır. Armen Mixayloviç Avanesyan və Mixail Mixayloviç Tatevosov cinayət məsuliyyətinə cəlb olunur, cinayətin 3-cü iştirakçısı Vaçaqan Roçikoviç Ovanesyan barəsində axtarış elan edilib. 1992-ci ilin mayında keçirilən məhkəmə iclasının qərarı ilə A.M.Avanesyan ölüm, M.M.Tatevosov 15 illik həbs cəzasına məhkum olunublar. Elə həmin ayda M.Tatevosov, sonra isə A.Avanesyan girovlarla dəyişdirilib;

10 avqust 1990-cı il: Daşnak terrorçuları Əsgəran rayonunun Kosalar kəndinə gedən maşın dəstəsinə Xankəndi ərazisində basqın edib, 15 maşını sıradan çıxarırlar. Xeyli adam bədən xəsarəti alıb;

10 avqust 1990-cı il: Daşnak terror qrupu "Şəmkir-Gəncə" avtomobil yolunda sərnişin avtobusu partladıb. 17 nəfər həlak olur, 26 nəfər yaralanıb;

10 avqust 1990-cı il: 8 nəfərlik daşnak terror qrupu Tovuz rayonunun Göyəbaxan kəndinin kövşəninə basqın ediblər. İki nəfəri girov götürüb, 279 baş mal-qaranı sürüb aparıblar;

11 avqust 1990-cı il: Daşnak terrorçuları Kəlbəcərin Alalar kəndinə basqın edib, 45 baş mal-qaranı sürüb aparıblar;

14 avqust 1990-cı il: Daşnak terrorçuları Şuşa-Ağdam avtobusunu daşqalaq ediblər. Sürücü M.Əliyev baş nahiyəsindən ağır xəsarət alıb;

16 avqust 1990-cı il: Daşnak terrorçuları Füzuli şəhəri ilə Dövlətyarlı kəndini birləşdirən Köndələn çayı üzərindəki körpünü partladıblar;

17 avqust 1990-cı il: Qazax rayonunun Yuxarı Əskipara kəndi daşnak terrorçularının həmləsinə məruz qalır. F.Mehtiyev qətlə yetirilib, V.Həsənov, N.Eminov yaralanıblar;

19 avqust 1990-cı il: Daşnak terrorçuları Əskipara-Qazax marşrutu ilə işləyən sərnişin avtobusuna həmlə ediblər. İki dinc sakin qətlə yetirilib. Milis əməkdaşı Ş.Çobanov və milis kapitanı A.Məmmədov həlak olub. İki milis əməkdaşı və iki mülki şəxs güllə yarası alıb;

24 avqust 1990-cı il: Kəlbəcər rayonunun Alalar kənd sakini B.Ramazanovu daşnak terrorçuları girov götürüb;

24 avqust 1990-cı il: Daşnak terrorçuları Xankəndi ərazisində R.Ələkbərovun idarə etdiyi QAZ-24 markalı maşınının yolunu kəsərək onu ailəsi ilə birlikdə yerə düşürüblər. Bütün ailəni qaz balonu vasitəsilə boğmağa cəhd göstəriblər. Huşunu itirmiş ata və körpələri daxili qoşun əsgərlərinin köməyi ilə ölümün pəncəsindən xilas olublar;

Yazıçı-publisist Əlisahib Əroğulun araşdırmaları əsasında təqdim etdi:

Kanal Əbülfəz Elçibəy haqqında qərəzli məlumatlar yayır

Türkiyədə hakimiyyətdə olan AKP yetkililəri Türkiyə-Ermənistan sərhədlərini açmaq məsələsini gündəmə gətirəndə və buna Azərbaycan təpki göstərəndə o zaman mətbuatda erməni politoloq Ruben Safrastyan bir açıqlama səsləndirdi.

 

 

Elçin Qaliboğlu   

 

Xalq Cəbhəsi.- 2009.- 20 oktyabr.- S.11.