"Arxayınçılığımız başımıza çox bəlalar açıb"

 

 Allahyar Yolçiyev: "Terrorlar, şayiələr, cəfəng informasiyalar ermənilər üçün adi işlərdir"

 

Tarix boyu qazandığımız böyük nailiyyətlərə baxmayaraq daha çox itirmişik. Professor Allahyar Yolçiyev indi Ermənistan adlandırılan, ancaq tarixən əzəli türk məskəni olan Qərbi Azərbaycanda dünyaya göz açıb. Gerçəkdir ki, heç bir zaman o torpaqlar erməninin olmayıb. A.Yolçiyev torpaq itkilərimizin səbəbləri, erməni xisləti barədə özünəməxsus qənaətlərə malikdir: "Kaş ki, xalqımın min bir əzabla yurdumuzun böyük bir parçasından didərgin düşdüyünü görməyəydim. Bu, təkcə bizim üçün yox, həm də gələcək nəsillər üçün böyük dərddir. Dünyaya göz açdığım torpaqların düşmənə qalması məni çox ağrıdır".

Görəsən, düşmənə istənilən səviyyədə müqavimət göstərilməməsinin səbəbi nədə idi? Onun fikrincə, tarix boyu türk xalqı həmişə öz qəhrəmanlığı ilə başqa xalqları heyrətləndirib: "Türklər həmişə sülhsevər və döyüşkən olublar. Onlar heç zaman təslim olmağı ağıllarına belə gətirməyiblər. Ancaq tarixin son dönəmləri düzlük, ədalət, həqiqət sevən türklər üçün daha çətin oldu. Dünya düzlüyü sevmir. Dünya ikiüzlülərin tərəfini saxlayır. Yaranışdan bəri murdarlığı, xəyanəti, ikiüzlülüyü özünün həyat amalına çevirən ermənilər dünyanın halına çox gözəl uyğunlaşa bildilər, türklərə qarşı dünyanın əlində bir alət oldular. Etiraf edək ki, biz müasir dünyanın nəbzini tuta bilmədik, hadisələrin sonunun nə ilə nəticələnəcəyini əvvəlcədən dərk etmədik. Bu səbəbdən də məlum hadisələr başımıza gəldi. Ermənilər həmişə türklərə qarşı amansız olublar. Tarix boyu heç bir qəhrəmanlığı olmayan ermənilər həmişə özlərini bu torpaqda köklü bir xalq kimi təqdim etməyə çalışıblar. Ermənilər yüzillərdir türklərə qarşı mübarizə aparmaqdadırlar. Bu haqsız mübarizədə onlar bütün antiinsani üsullardan istifadə edirlər. Terrorlar, şayiələr, cəfəng informasiyalar onlar üçün adi işlərdir. Erməni ikiüzlülüyünün başqa bir cəhəti isə onların daim üzlərini dünyaya tutaraq türklərdən şikayət etməsidir. Guya ki, genosidi ermənilər yox, məhz türklər ermənilərə qarşı törədiblər. Amma tarixdən məlumdur ki, hələ XIX yüzilin axırlarından xüsusi şəkildə fəaliyyətə başlayan erməni terror təşkilatları, başda "Daşnaksütun" partiyası olmaqla türklərə qarşı ardıcıl şəkildə terror əməllərinə başlayıblar".

Türklər böyük tarix yaratdıqları halda böyük tarix yazmayıblar. A.Yolçiyev bunu türkün böyük səhvi sayır: "Səhvidir ki, yaratdıqlarını ardıcıl olaraq kitablaşdıra bilməyib. Digər tərəfdən də türk ardıcıl olaraq böyük əməllər ortaya qoyub, ömrü, günü döyüşlərdə qəhrəmanlıqlar göstərməklə keçib. Türk həm də incə qəlbli, böyük ürəkli olmasını incəsənətin bütün sahələrində yaratdığı qiymətli nümunələrdə sübut edib. Türk haqqında tarixi daha çox əslən türk olmayanlar yazıb. Bu isə bizi sevməyənlərə türklər haqqında çox zaman ağıllarına gələni yazmağa imkan verib. Arxayınçılığımız da başımıza çox bəlalar açıb. Tale elə gətirib ki, ermənilərlə bir yerdə yaşamağa məcbur olmuşuq. Mən nənə-babalarımdan ermənilər haqqında eşitdiyimi ağlım kəsdikcə reallıqda görmüşəm. Ermənilər hər an bizə zərbə vurmaq üçün fürsət gözləyiblər. Erməni paxıl, acgöz millətdir. Erməni heç vaxt ucalmayacaq, arzusu həmişə gözündə qalacaq. Lakin bizim həmişə ayıq-sayıq olmağımız olduqca vacibdir. Gec-tez ermənilər dünyanın gözündən düşəcək. Çünki fırıldaqla, haqsızlıqla var olmaq mümkün deyil. Ermənilərin fırıldaqçılığını, murdarlığını dünya da etiraf edəcək. Ermənilərin başımıza gətirdiyi zülmlər barədə babamdan çox eşitmişəm. Belə hadisələrdən biri də 1914-17-ci illərdə olub. Mənim ata-baba yurdum indi Kirovakan adlandırılan Qarakilsədir. Ermənilər Qarakilsədə türklərə qarşı təsəvvürəgəlməz qırğınlar törədiblər. Əhali Türkiyəyə üz tutmağa məcbur olub. Əgər türk ordusu yetişməsəydi, vəziyyət daha gərgin olardı. Bir müddət Qarsda yaşayan camaat vətənə qayıtmaq üçün köməklik göstərilməsini türk paşasından xahiş edir. Paşa onlara deyib ki, bəlkə bir müddət gözləyəsiniz? Çünki ermənilər yenə də sizə qarşı vəhşilik törədə bilərlər. Lakin insanlar yurdan ötəri çox darıxdıqlarından paşa onların istəklərinə qarşı çıxmayıb. Camaat yurduna qayıtdıqdan sonra da ermənilər onların başına müxtəlif dövrlərdə çoxlu müsibətlər gətiriblər. Bunların ən dəhşətlisi 1988-ci ildə oldu. 1988-ci ildə ermənilərə qarşı böyük müqavimət göstərmək mümkün olmadı. Bu zaman artıq tarix tamam dəyişmişdi. Ermənilər o torpaqlarda bütünlüklə bərkimişdilər. Sovet imperiyası erməniləri ardıcıl olaraq himayə edirdi. Ermənilər həmişə sovet imperiyasının əlində türklərə qarşı alət olub. Bu səbəbdən onlara qarşı mübarizə aparmaq təəssüf ki, bəhrəsini verməyəcəkdi. Digər tərəfdən də bizlər sovet hakimiyyətinə çox inanırdıq. Hesab edirdik ki, ədalətli sayılan dövlətdə ermənilər at oynada bilməyəcəklər. Lakin bu, xülyadan başqa bir şey deyilmiş. Arxayınlaşdıq, bu səbəbdən də ermənilərə dov gələ bilmədik. Tarixi dədə-baba torpaqlarımızı tərk etməyə məcbur olduq. Babamdan eşitdiyim bir dəhşətli hadisəni danışmaq istəyirəm. Ermənilər 1916-cı ildə Qarakilsənin 2 kilometrliyində yerləşən Almalı kəndinin qadınlarını və uşaqlarını aldadaraq böyük bir fermaya doldurub, od vurub yandırıblar. Babam danışırdı ki, bir ay oradan yanmış ət qoxusu gəlirmiş".

A.Yolçiyev gəncliyində Ermənistanda təhsil alan əksər azərbaycanlılar kimi Bakıya gəlməyə üstünlük verib. Bunun da səbəbi aydın idi: ermənilər orada yaşayan soydaşlarımızı daim gözümçıxdıya salırdılar: "Ermənilər nə yolla olur-olsun, azərbaycanlıları perikdirməyə, o torpaqlardan dərbədər etməyə çalışırdılar. Mən görürdüm ki, savadsız azərbaycanlıları müxtəlif bəhanələrlə şərləyir, onları daim təzyiq altında saxlayırdılar. Lakin savadlı azərbaycanlılara qarşı istənilən üsula əl ata bilmirdilər. Bu səbəbdən də qərara aldım ki, elmlə məşğul olum, xalqıma, elimə yarayım.

Erməninin heç vaxt elmi olmayıb. Ermənilər öz istəklərinə yalanla, fırıldaqla çatıblar. Hələ cavanlıqda dərk edirdim ki, yalnız elmi potensialımızın yüksək olması ilə biz başqa millətlərlə bir sırada dayana bilərik. Müasir dövrdə yalnız yüksək intellektlə millət özünə layiqli yer tuta bilər. Azərbaycanın elmi potensialı yüksəkdir. Azərbaycanın adını ucaldan xeyli alimlərimiz var. Elm sonsuz bir ümmana bənzəyir. Əlbəttə, hər bir alim istəyər ki, onun özünəməxsus ideyaları olsun, bu ideyalar praktikada öz reallığını tapsın. Hələ gəncliyimdən təkcə kimya ilə yox, eyni zamanda bir neçə elmlə məşğul olmağa başladım. Çünki universal biliklərə yiyələnmədən elmin bu və ya digər sahəsində özünəməxsus fikir söyləmək olduqca çətindir. Xüsusən təbabətlə, ekologiya ilə daha çox məşğul olmuşam. Təəssüf ki, müasir elmlər insanı öyrəndiyi dərəcədə də başlıca problemi həll edə bilmir. Bütün elmlərin məqsədi insanın rifahına xidmətdən ibarət olmalıdır. Ekoloji problemlərin bu səviyyədə artması məni çox narahat edir. Araşdırmalarım, gəldiyim elmi qənaətlər ekoloji problemlərin nəinki Azərbaycanda, eləcə də bütün dünyada həllinə əhəmiyyətli dərəcədə kömək edə bilər. Günəş enerjisinin, təbii maqnit sahəsinin, təbii radiasiya sahəsinin insanların sağlamlığına təsiri məsələsini diqqətlə öyrəndim. Maqnitli su, maqnitli massaj, maqnitli dalğa rezonansı, maqnitli kombinezon və sair bu yöndə uğurlu nəticələr alınıb. Qəti əminəm ki, bu ideyaların ilk növbədə Azərbaycanda tətbiqi nəticəsində ölkədə əhalinin sağlamlıqla bağlı problemləri xeyli azalar, istehsalın səviyyəsi yüksələr. Azərbaycanın unikal iqlim xüsusiyyəti var. İnkişaf üç şərtdən asılıdır: günəş enerjisi, təbii maqnit və təbii radiasiya sahəsi. Məqsəd odur ki, həyatdakı, təbiətdəki təbii harmoniyanı qoruyub saxlamaq mümkün olsun. O zaman insanların ruhi-rəvanlığı da indikindən qat-qat yüksək olacaq".   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009.- 28 oktyabr.- S.14.