Azərbaycanda erməni terrorunun
xronologiyası
17 dekabr 1990-cı il: Şərur
rayonunda pusqu quran daşnak terrorçuları 23 yaşlı
milis işçisi F.Əliyevi və mülki şəxs
İ.Hacıyevi vəhşicəsinə qətlə yetiriblər.
Dinc sakin F.Abdullayev güllə yarası alıb;
18 dekabr 1990-cı il: daşnak
terrorçuları Daşkəsən rayonunun Lenin adına
sovxozun otlaq sahəsinə basqın ediblər. 27 yaşlı
R.İsmayılovu girov götürərək 500 baş qoyun
sürüsünü aparıblar;
* 09 yanvar 1991-ci il:
Qaradağlı kəndinə gedən "UAZ-469"
markalı 53-55 AQT dövlət nişanlı minik
maşını daşnak terrorçuları tərəfindən
gülləbaran edilib. Qaradağlı kənd sakini S.Bayramov
yerindəcə həlak olub, sürücü N.Səmədov
isə ağır güllə yarası alıb;
13-cü yazı
09 yanvar 1991-ci il:
daşnak Arno Mixayıloviç Mkrtıçyanın rəhbərlik
etdiyi terror qrupu tərəfindən Laçın-Şuşa
yolunun 5-ci km-də "Molodyoj Azerbaydjana" qəzetinin
müxbiri Salatın Əsgərova və Sovet ordusunun 3
zabitinin oturduğu avtomobil gülləbaran edilib. 4 nəfər
həlak olub. Terrorçular ələ keçib, mühakimə
ediliblər. Terrorçulardan Mkrtıçyan A.M., Arustamyan
Q.M., Zakaryan A.A., Sərkisyan M.S., Osipyan Y.R. 15 il, Qriqoryan Q.S. isə
5 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq
terrorçular 1996-cı il mayın 8-də birtərəfli
qaydada Ermənistana veriliblər;
19 yanvar 1991-ci il: Baqmanyan Akop
Qavruşoviç, Baqmanyan Samvel Qavruşoviç və
Antonyan Artuş Qriqoryeviçdən ibarət daşnak terror
qrupu tərəfindən DQMV Dİİ-nin rəisi işləyən
general-mayor V.Kovolyovun həyatına sui-qəsd edilib. Ancaq o,
xoş təsadüf nəticəsində sağ qalıb
21 fevral 1991-ci il: daşnak
terrorçusu tərəfindən Ağdam şəhərinin
avtovağzalında partlayış törədilib. Cinayətin
izini itirmək üçün partlayışın qazdan
törəndiyini elan edənlər unudurlar ki, həmin gün
şəhərdə qaz olmayıb, daha doğrusu, 3 gün əvvəl
kəsilib;
20 fevral 1991-ci il: daşnak
terrorçuları Laçın-Yevlax yolunda
"Kamaz-5511" markalı 25-31 AQT dövlət
nişanlı avtomobili partladıblar. Sürücü və
maşındakı sərnişin həlak olub;
24 fevral 1991-ci il: Laçın-Yevlax
yolunda 64-90 AQF dövlət nişanlı sərnişin
avtobusu daşnak terrorçuları tərəfindən
partladılıb. Sərnişinlərdən 7 nəfər
ağır bədən xəsarəti ilə xəstəxanaya
düşüb;
24 fevral 1991-ci il:
Şuşa-Ağdam marşrutu ilə işləyən sərnişin
avtobusu Xankəndi ərazisində daşnak
terrorçularının basdırdıqları minaya
düşüb. Avtobus tamamilə sıradan
çıxıb. 30 sərnişindən 8-i müxtəlif dərəcəli
bədən xəsarəti alıb;
25 fevral 1991-ci il: Daşnak terror qrupu
Şuşa rayonunun Cəmilli kəndinə basqın edib, 14
yaşlı Elşən Sadıqovu qətlə yetiriblər;
10 mart 1991-ci il: daşnak terror qrupu
Xocavənd rayonunun Qaradağlı kəndinin fermasına
basqın edib. İki ferma işçisi qətlə yetirilib;
14 mart 1991-ci il: daşnak terror qrupu
Ağdam-Şuşa marşrutu ilə işləyən sərnişin
avtobusunu Əsgəran rayonu ərazisində gülləbaran
edib. Nəticədə üç sərnişin həlak
olub, iki nəfər isə ağır güllə yarası
alıb;
28 mart 1991-ci il: Cəbrayıl
rayonunun İsaxdı kəndindən Xocavənd rayonunun Dolanlar
kəndi istiqamətində hərəkət edən
"KAMAZ" markalı yük maşını daşnak
terrorçularının yola basdırdıqları minaya
düşüb. İki mülki şəxs həlak olub, bir nəfər
isə qəlpə yarası alıb;
07 aprel 1991-ci il: Daşnak
terrorçuları Qubadlı rayonunun Yuxarı Çibikli kəndinə
basqın ediblər. Kənd sakinlərindən Hüseynov
Şahin İlyas oğlu, Nəzərov Qərib Qulam oğlu və
Oleq adlı rus zabiti qətlə yetirilib, iki nəfər
güllə atəşi ilə ağır yaralanır;
08 aprel 1991-ci il: daşnak
terrorçularından S.Baqmanyan, A.Baqmanyan, A.Antonyan, K.Akopyan və
K.Yegiyandan ibarət terror qrupu SSRİ DQ-in Zaqafqaziya və
Şimali Qafqaz üzrə idarəsinin rəis müavini
polkovnik V.Blaxotini qətlə yetiriblər. Terrorçular
özlərini Qarabağda və xarici erməni icmalarında fəaliyyət
göstərən "Amaras" elmi-xeyriyyə təşkilatının
üzvləri kimi qələmə veriblər;
11 aprel 1991-ci il: daşnak
terrorçuları tərəfindən Ağdamdan Şuşaya
sərnişin aparan mülki vertolyot Şuşa səmasında
vurulub və yerə enməklə partlayıb. Yaralananlar olsa
da, xoşbəxtlikdən insan tələfatı olmayıb;
14 aprel 1991-ci il: daşnak
terrorçuları tərəfindən Rostov şəhərinin
girəcəyində Simferopol-Bakı qatarında partlayış
törədilib. Xoşbəxtlikdən bu dəfə xəsarət
alan olmayıb;
16 aprel 1991-ci il: Səhər saat 10
radələrində Pirəbədi bulağı
yaxınlığında Füzuli rayon avtonəqliyyat müəssisəsinə
məxsus 93-69 AQV dövlət nişanlı taksi
maşını daşnak terrorçuları tərəfindən
gülləbaran edilib. Füzuli rayon sakinləri İbrahimov
Adil İntiqam oğlu və İsmayılov Mübariz
İnqilab oğlu qətlə yetirilib, digər iki sərnişin
ağır güllə yarası alıb;
16 aprel 1991-ci il: daşnak terror
qrupları tərəfindən Xocavənd (Martuni) rayonunun azərbaycanlılar
yaşayan Xocavənd, Qaradağlı, Əmiralılar,
Muğanlı kəndləri atəşə tutulub. Ayrı-ayrı
kəndlərdə üç ev partladılıb. Qarakənd
döngəsində bir nəfər Azərbaycan türkü qətlə
yetirilib. Xocavənd rayonunun Kenxurd kəndində anadan olmuş
qatı türk düşməni Z.Balayan 16 aprel 1991-ci ildə
törədilən bu terror aktlarında bilavasitə iştirak
edib;
18 aprel 1991-ci il: daşnak
terrorçusu Sərkisyan Qrarik Qriqoryeviçin
başçılıq etdiyi qrup tərəfindən 3 polis əməkdaşı
Ağoğlan kilsəsi yaxınlığında qətlə
yetirilib. Terrorçular cəzasız qalıb;
23 aprel 1991-ci il: daşnak
terrorçuları tərəfindən səhər saat 4 radələrindən
Şuşa şəhəri top və raket atəşinə
tutulub. Yuxarı Gövhərağa məscidinin damı və
22 ev dağıdılır. Dörd nəfər dinc sakin
ağır qəlpə yarası alıb;
26 aprel 1991-ci il: Goranboy rayonunun erməni
kəndlərində vəzifə borclarını yerinə
yetirən polis əməkdaşları Xametov Azər, Rəhimxanov
Səlimxan daşnak terrorçuları tərəfindən qətlə
yetirilib;
* 27 aprel 1991-ci il:
daşnak terror qrupu Qubadlı rayonunun Məzrə kəndinə
basqın edib. Əhalisi yurd-yuvasından didərgin
salınmış kənd tamamilə yandırılıb;
30 aprel 1991-ci il: Xanlar
rayonunun Çaykəndinə sığınmış
daşnak terror qrupu tərəfindən SSRİ DİN
DQ-nın 13 hərbi qulluqçusu və bir mülki şəxs
girov götürülüb;
03 may 1991-ci il: topla silahlanmış
daşnak terrorçuları Qazax şəhərini mərmi
atəşinə tutub. Nəticədə İsmayılovlar
ailəsinin evi dağıdılıb, ailə
başçısı həlak olub;
06 may 1991-ci il: daşnak
terrorçuları Ağdərə rayonunun Umudlu kənd
sakini Nigar Mustafayevanın evini talan edərək
dağıdıblar;
09 may 1991-ci il: daşnak
terrorçuları tərəfindən Azərbaycan SSR-nin
Qarabağ üzrə təşkilat komitəsinin sədri
V.Polyaniçkonun həyatına sui-qəsd edilməsinə cəhd
göstərilib. Ancaq qəsd baş tutmayıb;
30 may 1991-ci il: daşnak
terrorçuları Dağıstanın Xasavyurt dəmiryol
dayanacağının yaxınlığında Moskva-Bakı
istiqamətində hərəkət edən sərnişin
qatarını partladıblar. Nəticədə 12 nəfər
(7-si qadın) həlak olub, 22 nəfər yaralanıb;
30 may 1991-ci il: daşnak terror qrupu
Ağdamın Əliqalın kəndinə basqın edib, 12
dinc sakin güllə yarası alıb, üç nəfəri
isə girov götürüblər;
06 iyun 1991-ci il: Gorus istiqamətindən
Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə doğru
uçan vertolyotdakı daşnak terrorçuları avtomat
silahdan kəndi atəşə tutub. Bir nəfər dinc kənd
sakini qətlə yetirilib;
09 iyun 1991-ci il: daşnak terror qrupu Tərtərin
Qaradağlı kəndinə basqın edib. İki dinc kənd
sakini qətlə yetirilib. İki nəfər isə güllə
yarası alıb;
09 iyun 1991-ci il: daşnak terror qrupu
Xocavənd rayonunun Zamzur kəndinə basqın edib. Bir milis əməkdaşı
güllə yarası alıb;
10 iyun 1991-ci il: daşnak
terrorçuları Tovuz rayonunun Ağdam kəndində yerləşən
zastavaya həmlə ediblər. Bir hərbi qulluqçu
güllə yarası ilə hospitala düşüb;
19 iyun 1991-ci il: daşnak
terrorçuları tərəfindən
"Yevlax-Laçın" yolunda avtomaşın
partladılıb. Üç nəfər həlak olub,
üç nəfər isə ağır qəlpə
yarası alıb;
19 iyun 1991-ci il: daşnak
terrorçuları Şuşa-Xankəndi yolunda hərbi minik
maşınına həmlə ediblər. Bir hərbi
qulluqçu - SSRİ DİN DQ mayoru Xomiç həlak olub,
digəri isə ağır güllə yarası alıb;
22 iyun 1991-ci il: daşnak
terrorçuları Ağdərə rayonunun Sırxavənd kəndinə
basqın ediblər. Bir dinc sakin qətlə yetirilib;
25 iyun 1991-ci il: daşnak
terrorçuları Ağdərənin "Mahal yurdu"
yaylağında M.F.Axundov adına sovxozun çobanını
qətlə yetiriblər;
26 iyun 1991-ci il: daşnak
terrorçuları Murovdağa gedən yolda Ağdərə
rayonunun İmarət Qərvənd kənd sakinlərindən
birini qətlə yetirib, digəri isə ağır güllə
yarası alıb;
28 iyun 1991-ci il: daşnak terror qrupu
Xocavənd rayonunun Qaradağlı kəndinin qaramal
fermasına basqın ediblər. Altı nəfər mala
baxanı qətlə yetiriblər. İki nəfər isə
yaralanıb. 130 baş iribuynuzlu mal-qaranı aparıblar;
30 iyun 1991-ci il:
daşnak terrorçuları Temirtau (Dağıstan MSSR)
dayanacağı yaxınlığında Bakı istiqamətində
hərəkət edən sərnişin qatarında
partlayış törədiblər. Nəticədə 16 nəfər
həlak olub, 20 nəfər yaralanıb;
04 iyul 1991-ci il: Ağdərə
rayonunun Umudlu kəndinin 70 yaşlı sakini daşnak
terrorçuları tərəfindən qətlə yetirilib;
04 iyul 1991-ci il: daşnak
terrorçuları Füzuli rayonunun Qacar kəndinə
basqın ediblər. Bir nəfər dinc sakin güllə yarası alıb;
06 iyul 1991-ci il: Goranboy rayonunun ermənilər
yaşayan kəndlərinə sığınmış
daşnak terrorçuları vəzifə borclarını
yerinə yetirən polis əməkdaşları Vahid
İbrahimov, İlqar Əliyev və Məhərrəm
Süleymanovu qətlə yetiriblər;
(Davamı var)
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 28 oktyabr.- S.13.