Azərbaycanda erməni terrorunun
xronologiyası
23 sentyabr 1991-ci il: daşnak
terrorçuları tərəfindən Əsgəranın
Ağbulaq kəndində milis işçilərinin
maşını atəşə tutulub. Sürücü qətlə
yetirilib. Bir milis əməkdaşı isə ağır
güllə yarası alıb;
24 sentyabr 1991-ci il: daşnak
terrorçuları Ağdərə rayonunun İmarət Qərvənd
kəndinə basqın ediblər. Bir nəfər kənd
sakini yandırılaraq qətlə yetirilib, 1200 sakin isə
meşələrə qaçmaq məcburiyyətində
qalıb. Kənd yerlə yeksan edilib;
15-ci yazı
24 sentyabr 1991-ci il: daşnak
terrorçuları Əsgəran rayonunun Ağbulaq kəndinə
basqın ediblər. Polis əməkdaşlarından Fazil
Mehdiyev qətlə yetirilib, Qarayev soyadlı polis əməkdaşı
isə ağır güllə yarası alıb;
25 sentyabr 1991-ci il: daşnak
terrorçuları Kərkicahana basqın ediblər. Bir nəfər
həlak olub, doqquz nəfər isə ağır bədən
xəsarəti alıb;
25 sentyabr 1991-ci il: Ağdam-Xocalı
sərnişin avtobusu daşnak təxribatçıları tərəfindən
Əsgəran ərazisində saxlanılıb. Sürücü
və 15 sərnişin vəhşicəsinə
döyülüb. Avtobus isə aşırılıb,
daşlanıb, yararsız hala salınıb;
26 sentyabr 1991-ci il: daşnak
terrorçuları tərəfindən yol polisinin əməkdaşları
Əli Vəliyev və Natiq Əhmədov Əsgəran
rayonunun çıxacağındakı kiçik elektrik
yarımstansiyasının yaxınlığında qətlə
yetiriliblər;
26 sentyabr 1991-ci il: daşnak
terrorçuları raket atəşi ilə Şuşa şəhər
sakini Füzulini qətlə yetiriblər;
26 sentyabr 1991-ci il: daşnak
terrorçuları "Yevlax-Laçın" yolunda
avtomaşın partladıblar. İki nəfər həlak
olub, 14 nəfər yaralanıb;
27 sentyabr 1991-ci il: daşnak
terrorçuları Goranboy rayonunun Sarısu kəndinə həmlə
ediblər. Bir uşaq yaralanıb, dörd ev
dağıdılıb;
27 sentyabr 1991-ci il: daşnak
terrorçuları Topxanadan Şuşanı atəşə
tutublar və ətrafa həmlə ediblər. Bir nəfər
həlak olub, altı nəfər yaralanıb, bir nəfər
isə girov götürülüb;
28 sentyabr 1991-ci il: Ağdamlı
qadın qəbir üstə gedərkən daşnak
terrorçusunun snayper gülləsi ilə qətlə
yetirilib;
* 29 sentyabr 1991-ci il:
daşnak terrorçuları Goranboyun kəndinə basqın
ediblər. İki milis əməkdaşı qətlə yetirilib,
beş milis əməkdaşı isə ağır güllə
yarası alıb;
29 sentyabr 1991-ci il: daşnak
terrorçusu tərəfindən mülki şəxs - Həsənov
soyadlı Kərkicahan kənd sakini qətlə yetirilib;
30 sentyabr 1991-ci il: daşnak terror
qrupu Xocavənd rayonunun Ağcakənd kəndindəki milis
postuna həmlə edib.
Üç milis əməkdaşı
- milis leytenantı Yəhya Ağayev, milis nəfərləri Əlövsət
Məmmədov, Pənah İsmayılov və bir mülki
şəxs güllə yarası alıb;
30 sentyabr 1991-ci il: daşnak
terrorçuları Şahbuz rayonunun Biçənək kəndinə
basqın ediblər. Teleradio ötürücüsü
dağıdılıb, iki nəfər isə girov
götürülüb;
03 oktyabr 1991-ci il: daşnak terror
qrupu Xocavənd rayonu ərazisində rus hərbi
qulluqçularını aparan UAZ-469 markalı avtomobili
gülləbaran ediblər. İki hərbi qulluqçu həlak
olub, ikisi yaralanıb;
06 oktyabr 1991-ci il: daşnak
terrorçuları Qazax rayonunun Xeyrimli kəndinə basqın
ediblər. Bir nəfər dinc sakin qətlə yetirilib, bir nəfər
yaralanıb;
09 oktyabr 1991-ci il: daşnak
terrorçuları Xankəndi istiqamətindən Kərkicahan
qəsəbəsini atəşə tutublar. Bir nəfər
dinc sakin həlak olub;
16 oktyabr 1991-ci il: daşnak
terrorçuları Tuğ kəndində bir nəfər dinc
sakini qətlə yetirib, milis əməkdaşı E.Cəfərov
isə ağır güllə yarası alıb;
17 oktyabr 1991-ci il: daşnak terror
qrupu Qazax rayonunun 2-ci Şıxlar kəndinə basqın edib.
DT-75 markalı traktor və sürücü girov
götürülüb;
17 oktyabr 1991-ci il: daşnak
terrorçuları Ağdərə yaylağında
çobanlara basqın ediblər. Nəticədə bir
çoban qətlə yetirilib, digəri yaralanıb.
Sürü isə aparılıb;
19 oktyabr 1991-ci il: daşnak
terrorçuları tərəfindən Ağdərə
rayonunun Sırxavənd kənd sakini Nazim Ağayev qətlə
yetirilib. Kəndin yaxınlığında UAZ-469 markalı
minik maşını gülləbaran edilib, iki nəfər həlak
olub, bir nəfər yaralanıb;
19 oktyabr 1991-ci il: daşnak terrorçuları
Şuşanın Quşçular kəndini atəşə
tutub. Bir nəfər güllə yarası alıb;
29 oktyabr 1991-ci il: Yevlaxdan Xocalıya
uçan AN-12 təyyarəsi Əsgəran rayonunun Kərmirsar
erməni kəndi yaxınlığında daşnak terror
qruplaşması tərəfindən vurulub yerə
salınıb. Təyyarədəki yeddi ekipaj üzvü: Əsəd
Əsədov, Hikmət Muradov, Ceyhun Rəhimov, Əhmədağa
Baxşıyev, Yunis Misirov, Azad Sadıqov və Sabir Rəcəbov
qətlə yetirilib, cəsədləri bütövlükdə
yandırılıb;
30 oktyabr 1991-ci il: daşnak terror
qrupları Xocavənd rayonunun Tuğ və Səlakətin kəndlərində
zorakılıq aktları törədiblər. Hər iki kənd
işğala məruz qalıb;
30 oktyabr 1991-ci il: Əsgəran
rayonunun Naxçıvanik kənd soveti sakinlərinin - "Təhlükəsizliyimizi
təmin edin, saqqallıları (daşnak
terrorçularını) kənddən çıxarın. Biz
Azərbaycan hökumətinin qanunlarına əməl etməyə
hazırıq" müraciətini mərkəzə təqdim
etməyə aparan Eldar Bağırov Bakı şəhərində
daşnak muzdluları tərəfindən qətlə
yetirilib;
05 noyabr 1991-ci il: daşnak
terrorçuları Qazax rayonunun Xeyrimli və Aşağı Əskipara
kəndlərinə həmlə ediblər. Aşağı Əskipara
kəndinin iki dinc sakini qətlə yetirilib, dörd nəfər
isə yaralanıb;
06 noyabr 1991-ci il: daşnak
terrorçuları Qazaxın Yuxarı Əskipara kəndinin
bir sakinini qətlə yetiriblər;
07 noyabr 1991-ci il: daşnak
terrorçuları Şuşanın Nəbilər kəndinə
basqın ediblər. Bir nəfər dinc sakin qətlə
yetirilib, bir nəfər isə güllə yarası alıb;
11 noyabr 1991-ci il: daşnak
terrorçuları Qazax rayonunun Xeyrimli kəndinə basqın
ediblər. İki nəfər dinc sakin qətlə yetirilib,
bir nəfər isə güllə yarası alıb;
12 noyabr 1991-ci il: daşnak terror qrupu
Xocavənd rayonunun Naxullu kəndinə basqın edib. Evini tərk
etməyənlər qətlə yetirilib. Əhali
yurd-yuvasından didərgin salınıb;
15 noyabr 1991-ci il: daşnak
terrorçuları Şuşa rayonunun Zarıslı kəndinin
bir sakinini girov götürüblər;
15 noyabr 1991-ci il: daşnak terror
qruplaşmaları Xocavənd (Hadrut) rayonunun Şayaq və
Zamzur kəndlərinə basqın ediblər. Yeddi nəfər
polis əməkdaşı, iki mülki şəxs qətlə
yetirilib, üç polis əməkdaşı ağır
güllə yarası alıb, iki qadın terrorçular tərəfindən
girov götürülüb;
17 noyabr 1991-ci il: daşnak
terrorçuları Ağdamın Qalayçı kəndinin
qoyun sürüsünə basqın ediblər. Çoban girov
götürülüb, sürü isə aparılıb;
19 noyabr 1991-ci il:
daşnak terrorçuları Xocavənd kəndinə
basqın ediblər. Nəticədə dörd nəfər
dinc sakin həlak olub, 24 nəfər itkin düşüb. Sağ
qalan əhali kəndi tərk edib;
20 noyabr 1991-ci il: daşnak
terrorçuları Şuşanın Malıbəyli kəndinin
beş dinc sakinini girov götürüblər;
20 noyabr 1991-ci il: beynəlxalq aləmdə
ad çıxarmış peşəkar daşnak
terrorçusu Monte Melkonyanın və Zori Balayanın rəhbərlik
etdiyi "Zorik" terror qrupu Xocavənd rayonunun Qarakənd
yaşayış məntəqəsi
yaxınlığında Mİ-8 tipli hərbi vertolyotu
iriçaplı silahlarla vurub yerə salmışdı. Nəticədə
Ağdam şəhərindən Xocavənd qəsəbəsinə
sülhməramlı missiya ilə səfərə
çıxan 22 nəfər yüksək vəzifəli şəxs
- Azərbaycan Respublikasının dövlət katibi, millət
vəkili T.K.İsmayılov, AR baş nazirinin müavini, millət
vəkili Z.S.Hacıyev, dövlət müşaviri M.N.Əsədov,
baş prokuror İ.İ.Qayıbov, millət vəkilləri
V.D.Cəfərov, V.T.Məmmədov, prezident aparatının
şöbə müdiri O.M.Mirzəyev, nazir müavini T.T.Namazəliyev,
DQMV-nin prokuroru İ.A.Plavski, MTN-nin DQMV üzrə idarə rəisi
S.S.İvanov, DQMV Dİİ-nin rəisi, general-mayor V.V.Kovalyov,
DQMV FV rayonunun komendatı N.V.Jilkin, AR Dövlət katibinin
köməkçisi R.M.Məmmədov, Azərbaycan Teleradio
Dövlət Şirkətinin əməkdaşları
A.M.Mustafayev, A.İ.Hüseynzadə, F.İ.Şahbazov, Rusiya
Federasiyasından olan müşahidəçilər -
general-mayor İ.D.Lukasov, podpolkovnik V.M.Koçarov,
Qazaxıstan Respublikasının DİN-nin birinci müavini
S.D.Serikov və ekipaj üzvləri həlak olublar. Vertolyotun
qara qutusu tapılaraq Moskvaya aparılıb və orada məhv
edilib. Terrorçular haqqında heç bir əməliyyat tədbiri
həyata keçirilməyib.
21 noyabr 1991-ci il: Kərkicahan kəndində
iş başında olan "Mayak" radiostansiyasının
müxbiri, jurnalist Leonid Lazareviç snayperçi daşnak
terrorçusu tərəfindən qətlə yetirilib;
21 noyabr 1991-ci il: daşnak terror qrupu
Ağdamın Abdal-Gülablı kəndinə basqın edib. Kəndin
bir dinc sakini həlak olub, iki nəfər ağır bədən
xəsarəti alıb;
26 noyabr 1991-ci il: daşnak
terrorçuları Goranboy rayonunun Şəfəq kəndinə
basqın ediblər. İki dinc sakin güllə yarası
alıb;
01 dekabr 1991-ci il: daşnak terror
qrupları Kərkicahan qəsəbəsinin aşağı
başına həmlə ediblər. Bir milis əməkdaşı
həlak olub, üç nəfər qəsəbə sakini
itkin düşüb, beş nəfər yaralanıb, 21 ev
yandırılıb;
02 dekabr 1991-ci il: daşnak
terrorçuları tərəfindən Kərkicahan qəsəbə
sakini Elman Həsənov həyətində qətlə
yetirilih, dörd uşaq anası S.Sabahova ağır güllə
yarası alıb;
02 dekabr 1991-ci il: daşnak
terrorçuları Şuşa şəhərinə həmlə
ediblər. 8 ev dağıdılıb, iki nəfər dinc
şəhər sakini qəlpə yarası alıb;
04 dekabr 1991-ci il: daşnak
terrorçuları tərəfindən Kərkicahan qəsəbə
sakini Osman Səfərov qətlə yetirilib, üç nəfər
ağır güllə yarası alıb;
07 dekabr 1991-ci il: daşnak terror qrupu
Füzuli rayonunun Yuxarı Divanallar kəndinə basqın
edib, 17 nəfər mülki şəxs (8 qadın, 4 uşaq)
girov götürülüb. Kənd dağıdılıb,
evlər yandırılıb. Kəndin dinc, əliyalın əhalisi
isti od-ocağından didərgin salınıb;
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 30 oktyabr.- S.13.