Azərbaycanda erməni terrorunun
xronologiyası
08 dekabr 1991-ci il: Xankəndində məskən
salmış daşnak terrorçuları Kərkicahana
basqın ediblər. Səkkiz nəfər dinc kənd sakini
ağır güllə yarası alıb;
10 dekabr 1991-ci il: Goranboyun Todan kəndi
Mənəş və Buzluq kəndlərində məskən
salmış daşnak terrorçuları tərəfindən
atəşə tutulub. 80 ev dağıdılıb, beş nəfər
yaralanıb, bir nəfər həlak olub;
16-cı yazı
11 dekabr 1991-ci il: Yerli və
köklü əhalisinin 40-45%-ni təşkil edən Azərbaycan
türklərinin iştirakı olmadan, habelə Azərbaycan vətəndaşı
olan erməni əhalisinin öz fikirlərini sərbəst
ifadə etmək hüquq və imkanları əllərindən
alınmaqla daşnak terror qruplarının silahlı
müdaxiləsi altında 10 dekabr 1991-ci ildə DQMV-nin
müstəqilliyi barədə saxta referendum keçirilməsinin
qəti əleyhdarı kimi çıxış edən
Şuşa rayon İH-nin başçısı Mikayıl
Gözəlov daşnak muzdlusu tərəfindən iş
otağında qətlə yetirilib;
13 dekabr 1991-ci il: Şuşanın Cəmilli
kəndinə məxsus "UAZ" markalı aztonnajlı
yük maşını daşnak terrorçularının həmləsinə
məruz qalıb. Maşındakı 17 nəfər Cəmilli
kənd sakinlərindən 10 uşaq atası Tahir Sadıqov qətlə
yetirilib, 15 nəfər isə ağır güllə
yarası alıb;
14 dekabr 1991-ci il: Kərkicahan kəndinin
dinc sakini A.Nəcəfov daşnak terrorçusu tərəfindən
qətlə yetirilib;
15 dekabr 1991-ci il: daşnak terror
qruplaşması Şuşanın Cəmilli kəndinə
basqın edib, 9 nəfər dinc, əliyalın kənd sakinini
qətlə yetirib. Əhali kənddən didərgin salınıb, evlər tamamilə yandırılıb;
15 dekabr 1991-ci il: daşnak
terror qrupu Xocalı hava limanına basqın edib. Atışmada milis əməkdaşı E.Əhmədov
qətlə yetirilib, iki əməkdaş isə güllə yarası alıb;
21 dekabr 1991-ci il: daşnak terror qrupu
Şuşa rayonunun Nəbilər kəndinə basqın edib. Dinc
əhali arasında itkilər qeydə alınıb. Sağ
qalan əhali yurd-yuvasından didərgin salınıb;
23 dekabr 1991-ci il: "Qarabağ"
adlı daşnak terror qrupu 3 istiqamətdən Əsgəran
rayonunun Meşəli kəndinə soxularaq qanlı terror
aktı törədiblər. 6 dinc sakin (ötən illər ərzində
ümumilikdə 32) qətlə yetirilib. 15-dən çox dinc
sakin (ümumilikdə 50-dən çox) yaralanıb. Kənd
tamamilə yandırılıb, varlığı yer
üstündən silinib;
23 dekabr 1991-ci il: daşnak terror
qrupları kütləvi şəkildə Füzuli rayonunun həmsərhəd
kəndlərinə basqınlar ediblər. Qaradağlı kəndi
boşaldılıb. Bir nəfər qətlə yetirilib,
üç nəfər yaralanıb, Haxullu kəndində
40-dan çox ev yandırılıb, bir nəfər
yaralanıb. Cuvarlı kəndində bir nəfər güllə
yarası alıb;
23 dekabr 1991-ci il: daşnak terror qrupu
Xocavənd rayonunun Daşbaşı kəndinə basqın
edib. İki nəfər qətlə yetirilib, iki nəfər
ağır güllə yarası alıb;
25 dekabr 1991-ci il: daşnak terror qrupu
Sənabad kəndində zorakılıq aktına əl
atıb. Əhali ev-eşiyini tərk edib;
6 dekabr 1991-ci il: Şuşa şəhər
sakini Abbasov Süleyman İsmayıl oğlu, hamilə həyat
yoldaşı, yaş yarımda olan oğlu, qayınanası və
sürücü ilə Bakıdan Şuşaya qayıdarkən
daşnak terror qrupunun yüksək gərginlikli elektrik dirəyini
partlatdıqlarının şahidi olublar. Terrorçular izi
itirmək üçün bütün ailəni və
onları Şuşaya aparan sürücünü vəhşicəsinə
qətlə yetiriblər.
27 dekabr 1991-ci il: daşnak
terrorçuları Zarıslıdan Şuşaya gedən daha
bir maşını - "Moskviç" markalı minik
maşınını gülləbaran edirlər. Üç mülki şəxs həlak olur;
28 dekabr 1991-ci il: daşnak terror
qruplaşmaları ağır texnikanın köməyi ilə
Kərkicahan qəsəbəsinə basqın ediblər. 33 nəfər
kənd sakini qətlə yetirilib, 14 nəfər itkin
düşüb. Əhali ev-eşiyindən didərgin
salınıb, əmlakı qarət olunub, qəsəbə
yerlə yeksan edilib. Kənd sakinlərindən birinin - Fərhad
Ağakişiyevin cəsədi geri alınarkən onun üzərində
müxtəlif alətlərlə icra edilmiş 75-dən
artıq işgəncə izi aşkar edilib;
30 dekabr 1991-ci il: daşnak terror qrupu
Qazax rayonunun Çaylı kəndindən Əskipara kəndinə
yas yerinə gedən üç dinc sakini yolda qətlə
yetirib, meyitlərini girov qismində özləri ilə Ermənistan
SSR-ə aparıblar;
1991-1992-ci illər: daşnak
terrorçuları öz soydaşlarından 1) şovinist
çıxışlara qarşı
çıxdığına görə DQMV DTİ-nin əməkdaşı
L.Qaraxanyanı; 2) Qarabağ ermənilərinin təmsilçisi
kimi AR prezidenti A.Mütəllibovla görüşə getdiyinə
görə V.Qriqoryanı; 3) milli ədavət salmağın əleyhinə
çıxdığına görə icma
başçısı A.Mkrtıçyanı qətlə
yetiriblər;
01 yanvar 1992-ci il: daşnak terror qrupu
Ağdamın Çuxurməhəllə kəndinə
hücum edib. Dörd nəfər həlak olub, 28 nəfər
yaralanıb;
* 02 yanvar 1992-ci il:
daşnak terror qrupu Goranboy rayonunun Todan kəndini atəşə
tutub. Bir nəfər həlak olub;
04 yanvar 1992-ci il: daşnak
terrorçuları Şuşa şəhərini atəşə
tutublar. Bir nəfər ağır qəlpə yarası
alıb;
04 yanvar 1992-ci il: daşnak
terrorçuları Ağdərənin Bağbanlar kəndinə
basqın ediblər. Bir milis əməkdaşı ağır
güllə yarası alıb;
08 yanvar 1992-ci il: daşnak
terrorçuları Krasnovodsk-Bakı istiqamətində hərəkət
edən sərnişin bərəsində partlayış
törədirlər. Terror aktı nəticəsində 25 nəfər
həlak olur, 88 nəfər yaralanır;
15 yanvar 1992-ci il: daşnak
terrorçuları ilə dil tapmış rus hərbiçiləri
Ordubad ərazisində "LAZ" markalı sərnişin
avtobusunu atəşə tuturlar. Üç nəfər girov
götürülür;
15 yanvar 1992-ci il: Rus hərbçiləri
ilə birləşmiş daşnak terrorçuları Əylis
kəndi yaxınlığında Culfa şəhər sakinlərini
atəşə tutublar. İki nəfər həlak olub,
dörd nəfər yaralanıb;
15 yanvar 1992-ci il: daşnak
terrorçuları ilə əlaqəyə girən rus hərbçiləri
Naxçıvan aeroportuna soxularaq Naxçıvan Müdafiə
Komitəsinin sədri E.Abbasovu, daxili işlər naziri M.Məmmədovu
girov saxlayaraq iki yük təyyarəsi ilə hərbi
sursatı Ermənistana adladıblar;
21 yanvar 1992-ci il: daşnak terror qrupu
Şuşanın Qaybalı kəndinə basqın edir.
İtkilər qeydə alınır. Əhali yurd-yuvasından
didərgin düşür;
26 yanvar 1992-ci il: Şuşa şəhərini
blokadada saxlayan və Daşaltı kəndinə
sığınmış daşnak terrorçularını
bu kənddən çıxarmaq məqsədi ilə hərəkətə
keçən Azərbaycan milli ordusunun ilk könüllü
taboru tələyə salınır. Milli ordu əsgərlərindən
33 nəfər qətlə yetirilir, 34 nəfər itkin
düşür, 36 nəfər isə ağır güllə
yarası alır;
28 yanvar 1992-ci il: Daşnak
terrorçuları tərəfindən Ağdam-Şuşa
marşrutu ilə sərnişin daşıyan 27127 nömrəli
Mİ-8 mülki vertolyot Şuşa şəhəri
yaxınlığında "Yer-yer" tipli raketlə
vurulur. Əksəriyyəti qadın və uşaqlardan ibarət
olan 44 sərnişin və 3 ekipaj üzvü həlak olur. Heç
bir istintaq işi aparılmır.
07 fevral 1992-ci il: daşnak terror qrupu
Ağdamın Papravənd kəndi yaxınlığında
"Qarabağ" sovxozunun qış otlağına
basqın edib, 200 baş qoyun sürüsünü özləri
ilə aparıblar;
09 fevral 1992-ci il: daşnak terror qrupu
Şuşanın Malıbəyli kəndinə hücum edib,
bir nəfəri qətlə yetirib, 16 nəfəri isə
yaralayıb. Kəndin bir hissəsi işğal edilib;
11 fevral 1992-ci il: daşnak
terrorçuları Xankəndində yerləşən Sovet
Ordusunun 81-ci alayını daxili razılıqları əsasında
tamamilə tərk-silah ediblər;
12 fevral 1992-ci il: daşnak terror birləşmələri
Şuşanın Malıbəyli və Quşçular kəndlərinə
basqın ediblər. Hər iki kənddə qətliam törədiblər.
Hər iki kəndin sakinləri qətliamdan qaçıb
dağlara, meşələrə çəkiliblər. Kəndlər
yerlə yeksan edilib;
16 fevral 1992-ci il:
daşnak terrorçuları Sədərək
yaxınlığında yerləşən rus ordusunun zabitlərini
ələ alaraq onların postlarında yerləşiblər;
17 fevral 1992-ci il: daşnak terror
qruplaşması Xocavənd rayonunun Qaradağlı kəndinə
həmlə edib. Kənd yerlə yeksan edilib. Girov
götürülənlərdən 54 dinc sakin güllələnərək
meyitləri silos quyusuna atılıb. Uşaq, qadın, qoca
daxil olmaqla 117 nəfər dinc sakin isə girov
götürülüb. Girov götürülənlərdən
77 nəfərini qətlə yetiriblər;
Yazıçı-publisist
Əlisahib Əroğulun araşdırmaları əsasında
təqdim etdi:
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 31 oktyabr.- S.13.