Təbii fəlakətlər dünyanı silkələyir

 

      100 il sonra Azərbaycan da bu yöndə risklərin yüksək olduğu bölgələr sırasına keçə bilər

                                                                    

Ötən il dünyada təbii fəlakətlər nəticəsində 236 min adam həlak olub. Fəlakət nəticəsində dəyən ziyan 181 milyon dollar təşkil edib. Təbii fəlakətlərin sayına görə 2008-ci il 2005-ci qasırğaları və 1995-ci ildə baş verən Kobe zəlzələlərinin yanında ən dağıdıcısı kimi yadda qalıb.

Son illər iqlim dəyişiklikləri sel, qasırğa və zəlzələ kimi təbii fəlakətləri artırıb. Hər il müharibələrdə həyatının itirənlərdən 10 dəfə çox insan fəlakətlərdən əziyyət çəkir.

                                                                    

Əsir, coşur qasırğalar

                                                                    

İsti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100-150 km-ə qədər çıxa bilən çox şiddətli küləklər zəlzələdən sonra ikinci yerdədir. Ümumilikdə qasırğaların diametri 50-800 km genişliyindədir. Qasırğalar daha çox okeanlar üzərində meydana gəlir. Dairəvi hava hərəkətləri halında olduqlarından adətən xortumlara səbəb olurlar. Ətraflarına böyük zərər verirlər. Qasırğalara Asiyanını cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun, Meksika Körfəzi sahillərində Hurrican, Afrikanın bəzi bölgələrində, Latın Amerika sahillərində isə Tornado adı verirlər.

Dünyada böyük diametrli və şiddətli qasırğa Beufort sayılır. Ölçüsünə görə saatda 75 mildən çox sürətlə dönərək əsir. Şərqi Sakit okean və Cənubi Atlantik okeanı xaric subtropik və tropik iqlim qurşağındakı bütün isti dənizlərdə sıx-sıx meydana gəlir. Avqust-sentyabr aylarında Antil adalarında daha çox özünü göstərir. Sakit okeanının qərbində Tayfun qasırğası məşhurdur. Tayfun tez-tez Karib dənizini ağuşuna alır. Qasırğalar içərisində Katrinanın da adı tez-tez çəkilir. Katrina qasırğası ABŞ tarixində ən dağıdıcı qasırğalarındandır. Daha çox Atlantik okeanında baş verən Katrina 1890-cı ildən məşhurdur. Bu qasırğadan ən çox 1928-ci ildə New Orleansda meydana gəlib. Onun ardınca Luizianı sel basıb. Qasırğa Missisipi sahilinin qarşısında və Alabamada şiddətini artırıb və şəhərin böyük qisminin yox olmasına gətirib çıxarıb. Həmin vaxt New Orleansın 80 faizi sular altında qalıb. Katrina 1836 insanın ölümünə səbəb olub. 81,2 milyard dollarlıq vurduğu ziyanla ABŞ-ın ən qorxulu yuxusuna çevrilib. Katrina Türkiyənin İzmir ərazisində də özünü göstərib. 10-12 saat içində isə Türkiyəni tərk edib.

Atlantik okeanını şimalında ümumiyyətlə qasırğalar iyun ayından oktyabra qədər baş verir. Bu müddət ərzində dəniz səthində isti və nəm əh çox halda olur. May və noyabr ayında az, digər aylarda isə seyrək meydana gəlir. Şimali Atlantik bölgəsində ildə meydana gələn tropik siklonun miqdarı 8-dir. Bunun 5-i qasırğa tipidir. Fırtınaların çoxu antisiklon bölgəsinin qərb ucundan qıvrılaraq Amerikanı hədəf alır.

Tropik bir siklonun qasırğa olaraq adlanırıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən sox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur.

Artıq qasırğalar Fransa və İspaniyada öz gücünü göstərib. Bu günlərdə sürəti 48 metrə çatan külək nəticəsində 15 nəfər ölüb. Ölənlərin əksəriyyəti uşaqlardır. İspaniya və Fransada milyonlarla ev işıqsız qalıb. Hətta bir neçə aeroport bağlanmaq məcburiyyətində qalıb.

BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsiz-eşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub. Təbii fəlakətlər daha çox Asiya ölkələrində baş verib. Çində belə fəlakətlərin sayı 26, Filippində 20, İndoneziyada 16, Hindistanda 10 olub. 

Ötən il leysan yağışları və qasırğalardan Mərkəzi və Şərqi Avropa ölkələri də ziyan çəkib. Dnestr və Prut kimi çaylarda suyun səviyyəsi kəskin artıb. Nəticədə Ukrayna, Moldova, Ruminya, Slovakiya və Macarıstanda sel daşqınları nəticəsində 42 nəfər ölüb. Ötən il Çinin Siçuan bölgəsində baş verən zəlzələnin qurbanı 70 min olub. Zəlzələ 85 milyard dollar ziyan vurub. Hələ bu nədir ki?

                                                                    

Bəşəriyyətin qorxusudur zəlzələlər...

 

Zəlzələ yerüstü zərbələr və yerin üst qatının titrəməsidir.           

Zəlzələlərin önəmli bir qismi dəniz altında, bir qismi insanlar yaşamayan yerlərdə baş verir. Əgər zəlzələnin episentri şəhərə düşərsə, böyük dağıntılara, itkilərə yol açır. Zəlzələ təbii fəlakətlərin ən qorxunclarından sayılır. Tarix boyunca böyük izlər buraxan zəlzələr ən çox insan ölümünü yol açan fəlakətdir. Litosfer layları zəlzələlərin yaranmasında böyük rol oynayır. Zəlzələlər əsasən bu layların sərhəd zonalarında əmələ gəlir. Yeraltı daşların kəsicilik möhkəmliyi həddi keçdikə, burada yaranan gərginlik sıçrayışla boşalır və nəticədə yeraltı tektonik təkanlar baş verir. Yaranan enerjinin həcminin hidrogen bombasının gücündən də 100 dəfə çox olması məlumdur.

Zəlzələlərin şiddət dərəcələri fərqlidir. Güclü yeraltı təkanlar sunami və yer sürüşmələri əmələ gətirir. Dərin dəniz zəlzələlərindən sonra yüksək dalğalar yaranır ki, bu da sunamidir. Hələ 1896-cı ildə Sakit okeandakı zəlzələnin yaratdığı sunamidən Yaponiyada 30 min insan ölüb. 2004-cü ildə də Sakit okeanı ərazisində baş verən sunami nəticəsində 250 mindən çox insan həyatını itirib.

Təbii halda zəlzələlər tektonik və vulkanik olur. Yer üzündə olan zəlzələrin 90 faizi tektonikdir. Yaponiya və İtaliya olan zəlzələr əsasən vulkan püskürmələri nəticəsində baş verdiyindən ikinci qrupa daxildirlər. Seysmoloji xəritəyə görə, qardaş Türkiyənin 92 faizi zəzələ bölgəsidir. Təkcə onu demək kifayətdir ki, son 58 ildə zəlzələdən Türkiyədə 58202 insan həyatının itirib, 122 min insan yaralanıb, təxminn 411 min bina dağılıb. Təxminən hər il zəlzələdən 1003 insan ölür və 7094 bina dağılır. Aparılan hesablamalara görə, ildə 300 min zəlzələ baş verir, ölən insanların sayı isə 15 mini keçir.

Təbii fəlakətlər sıralamasında 3-cü yerdə vulkanlar gəlir. Qədim romalıların od allahı adlandırdığı vulkan püskürməsi yer daxilindəki kanallar və çatlarla dərinliklərdəki qazları, lavanı və suxur qırıntılarını yer səthinə püskürən geoloji törəmədir. İki tipi var: sönmüş və sönməmiş. Ancaq uzun müddət sönmüş hesab edilən vulkanlar sırasında sonradan püskürənlər də var. Məsələn, Vezuvini bu xüsusiyyətinə görə yatmış vulkan adlandırırlar.

Yer kürəsində 771 sönməmiş vulkan var. Bunların 69-u su altındadır. Vulkanlar ən çox Sakit okean sahilləri və adalarındadır. 300-ü isə Azərbaycandadır. Kiçik Qafqazda son vulkan püskürmələri antropogen dövründə olub. Hələ eradan əvvəl qədim Romada Etna vulkanının püskürməsi Pompey şəhərinin yer üzündən silinməsiylə nəticələnib. Günümüzdə də belə fəlakətlərə tez-tez rast gəlinir.                      

 

BMT-nin xəbərdarlığı

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, bəşəriyyət təbii fəlakətlərdən yaxa qurtara bilməyəcək. Qlobal iqlim dəyişkənliyi daşqınlar, sel, içməli su ehtiyatlarının çatışmazlığına səbəb ola bilər. Hesabata görə, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edilir. Əgər bu sürətlə qalxmağa davam edərsə, 2050-ci ilə qədər hərarət 2-2,5, 2100-ci ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə bəşəriyyət üçün böyük təbii fəlakətlər, quraqlıq, sel və daşqınlar deməkdir.

İstiləşmə nəicəsində Antraktidada və Arktikadakı buzlaqlar əriyərsə, okean suyunun səviyyəsi 60 metr yüksələcək. Şimali Afrika, Saxara səhrası, Cənubi Asiya xüsusi risk zonasıdır. Cənubi Qafqaz regionunda isə Azərbaycan xüsusilə həssas bölgə hesab olunur. ..                                    

 

                                                                    

Nuranə Tofiqli

 

 Xaalq Cəbhəsi.-2009.- 28 yanvar.- S.13.