Erməniləşdirilmiş Azərbaycan
torpaqları
Araşdırmaçı,
folklor toplayıcısı və tərtibçisi Tacir Səmimi
həm də tarix, etnoqrafiya məsələləri ilə məşğul
olur. O, indi "Ermənistan" adlandırılan əzəli
türk məskənində anadan olub, orada boya-başa
çatıb. Onun Ağbaba folkloru ilə bağlı
toplayıb nəşr etdirdiyi silsilə kitablarda daim
itirilmiş yurd yerlərimizin nisgili, həsrəti
görünür, duyulur.
Bu gün ermənilər
əvvəlkindən daha hay-həşirlidirlər. Bütün
hallarda ermənilərin qarşısına məntiqlə,
faktla, idrakla çıxmalıyıq. Tacir Səmimi deyir:
"Ağlım kəsəndən gördüyüm, hiss
etdiyim o olub ki, erməni fitnəkardır. Bizim rayon o vaxtlar
Amasiya adlanırdı. Əslində həmin rayonun, bölgənin,
bütövlükdə mahalın adı tarixən Ağbaba
olub. Ağbaba iki yerə bölünmüşdü:
Qızılqoç və Amasiya. Bunu sovet dövründə
ermənilər etdilər. Gəlmə ermənilərə
"qaxdağanlar" deyilirdi, Türkiyə ermənilərini
isə "axbarlar" adlandırırdılar. Ermənilər
haradansa köçərkən vaxtilə
"yaşadıqları" yerin adını yeni məskunlaşdıqları
yerə verirdilər. Ağbabanın bir hissəsinin sonradan
Amasiya adlanması da bununla əlaqədardır".
Erməninin xisləti nəticəsində
yavaş-yavaş o yerlərdəki toponimlərimiz dəyişdi.
T.Səmimi deyir ki, Ağbaba mahalı vaxtilə Qars vilayətinin
tərkibində olub: "Amasiya sovet dövründə
Türkiyə ilə SSRİ arasında Ermənistanın
rayonu kimi mövcud idi. Ta çarizm dövründən
başlayaraq bu yerlərin türksüzləşdirilməsi
ideyasının zaman-zaman gerçəkləşdirilməsinə
başlandı. Həmçinin ermənilər Arpa
gölünün ərazisini genişləndirməklə
türksüzləşdirmə yönündə daha bir
mübarizə metodu tapdılar. 1940-cı illərdə edilən
bu cür əməllər sayəsində Arpa
gölünün ərazisi xeyli böyüdü, əkin yerləri
suyun altında qaldı, əhalinin
dolanışığı çətinləşdi. Məqsəd
soydaşlarımızın o yerlərdən perikdirilməsi
idi. Təsadüfi deyil ki, nə qədər
soydaşımız dədə-baba torpaqlarını tərk
edib Azərbaycana, eləcə də başqa ərazilərə
üz tutdular".
Ağbabadakı toponimlər
sübut edir ki, o yerlər qədim türk məskənləridir:
"1988-ci ilə kimi bu rayonda 18 min soydaşımız
yaşayırdı. Bu rayon sırf Azərbaycan türklərinin
yaşadıqları ərazi hesab olunurdu. Ermənilər həmişə
o yerlərdə azlıq təşkil edirdilər. Sovet
hökumətinin ilk dövrlərində
soydaşlarımıza verilmiş pasportların bir neçəsini
saxlamışdım, "milliyyət"
bölümünün qarşısınla "türk",
bəzilərində isə "qarapapaq"
yazılmışdı. Qarapapaqlar böyük bir tayfa olublar.
Dəfələrlə şahidi olmuşam: biz
özümüzə "azərbaycanlı" desək də,
ermənilər həmişə bizi "türk" deyə
çağırırdılar. Bu, o demək idi ki,
düşmənlərimiz həmişə bizi bizdən
yaxşı tanıyıblar. Deyirdilər ki, Azərbaycan
coğrafi ərazi adıdır. Erməni üçün həmişə
türk adlı düşmən olub".
Tacir Səmimi bildirir ki,
Ağbaba mahalı uzun müddət Osmanlı imperiyası tərkibində
yaşayıb: "Bizim ləhcəmizdə bu gün də
istifadə edilən çoxlu ümumişlək sözlər
var ki, hamısı hazırda Şərqi Anadolu ləhcəsində
yaşayır, havalarımızda da oxşarlıq var. Səfəvilərlə
Osmanlılar arasında uzunmüddətli, həm də fasiləli
müharibələr Ağbaba ərazisində gedib. Təbiidir
ki, ağbabalılar bundan çox əziyyət çəkiblər.
Sonrakı dövrlərdə də bu ərazilərdə
çoxlu müharibələr olub.
1877-78-ci illərdə
rus-türk müharibəsində Osmanlı imperiyası məğlub
olduğuna görə rus çarı ondan o qədər
böyük təzminat tələb etdi ki, Osmanlı
imperiyası onu vermək iqtidarında deyildi. Ona görə də
Qars vilayətini güzəştə getdi. Həmin Qars vilayətinin
tərkibində Ağbaba nahiyəsi də vardı. Nəticədə
Ağbaba da çarizmin əsarəti altına
düşdü, köçürmə və
xristianlaşdırma siyasəti burada da davam etdi. Qars 1921-ci ilə
kimi Rusiyanın əsarəti altında qaldı. Qars şəhərinin
yaxınlığında, təpədən bir az
aşağıda 1908-ci ildə tikilmiş kilsə var. Ruslar o
yerlərdə xristianlığı yaymağa, möhkəmləndirməyə
çalışırdılar. 1879-81-ci illərdə yerli əhalinin
məcburən Qarsın içərilərinə
köçürülməsi nəzərdə tutulmuşdu
ki, onların yerinə xristianlar - ermənilər və
yunanların köçürülürdü. İmperiya hər
vəchlə qarslıların Türkiyə ilə
bağlarının kəsilməsinə
çalışırdı. 1921-ci il Qars müqaviləsindən
sonra Qarsın bir hissəsi, həmçinin Ağbaba
mahalının bir hissəsi, Qars şəhəri Türkiyəyə
qaldı. Əslən Azərbaycan türkü olan Fəxrəddin
Kırzıoğlu yazır ki, ermənilər Azərbaycan
türklərinin yaşadıqları 30-dan çox kəndi
zorla özlərinin ərazilərinə qatdılar".
Müəllif uzun illər
ərzində Ağbabada yaşamış sinədəftər
adamların el-oba söhbətlərini, adət-ənənələrini
yazıya alıb, toplayıb: "Nəhayət,
topladığım folklor örnəklərini, etnoqrafik məlumatları
səliqə ilə qovluqlara yığandan sonra Ağbaba
bölgəsinin hər kəndi ilə bağlı bir kitab
hazırlamaq qərarına gəldim. Toplanan folklor
materiallarının içərisində mifoloji rəvayətlər
az deyil. Bunların bir qismi mifoloji varlıqdan, "cindən"
bəhs edir: "cin"in müxtəlif donlara düşməsi,
insan kimi şənlənməsi, yas saxlaması, bəzənməsi,
yeri gələndə adamlara yaxşılıq etməsi
maraqlı epizodlarla verilib". "Erməni xasiyyəti",
"Yediyar" kimi hekayələr ermənilərdən,
onların murdar xislətindən, zülm və qəddarlığından
bəhs edir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2009.- 30 yanvar.-S. 14.