Müstəqil Azərbaycanın inşaatçıları ilk dəfə peşə bayramlarını qeyd etmişlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunacaqdır.

 

Aprelin 9-da Azərbaycan inşaatçılarının ilk peşə bayramı gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər qərənfillər düzülmüşdür.

Sonra peşə bayramına həsr olunmuş mərasim Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında davam etdirilmişdir.

Toplantıda Baş nazirin müavini Abid Şərifov əlamətdar gün münasibətilə iştirakçıları Prezident İlham Əliyevin adından təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ölkə inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunmasını dövlətin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir. Bildirmişdir ki, hər il aprelin 10-nun ölkədəİnşaatçılar günükimi bayram edilməsi Azərbaycan Prezidentinin bütövlükdə tikinti kompleksi əməkçilərinininşaatçı, memar layihəçilərin əməyinə verdiyi yüksək qiymətdir. A.Şərifov bu diqqət qayğıya görə ölkənin çoxminli inşaatçı ordusu adından dövlətimizin başçısına təşəkkürünü bildirmişdir.

Azərbaycan inşaatının memarlığının zəngin qədim tarixə malik olduğunu xatırladan Baş nazirin müavini, XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkədə tikinti işlərinin geniş vüsət aldığını, həmin dövrdə bu gün qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası sosial obyektin inşa edildiyini, nəticədə özündə Şərq Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, XX əsrin ikinci yarısında, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf etmiş, bu dövrdə Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Şəmkir Su Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye s. sahələrin onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Bu proses ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha sürətlə inkişaf etmişdir.

Azərbaycan inşaatının memarlığının şanlı ənənələrinin bu gün davam etdirildiyini diqqətə çatdıran A.Şərifov, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda ölkə ərazisinin başdan-başa nəhəng tikinti-abadlıq quruculuq meydanına çevrildiyini söyləmişdir. Bildirmişdir ki, haqlı olaraq Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrü nəhəng tikinti quruculuq illəri kimi xarakterizə etmək olar. Bu illərdə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına investisiya qoyuluşu xeyli artmışdır. Əgər 2003-cü ildə bu rəqəm 3,8 milyard manat, o cümlədən büdcə vəsaiti hesabına 110 milyon manat olmuşdusa, 2009-cu ildə həmin göstərici müvafiq olaraq 7,4 2,7 milyard manata çatdırılmışdır.

İnşaatçıların, memarların layihəçilərin gərgin əməyi sayəsində son bir neçə ildə respublikamızda təqribən 220 min yerlik 755 yeni məktəb binası tikilmiş, 344 məktəb binası əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi digər səhiyyə obyektləri, dünya Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.

Baş nazirin müavini son 3 ildə Bakıda 13 yol qovşağının, 23 piyada keçidinin tikilib istifadəyə verilməsini, 9 piyada keçidinin əsaslı təmir olunmasını, ümumiyyətlə, ölkədə 77 avtomobil körpüsü yol ötürücüsünün, onlarla avtomobil yolu yol qurğusunun istismara verilməsini inşaatçıların məqsədyönlü fəaliyyətinin bəhrəsi kimi xarakterizə etmişdir.

A.Şərifov bu gün Azərbaycanın inşaat şirkətlərinin dünya bazarına çıxmaq istiqamətində ilk addımlar atdığını, bunun uğurlu nəticələr verdiyini məmnunluq hissi ilə qeyd etmişdir. ArtıqAkkord”, “AzərkörpüAlıbəylikimi şirkətlər müasir tikinti bazalarının yaradılması elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə etməklə, Dünya Bankı digər beynəlxalq maliyyə qurumlarının xətti ilə Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Liviya başqa ölkələrdə həyata keçirilən layihələrin tenderlərində iştirak edərək qalib gəlir, layihələndirmə tikinti işləri aparırlar.

MərasimdəAzəraqrartikintiSəhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyev, Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqının sədri Umud Hüseynov, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “AzərtunelmetrotikintiSəhmdar Cəmiyyətinin sədri, əməkdar mühəndis Şaiq Əfəndiyev başqaları ölkədə tikinti sektorunun inkişafına göstərdiyi diqqət qayğıya, bu sahədə çalışanların əməyini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov tikinti sektorunun inkişafında xüsusi xidmətləri olan bir qrup şirkətə qurumun fəxri fərmanını təqdim etmişdir.

Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Toplantının rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

 

 

Xalq qəzeti.- 2010.- 10 aprel.- S. 3.