Azərbaycan turizmi dayanıqlı davamlı inkişaf yolundadır

 

2001-ci ildən başlayaraq Azərbaycan turizmi dayanıqlı və davamlı inkişaf yolundadır. Bu fikir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təqdimatı ilə bağlı aprelin 13-də “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səslənmişdir.

 

Nazir Əbülfəs Qarayev demişdir ki, Azərbaycanda turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə təsdiq edilmiş proqram bu sahə ilə məşğul olan qurumlar qarşısında ciddi tələblər qoyur və yeni inkişaf meydanları açır. Proqram Azərbaycan turizminin ölkə iqtisadiyyatının aparıcı, inkişafda olan bir sahəsinə çevrilməsinə təkan verəcəkdir. Proqramda, əsasən, turizmlə bağlı yeni layihələrin hazırlanması, mövcud qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin edilməsi, yeni xüsusi zonaların, onların əsasnamə və nizamnamələrinin yaradılması, beynəlxalq investorların Azərbaycanın turizm sektoruna cəlb edilməsinə xüsusi önəm verilir. Eyni zamanda, proqramda Azərbaycanın zəngin mədəni irsinin təbliği, infrastrukturun yaradılması və peşəkar kadrların hazırlanması da əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bu proqram 5 il müddətində uğurla icra edildikdən sonra Azərbaycanın turizm sektoru tamamilə yeniləşəcəkdir.

Nazir qeyd etmişdir ki, sənəddə turizmin mədəni, ekoloji, idman və başqa istiqamətləri öz əksini tapmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Hazırda 50-ə yaxın yeni belə obyektin tikintisi aparılır.

Görülən kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. Turizm müəssisələrinin sayı 2002-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.

Vurğulanmışdır ki, turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Azərbaycan Turizm İnstitutu yaradılmış onun nəzdində müxtəlif peşələr üzrə daim fəaliyyət göstərən kurslar açılmışdır.

Tədbirdə Mədəniyyət Turizm Nazirliyi daxili turizmin inkişafı sektorunun nümayəndəsi Mahir Qəhrəmanov çıxış edərək bildirmişdir ki, zəngin mədəni-tarixi irsə əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

Bildirilmişdir ki, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkədə turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Növbəti proqram ölkə iqtisadiyyatının sürətli inkişafında turizmin payının daha da artmasına gətirib çıxaracaqdır.

Natiq qeyd etmişdir ki, 2002-ci ildən başlayaraq hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD, DVD-lər s.) hazırlanır yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam elanlar verilir, bu istiqamətdə internetin imkanlarından digər vasitələrdən geniş istifadə edilir.

Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaratmışdır. Təbii ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramıölkədə turizmin rastlaşdığı problemlərin həlli bu sahənin daha da inkişaf etdirilməsinin təmin olunması üçün hazırlanmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, mədəniyyət turizm nazirinin müavini Teymur Mehdiyev başqaları iştirak etmişlər.

 

 

Xalq qəzeti.- 2010.- 14 aprel.- S. 3.