Telman Abbasqulu oğlu Adıgözəlov

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış teatr kino aktyoru, respublikanın xalq artisti, Prezident mükafatçısı Telman Abbasqulu oğlu Adıgözəlov 2010-cu il aprelin 15-də ömrünün 57-ci ilində qəflətən vəfat etmişdir.

 

Telman Adıgözəlov 1953-cü il iyul ayının 17-də Balakən rayonunda anadan olmuşdur. O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına işə götürülmüşdür.

Teatrın səhnəsində yaratdığı Daşdəmir, Rəhman (“Xurşidbanu Natəvan”, “Mahnı dağlarda qaldıİ.Əfəndiyev), Xanəhməd (“Közərən ocaqlarM.İbrahimov), Oyunbaz (“Qədir gecəsiE.Baxış), Təlxək (“VaqifS.Vurğun), Əhməd, Professor (“Ah Paris... Paris...”, “Mənim sevimli dəlimElçin), Qumarbaz (“Hələ sevirəm deməmişdilərR.Novruz), Namiq (“Şəhərin yay günləriAnar), Laz (“Qanlı NigarS.Şendil), Uoltet (“Üç quruşluq opera” B.Brext), Alyoşka (“Həyatın dibindəM.Qorki), Flins (“MaqbetU.Şekspir), Dərviş (“Müsyö Cordan dərviş MəstəlişahM.F.Axundzadə) s. kimi obrazlar tamaşaçı məhəbbəti qazanmışdır. Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmışYaşıl eynəkli adam” (Aerobika müəllimi), “Ordan-burdan” (Rəqs müəllimi), “Evləri köndələn yar” (Kamil), “Yarımştat” (Zaman), “Qonşular” (Səlim), “Nigarançılıq” (Hüseyn) teletamaşalarında unudulmaz surətlər yaratmışdır.

T.AdıgözəlovAzərbaycanfilmkinostudiyasının istehsal etdiyiNəsimi”, “Üzü küləyə”, “Mən dəniz sahilində böyümüşəm”, “Yol əhvalatı”, “1001-ci qastrol”, “Çadırımız çobanlardır”, “Qırmızı qatar”, “Qurama”, “Dörd bazar günüfilmlərində müxtəlif xarakterli obrazlar yaratmışdır. O, son illər Azərbaycan televiziyasının populyar verilişlərindən biri olanKinoklub”un əvəzsiz aparıcısı idi. Telman Adıgözəlov teatr kino yaradıcılığındakı fəaliyyətinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür. O, Prezident mükafatçısı idi.

Telman Adıgözəlov Azərbaycan teatr kino sənətində xüsusi yer tutan sənətkarlardan biri idi. İstedadı, bənzərsiz ifa üslubu ilə o, yüzlərlə pərəstişkarının məhəbbətini qazanmışdı. Amansız ölüm istedadlı aktyoru aramızdan apardı. Telman Adıgözəlovun əziz xatirəsi sənətsevərlərin onu tanıyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

Azərbaycan Teatr Xadimləri İttifaqı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

 

 

Xalq qəzeti.- 2010.- 16 aprel.- S. 7.