Dövlət Statistika Komitəsində mətbuat
konfransı
Dövlət Statistika Komitəsində bu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr edilmiş mətbuat konfransı
keçirilmişdir.
Komitə sədri Arif Vəliyev
bildirmişdir ki, sözügedən dövrdə sosial-iqtisadi
sahələrdəki vəziyyəti əks etdirən
makroiqtisadi göstəricilər göstərir ki, ölkə
iqtisadiyyatı dinamik inkişaf yolundadır, əhalinin həyat
səviyyəsini şərtləndirən gəlirlər və
əmək haqqı getdikcə artır.
Natiq göstərmişdir
ki, sözügedən dövrdə ümumi daxili məhsul
istehsalının 5,4 faiz artımını təmin etmiş
9,6 milyard manatlıq əlavə dəyərin 5,7 milyard
manatı və ya 59,5 faizi sənaye sahələrində, 650,4
milyon manatı (6,8 faizi) tikintidə, 663,6 milyon manatı (6,9
faizi) nəqliyyatda, 171,4 milyon manatı (1,8 faizi) kənd təsərrüfatında,
742,5 milyon manatı (7,8 faizi) ticarət və pullu xidmət sahələrində,
160,8 milyon manatı (1,7 faizi) rabitədə, 885,4 milyon
manatı (9,3 faizi) digər sahələrdə istehsal
olunmuş, 596,1 milyon manatını, yaxud 6,2 faizini məhsula və
idxala vergilər təşkil etmişdir.
Qeyri-neft sektorunda əlavə
dəyər istehsalı 4,3 faiz artmışdır. Orta hesabla
ölkənin hər bir sakini üzrə ÜDM istehsalı
4,2 faiz artaraq 1074,5 manata və ya 1337,6 ABŞ dollarına bərabər
olmuşdur.
Əlavə dəyərin
yarıdan çoxu yaradılan sənaye sahələrində,
hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət
göstərənlərin işi də nəzərə
alınmaqla 7,1 milyard manatlıq məhsul istehsal olunmuş və
2009-cu ilin birinci rübü ilə müqayisədə 5,6 faiz
artmışdır. Sənaye məhsulunun 5,5 milyard
manatlığı və ya 77,2 faizi mədənçıxarma
bölməsində, 1,2 milyard manatlığı, yaxud 16,7
faizi emal bölməsində, 406,7 milyon manatlığı və
ya 5,7 faizi elektrik enerjisi, qaz, buxar və
kondisiyalaşdırılmış hava ilə təchizatı
bölməsində, 29,7 milyon manatı, yaxud 0,4 faizi su təchizatı,
çirkli suların və tullantıların təmizlənməsi
bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma
bölməsində ötən illə müqayisədə məhsul
istehsalı 6,2 faiz artmışdır. Birinci rübdə 12,3
milyon ton neft, 4,4 milyard kub metr əmtəəlik qaz hasil
olunmuş, mədənçıxarma bölməsinin digər
sahələrində istehsal 28,1 faiz artmşdır.
Emal bölməsində
məhsul istehsalı 7,7 faiz artmış, bölmənin məhsullarından
qida məhsulları istehsalı 0,1 faiz, geyim istehsalı 18,4
faiz, məmulatların daşıyıcılara
çoxaldılması 12,3 faiz, neft məhsulları
istehsalı 17 faiz, kimya sənayesi məhsulları istehsalı
2,8 dəfə, əczaçılıq məhsulları
istehsalı 8,6 faiz, hazır metal məmulatları istehsalı
2,9 faiz, maşın və avadanlıqlar istehsalı 61,6 faiz,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı
13,9 dəfə artmışdır.
Elektrik enerjisi, qaz, buxar
və kondisiyalaşdırılmış hava ilə təchizat
bölməsində sənaye məhsulu istehsalı 2,5 faiz
azalmış, 5,1 milyard kVt.saat elektrik enerjisi istehsal
edilmişdir.
Su təchizatı,
çirkli suların və tullantıların təmizlənməsi
bölməsində məhsul istehsalı 1,7 faiz
artmışdır.
Komitə sədri həmçinin
demişdir ki, aqrar sahədə yaz-tarla işləri sürətlə
aparılır və aprel ayının 1-nə kimi 102,8 min
hektar sahədə yazlıq bitkilərin səpini
aparılmışdır. Bu dövrdə 7,9 min hektar sahədə
dənli və dənli paxlalı bitkilər, 1,4 min hektar sahədə
dən üçün qarğıdalı, 31,3 min hektar sahədə
kartof, 23,9 min hektar sahədə tərəvəz, 135 hektar sahədə
pambıq, 4 min hektar sahədə bostan bitkiləri, 1,4 min
hektar sahədə dən üçün günəbaxan, 3,9
min hektar sahədə şəkər çuğunduru, 28,3
min hektar sahədə çoxillik otlar əkilmişdir.
Heyvandarlıq sahəsində
həm mal-qaranın baş sayı və həm də məhsul
istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə birinci rübdə
iribuynuzlu mal-qaranın baş sayı 1,7 faiz çoxalaraq
2618,6 min, qoyun və keçilərin sayı 1,5 faiz artaraq
85595,3 min başa çatmışdır. Bu dövrdə diri
çəkidə ət istehsalı 1,4 faiz azalaraq 71,4 min ton,
süd istehsalı 4,1 faiz artaraq 332,7 min ton, yumurta istehsalı
2,6 faiz artaraq 298 milyon ədəd olmuşdur.
İlin əvvəlindən
tarlalardan 7,3 min ton və ya keçən ildəkindən 20,1
faiz çox tərəvəz toplanmışdır.
Beləliklə,
keçən ilin birinci rübü ilə müqayisədə
kənd təsərrüfatının ümumi məhsulu 1,5
faiz, o cümlədən bitkiçilik məhsulları
istehsalı 10,1 faiz, heyvandarlıq məhsulları istehsalı
1,2 faiz artmışdır.
Ölkədə
inşaat işlərinin aparılması üçün
rüb ərzində bütün maliyyə mənbələrindən
əsas kapitala 1636,8 milyon manat və ya əvvəlki ilin
müvafiq dövründəkindən 4,8 faiz çox vəsait
yönəldilmişdir. Vəsaitin 823,1 milyon manatı, yaxud
50,3 faizi məhsul istehsalı obyektlərinin inşasında
istifadə edilmişdir. Tikinti-quraşdırma işlərinin
aparılmasına sərf olunmuş vəsaitin həcmi 4,6 faiz
artaraq 1143,1 manat təşkil etmişdir. Əsas kapitala
yönəldilmiş vəsaitlərin 75,2 faizi daxili vəsaitin,
24,8 faizi xarici vəsaitin payına düşmüşdür.
Cari ildə tikintisinin
davam etdirilməsi məqsədəuyğun hesab edilən
obyektlərdə inşaat işlərinin aparılması
üçün dövlət büdcəsində nəzərdə
tutulmuş 3549 milyon manat vəsaitin 563,5 milyon manatından
istifadə olunmuşdur.
İlin əvvəlindən
ümumi sahəsi 215,3 min kvadratmetr yaşayış evləri,
50 yerlik məktəbəqədər uşaq müəssisəsi
və 140 yerlik klub, Bakıda “Dalğa Plaza” İş mərkəzi,
Naxçıvanda Avtomobil zavodu, Gəncə şəhərində
“Ramada Plaza” mehmanxanası, Qəbələdə “Gilan” Piano
fabriki, “Qafqaz Resort” mehmanxanası, “Fitnes” Sağlamlıq Mərkəzi,
Avtovağzal binası, Meyvə-tərəvəz soyuducu
anbarı, Göyçay və Ağdaşda olimpiya idman
kompleksləri tikilib istifadəyə verilmişdir.
İstehsal sahələrinin
inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi
ölkəmizin xarici dövlətlərlə iqtisadi, o
cümlədən ticarət əlaqələrinin genişlənməsinə
şərait yaradır. Dövlət Gömrük Komitəsindən
daxil olmuş məlumatlara əsasən, 2010-cu ilin ilk iki
ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi
39920,3 milyon ABŞ dolları təşkil etmiş və
ötən ilin müvafiq dövrü ilə müqayisədə
62,2 faiz artmışdır. Ticarət dövriyyəsinin 58,2
faizi Avropa, 32 faizi Asiya, 8,6 faizi Amerika, 1,3 faizi Afrika qitələri
ölkələrinin payına düşmüşdür.
Əmtəə
mübadiləsinin 84,7 faizi və ya 3319 milyon dolları uzaq
xarici ölkələrlə aparılaraq 58,6 faiz
artmışdır. Uzaq xarici dövlətlərlə ticarət
əlaqələrinin 52,4 faizi, o cümlədən idxalın
36,6 faizi və ixracın 55 faizi Avropa Birliyi dövlətləri
ilə həyata keçirilmiş və 2009-cu ilin yanvar-fevral
ayları ilə müqayisədə 58,6 faiz
artmışdır.
MDB üzvü dövlətləri
ilə iki ay ərzində 601,3 milyon dollarlıq və ya 85,7
faiz çox ticarət əməliyyatları
aparılmışdır. Əmtəə mübadiləsinin
37,8 faizi Rusiya, 32,3 faizi Ukrayna, 25 faizi Qazaxıstan, 3,2 faizi
Belarusla həyata keçirilmişdir.
Əmtəə
dövriyyəsinin 3216,6 milyon dollarını, yaxud 82,1 faizini
ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək
keçən ilin yanvar-fevral ayları ilə müqayisədə
2,2 dəfə artmışdır. İxrac olunmuş
malların 88,6 faizi və ya 2851,5 milyon dollarlığı
uzaq xarici ölkələrə, 365,1 milyon
dollarlığı isə MDB üzvü olan dövlətlərə
göndərilmiş və müvafiq olaraq 2 və 5,1 dəfə
artmışdır.
Mətbuat
konfransının sonunda A.Vəliyev jurnalistlərin
çoxsaylı suallarını
cavablandırmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 17 aprel.- S. 4.