Nizami rayonunda ilk rübün yekunları müzakirə
olunmuşdur
Dünən Bakı Şəhəri Nizami Rayon
İcra Hakimiyyətində 2010-cu ilin birinci rübündə
rayonun sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağı keçirildi. Rayonun sənaye,
təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov açdı. Natiq aprelin
14-də Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin ilk
rübünün sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında dövlət
başçısının proqram xarakterli nitqinin bəzi məqamlarına
toxundu.
Nizami Rayon İcra
Hakimiyyəti başçısının müavini
İldırım Mehdiyev 2010-cu ilin yanvar-mart ayları ərzində
rayonun sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
geniş hesabat məruzəsi ilə çıxış
etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində cari ilin üç ayında ölkəmizdə
ümumi inkişafın davam etdiyini diqqətə
çatdırdı. Cari ilin ilk rübünün Azərbaycan
Respublikası üçün kifayət qədər
uğurlu və yüksək nailiyyətlərlə zəngin
bir dövr olduğunu qeyd edən natiq dedi ki, aprel
ayının 14-də Prezident Sarayında dövlət
başçısı İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında son illər ərzində
ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi
artımın hazırda da davam etməsi müsbət hal kimi
qiymətləndirlimişdir.
Prezident İlham Əliyev
statistik göstəricilər əsasında Azərbaycanda
sosial vəziyyətin, sənaye istehsalının, özəl
bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin, o
cümlədən kənd təsərrüfatının və
digər bütün sahələr üzrə istehsalın
yüksəlməsini və inkişafını təhlil edərək
dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari
ilin birinci rübündə ölkədə ümumi daxili məhsulun
5,4 faiz artdığını, sənayedə 5,6 faiz, kənd
təsərrüfatında isə 1,5 faizlik inkişafın
baş verdiyini bildirmişdir.
Dövlət
başçısı Azərbaycanın iqtisadi
inkişafının ilbəil sürətlənməsi nəticəsində
valyuta ehtiyatlarının 22,3 milyard dollar təşkil etdiyini
vurğulayaraq göstərmişdir ki, ölkəmiz artıq
öz maliyyə imkanları ilə dünyanın investisiya
qoyan ölkəsinə çevrilməkdədir. Bundan əlavə,
Prezident İlham Əliyev Azərbaycanda investisiya layihələrinin
uğurla icra olunmasının ümumi inkişafa təkan
verdiyini bildirmişdir.
Son illər ölkəmizin
sosial-iqtisadi həyatında baş verən tərəqqi
paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə
məlumat verən rayon icra hakimiyyəti
başçısının müavini İ.Mehdiyev bildirdi ki,
ölkə iqtisadiyyatında baş vermiş sürətli
inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da
canlandırmış, rayon sakinlərinin
qarşılaşdığı sosial problemlərin həlli
istiqamətində konkret addımlar atılmış, xidmət
sahələrinin fəaliyyəti yüksəlmiş,
çoxsaylı yeni iş yerləri
açılmışdır.
Natiq bildirdi ki, 2010-cu
ilin birinci rübündə Nizami rayonunda sənaye sahəsi
üzrə istehsalın həcmi 71,9 milyon manat təşkil
etmişdir ki, bunun da 21,3 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür. Məhsul istehsalında
artım, əsasən, ət və ət məhsulları,
saflaşdırılmış günəbaxan yağı,
şərabçılıq məhsullarının
istehsalı, elektrik enerjisi, qaz, buxar istehsalı və
bölüşdürülməsi sahələrində qeydə
alınmışdır. Həmin dövrdə istehsal
olunmuş məhsulun 100 faizi istehlakçılara göndərilmişdir.
2010-cu ilin ilk
üç ayında rayonun nəqliyyat və rabitə müəssisələrinin
uğurlu fəaliyyətini qeyd edən natiq həmçinin
iqtisadiyyatın və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələri
hesabına əsas kapitala 6,9 milyon manat həcmində investisiya
yönəldildiyini, bunun da 5,6 milyon manatının dövlət,
1,3 milyon manatının isə qeyri-dövlət müəssisələrinin
payına düşdüyünü diqqətə
çatdırdı. Qeyd olundu ki, hesabat dövründə əsas
kapitala yönəldilmiş investisiyanın 6,8 milyon manatı,
yəni 98,6 faizi istehsal təyinatlı obyektlərin tikintisinin
davam etdirilməsinə sərf olunmuşdur. Cari ilin ilk
rübündə rayon üzrə pərakəndə əmtəə
dövriyyəsi və pullu xidmətlərin həcmi 42,6 faiz
artaraq 214,7 milyon manat olmuş, özəl müəssisələr
tərəfindən əhaliyə 172,4 milyon manatlıq istehlak
malları satılaraq pullu xidmətlər göstərilmişdir.
Həmçinin bildirildi ki, 3 ayın yekununa görə, rayon
üzrə işçilərin orta aylıq nominal əmək
haqları ötən ilin müvafiq dövrünə nisbətən
6,1 faiz artaraq 300 manat olmuşdur.
2010-cu ilin yanvar-mart
aylarında Nizami rayonunda 262 yeni iş yerinin
açıldığını diqqətə
çatdıran məruzəçi hazırda rayonda məşğulluq
strategiyasının reallaşdırılması istiqamətində
görülən işlərdən geniş bəhs etdi. Rayon
əhalisinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində görülmüş işlər barədə
ətraflı məlumat verən natiq onu da dedi ki, ölkə
başçısı tərəfindən imzalanmış fərman
və sərəncamların məhz əhalinin sosial
rifahının yüksəldilməsinə yönəldilməsinin
nəticəsidir ki, əvvəlki dövrlərlə
müqayisədə vətəndaşların maddi rifah
halı getdikcə yaxşılaşır.
Rayonun ayrı-ayrı
xidmət sahələrinin fəaliyyətindən bəhs edən
İ. Mehdiyev sakinlərin işıq, qaz, istilik və
içməli su ilə təminatının
yaxşılaşdırılması ilə bağlı
görülən işləri diqqətə
çatdırdı. Bununla yanaşı, məruzəçi
qarşıda duran vəzifələrə, həlli vacib məsələlərə
toxunaraq bildirdi ki, ilin qalan dövrü ərzində rayonun
ekoloji vəziyyətinin yaxşılaşdırılması,
yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi,
xidmət sahələrinin işinin günün tələbləri
səviyyəsində qurulması, həmçinin rayon ərazisində
bir sıra təmir-bərpa işləri görüləcəkdir.
Məruzə ətrafında
çıxış edən digər natiqlər rəhbərlik
etdikləri sahələrin cari ilin birinci rübü ərzindəki
fəaliyyəti ilə bağlı hesabat verdilər, ölkənin
sosial-iqştisadi inkişafı yolunda bundan sonra da səylə
çalışacaqlarını bildirdilər.
Hesabat
yığıncağına yekun vuran Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər
Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr
olunmuş iclasında Prezident İlham Əliyev proqram xarakterli
yekun nitqindən irəli gələn vəzifələrin
icrası ilə bağlı görüləcək işlərdən
söhbət açdı, bununla bağlı müvafiq
qurumların rəhbərlərinə konkret
tapşırıqlar verdi.
Nazirlər Kabinetinin məlum
iclasında Prezident İlham Əliyevin ölkə ərazisində
istehlak mallarının keyfiyyətinə nəzarəti
gücləndirməklə bağlı verdiyi
tapşırığın Nizami rayonunda da yüksək səviyyədə
yerinə yetirilməsi məqsədilə rayon icra hakimiyyətində
istehlak mallarının keyfiyyətinə ictimai nəzarət
komissiyasının yaradılması qərara alındı.
Yığıncağın
sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 22 aprel.- S. 4.