Milli Kitabxanada Azərbaycanda müdafiə olunan
dissertasiyaların virtual zalı açıldı
M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan
Respublikasında müdafiə olunan bütün elm sahələri
üzrə namizədlik və doktorluq dissertasiyalarının
virtual oxu zalı yaradıldı. Məlumatı Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidməti yaymışdır.
Bu münasibətlə
keçirilən tədbirdə mədəniyyət və
turizm naziri Ə.Qarayev çıxış etmişdir. O, qeyd
etmişdir ki, müasir dövrdə elektron informasiya
daşıyıcıları xüsusi əhəmiyyət kəsb
edir və tez bir vaxtda informasiya mübadiləsini həyata
keçirir. Bir il bundan öncə Milli Kitabxanamızda Rusiya
Dövlət Kitabxanasının virtual dissertasiya
zalının açılış mərasimi
keçirilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında
kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”na əsasən
kitabxanaların informasiyalaşmasına xüsusi önəm
verilir. Dövlət Proqramının icrası məqsədilə
kitabxana-informasiya prosesləri avtomatlaşdırılır. Bu
iş regionlarda daha sürətlə inkişaf edir.
Dissertasiyaların virtual oxu zalı isə yalnız Milli
Kitabxanada təşkil oluna bilər. Mənə verilən məlumata
görə, hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya
saxlanılır. Onlardan 1300-ü virtual bazaya daxil edilib.
Dissertasiyalar Azərbaycan, rus, türk və s. xarici dillərdədir.
Bu çox vacibdir. İstifadəçilər müxtəlif
dillərdə olan dissertasiyalar və avtoreferatlarla
Qeyd etdiyim kimi bu işlər
və kitabxana - informasiya sisteminin sürətli inkişafı
yalnız Dövlət Proqramı imzalandıqdan sonra
mümkün olmuşdur. Kitabxanalarda islahatlar keçirilir,
yeni informasiya resurs və intellekt mərkəzləri
yaradılır. Onlar Azərbaycanı təbliğ edirlər.
Milli Kitabxana isə bu işlərin həyata keçirilməsində
ön cərgədə olmalıdır.
Daha sonra Ali Attestasiya Komitəsinin
sədri, akademik Arif Mehdiyev, AMEA-nın birinci vitse prezidenti Arif
Həşimov, təhsil nazirinin müavini İradə
Hüseynova görülən işlərin vacibliyini
vurğuladılar və qeyd etdilər ki, bu cür işlər
elmin inkişafına böyük təkan verir.
Milli Məclisin mədəniyyət
məsələləri komitəsinin sədri Nizami Cəfərov
qeyd etdi ki, kitabxanada bədii ədəbiyyatla yanaşı
elmi ədəbiyyat da olmalıdır. Bu kitabxananın
nüfuzunu artırır, onu elm və informasiya mərkəzinə
çevirir. Milli Məclisin deputatı Fəttah Heydərov
maraqlı təklif irəli sürdü və qeyd etdi ki,
virtual oxu zalları şəbəkəsi Azərbaycanın
regionlarında da yaradılmalıdır. Məsələn, Qəbələdə,
Gəncədə və s. rayon və şəhər
kitabxanalarında.
BDU-nun professoru Abuzər Xələfov
qeyd etdi ki, bu gün kitabxana tarixində böyük hadisə
baş verib. Kitabxana elmə böyük dəstək olub.
Ümumiyyətlə mən qeyd etmək istərdim ki, son illər
kitabxana işində biz hamımız müsbət dəyişikliklərin
şahidiyik.
Tədbirin sonunda mədəniyyət
və turizm naziri cənab Əbülfəz Qarayev tədbirə
yekun vurdu və qeyd etdi ki, nazirliyin qarşısında duran
daha bir böyük vəzifə Azərbaycanda nəşriyyat
işinin daha da yaxşılaşdırılması, Respublika
Kitabxana Kollektorunun işinin təkmilləşdirilməsidir.
Nəşriyyat Qanununa çoxlu dəyişikliklər edilməli,
nəşriyyatlar kitabxanalarla sıx vəhdətdə işləməlidir.
Rəqəmsal informasiya daşıyıcılarının
sayını çoxaltmaq məqsədi ilə ilk öncə
ənənəvi kitablar əldə etmək lazımdır. Gələcəkdə
virtual zala daxil olmaq hüququ Prezident Kitabxanasına, Milli Məclisin
kitabxanasına, AMEA- nın Mərkəzi Elmi Kitabxanasına
vermək lazımdır.
Tədbirdə
dissertasiyaların elektron bazası nümayiş etdirildi.
M.MÜKƏRRƏMOĞOLU
Xalq qəzeti.- 2010.- 23 aprel.- S. 8.