Türk dünyasının
bütün qurumlarında Azərbaycana etimad artır
Beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər
yeni, daha müasir müstəviyə gətirildikcə
dövlətlər və toplumlar öz siyasətlərinə
yenidən baxır, bir sıra redaktələr edirlər. Belə
yeniliklərdən biri də xalqların və dövlətlərin
öz mövcudluqlarını sübut etmək, beynəlxalq
aləmin fəal üzvlərindən biri olduğunu təsdiqləmək
istəyidir. Əslində türk dünyasının öz
tarixini və bugünkü mövcudluğunu yenidən təsdiq
etməsinə ehtiyacı yoxdur. Bu reallıqları tarix min illərdən
bəri qəbul etmiş və təsdiqləmişdir. Ancaq
böyük qüvvələrin cılız bədxahları
həmişə olub və indi də var. Məhz həmin
zərurəti bədxahların cəfəng və hədyanlarını
əsas götürən türk dünyasının
öncül ziyalıları Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası
adlı möhtşəm bir elmi tədqiqat qurumu
yaratmışlar.
Avrasiyanın 26 ölkəsində filial, şöbə və ya mərkəzləri olan TDABEA cəmiyyət həyatının bütün sahələrinə aid elmi tədqiqatlar aparır, sorğular keçirir, türk xalqlarının mənəvi dəyərlərinin qorunub saxlanılmasına və beynəlxalq aləmdə daha geniş şəkildə təbliğinə çalışır. Akademiyanın Mükafat Komitəsi ictimai-siyasi, hərbi, elmi-texniki, ədəbi-bədii, dini və fəlsəfi baxımdan mühüm nailiyyətləri olan türk ziyalılarının dövri olaraq mükafatlandırılmasını təşkil edir. Həmin mükafatlardan ən alisi on milyonlarla insana səadət gətirmiş böyük dövlət xadimi, dünyanın ən mütəşəkkil hərbi birləşmələri ilə qanlı mübarizələrdən qazi kimi çıxmış sərkərdə Mustafa Kamal Paşa Atatürkün doğum günü — aprelin 19-da təqdim edilən “Atatürk Beynəlxalq Mükafatı”dır. Bizim üçün fəxrdir ki, bu il Azərbaycan ziyalısına göndərilən həmin mükafat birdən-birə üç sahəni əhatə edir.
TDABEA Mükafat Komitəsinin sədri, professor Həsən Əhməd və Baş katib, doktor Məlahət Ecevitin imzası ilə Bakıya göndərilən məktubda qeyd edilir ki, Beynəlxalq Mükafat Komitəsinin 19 aprel 2010-cu il tarixli qərarıyla yazıçı-filosof Hacı Fərhad Mirzə (Azərbaycan) türk dünyasının elminə, təhsilinə və iqtisadiyyatına verdiyi töhfələrə görə “Atatürk Beynəlxalq Mükafatı”na layiq görülmüşdür.
Qeyd edək ki, Hacı Fərhad Mirzənin siyasət, iqtisadiyyat, elm, təhsil, Vətən, ordu, əsgər, din, iman, mənəvi borc, haqq-ədalət və başqa mövzularda olan ibrətamiz kəlamları Bakıda, Ankarada və Moskvada üç dildə, nəfis şəkildə, kütləvi tirajla nəşr edilmiş, ictimai-siyasi, elmi-texniki, tədris və dini qurumların hamısına göndərilmişdir. Öz müəllifinə beynəlxalq aləmdə bir neçə qızıl medal da daxil olmaqla onlarla mükafat qazandıran “Kəlamlar” kitabı Havana, Frankfurt və Lvov şəhərlərində keçirilən kitab sərgilərində uğurla nümayiş etdirilmişdir. Dünya alimləri arasında Azərbaycan xalqının mənəvi keyfiyyətləri barədə mövcud olan yüksək imici “Kəlamlar” kitabı bir qədər də zənginləşdirmişdir. Kitabın yaxın günlərdə ingilis dilində də işıq üzü görməsi gözlənilir.
Soydaşımızı “Atatürk Beynəlxalq Mükafatı” alması münasibətilə təbrik edirik.
Natəvan İSMAYILLI
Xalq qəzeti.- 2010.- 27 aprel.- S. 7.