Tərtər quruculuq ənənəsinə
sadiqdir
Prezident
İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında qarşıya qoyduğu vəzifələri
tərtərlilər də geniş müzakirə etmiş, fəaliyyət
proqramı kimi qəbul etmişlər. Tərtər
Rayon İcra Hakimiyyətində keçirilmiş ümumrayon
müşavirəsində ötən 6 ayda
qazanılmış uğurlara və həllivacib məsələlərə
geniş nəzər salınmışdır.
Toplantıda məruzə
çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin
başçısı Vidadi İsayev bildirmişdir ki, 2010-cu
ilin birinci yarısında rayonun sürətli sosial-iqtisadi
inkişafı təmin edilmişdir. Altı ay ərzində
1791,3 min manat dəyərində sənaye, 18 milyon 160 min manat
dəyərində kənd təsərrüfatı məhsulu
istehsal olunmuşdur. 141,9 min manatlıq rabitə, 46 milyon 67 min
manatlıq ticarət, 6 milyon 856,4 min manat pullu xidmətlər
göstərilmiş, əhalinin gəlirləri 79 milyon 854 min
manat təşkil etmişdir. Rayonun sənaye müəssisələrində
540,2 min manatlıq məhsul istehsal olunaraq
satılmışdır.
Keçən ilin müvafiq
dövrünə nisbətən 422,5 min manatlıq və ya
30,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir. 4
milyon 545,9 min manatlıq və ya 11 faiz çox ticarət,
786,1 min manatlıq və ya 13 faiz çox pullu xidmətlər
göstərilmişdir. Əhalinin gəlirləri 4 milyon 873
min manat və ya 6,5 faiz artmışdır.
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi
inkişafı Dövlət Proqramı"na uyğun olaraq nəzərdə
tutulmuş tədbirlərin icrası 2010-cu ilin birinci
yarısında da uğurla davam etdirilmişdir. Rayon
iqtisadiyyatının əsasını təşkil edən
aqrar sahənin inkişafının dəstəklənməsi
üçün müəyyən işlər
görülmüşdür.
Kənd təsərrüfatı
bitkilərinin ziyanvericilərinə və alaq otlarına
qarşı 6470 hektar sahədə mübarizə işi
aparılmışdır. 340 ton toxum dərmanlanmış, gəmiricilərə
qarşı mübarizə üçün dövlət vəsaiti
hesabına 160 kiloqram sink-fosfat və 300 litr siroks alınaraq
istifadə edilmişdir. Aqrolizinq yolu ilə güzəştli
şərtlərlə mülkiyyətçilərə 2011
ton azot gübrəsi satılmış, 5 ədəd SK-5
markalı yeni taxılbiçən alınmışdır.
Buğda səpininə görə 3823 istehsalçıya
12917 hektar üçün 516 min 708 manat kompensasiya ödənilmişdir.
Əkinlərin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün təsərrüfatlararası
kanal və arxlar 339 min kubmetr lildən təmizlənmiş,
daşqın və selə qarşı 42 min kubmetr torpaq
işi görülmüşdür. 1,5 kilometr beton kanal əsaslı,
14 hidrotexniki qurğu və 22 hidropost, 96 subartezian quyusunun dərinlik
nasosu və 8 quyunun transformatoru cari təmir edilmişdir. Bəyimsarov
kəndində nasos stansiyasında yenidənqurma işlərinə
başlanmışdır. 2009-cu ildə vurulmuş 2 subartezian
quyusu istifadəyə verilmiş, 10 quyunun dərinlik
nasosları yeniləri ilə əvəz edilmişdir. Rayonda
qrunt sularının səviyyəsinin aşağı
salınması üçün 324 min manat dəyərində
meliorasiya işləri görülmüşdür.
2010-cu ilin məhsulu
üçün rayonda 30389 hektar sahədə əkin
aparılmışdır ki, bunun da 16696,9 hektarını
taxıl, 191 hektarını dənlik qarğıdalı, 2
hektarını darı, 164 hektarını lobya, 1209
hektarını pambıq, 379 hektarını şəkər
çuğunduru, 5 hektarını soya, 463 hektarını
günəbaxan, 445 hektarını kartof, 910,5 hektarını
tərəvəz və 9924 hektarını yem bitkiləri təşkil
edir. 2009-cu ilə nisbətən dən üçün arpa əkini
732 hektar, xəsil arpa 11 hektar, darı 2 hektar, lobya 30 hektar,
pambıq 359 hektar, şəkər çuğunduru 209 hektar,
dən üçün günəbaxan 55 hektar, soya 5 hektar, tərəvəz
61 hektar, yem bitkiləri 3740 hektar artmışdır. 10600
hektar taxıl sahəsindən 22317 ton məhsul
yığılmışdır. 95 hektar sahədən 419 ton
lobya, 241 hektar sahədən 2518 ton kartof, 480 hektar sahədən
5781 ton müxtəlif növ tərəvəz və 1322 ton
meyvə istehsal olunmuşdur.
Bütün təsərrüfatlarda
iri malın sayı 24020 baş, o cümlədən ana inək
və camışların sayı 11084 baş olmuşdur.
Qoyun-keçilərin sayı isə 67439 baş təşkil
etmişdir. 2009-cu ilin müvafiq dövrünə nisbətən
iri malın sayı 504 baş, o, cümlədən ana inək
və camışlar 211 baş, qoyun-keçilər 1898
baş artmışdır. Birinci yarımildə 849 ton diri
çəkidə ət, 6085 ton süd, 1980 min ədəd
yumurta və 104 ton yun istehsal olunmuşdur. Ötən ilin
müvafiq dövrünə nisbətən 13 ton diri çəkidə
ət, 491 ton süd, 320 min ədəd yumurta və 1 ton yun
çoxdur. Rayonda kənd təsərrüfatı məhsullarının
istehsalı davam edir.
Respublikamızın paytaxtında əhalinin
kənd təsərrüfatı məhsulları ilə təminatını
daha da yaxşılaşdırmaq, süni qiymət
artımının qarşısını almaq
üçün cari ilin birinci yarısında Bakı şəhərində
hər həftə keçirilən yarmarkalara 342 ton müxtəlif
kənd təsərrüfatı məhsulları və 285 min
dəstə göy-göyərti göndərilmişdir.
Məruzəçi daha sonra qeyd
etdi ki, 2010-cu ilin birinci yarısında əhali və
iqtisadiyyatın enerji və içməli su ilə təminatının
daha yaxşılaşdırılması, əhaliyə
göstərilən sosial xidmətlərin səviyyəsinin
yüksəldilməsi, kommunal xidmətlərin
haqlarının tam ödənilməsi üçün
işlər davam etdirilmişdir.
Tərtər və Sarıcalı
qidalandırıcı yarımstansiyalarında transformatorlar,
yağ açarları, partallar rənglənmişdir. Güc
transformatorlarının 9 ədədi əsaslı və 42 ədədi
cari, 17,21 kilometr yüksək gərginlikli və 17,5 kilometr
aşağı gərginlikli hava xətləri əsaslı və
cari təmir edilmişdir. 263 sayğac
quraşdırılmış, 161 əyilmiş dayaq düzəldilmişdir.
Məcburi köçkünlərə xidmət edən şəbəkələrdə
10296,34 min manat dəyərində təmir işləri
aparılmışdır. Yarım ildə istehlak edilmiş elektrik
enerjisinin dəyəri 87,7 faiz, o cümlədən yerli əhali
qrupu üzrə 92,1 faiz ödənilmişdir.
Yaşayış məntəqələrinin
qazlaşdırılması və əhalinin təbii qazla təminatının
yaxşılaşdırılması üçün
ardıcıl tədbirlər görülmüşdür.
Rayonun "Dördyol" adlanan ərazisində
qazpaylayıcı stansiya quraşdırılmışdır.
15 kilometr magistral qaz kəməri, Qaynaq, Qapanlı və Qazyan
kəndlərində 29,3 kilometr qaz kəməri çəkilmişdir.
Cari ilin sonunadək Tərtərçayın sağ sahilində
yerləşən 20 kəndin qazlaşdırılması nəzərdə
tutulmuşdur və hazırda işlər sürətlə
aparılır. İndiyədək 37 yaşayış evinə
və N saylı hərbi hissəyə təbii qaz
verilmişdir. 38 qaz sayğacı, 5 qaztənzimləyici və
1 kran quraşdırılmış, 145 metr
çürümüş qaz kəmərləri yenisi ilə
əvəz olunmuşdur. Altı ay ərzində istehlak
edilmiş təbii qazın dəyəri 107,5 faiz, o cümlədən
əhali üzrə 108,5 faiz ödənilmişdir.
Altı ay ərzində içməli
su şəbəkəsində xidmət işləri davam
etdirilmiş, şəbəkədə 18,5 min manat dəyərində
təmir işləri aparılmışdır. 11 subartezian
quyusunun dərinlik nasosları əsaslı təmir
edilmişdir. Tərtər şəhərinin içməli
su şəbəkəsinin yenidən qurulması və
kanalizasiya şəbəkəsinin yaradılması
üçün layihə-smeta sənədləri
hazırlanmış və işlərə yaxın vaxtlarda
başlanması təmin ediləcəkdir.
Əhaliyə göstərilən
rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi
üçün 2 genişzolaqlı avadanıq
quraşdırılmışdır. Hazırda 16 abonent bundan
istifadə edir. Altı ay ərzində internet istifadəçilərinin
sayı 309 abonent artaraq 489-a çatmışdır. Qovşaqda 96 yerlik 2 port istifadəyə verilmiş və
hazırda 84 abonent bu xidmətdən istifadə edir. "Az Datakom" şəbəkəsi
quraşdırılmış və kənd ATS-ləri,
poçt şəbəkələri bu sürətli şəbəkədən
istifadə edirlər. Borsunlu kəndində
32 nömrəlik EATS quraşdırılmış və xətt
şəbəkəsi tikilərək istifadəyə verilmişdir.
İlin sonunadək 5 koordinat tipli ATS-in elektron ATS-lə əvəz
edilməsi, yeni bir elektron ATS-in quraşdırılması
üçün təşkilati tədbirlər
görülmüş və ilin ikinci yarısında bu
işlərə başlanacaqdır.
Daha sonra abadlıq-quruculuq işlərindən
söz açan başçı Bərdə-İstisu
avtomobil yolunun 11-18-ci kilometrliyində Tərtərçay
üzərində körpülərin dayaqlarını
yuyulmadan qorumaq üçün 1203 min kubmetr dayaqbərkitmə
işləri aparılmışdır. 8289
kvadratmetr yollarda əmələ gəlmiş çalalar
asfalt-beton örtüyü ilə təmir edilmişdir.
1126 işarə dirəyi basdırılmış, qış
mövsümündə 80 kilometr yol qardan təmizlənmiş,
814 kubmetr qum səpilmişdmr. Yollarda əmələ gəlmiş 18 min kvadratmetr
çalalar qum-çınqılla doldurulmuş, 96 min
kvadratmetr yolların çiyin hissələri avtoqreyderlə
hamarlanmışdır. Goranboy-Tərtər
magistral avtomobil yolunun 36-cı kilometrliyində asfalt-beton
örtüyü və səki qoyulmuş, Cəmilli-Dəmirçilər
kəndlərarası avtomobil yolu qum-çınqılla
tikilmişdir. Bələdiyyələrin vəsaiti
hesabına kənddaxili 41 kilometr yerli əhəmiyyətli
yollar qum-çınqılla cari təmir edilmişdir.
Rayon mərkəzində E.Hüseyov
küçəsi hissə-hissə asfalt-beton
qarışığı ilə təmir edilmişdir. Böyük Vətən Müharibəsi
iştirakçılarının xatirəsinə
ucaldılmış kompleksdə rekonstruksiya işləri
aparılmışdır. Nizami
küçəsində yolun dairəvi hissəsi genişləndirilmiş,
hər üç istiqamətdə magistral avtomobil
yollarında və yolun kənarlarında tikinti-abadlıq
işləri davam etdirilmişdir. Bərdə-Tərtər
avtomobil yolunda ümummilli lider Heydər Əliyevin 2 pannosu
ucaldılmış, alkopanla işlənmişdir. Şəhərin E.Səfərov küçəsində
1 kilometr səki tikilmiş, asfalt-beton örtüyü
qoyulmuş, bardürlar yağlı boya ilə rənglənmişdir.
Bərdə, Tərtər avtomobil yolunda şəhərin
ad göstəricisinin tikintisi başa çatmaq üzrədir.
Rayonda müasir tələblərə
cavab verən qum-çınqıl karxanası, ANAMA-nın təlim
tədris mərkəzi tikilib istifadəyə verilmişdir.
Gündəlik gücü 10 ton olan süd emalı zavodunun,
220 şagird yerlik Sarıcalı kənd orta məktəbinin,
motel kompleksinin tikintisi davam etdirilmişdir. 80
şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbinin,
Sarov kəndində təhlükəsiz oyun
meydançasının tikintisinə
başlanmışdır. Mərkəzi
meydanın, Heydər Əliyev prospektinin yenidən
qurulmasına başlanmış, fontan müasir dizaynla yenidən
qurulmuş, meydana 6 min kvadratmetr üzlük çəkilmişdir.
Hazırda 220 şagird yerlik Sarıcalı kənd
orta məktəbinin tikintisində son tamamlama işləri
aparılır. 80 şagird yerlik Azad
Qaraqoyunlu kənd ibtidai məktəbinin tikintisi sürətlə
gedir.
Təhsil Nazirliyi tərəfindən Seydimli kənd orta,
yerli büdcə vəsaiti hesabına Qaynaq kənd əsas,
Qaraağacı kənd orta məktəblərinin əsaslı,
şəhər 3 saylı əsas, Hüsənli kənd orta,
Kovdadıq kənd ibtidai məktəblərinin və məktəbdənkənar
iş mərkəzinin cari təmir edilməsi
üçün təşkilati tədbirlər görülür.
Digər ümumtəhsil məktəblərində
daxili imkanlar hesabına cari təmir işləri
aparılır. İlin birinci yarısında 56 parta, 50
yazı lövhəsi, 145 stul, 26 müəllim stolu, 30 kitab
şkafı, 13 kreslo, 3 paralel qol, 1 turnik, 2 tenis stolu, 25 valeybol
və 40 futbol topu, 4 valeybol və 28 futbol setkası, 5 ədəd
kompyuter, 2 ədəd printer alınaraq məktəblərə
paylanmışdır. Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasından şəhər 2
saylı məktəb-liseyə müasir tələblərə
cavab verən kimya labaratoriyası göndərilmişdir.
Əhaliyə səhiyyə xidmətinin səviyyəsinin
yüksəldilməsi üçün də 6 ayda
ardıcıl iş aparılmışdır. 54 min 529 manat dəyərində
dərman preparatları və sarğı materilları, 10 min
430 manat dəyərində bərk və 3 min 120 manat dəyərində
yumşaq inventar alınaraq rayonun səhiyyə müəssisələrinə
paylanmışdır. İmtiyazlı və
güzəştli şərtlərlə tibbi xidmət almaq
hüququna malik xəstələrə 27 min 577 manat dəyərində
pulsuz dərman preparatları verilmişdir. 1385 xəstə stasionar şəraitdə müalicə
olunmuş, 123 nəfər xəstə hərtərəfli
müayinə və müalicə olunmaq üçün
respublikanın ayrı-ayrı klinik xəstəxanalarına
göndərilmişdir. 32 cərrahi, o
cümlədən 17 təxirəsalınmaz cərrahi əməliyyat
aparılmış, 365 doğum olmuşdur. Altı ayda rayonun tibb müəssisələrində
ambulator və profilaktiki gəlişlər 141746, evə
çağırışlar isə 28 346 olmuşdur.
Cari ildə rayon Mərkəzi, Cəmilli, Ələsgərli
və Sarıcalı kitabxanalarında əsaslı, Buruc, Bəyimsarov
və Borsunlu kənd kitabxanalarında, rayon mədəniyyət
evində cari təmir işləri görülməsi nəzərdə
tutulmuşdur. Gənclərin asudə
vaxtının səmərəli təşkili, onların fəal
həyata cəlb edilməsi məqsədilə 49, idman üzrə
29 tədbir hazırlanıb həyata keçirilmişdir.
Hesabatda göstərildi ki, ilin birinci
yarısında əhalinin sosial müdafiəsi məsələləri
də diqqət mərkəzində
saxlanılmışdır. Rayonda 10456 nəfər
pensiyaçı olmuş, bunun 9293 nəfərini işləməyən,
1163 nəfərini işləyən pensiyaçılar təşkil
etmişdir. Ümumi pensiyaçıların 7683 nəfəri
yaşa, 1994 nəfəri əlilliyə, 779 nəfəri ailə
başçısını itirməyə görə pensiya
alır.
Sahibkarlığın inkişaf etdirilməsi
də diqqət mərkəzində saxlanılmış, 1108
subyekt fəaliyyət göstərmişdir. Cari ilin may
ayında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə
rayon sahibkarlarına metodiki köməklik göstərilmiş,
onlara güzəştli şərtlərlə kredit
verilmişdir. Altı ay ərzində rayonda 421 yeni iş yeri
yaradılmışdır ki, bunlardan
160-ı daimi iş yerləridir.
Müzakirələrdə iştirak edən Maliyyə
İdarəsinin rəisi Zahid Təhməzov, Təhsil
şöbəsi müdirinin müavini Ağa Ələsgərov,
RİH aqrar şöbəsinin baş aqronomu Natiq Musayev, Qaz
İstismar İdarəsinin rəisi Bakir Qurbanov, Elektrik Şəbəkəsinin
rəisi Nazim Ələkbərov və digər natiqlər
ayrı-ayrı sahələrdə aparlmış işlər
barədə məlumat verdilər, uğurları və
problemləri vurğuladılar. Qarşıda
duran məsul vəzifələr təhlil olundu, konkret tədbirlər
müəyyənləşdirildi. Əminliklə
bildirildi ki, qarşıdakı aylarda rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi,
infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin
yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi,
2009-2013-cü illərdə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi üçün bütün qüvvələr
səfərbər ediləcəkdir.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 1
avqust.- S. 4.