Jurnalistikada
peşəkarlığın artırılması zamanın tələbidir
Umud RƏHİMOĞLU, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini:
-Azərbaycan mətbuatının 135 illik yubiley tədbirləri, sözün əsl mənasında, mətbuat tariximizdə xüsusi yer tutacaq bir hadisəyə çevrildi. Bu yubiley ilə bağlı dövlət tərəfindən, xüsusi ilə şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən görülən işləri yüksək qiymətləndirirəm. Dövlətimiz tərəfindən mətbuatımızın inkişafı üçün kifayət qədər iş görülüb və bu iş ardıcıl olaraq davam edir. Hələ mərhum Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin dövründən mətbuatın inkişafı üçün başlayan islahatlar onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bir neçə il əvvəl Azərbaycan Mətbuat Şurasının təşəbbüsü və media ictimaiyyətinin iştirakı ilə kütləvi informasiya vasitələrinə dövlətin dəstək verməsinin əsasları geniş müzakirə olundu, konsepsiya hazırlandı. Bunun ardınca Azərbaycan Respublikası Prezidenti tərəfindən Mətbuata Dövlət Dəstəyi Konsepsiyası təsdiq olundu.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondu yaradıldı. Yarandığı bir il müddətində fond xeyli işlər görüb, onun fəaliyyəti
mətbuatın inkişafına öz
töhfəsini verməkdədir. Milli
mətbuatımızın 130 illik yubileyi də geniş
şəkildə qeyd olunmuşdu.
Onda Prezident İlham Əliyev Azərbaycan Mətbuat
Şurasının maddi-texniki
bazasının daha da
yaxşılaşdırılacağını bildirmişdi. Mətbuatımızın
135 illiyində, iyulun 22-də Prezidentin iştirakı ilə Azərbaycan Mətbuat
Şurasının müasir avadanlıqla
təchiz edilmiş yeni
ofisinin açılışı oldu. 32 qəzetin hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat yardım göstərildi.
İlham Əliyev jurnalistlərin mənzil-məişət
vəziyyətinin yaxşılaşdırılması
üçün Prezidentin
Ehtiyat Fondundan 5 milyon manat ayırdı.
Neçə vaxtdır ki,
jurnalistlərimizin mənzil-məişət
problemləri media ictimaiyyəti
tərəfindən geniş
müzakirə olunur.
Nəhayət, jurnalistlərin mənzil
məsələsinə ölkə
başçısı səviyyəsində
konkret münasibət
bildirildi, onların bu problemlərinin həlli istiqamətində
çox zəruri bir addım atıldı. Şübhəsiz ki, bu addım
da jurnalistlərimizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdıracaq, bütövlükdə mediamızın
inkişafına müsbət
təsir edəcək.
Eyni zamanda, kütləvi informasiya vasitələrində
reklamın həcminin
artırılmasının da nəzərdə tutulması redaksiyaların
iqtisadi vəziyyətini
yaxşılaşdıracaq, müstəqilliyinin möhkəmlənməsinə
mühüm təsir göstərəcək.
Mətbuat işçilərinin fəxri adlarla və mükafatlarla təltif olunması da Azərbaycan Milli Mətbuatının
135 illik yubileyi ilə əlaqədar mətbuata dövlət qayğısının bir
nümunəsi idi.
Düşünürəm ki, mətbuat
işçilərinə fəxri
adların və mükafatların verilməsi
çox vacibdir.
Bu, media işçilərinin
daha yaxşı, səmərəli fəaliyyəti
üçün bir stimuldur. Fəxri adlar və mükafatlar verilən zaman heç bir ayrı-seçkiliyə
yol verilmədi, təltif olunanlar arasında həm iqtidar, həm də müxalifət mətbuatının təmsilçiləri
yer aldı. Mükafatlandırılan zaman jurnalistlərin
siyasi baxışları
yox, onların peşə fəaliyyəti
əsas götürüldü.
Xatırlayırsınızsa, İlham Əliyev
Prezident seçilən
zaman hər kəsin Prezidenti olacağı ilə bağlı çox vacib bir bəyanat
vermişdi. Media işçilərinə təltiflər
və mükafatlar verilən zaman cənab Prezident bunu öz əməli
ilə bir daha təsdiq etdi.
Yeri gəlmişkən, mənə böyük etimad göstərərək,
"Əməkdar mədəniyyət
işçisi" adı
ilə təltif etdiyinə görə cənab Prezidentimizə öz minnətdarlığımı
bildirirəm. Bu fəxri ad şəxsən
mənim üzərimə
böyük bir məsuliyyət qoyur.
Bundan sonrakı fəaliyyətimdə
də cənab İlham Əliyevin mənə göstərdiyi
etimadı doğrultmağa
çalışacağam.
Əliağa QURBANOV, Saatlı
rayonunda çıxan
"Dönüş" qəzeti
baş redaktorun müavini:
-Ümummilli lider
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən
sonra bütün sahələrdə olduğu
kimi, müstəqil mətbuatın inkişafında
da əsaslı dönüş yarandı.
Azərbaycan milli mətbuatının
keçdiyi zəngin və kəşməkəşli
yolu hər dəfə diqqətə çatdıran ulu öndər müstəqil
mətbuatı demokratiyanın
əsas atributlarından
hesab edərək bu sahənin inkişafına qayğı
göstərir, yaranmış
problemlərin aradan qaldırılmasını prioritet
vəzifə kimi qarşıya qoyurdu.
Böyük tarixi şəxsiyyətin
sərəncamı ilə
milli mətbuatımızın
125 illiyinin təntənəli
şəkildə qeyd
olunması, bunun ardınca müxtəlif qanunvericilik aktlarının
qəbul edilməsi bu sahəyə diqqəti daha da artırdı. Ulu öndərin digər sərəncamı ilə
mətbuat üzərindəki
senzuranın ləğv
edilməsi Azərbaycanda
azad sözün, müstəqil mətbuatın
inkişafına geniş
meydan yaradılmasından
xəbər verirdi.
Onu da qeyd edək
ki, ümummilli lider Heydər Əliyevin senzuranın ləğv edilməsi ilə əlaqədar imzaladığı sərəncam
beynəlxalq miqyasda da yüksək qiymətləndirildi. Artıq beynəlxalq
qurumlarda da Azərbaycanda azad sözün və müstəqil mətbuatın
inkişafı istiqamətində
atılan addımlar yüksək qiymətləndirildi.
"Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişikliklər edilərək
daha da təkmilləşdirilməsi
müstəqil mətbuatın
inkişafında əsaslı
dönüş yaratdı.
Ulu
öndərin ideyalarını
böyük müvəffəqiyyətlə
həyata keçirən
möhtərəm Prezidentimiz
İlham Əliyevin müstəqil mətbuatın
inkişafına xüsusi
önəm verməsi
hər bir jurnalistin ürəyincədir.
Bir sıra qəzetlərin
"Azərbaycan" nəşriyyatına
olan borclarının dövlət büdcəsi
hesabına ödənilməsi
kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazasının daha da möhkəmləndirilməsi
istiqamətində atılan
qətiyyətli addım
oldu. Dövlət
başçısının 2005-ci ildə milli mətbuatımızın 130 illiyi
ilə əlaqədar
imzaladığı sərəncamla
kütləvi informasiya
vasitələrinə və
mətbuat agentliklərinə
maliyyə yardımları
ayrılması, bu sahədə uzun müddət fəaliyyət
göstərən jurnalistlərə
fəxri adların verilməsi, müxtəlif
mükafatlarla təltif
olunması jurnalistlərin
gələcəyə olan
inamını daha da artırdı. Bu il iyulun
21-22-də dövlət başçısının
milli mətbuatımızın
135 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamlar
jurnalistikanın inkişafında
bu sahədə peşəkarlığın artırılmasında
yeni dövrün başlanğıcını qoydu.
Bu dəfə kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının gücləndirilməsi
istiqamətində daha
qətiyyətli addımlar
atıldı. Hətta
dünya praktikasında
nadir hallarda qeydə alınan, bəlkə də bu vaxta
qədər ilk dəfə
Azərbaycanda həyata
keçirilən bir tədbirə imza atıldı: jurnalistlərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə Prezidentin
Ehtiyat Fondundan 5 milyon manat vəsait
ayrıldı.
Onu
da qeyd edim
ki, dövlət başçımızın Azərbaycan
Milli Mətbuatının
135 illiyi ilə əlaqədar imzaladığı
sərəncamla əlaqədar
yerli icra hakimiyyəti orqanları da müxtəlif tədbirlər keçirmiş,
mətbuatın inkişafına
diqqəti artırmışlar.
Mənim
də çalışdığım
"Dönüş" qəzetinin
maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində
mühüm addımlar
atılmışdır.
Prezident İlham Əliyevin
Azərbaycan Mətbuat
Şurasının yeni
binasının açılışı
zamanı jurnalistlərə
verdiyi tövsiyələr,
xüsusilə bu sahədə peşəkarlığın
artırılmasının vacibliyini diqqətə çatdırması hamımızın
ürəyincədir. Açığını deyək ki,
son illər kütləvi
informasiya vasitələrinə
qeyri-peşəkarların axını
başlanmışdır. Bu da qəzetlərdə
dərc olunan məqalələrdə təhqirlərə,
şərəf və
ləyaqətin alçaldılmasına
gətirib çıxardı.
Ona görə də jurnalistikada peşəkarlığın
artırılması zəruri
məsələlərdəndir. Dövlət
başçımız da
haqlı olaraq bildirdi ki, jurnalistikada
peşəkar kadrların
işləməsi vacibdir.
Peşəkarlıq artdıqca qəzetlərdə
dərc olunan məqalələrdə təhqirlərin,
şərəf və
ləyaqətin alçaldılması
hallarının da qarşısı tədricən
alınar.
Regionlarda fəaliyyət göstərən
qəzetlərin qarşılaşdığı
əsas problem çap
məsələsidir. Bu
da ondan irəli gəlir ki, müasir tələblərə cavab
verən nəşriyyatlar
əsasən Bakıda
fəaliyyət göstərir.
Əgər belə bir nəşriyyat evi regionlarda da fəaliyyət göstərsə,
əyalət qəzetlərinin
çapında yaranmış
çətinlik aradan
qaldırılar.
Ümid edirik ki, milli mətbuatımızın
inkişafına dövlət
dəstəyi bu problemin də aradan qaldırılmasına
zəmin yaradacaq.
Xalq qəzeti.- 2010.- 1
avqust.- S. 4.